Məhkəmə qərarları › İş №1(102)-654/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-654/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-654/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X2 iştirakları ilə 19 sentyabr 1989-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Divanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər: E.İ.Rüstəmov (sədrlik edən), F.N.Mahmudov və N.T.Əliyev) X4 - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçə kmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 16 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), S.B.Hüseynov və A.V.İsgəndərova) apellyasiya şikayəti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmü ləğv edilərək, X3 ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən, X4 qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 2021-ci ili n aprel ayında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, ümumi təmiz çəkisi 9,680 qram narkotik vasitə olan heroini və kulli miqdarda ümumi təmiz çəkisi 5,431 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Tərtər RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon Yeni qəsəbə ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman bir ədəd polietilen kəsiyi bükümündə və 1 (bir) ədəd kibrit qutusunun içərisində 5 (beş) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,907 qram, 0,384 qram, 0,316 qram 0,342 qram, 0,341 qram, 0,390 qram olmaqla ümumi təmiz çəkisi 9,680 qram kustar üsulla hazı rlanmış narkotik vasitə olan heroin, 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 5,431 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bəraət almış şəxsə bəraət hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyindən, işdəki s übutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən həmin hökm ləğv edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs bəraət almış şəxsin işin apellyasiya instansiya baxışı zamanı verdiyi ifadələrini əsas götürərək ibtidai araşdırma və birinci instansiya məhkəməsində toplanmış və tədqiq edilmiş sübutları əsassız olaraq nəzərə almamışdır. Məhkəmə işdə olan formal əsasları qabartmağa, bəraət almış şəxsin əməlinin sübuta yetirilməməsi qənaətinə gəlməsi üçün sübutları şübhə altına almağa çalışmış, işin obyektiv hallarını, şahid ifadələrini və cinayət işinin materiallarını diqqətdən kənarda saxlamışdır. Dövlət ittihamçısının fikrincə, bəraət almış şəxsin mobil telefonundan götürülmüş mesajların mətni də onun nark otik vasitələrin satışı ilə məşğul olduğuna dəlalət edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs bəraət almış şəxsin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəll ənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, bəraət almış şəxs in əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq, məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu po zmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsin ə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum o lunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq bəraət almış şəxsə bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması m ümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin hökmündə iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin hökmündə verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək qeyd edir ki, işdə olan raportdan və əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərardan görünür ki, hər iki sənəddə eyni faktlara istinad edilmiş, X2 Bərdə ra yonu Divanlı kəndində yaşadığı göstərilsə də, onun zahiri əlamətləri barədə heç bir məlumat qeyd edilməmişdir. Bundan başqa dindirilmiş polis əməkdaşları əməliyyat məlumatını verən şəxsin X2 Ağdərə kafesinin qabağında durduğunu göstərmişlər. Təqsirləndirilən şəxs isə polislər tərəfindən tutularkən azyaşlı oğlu ilə birlikdə kafedə yemək yediyini göstərmişdir. İş materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bəraət almış şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması və onun X10 adlı tanışı olması barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Belə ki, raportda və əməliyyat axtarış tədbirinin keçirilməsinə dair 16 may 2021-ci il tarixli qərarda X2 idarə etdiyi avtomobildə, üzərində narkotik vasitə gəzdirməkdə, saxlamaqda, istifadə etməkdə və satmaqd a şübhəli olması barədə əməliyyat məlumatı daxil olduğu göstərilsə də, həmin məlumatın nədən ibarət olmasına, hansı faktlarla təsdiq olunmasına, məlumatın mötəbərliyinə dair cinayət işinin materiallarına heç bir sübut əlavə edilməmişdir. Yalnız qeyd olunan qərarda həmin məlumata istinad edilmiş və məlumat əsasında X2 üzərinə və avtomobilinə baxış keçirilməsi qərara alınmışdır. Bundan başqa, həmin qərardan görünür ki, səlahiyyətli subyekt əməliyyat axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə heç bir münasibət bildirməmiş, hansı səbəbə görə məhkəmə qərarı olmadan əməliyyat tədbirinin keçirilməsinin zəruriliyi və təxirəsalınmazlılığı qərarda əsaslandırılmamışdır. CPM-in 445.2-ci maddəsinə görə «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsin in dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən inf ormasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Qeyd olunan normalardan görünür ki, hazırki işdə keçirilən əməliyyat-axtarış tədbirinin məhkəmənin qərarı olmadan keçirilməsi üçün «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan tərəfindən də mə hkəmənin qərarı olmadan əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinin zəruriliyi ilə bağlı qəbul edilmiş qərarda heç bir münasibət bildirilməmiş, qərar heç bir faktiki halla əsaslandırılmamış və təxirəsalınmazlığa dair heç bir dəlil göstərilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından və Tərtər Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 1427 saylı məktubundan görünür ki, əməliyyat axtarış tədbirinin keçirilməsinə dair 16 may 2021-ci il tarixli qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, həm ittiham tərəfinin dindirilmiş şahidlərinin ifadələrindən, eləcə də təqsirləndirilən şəxsin ifadəsindən görünür ki, polis əməkdaşları saat 18:15-18:30 radələri arasında olan vaxt intervalı ərzində bəraət almış şəxsi tutaraq p olis şöbəsinə gətirmişlər. İstər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsində polis əməkdaşları Şəhriyarı saat 18 radələrində tutduqlarını göstərmişlər. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoladan görünür ki, protokol 16 may 2021-ci il tarixdə saat 22:40-da tərtib edilmiş, bəraət almış şəxsin azadlığının 16 may 2021-ci il tarixdə saat 22:20-də məhdudlaşdırılması qeyd edilmişdir. (bax İ cild, i.v. 17). CPM-in 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Hazırki işin hallarından, eləcə də bəraət almış şəxsi tutmuş polis əməkdaşlarının ifadələrindən görünür ki, o, polis tərəfindən saat 18:15-dən 18:30-dək olan vaxt müddəti ərzində polislər tərəfindən tutulm uş və RPŞ-nə gətirilmişdir. Təhqiqat orqanının səlahiyyətli şəxsi onun azadlığının saat 22:20-də məhdudlaşdırıldığını qeyd etmişdir. Halbuki, bəraət almış şəxs şahid polis əməkdaşlarının ifadələrinə görə artıq saat 18:30da polislərin nəzarəti altında idi. Həmin gün bəraət almış şəxs tutularaq polis şöbəsinə gətirilsə də, onun 18:30-dan 22:20-dək olan vaxt müddətində harada olması, hansı səbəbdən təhqiqatçıya vaxtında təqdim edilməməsi, üzərində şəxsi axtarışın vaxtında keçirilməməsi, belə axtarışın polislərin nəzarəti altına keçdikdən 4 saat 35 dəqiqə sonra keçirilməsinin səbəbləri ilə bağlı cinayət işinin materiallarında heç bir sənəd yoxdur. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, X2 üzərində 16 may 2021-ci il tarixdə saat 23:05-də şəxsi axtarış ap arılmağa başlanmışdır. Göründüyü kimi, X2 azadlığı faktiki olaraq saat 18:30-da məhdudlaşdırılmış və bundan 4 saat 35 dəqiqə sonra onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Həmçinin, iş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin avtomobilinə baxış keçirilməsinin təşkili və aparılması qaydası arasında ziddiyyətlər mövcud olmuşdur. Belə ki, həm təqsirləndirilən şəxsin, həm də dindirilmiş polis şahidlərin ifadələrindən görünür ki, bəraət almış şəxsin avtomobili tutulduğu ərazidə qalmış, daha sonra polis əməkdaşları avtomobilin açarını bəraət almış şəxsdən alaraq avtomobili polis şöbəsinin həyətinə gətirmişlər. Avtomobilə baxış keçirilməsi haqqında protokolda baxışın saat 23:45-də başladığı göstərilmişdir. Göründüyü kimi, bəraət almış şəxs polislərin nəzarəti al tında olduğu bir vaxtda onun avtomobili onu ittiham edən orqanın əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş və 5 saatdan da artıq bir müddətdən sonra avtomobilə baxış həyata keçirilmişdir. İş materiallarından görünür ki, X2 xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Tərtər RPŞ-nin əməkdaşları tərəfindən saxlanılması, saxlamanın vaxtı, onun aparılmasının prosessual qaydası və ardıcılığı, əməliyyat tədbirində faktiki iştirak edən şəxslərin tərtib edilən sənədlərdə adlarının qeyd olunmaması, tərtib olunan sənədlərin real həqiqəti əks etdirməsi mübahisə doğurmuş, xx.xx.2021-ci il tarixdə icra olunan hərəkətlər və onun əsasında tərtib edilən prosessual sənədlərin həqiqiliyinə, mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Azərbaycan Respublikasının CPM-nin 153.1-ci maddəsinə əsasən, hər ha nsı bir şəxs tutulduğu halda, onun hüquqi statusundan asılı olaraq, bu Məcəllədə şübhəli və yaxud təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqları təmin edilməli və Məcəllənin 153.2-ci maddəsinə əsasən tutulan şəxsin hüquqlarının təmin olunması məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməlidir, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulan şəxsi təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı, tutulan şəxsi tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerində qeydiyatdan keçiri ldikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə əlaqədar digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası C PM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, hazırki iş üzrə ibtidai araşdırma mərhələsində şahid qismində iştirak edən 7 nəfərdən, 4-ü əməliy yat axtarış tədbirlərini həyata keçirən polis əməkdaşı, 2-si hal şahidi, biri isə təqsirləndirilən şəxsin arvadı olmuşdur. (bax İ cild, i.v. 272). İş materiallarından görünür ki, şahid X11 ibtidai istintaq zamanı ifadəsini 24 sentyabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsində isə 29 dekabr 2021-ci il tarixdə, Şahid6 ibtidai istintaq zamanı ifadəsini 07 oktyabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsində isə 17 yanvar 2022-ci il tarixdə, Şahid7 ibtidai istintaq zamanı ifadəsini 11 oktyabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsində isə 17 yanvar 2022-ci il tarixdə, şahid Ceyhun Əliyev ibtidai istintaq zamanı ifadəsini 30 sentyabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsində isə 17 yanvar 2022-ci il tarixdə, Şahid3 ibtidai istintaq zamanı ifadəsini 05 oktyabr 202 1-ci il tarixdə birinci instansiya məhkəməsində isə 17 yanvar 2022ci il tarixdə, Şahid4 ibtidai istintaq zamanı ifadəsini 02 oktyabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsində isə 17 yanvar 2022-ci il tarixdə, Şahid1 ibtidai istintaq zamanı ifadəsini 28 sentyabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsində isə 15 aprel 2022ci il tarixdə dindirilmişlər. Həmin şəxslərin birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarında əks olunmuş ifadələrindən görünür ki, həmin ifadələr ittiham aktındakı ifadələrlə eynilik təşkil etmişdir. Bundan başqa məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsi də ibtidai istintaqdakı ifadəsi ilə sözbəsöz eyni olmuşdur. Azərbaycan Respublikası CPM-in 236.3, 244.1 və 246.3-cü maddələrinə əsasən, baxış, axtarış (şəxsi axtarış və götürmə) k imi istintaq hərəkətləri müstəntiq tərəfindən azı iki nəfər hal şahidinin və mütəxəssisin iştirakı ilə aparılır. Həmin Məcəllənin 94.1-ci maddəsinə görə, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin baxış, axtarış (şəxsi axtarış) və götürmə kimi istintaq hərəkətlərinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Hal şahidlərinin iştirakı ilə keçirilməli olan istintaq hərəkətlərinin hal şahidinin iştirakı olmadan keçirilməsi Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyin kobud pozuntusu sayılır və bu yolla əldə edilmiş sübutlar mümkün olmayan sübutlar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, bu Məcəllənin 109.1.3-109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda və ya şəxs həmin Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda hal şahidi qismində iştirak edə bilməz. Qeyd edilən Məcəllənin 115.2-ci maddəsinə əsasən, hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna edilməklə, onun istintaq hərəkətin icraatında əvvəllər iştirakı həmin cinayət işi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Bu Məcəllənin 115.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd olaraq hər hansı bir şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ol a bilər. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bəraət almış şəxsin narkotik vasitəni konkret şəxsə satması ilə bağlı sübut əldə olunmamışdır. Dindirilmiş digər Şahid4 ifadəsində göstərmişdir ki, Şəhriyarın narkotik vasitəni saxlaması ilə bağlı məlumat daxil olmuşdu. Kiməsə satması ilə bağlı məlumat olmamışdır. Onu yerində yoxlamağa icazələri olmamışdır. Lakin iş materiallarında olan şahidlərin ittiham aktında əks olunmuş və cinayət işinin materiallarına əlavə olunmuş ifadələrindən görünür ki, onlar bəraət almış şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu göstərmişlər. Birinci instansiya məhkəməsi öz hökmündə ifadələri ittiham aktında olan ifadə ilə eyni məzmunda əks etdirmişdi r. Şahid4 isə apellyasiya instansiya məhkəməsində fərqli məzmunda ifadə verərək bəraət almış şəxsin narkotik vasitəni saxlaması ilə bağlı məlumat daxil olduğunu, kiməsə satması ilə bağlı məlumat olmadığını bildirmişdir. Dindirilmiş hal şahidlərinin ifadələrindən görünür ki, onlar aldadılaraq polis şöbəsinə çağırılmış, burada onlara hal şahidi olmaq üçün çağırıldıqları bildirilmişdir. Hətta onlar ifadələrində qeyd etmişlər ki, “bilsəydilər ki, hal şahidliyi üçün çağırılırlar, heç vaxt getməzdilər”. Azərbaycan Respublikasının CPM-in 10.5-ci maddəsinə əsasən: “10.1. Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin mü ddəalarına ciddi əməl etməlidirlər. 10.2. Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir.... 10.5. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur.” Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs ona təzyiqlər olunduğunu, döyüldüyünü və oğlunun gözü qarşısında toka verilməklə təhdid olunduğunu, buna görə narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmiş, lakın dindirilmiş polis əməkdaşları isə bəraət almış şəxsin tək olduğunu, tutularkən yanında oğlu olmadığını bildirmişlər. Apellyasiya məhkəməsində işə baxılan zaman dindirilmiş təqsirləndirilən şəxsin arvadı isə bəraət almış şəxsin hadisə baş verən gün oğlu ilə birlikdə Tərtər rayonuna avtomobil düzətdirmək üçün getdiklərini, Şəhriyar tutulduqdan sonra isə uşağı polis şöbəsindən götürdüklərini bildirmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işinin hallarından görünür ki, X2 həmin narkotik vasitələrin satış məqsədi ilə əldə etməsi, daşıması və saxlamasına dair ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuna uyğunluğu barədə əsaslı şübhələr müəyyən olunmuş, məhkəmə istintaqında hüquqi prosedurlar daxilində mövcud şübhələrin aradan qaldırılması qeyri-mümkün olmuş və nəticə etibarı ilə şübhələr təqibə məruz qalmış şəxsin xeyrinə həll olunmuşdur. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X3 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X2 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olun madan tərtib edilməsi əsasında bəraət almış şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsin əməlin də həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandır ıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəx slərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəs inin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq M.Babayevin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğu ndan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X4 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2022-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar