Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-655/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Ba kı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.H.Tağıyev) 31 avqust 2018ci il tarixli hökmü ilə xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə həkim anestezioloq-reanimatoloq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçini n X8 və X4 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, 15 yanvar 2014-cü il tarixdən etibarən Bakı şəhəri, ünvan 1 ünvanda fəaliyyət göstərən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləyərkən, «Burun arakəsməsinin yerdəyişməsi. Xarici burun deformasiyası» diaqnozu qoyulmuş, 22 sentyabr 1996-cı il təvəllüdlü X5 üzərində qeyd olunan MMC-nin göstərilən ünvanda fəaliyyət göstərən özəl tibb müəssisəsində 17 mart 2015-ci il tarixdə cərrahiyyə əməliyyatı aparmazdan əvvəl Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 saylı əmrinin tələblərini pozmaqla, yəni xəstənin kardioloq, terapevt və rentgenoloq həkimlər tərəfindən müayinəsin in, revmosınaq və exo- ezofaqoqastroqrafiya müayinələrin aparılmasını təmin etməli, laborator-instrumental müayinəsini tam təşkil etməli, xəstənin həyat və xəstəlik anamnezini tam toplamalı,«prolaps» xəstəliyinin olması barədə məlumat verildiyi halda buna əhəmiyyət verməklə müvafiq qabaqlayıcı tədbirlər görməli və cərrahiyyə əməliyyatının aparılması üçün xəstənin özünün və yaxın qohumlarının razılığını almaqla əməliyyatın mümkün fəsadları barədə onları xəbərdar etməli olduğu halda, həmin tələblərə əməl etməyərək öz işinə vicdansız və laqeyd münasibət göstərərək xidməti vəzifəsini yerinə yetirməmiş, nəticə də həmin gün saat 10 radələrindən 13 radələrinədək iş yoldaşı, həkim-cərrahotolarinqoloq X3in iştirakı ilə X6nın üzərində «Rinoseptoplastika» cərrahiyə əməliyyatını həyata keçirərkən an esteziyanın törətdiyi bədxassəli hipertermiya (bədən hərarətinin kəskin şəkildə yüksəlməsi) nəticəsində inkişaf edən tənəffüs-ürək çatışmamazlığı səbəbindən sonuncu saat 13 radələrində cərrahiyyə stolunda ölməklə zərərçəkmiş şəxs X6nın ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Q.X.Babayev (məruzəçi və sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 07 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum mdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şik ayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarı ləğv olunsun və məhkuma bəraət verilməsi barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum mdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qeyri-obyektiv, qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı bir çox şübhəli məqamlar ortaya çıxdı, hansı ki, bunlar ittihamın mahiyyətini təşkil edirdi və Məhkum təqsirli bilinməsi üçün bu şübhələr mütləq digər mötəbər sübutlarla aradan qaldırılmalı idi, aradan qaldırıla bilmədikdə isə təqsirləndirilən şəxsin xeyrinə həll ed ilməli idi. Məhkəmə hökmündən də göründüyü kimi Məhkum hansı hərəkəti nəticəsində X6mn ölümünün baş verdiyi və Məhkum hərəkətləri ilə X6nın ölümü arasında hansı səbəbli əlaqənin olmasına dair hökmdə heç bir cümlə, heç bir qiymətləndirmə mövcud deyildir. Verilmiş ittihamla razılaşmaq olmur, zərərçəkmiş şəxs X6 əməliyyata girməzdən öncə lazımı müayinələr aparılmış, həmçinin onun vəfat etmə səbəbi “porolops” xəstəliyi yox “Bədxassəli hipertamiya”dır (bədən hərarətinin kəskin şəkildə yüksəlməsi). Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlində cinayət tərkibi olmaması səbəbi ilə barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respu blikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı etiraf etməsə də, onun qeyd edilmiş cinayət əməlini törətməsi iş üzrə digər təqsirləndirilən şəxslərin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri iləı, məhkəmə tibb ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Cinayət işinin mat eriallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 17 aprel 2015-ci il tarixli 18/MEŞ saylı meyitin ekspertizası rəyindən görünür ki, X6nın meyitində tibbi manipulyasiya yerlərindən başqa xəsarət aşkar edilməmiş, onun ölümünə səbəb isə anesteziyanın törətdiyi bədxassəli hipertermiya (bədən hərarətinin kəskin şəkildə yüksəlməsi nəticəsində inkişaf edən kəskin tənəffüs-ürək çatışmazlığı) olmuşdur. Cinayət işinin materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 07 iyul 2015-ci il tarixli 100/KEŞ saylı rəyindən görünür ki, X6nın adına təqdim edilmiş tibbi sənədlərdən göründüyü kimi o, «xxxx» Klinikasına 17 mart 2015-ci il tarixdə saat 08:30-də «Burunun qazanılma deformasiyası» diaqnozu ilə qəbu l edilmişdir. Bu diaqnoz kliniki və obyektiv müayinələr əsasında təyin edilmişdir. Müalicə həkimi lor-cərrah X5 xəstə X6nın burnunda cərrahi əməliyyatın keçirilməsi qənaətinə gəlmiş və müvafiq müayinə planı vermişdir. Tərtib edilmiş plana əsasən, qanın ümumi və biokimyəvi analizi, EKQ və ultrasəs müayinələrinin aparılması göstərilmiş, bu müayinələr və tədqiqatlar xəstə klinikaya daxil olarkən aparılmamış, yalnız müxtəlif vaxtlarda aparılan müayinə cavablarına istinad edilmişdir. X6nın adına təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona «xxxx» Klinikasında aparılmış müvafiq müayinələr əsasında təyin edilmiş diaqnoz düzgün olmuşdur. X6 klinikaya daxil olduqdan sonra nəzərdə tutulan cərrahi əməliyyatdan öncə müayinə və tədqiqatlar, tam həcmdə aparılmadığından, yarana biləcək ağır laşmaların qarşısının alınması üçün müvafiq mütəxəssislərin konsultativ baxışları təmin edilmədiyindən və yanaşı olan xəstəliklər dəqiqləşdirilmədiyindən anestezioloq-reanimatoloq Məhkum tərəfindən xəstənin vəziyyəti düzgün qiymətləndirilməmişdir. Bu baxımdan xəstə üzərində aparılmış «Rinoplastika» cərrahi əməliyyatına anestezioloji əks göstərişin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. X6ya «Rinoplastika» cərrahi əməliyyatı texniki cəhətdən düzgün icra edilmiş, lakin təqdim edilmiş stasionar xəstənin tibbi kartasında cərrahi əməliyyatın gedişi zamanı və sonrakı mərhələlərdə xəstənin vəziyyətinin ağırlaşması ilə bağlı hər hansı bir qeydiyyat aparılmamışdır. Ekspertizaya təqdim edilmiş cinayət işi materiallarında X6nın müalicəsində iştirak edən anestezioloq-reanimatol oqun vermiş olduğu ifadəsindən göründüyü kimi, əməliyyatın sonuna yaxın xəstənin vəziyyətinin ağırlaşması ilə əlaqədar intensiv reanimasion tibbi yardımlar göstərilmiş, lakin yaranmış ağırlaşmalarının aradan qaldırılması mümkün olmamış və geridönməz həyat üçün təhlükəli sonluqla nəticələnmişdir. Aparılan əməliyyatın sonuna yaxın X6nın vəziyyətin ağırlaşması cərrahi patologiyaya aid olmadığından icra edilmiş cərrahi əməliyyatla baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. X6ya icra edilmiş «Rinoplastika» cərrahi əməliyyatından öncə anestezioloji riskin qiymətləndirilməsi üçün zəruri olan müayinələr tam həcmdə aparılmamış, müvafiq mütəxəssislərin konsultativ baxışları təmin edilməmiş, eyni zamanda anestezioloji hazırlıqda zəruri olan ağ ciyərlərin rentgenoloji müayinəsi d ə aparılmamışdır. Qeyd olunan çatışmazlıqlarla əlaqədar anestezioloq-reanimatoloq tərəfindən Səhiyyə Nazirliyinin mövcud təlimatlarının bəndləri pozulmuşdur. Tibb sənədlərə əsasən, xəstəyə əməliyyatdan öncə anesteziya məqsədilə «Propofol», «Fentanil» və «Arduan» dərman preparatlarından istifadə olunmuşdur. Bu preparatların dozaları optimal olmuş, lakin əməliyyatönü hazırlıq vaxtı anestezioloq-reanimatoloq tərəfindən yarana biləcək reaksiyaların və ağırlaşmaların vaxtında düzgün qiymətləndirilməsi ilə əlaqədar premedikasiya tədbirləri aparılmadığından, əməliyyat vaxtı gözlənilən ağırlaşma baş vermiş və bu ağırlaşmanın qarşısının alınması mümkün olmamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, əgər anestezioloq-reanimatoloq tərəfindən xəstəyə zəruri olan müayinə və tədqiqatlar əməliyyatdan ö ncə aparılmış olsaydı, baş vermiş ölümün qarşısının alınması imkanı çox ola bilərdi. X6nın üzərində icra edilən əməliyyatın gedişinin sonuna yaxın vəziyyətinin ağırlaşması ilə əlaqədar (A/T-nin düşməsi, bədən hərarətinin qalxması, həyati vacib funksiyalarının pozulması) həyati göstərişlə anestezioloq- reanimatoloq tərəfindən ilkin intensiv-reanimasion tədbirlərin görülməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Tibbi sənədlərə görə, cərrahi əməliyyatın gedişində iştirak edən tibbi heyət tam olmuşdur. X6nın adına təqdim edilmiş tibbi sənədlərdə ölüm faktı qeyd edilməmiş, lakin meyitin məhkəmə-tibbi ekspertiza tədqiqatına və verilmiş ifadələrə əsasən, xəstənin ölümünün 17 mart 2015-ci il tarixdə təxminən saat 13:30-da baş verdiyi göstərilmişdir. X6nın meyitinin məhkəmə-tibbi müayinəsi nə, o cümlədən digər iş materiallarına və tibbi sənədlərdəki məlumatlara əsasən, onun ölümünə səbəb «anesteziya məqsədi ilə istifadə edilmiş dərman preparatlarının təsirindən bədən hərarətinin yüksəlməsi fonunda boğulma, qıcolma, daxili üzvlərə diffuz qansızmalarla müşayiət olunan baş vermiş anafilaktik reaksiya nəticəsində inkişaf edən kəskin tənəffüs-ürək çatmamazlığı» olmuşdur. Cinayət işinin materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 29 oktyabr 2015-ci il tarixli 213/KEŞ saylı rəyindən görünür ki, X6nın adına təqdim edilmiş tibbi sənədlərdən göründüyü kimi o, “xxxx” Klinikasına 17 mart 2015-ci il tarixdə saat 08:30-də «Burunun qazanılma deformasiyası» diaqnozu ilə qəbul edilmişdir. Bu diaqnoz kliniki və obyektiv müayinələr əsas ında təyin edilmişdir. Müalicə həkimi lor-cərrah X5 xəstə X6nın burnunda cərrahi əməliyyatın keçirilməsi gəlmiş və müvafiq müayinə planı vermişdir. Tərtib edilmiş plana qanın ümumi və biokimyəvi analizi, EKQ və ultrasəs müayinələrininaparılması göstəriləsə də, bu müayinələr və tədqiqatlar xəstə, klinikaya daxil olarkən aparılmamışdır, yalnız müxtəlif vaxtlarda aparılan müayinə cavablarına istinad edilmişdir. Tibbi sənədlərdəki qeydiyyatlara əsasən, anestezioloq-reanimatoloq tərəfindən nəzərdə tutulan “Rinoplastika” əməliyyatı üçün endotraxeal anesteziya metodu seçilmiş və tətbiq olunan ağrısızlaşdırma əməliyyatının icrasına uyğun olmuşdur. X6 «xxxx» klinikasına daxil olduqdan sonra nəzərdə tutulan cərrahi əməliyyatdan öncə müayinə və tədqiqatlar tam həcmdə aparılmadığına, yarana biləcək ağ ırlaşmaların qarşısının alınması üçün müvafiq mütəxəssislərin konsultativ baxışları təmin edilmədiyinə, həmçinin yanaşı xəstəliklərin mövcud olub-olmaması dəqiqləşdirilmədiyinə görə bu qənaətə gəlmək olar ki, anestezioloq-reanimatoloq Məhkum tərəfindən xəstənin vəziyyəti düzgün qiymətləndirilməmişdir. Bu baxımdan xəstə üzərində aparılmış “rinoplastika” cərrahi əməliyyatı üçün anestezioloji əks göstərişin olub- olmaması haqqında fikir söylənilməsi mümkün deyil. Bunun üçün əməliyyatdan müvafiq mütəxəssislərin (kardioloq, terapevt, rentgenoloq kimi həkimlərin) baxışları təmin olunmalı idi, hansılar ki, olunmamışdır. Həkim lor-cərrah tərəfindən xəstə X6nın üzərində “rinoplastika” cərrahi əməliyyatı texniki cəhətdən düzgün icra edilmişdir. Lakin, əməliyyatönü hazırlıq vaxtı anestezioloqreanim atoloq tərəfindən yarana biləcək reaksiyaların və ağırlaşmaların vaxtında düzgün qiymətləndirilməsi üçün premedikasiya tədbirləri aparılmalı idi, lakin aparılmamışdır. X6nın meyitinin məhkəmə-tibbi müayinəsinə, o cümlədən, cinayət iş materiallarına və tibbi sənədlərdəki məlumatlara əsasən, onun ölümünə səbəb «anesteziya məqsədi ilə istifadə edilmiş dərman preparatlarının təsirindən bədən hərarətinin yüksəlməsi fonunda boğulma, qıcolma, daxili üzvlərə diffuz qansızmalarla müşayət olunan baş vermiş anafilaktik reaksiya nəticəsində inkişaf edən kəskin tənəffüs-ürək çatmamazlığı» olmuşdur. Anesteziya zamanı yaranan ağırlaşma, yəni bədən hərarətinin yüksəlməsi, formokogenetik-mokogenetik dəyişikliklər hesabına baş verdiyindən, ölümün anestezioloji fəsadla birbaşa əlaqələndirmək mümkün deyil, la kin əməliyyatdan öncə xəstəyə zəruri olan müayinə və tədqiqatları anestezioloq-reanimatoloq tərəfindən aparılmış olsaydı, baş vermiş ölümün qarşısının alınması imkanı çox olardı. X6nın meyitinin məhkəmə-tibbi müayinəsinə, o cümlədən cinayət iş materiallarında olan məlumatlara əsasən, bədən hərarətinin yüksəlməsi fonunda qıcolma və beyin ödeminin inkişafını nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, xəstədə bədxassəli hipertermiya meydana çıxmışdır. Tibbi ədəbiyyat mənbələrinə istinadən, (M.Qəniyev «Farmokologiya») anesteziya zamanı istifadə edilən Propofol dərman preparatının təsiri nəticəsində bədən hərarətinin yüksəlməsi mümkündür. Narkoz xəritəsində qeyd edilən nəbzin və arterial təyziqin yüksəlməsi, orqanizmin termorequlyasiyasının hipertermiya halında pozulması nəticəsində baş verə b ilərdi. X6ya tətbiq olunan və həmçinin narkozun gedişində istifadə olunan dərman vasitələrinin miqdarı (dozası) onun bədən çəkisinə, yaşına və vəziyyətinə uyğun olmuşdur. X6nın meyitinin məhkəmə-tibbi ekspertiza tədqiqatına əsasən, onun daxili orqanlarında aşkar edilən patoloji dəyişikliklər bədən hərarətinin yüksəlməsi və damar keçiriciliyinin pozulması ilə əlaqədar ola bilərdi. X6da bədən hərarətinin yüksəlməsi və vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar ona müvafiq tibbi yardımlar göstərilmişdir, lakin ilkin yardımlar mövcud olan patoloji vəziyyətin proqressiv gedişatının qarşısının alınması sonda geridönməz fəsadla nəticələnmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 19.09.2012-ci il tarixli 70 saylı əmrinə əsasən həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatının 7 -ci bəndində göstərilən vəzifə öhdəliklərinə riayət olunmamışdır. X6nın adına təqdim edilmiş tibbi sənədlərdəki məlumatlardan göründüyü kimi onun ölümü cərrahiyyə əməliyyatı başa çatdıqdan sonra baş vermişdir. X6nın üzərində icra edilmiş cərrahi əməliyyatın gedişində istifadə olunmuş narkotik analgetiklər fonunda ağrı şokunun inkişafı ehtimal edilmir. X6nın adına təqdim edilmiş tibbi sənədlərdən göründüyü kimi, icra edilmiş «Rinoplastika» cərrahi əməliyyatından sonra onun üz nahiyəsində (gözaltı və burun ətrafı nahiyələrdə) hər hansı dəyişikliklərin mövcudluğu haqqında qeydiyyatlar aparılmamışdır. X6nın meyitinin məhkəmə-tibbi ekspertiza tədqiqatına əsasən, onun qida borusunun xarici traxeal səthində qansızma ocağının mövcudluğu aparılan intensiv-reanimasion (ürəyin qapalı masajı və İzımpr essiyası) tədbirlərlə əlaqədar ola bilərdi. X6nın meyitinin məhkəmə-tibbi ekspertizası zamanı onun bədən hərarətinin yüksəlməsi nəticəsində daxili orqanlarda qeyd olunan xarakterik əlamətlər, yəni müayinə olunan üzv və toxmalarda kəskin venoz doluqanlılıq, baş beyində ödem, ağ ciyərdə qansızmalar, atelektaz və emfizema xaqları, miokardda stromanın ödemi, xırda ocaqlı qansızmalar, parenximatoz zülal distrofiyası öz təsdiqini tapmışdır. X6nın vəziyyətinin ağırlaşması ilə əlaqədar müəyyən intensiv reanimasion tədbirlər görülsə də, bədxassəli hipertermiyanın proqressiv gedişinin qarşısının alınması üçün bu yetərli olmamışdır. X6nın meyitinin məhkəmə-tibbi ekspertizası zaman ağ ciyərlərdə müəyyən edilən emfizema ocaqlarının olması, ona aparılmış intensiv reanimasion tədbirlərin icra edilməsi nə ticəsində əmələ gələ bilərdi. Cinayət işinin materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 21 oktyabr 2016-cı il tarixli T273/2016 saylı təkrar komisyon məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X6 cərrahi əməliyyatdan əvvəl tam müayinə olunmamışdır. Belə ki, xəstəyə əməliyyatdan qabaq kardioloq, terapevt və rentgenoloq həkimlərinin baxışı keçirilməmişdir. Xəstəyə revmosınaq və exoezofaqoqastroqrafiya müayinələri aparılmamış, ancaq həkim-cərrah və anestezioloq tərəfindən əvvəlcə müxtəlif vaxtlarda aparılmış müayinələrin cavablarına istinad edilmişdir. Təqdim edilmiş tibbi sənədlərdə qeyd edilənlərə, meyitin məhkəmə-tibbi ekspertizası, aparılmış laborator tədqiqatların nəticələrinə, o cümlədən iş sənədlərinə əsasən X6da bədx assəli hipertermiya olmuşdur. “xxxx” Klinikasına daxil olarkən planlı surətdə cərrahi əməliyyata məruz qalan xəstənin istər həyat, xəstəlik anamnezi həkim-cərrah tərəfindən tam toplanılmamış, istərsə də laborator-instrumental müayinəsi həkim-cərrah tərəfindən tam təşkil edilməmiş, həkim-anestezioloq tərəfindən yarana biləcək ağırlaşmaların qarşısının alınması üçün yetərli qabaqlayıcı tədbirlər həyata keçirilməmişdir. Belə ki, valideyinləri tərəfindən əvvəlcədən həkim-cərraha xəstədə prolaps olması barədə məlumat verilməsinə baxmayaraq buna diqqət verilməmişdir. Bədxassəli hipertermiyanın baş vermə mexanizmində elmi ədəbiyyatlarda göstərildiyi kimi əvvəllər keçirilmiş anesteziyanın da həlledici rol oynaması həkim-anestezioloq tərəfindən nəzərdən qaçırılmışdır. Bədxassəli hipertermiyanın yar anması autosom-resessiv irsi genetik dəyişiklik olmaqla rianodin reseptorlarının genetik variasiyalarından biridir. Bu genetik vəziyyət adətən skelet əzələlərinin farmokogenetik patologiyası olmaqla sitoplazmada kalsiumun dəfələrlə artmasına səbəb olur, əzələ rigidliyi yaranır, asidoz inkişaf edir, əzələlərdə destruktiv dəyişikliklər baş verir. Bu isə öz növbəsində poliorqan çatmamazlığına səbəb olur. Uzunmüddətli əzələ yığılması isə külli miqdarda enerji tələb etdiyi üçün ATF-ə tələbat artır. ATF sintezi sürətlənir, oksigenə təlabat artır, karbon qazının miqdarı artır və sonda bədən hərarəti həddən artıq yüksəlmiş olur. Vətəndaş X6ya anesteziya məqsədilə propofoldan istifadə olunmuşdur. Tibbi praktikada geniş istifadə edilən anesteziya dərman preparatlarının anotasiyasından görünür ki, is tifadə edilən propofoldan sonra bədən hərarətinin yüksəlməsi və qan təzyiqinin düşməsi müşahidə oluna bilir. Əməliyyatın sonu X6nın vəziyyətinin pisləşməsi, bədən hərarətinin yüksəlməsi, arterial təzyiqinin düşməsi, qıcolma, boğulma tutmaları ona anesteziya məqsədilə vurulan dərman preparatı, propofoldan verən anaflaktik reaksiya olmuşdur. Buna səbəb isə xəstənin istər həkim cərrah, istərsə də həkim-anestezioloq tərəfindən vaxtında, düzgün və hərtərəfli müayinə edilməməsi, həyat və xəstəlik anamnezinin səthi toplanılması, yarana biləcək ağırlaşmaların qarşısının alınması üçün göstərilən tədbirlərin yetərincə olmamasıdır. Qeyd edilənlər tibbi kartada öz əksini tapmadığından cərrahi müdaxiləyə əks göstərişlərin olubolmaması barədə də qəti fikir söyləmək mümkün deyildir. Təqdim edilən tibbi k artada təyinat vərəqi olmadığından cərrahi əməliyyat zamanı istifadə olunan dərman preparatları haqqında hər hansı məlumat vermək mümkün deyildir. Xəstə X6nın müayinə və müalicəsi zamanı yuxarıda qeyd edilən qüsurlar onun ölümünə gətirib çıxarmış, bədxassəli hipertermiyanın baş verməsinin və ya başlandıqdan sonra vaxtında onun aradan qaldırılması üçün göstərilən tədbirlər yetərincə olmadığından orqanizmdə geridönməz proseslər baş vermiş, poliorqan çatmamazlığı yaranmış və arzuolunmaz sonluqla nəticələnmişdir. Bu, həkim-cərrah tərəfindən xəstənin hərtərəfli müayinə edilməməsi, həkim-anestezioloq tərəfindən isə göstərilən tədbirlərin yetərincə olmamasından ibarətdir. Belə olan təqdirdə qeyd edilən çatmamazlıqlarla ölüm arasında səbəbli əlaqədə olması qənaətinə gəlmək mümkündür. Meyitin məhkə mə-tibbi ekspertizası zamanı makroskopik müayinədə qeyd edilənlərlə, meyitdən götürülmüş tikələrin mikroskopik tədqiqatı zamanı aşkar edilənlər arasında hər-hansı ziddiyyət mövcud deyildir. Lakin ölümdən qısa müddət sonra meyitin soyuq olması kimi qeyd edilməsini mexaniki səhv kimi qəbul etmək olar. İntubasiya birmənalı olaraq bütün hallarda xəstənin vəziyyəti ağırlaşdıqda mütləq təkrar olunmalıdır. Bədən hərarətinin 42-44°-yə qədər yüksəlməsinin baş vermə müddətinin təyini haqqında tibbi praktikada və elmi ədəbiyyatlarda elmi metodika işlənib hazırlanmadığından bu haqda hər-hansı fikir söyləmək mümkün deyildir. Bu müxtəlif patoloji proseslər zamanı ayrı-ayrı insanlarda orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq müxtəlif ola bilir. Xəstənin arterial təzyiqinin kəskin şəkildə aşağı dü şməsinə səbəb bilavasitə «bədxassəli hipertermiya» deyil, ondan sonra yaranmış müxtəlif mexanizmlərə malik patoloji proseslərin ağırlaşmasıdır. Xəstədə inkişaf edərək ölümə səbəb olan ağciyər-ürək çatışmamazlığı anesteziya məqsədi ilə istifadə olunan dərman preparatından yaranmış anafilaktik reaksiya nəticəsində baş vermiş bədxassəli hipertermiya bir-birini əvəz edən etaplı patogenetiki proseslərin nəticəsidir. Digər tərəfdən, meyitin məhkəmətibbi müayinəsindən bilavasitə sonra tərtib edilən «ölüm haqqında həkim şəhadətnaməsi»ndə göstərilən diaqnoz ilkin hesab edilir və bu sonradan aparılan laborator tədqiqatların nəticəsindən asılı olaraq dəyişilə bilər. İstər əməliyyat zamanı, istərsə də əməliyyatdan sonra xəstənin vəziyyəti pisləşdiyi zaman yaranmış fəsada uyğun intensiv- reanimasion tədbirlər aparılmalıdır. Bu istər həkim cərrah, istərsə də reanimatoloq tərəfindən icra olunur. Reanimasion tədbirlər isə bioloji ölüm baş verənə qədər davam etdirilməlidir. Tibbi kartada xəstənin həyati göstəricilərini əks etdirən anestezioloji kartada bütün məlumatlar olmadığından hərarətin qalxması və klinik əlamətlərinin özünü nə vaxt büruzə verməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Bədxassəli hipertermiya ölümlə nəticələnirsə bu zaman meyitin dəri örtüyünün isti olması, əzələlərin rigidliyi, tez baş verən ölüm əlamətləri, daxili üzvlərin doluqanlılığı fonunda xırda ocaqlı qansızmalar və s. bu kimi qeyri-spesifik makro və mikroskopik dəyişikliklər aşkar olunur. Xəstədə bədxassəli hipertermiyanın inkişafı və fəsadlarının aradan qaldırılmaması, “xxxx” Klinikasında tibb heyət i tərəfindən müvafiq təxirəsalınmaz reanimasion tədbirlərin görülməməsi və eləcə də bu tədbirləri həyata keçirəcək yüksək ixtisaslı mütəxəssislərin vaxtında cəlb edilməməsindən irəli gəlmişdir. Xəstənin müalicəsi zamanı istifadə edilən dərman preparatlarının keyfiyyətinin yoxlanılması meyitin məhkəmə-tibbi ekspertizası zamanı aparılmır. Əməliyyatdan öncə X6ya vurulan inyeksiyalar barəsində tibbi kartada təyinat vərəqi olmadığından onların istifadə qaydaları haqqında hər-hansı fikir söyləmək mümkün deyildir. Mərhumə X6nın adına tərtib edilmiş tibbi sənədlərdə ölüm faktı qeyd edilməmişdir, lakin meyitin məhkəmə-tibbi ekspertizası zamanı qeyd edilən meyit əlamətləri ölümün 17 mart 2015-ci il tarixdə, təxminən saat 13.30-da baş verməsi inkar edilmir. Təqdim edilən sənədlərə əsasən ölümə səbəb anesteziyaməqsədi ilə istifadə edilmiş preparatların təsirindən yaranmış hipertermiya fonunda boğulma, qıcolma, daxili üzvlərə diffuz qansızmalarla müşayiət olunan anafilaktik reaksiya nəticəsində inkişaf edən kəskin tənəffüs və ürək çatmamazlığı olmuşdur. Təqdim edilmiş tibbi kartada xəstənin özü və ya qohumlarının baş verə biləcək ağırlaşma ilə bağlı məlumat verilməsini təsdiq edən, onların razılığının alınmasını göstərən sənədlər aşkar edilmədi. İstər həkim cərrah, istərsə də anestezioloq-reanimatoloq tərəfindən göstərilən tədbirlərin yetərincə olmaması Səhiyyə Nazirliyinin 19.09.2012-ci il tarixli 70msaylı əmri ilə təsdiq edilmiş təlimatın müvafiq bəndlərinin pozulması öz təsdiqini tapmışdır. Bu təlimatda isə göstərilən tədbirlərin ümumilikdə, yəni əməliyyatdan əvvəl və ya sonra göstər ilməsi və ya ayrı-ayrılıqda hər bir ixtisas üçün nəzərdə tutulmamışdır. İstər planlı, istərsə də təxirəsalınmaz cərrahiyyə əməliyyatları zamanı xəstə və ya yaxın qohumları nəzərdə tutulan cərrahiyyə əməliyyatı, bu əməliyyatın riskləri və bu zaman baş verə biləcək hər hansı xoşagəlməz ağırlaşmalar, tətbiq ediləcək anesteziyanın növü barədə xəbərdarlıq edilməli və onların razılığı alınmalıdır. Bu razılıqlar tibbi kartada öz əksini tapmalıdır. Danışıqların aparılması vaxtı burada heç bir əhəmiyyət kəsb etmir. Lakin mərhumə X6nın adına tərtib edilmiş stasionar xəstənin tibbi kartasında bu barədə hər-hansı məlumat yoxdur. Təqdim olunmuş tibbi sənədlər və iş materiallarına əsasən meyitin məhkəmə-tibbi ekspertizası aparılarkən tibbi kartadan başqa digər materiallar, o cümlədən istifadə olunan dər man preparatlarının nümunələri təqdim edilməmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 28 dekabr 2017-ci il tarixli 423 saylı kompleks məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, bədxassəli hipertermiya yaranması autosomdominant yolla keçən irsi genetik dəyişiklik olmaqla skelet əzələlərinin farmakogenetik patologiyası, rianodin reseptorlarının genetik variasiyalarından biri olmaqla təxminən hər 3000 şəxsdən birində rast gəlinir. Belə şəxslərdə ümumi anesteziya zamanı əzələlərdə oksidləşmə metabolizmi kəskin və idarəedilməz şəkildə yüksəlmiş olur. Bu zaman ya əzələ rigidliyi yaranır, ATF sintezi sürətlənir, oksigenə tələbat yüksəlir, karbon qazının miqdarı artır və bədən hərarəti həddən artıq yüksəlir. Bu da öz növbəsində təcili tibbi tədbirlər görülmədiyi halda geri dönməz kobud metabolik və elektrolit pozuntuları ilə əlaqədar tez bir zamanda ölümlə nəticələnə bilər. Planlı əməliyyatlar zamanı revmosınaq, exoezofaqoqastroqrafiya müayinələri, kardioloji və terapevtik konsultasiyalar zamanı xəstədə bədxassəli hipertermiyanın olmasını müəyyən etmək mümkün olmasa da, cərrahi praktikada mövcud olan bu və ya digər ağırlaşmalar ön planda saxlanılmalıdır. Səhiyyə Nazirliyinin müvafiq təlimatına əsasən propofol dərman preparatının istifadəsi anestezioloq-reanimatoloqun vəzifə səİahiyyətlərinə aiddir. Bədxassəli hipertermiya irsi genetik patalogiyalara aiddir və prolapsla (ürəyin mitral qapaqlarında zəif dəyişiklik ) səbəbli əlaqəsi yoxdur. Lakin əməliyyatdan öncə müayinələr aparılmaqla xəstədə prolapsın olması müəyyən edilməli idi. Əməliyyatdan öncə klinikanın rəhbərliyi tərəfindən xəstə və ya onun yaxın qohumları ilə müqavilənin imzalanması məqsədə müvafiqdir. Klinika ilə xəstə arasında müqavilənin imzalanıb imzalanmamasının baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. Bədxassəli hipertermiyanın aradan qaldıran spesifik dərman preparatı miorelaksant “Dantrolen”dir. Bu dərman preparatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dərman maddələrinin Analitik ekspertiza mərkəzində qeydiyyatdan keçməmiş və dövlət qeydiyyatına alınmamışdır. (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 04/9067 saylı 06 may 2011-ci il tarixli məktubuna əsasən). Lakin bədxassəli hipertermiyanın aradan qaldırılması üçün bu preparat (“Dantrolen”) olmamışdan əvvəl müxtəlif t ədbirlər həyata keçirilirdi. Belə tədbirlərdən bədənin hərarətinin süni surətdə aşağı salınmasını qeyd etmək olar (süni hipotermiya). Süni hipotermiyanı fiziki və farmakoloji metodlarla həyata keçirmək mümkündür. Fiziki metodlardan bədənin ümumi soyudulmasını göstərmək olar; bütün məhlullar soyuq halda yeridilməlidir, mədəyə soyuq su yeridilməklə yanaşı, bədən üzərinə buz qoyulmasını və digər tədbirləri göstərmək olar. Farmakoloji metodlarla isə süni hipotermiya vəziyyətinin alınması üçün öncə nyro- veqetativ və neyro-endokrin reaksiyaları, həmçinin termorequlyasiyanı tənzimləyən (tormozlayan) farmakoloji preparatlardan istifadə edilir. Sünı hipotermiyanın yaradılmasında fiziki və farmakoloji vasitələrin birgə istifadəsi daha da məqsədəmüvafiq hesab edilir. Bu tədbirlər həyata keçirilmiş o lsaydı, X5in həyatda qalma şansı daha da çox ola bilərdi. Bədxassəli hipertermiya, tibbi təcrübəyə əsasən anestezioloji ağırlaşma hesab edilir. Lakin cərrahi əməliyyatlarla əlaqəli hallarda isə buna anestezioloqla yanaşı cərrah tərəfindən də lazimi diqqət yetirilməlidir. Tibbi kartada xəstənin həyati göstəricilərinə aid məlumatları anestezioloji kartada qeyd etmək anestezioloqun vəzifə təlimatına aiddir (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmrinə əsasən) və həmin məlumatların qeyd olunması əməliyyat başa çatdıqdan sonra tamamlanmalıdır. Xəstəlik tarixində obyektiv müayinələr barədə məlumatlar, həyat və xəstəlik anamnezi, yerli status, cərrahi əməliyyata göstəriş, əməliyyatın gedişi və əməliyyat qutardıqdan sonra xəstənin vəziyyəti barədə gün dəlik qeydlər tibbi kartada həkim cərrah tərəfindən həyata kecirilməlidir. Anesteziya həyata keçirildikdə və əməliyyat başladıqdan sonra, xəstənin hərarətinə (temperaturuna), arterial təzyiqinə və digər həyati göstəricilərinə nəzarət həkimcərrah və həkim-anestezioloq tərəfindən birgə həyata keçirilir. X5 üzərində aparılmış “Rinoplastika” cərrahiyyə əməliyyatı üçün taktika düzgün seçilsə də, həkimlər tərəfindən xəstənin həyati göstəricilərinə lazımi diqqət yetirilmədiyindən əməliyyat arzuolunmaz sonluqla nəticələnmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində məhkumun bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalar ına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixl i qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarı Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-655/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-655/2019
07.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver