Məhkəmə qərarları › İş №1(102)-655/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-655/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-655/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Məhkum və onun müdafiəçisi Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Əhmədov Fəqan Rövşən oğlu) Məhkum, xx xxxx 1987-ci il tarixdə Şamaxı rayonunun 1-ci Udulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, heç yerdə işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə həmin hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) il 6 (altı) ayadək endirilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə, CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 mənzil Qeydiyyatda olmaqla həmin ünvan da yaşamış, CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə, CM-nin 66.5-ci maddəsinə əsasən isə həmin hökmlə və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada həbsdə saxlanılan X9 27000 manat müqabilində vaxtından əvvəl həbsdən azad edilməsinə kömək etməyə imkanı olması barədə yalan məlumat verib aldatmış, xxx inanaraq anası Zərərçəkmiş şəxs özünün və X10 vasitəsi ilə Məhkum qohumlarına pul ödəməsinə razılıq verməsinə nail olmuş və Zərərçəkmiş şəxs bu məqsədlə ilk dəfə xx xxxxxx 2017-ci il tarixdə Bakı İstintaq Təcridxanasına Məhkum 300 manat ötürmüş, bundan sonra, X4 vasitəsi ilə xx xxxxxx 2017-ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni məhəllədə yerləşən evdə 550 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun "Koroğlu" stansiyasının yaxınlığında 650 manat, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni məhəllədə yerləşən evdə 700 manat, xx xxxxxx 2017-ci il tarixdə həmin ünvanda 3800 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun "Qara Qarayev" stansiyasının yaxınlığında 4000 manat, xx xxxx 2017-ci il tarix də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni məhəllədə yerləşən evdə 6000 manat, xx xxxx 2017-ci il tarixdə həmin ünvanda 1000 manat, xx xxxx 2018-ci il tarixdə həmin ünvanda 5000 manat, xx xxxxx 2017-ci il tarixdə həmin ünvanda 1000 manat və sonuncu dəfə xx xxxxx 2017-ci il tarixdə həmin ünvanda 3800 manat ödəmiş, Məhkum vahid niyyətlə törədilən qəsdlə həmin məbləğlərdə pulu Zərərçəkmiş şəxs alıb, ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs cəmi 26800 (iyirmi altı min səkkiz yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək onun barəsində ədalətli qərar qəbul edilməsini, zərərçəkmiş Zərərçəkmiş şəxs isə həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun barəsindəki cinyət işinə düzgün, obyektiv və hərtərəfli baxılmamış və onun haqqında ədalətsiz qərarlar qəbul edilmişd ir. Buna əsaslanan kassasiya şikayətinin müəllifi onun kassasiya şikayətinə baxılmasını və haqqında ədalətli və humanist qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən heç bir araşdırma aparmamış, məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı və həmin orqana prosessual rəhbərliyi həyata keçirən prokurorluq Məhkum qayınatası X8 və rüşvət verməkdə vasitəçilik rolunu icra edən X4 əməllərinə düzgün hüquqi qiymət verilməyərək cinayətin birgə icraçılarının məsuliyyətdən yayındırmış, məhkəmələr isə bu məsələyə münasibət bildirməmişlər. Həmçinin iş üzrə ibtidai araşdırma ümumiyyətlə düzgün aparılmamış, Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verilmiş, bir qrup şəxs tərəfindən rüşv ət verməyə təhrik etmə cinayətin törədilməsinə dair sübuta yetirilmiş hallar Məhkum elan olunmuş ittihamına daxil edilməmiş, sonuncunun qayınatası xxx və xxx isə cinayət məsuliyyətinə cəlb edilməyərək onların törətdikləri cinayət əməllərinə düzgün hüquqi qiymət verilməmişdir. Nəticədə ona qarşı cinayətin qrup şəklində törədilməsinə, lakin X8 və X4 məsuliyyətə cəlb edilməsi barədə apellyasiya şikayətində tələb irəli sürməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi onun apellyasiya şikayətini təmin etməmiş və adları göstərilən şəxslərin əməllərinə lazımi qiymət verməmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin müəllifi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunması haqq ında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası əvvəlki qərarlarında olduğu kimi, növbəti dəfə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyün ü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəm əsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübu tlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predm etini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Əvvəla, zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinin məzmunundan görünür ki, o, həmin şikayətində Məhkum başqa şəxslərlə qabaqcadan əlbir olub ona qarşı cinayət törətməsini, həmin şəxslərin məsuliyyətə cəlb edilməməsini, nəticədə isə məhkumun əməllərinin düzgün tövsif ed ilməməsini iddia edir və beləliklə öz kassasiya tələblərini CPM-nin 416.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirir. Məhkum isə kassasiya şikayətinin onun hökmdən verdiyi apellyasiya şikayəti və həm apellyasiya şikayətlərinə, həm də kassasiya şikayətlərinə məhkəmə baxışları iclaslarında etdiyi çıxışlarla birgə təhlili belə nəticəyə gəlmək üçün əsas verir ki, ona təyin edilmiş cəza həddindən artıq ağırdır və buna görə işin bütün halları nəzərə alınmaqla ona daha yüngül cəzanın təyin edilməsini xahiş edir, yəni öz kassasiya tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirir. CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassas iya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.5. məhkəmə təqsirləndirilən şəxsə istinad edilən əməllərdən hər hansı birinə öz fikrini bildirmədikdə; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası Məhkum və zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. CPM-nin 28.1-ci maddəsinə əsasən, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsa sında, qərəzsiz və ədalətlə baxmalıdırlar. CPM-nin 28.2-ci maddəsinin tələblərinə görə, hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. CPM-nin 28.4.1-28.4.5-ci maddələrində təsbit edilmişdir ki, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: - cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; - şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq; - şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya m əsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq; - cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq; - cinayət prosesi iştirakçılarının iştirak etmək hüququnu təmin etmək. CPM-nin 28.6-cı maddəsinin tələblərindən görünür ki, ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. CPM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 318.2-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Mə hkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Qanunvericiliyin şərh edilən normalarının mənasına görə, işə baxılmasına xitam verilməsi və onun bu normalarda nəzərdə tutulmuş əsaslarla və qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması yalnız birinci instansiya məhkəməsində icraat zamanı mümkündür, apellyasiya və ya kassasiya şikayətlərinə və ya protestlərinə baxılması zamanı, yaxud da həmin müraciətlərə baxılması nəticəsində isə, hətta bununla bağlı həmin icraatlar zamanı dövlət itihamçısı və zərərçəkmiş vəsatət qalıdrsalar belə, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin belə vəsatətləri təmin etmək və bu haqda qərar qəbul etmək səlahiyyətləri yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum ibtidai araşdırma orqanı tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada həbsdə saxlanılan X9 27000 manat müqabilində vaxtından əvvəl həbsdən azad edilməsinə kömək etməyə imkanı olması barədə yalan məlumat verib aldadaraq onun anası Zərərçəkmiş şəxs özünün və X10 vasitəsi ilə Məhkum qohumlarına pul ödəməsinə razılıq verməsinə nail olmuş və Zərərçəkmiş şəxs 2017-ci ilin yanvar-mart aylarında müxtəlif yerlərdə bu məqsədlə cəmi 26800 (iyirmi altı min səkkiz yüz) manat məbləğində, y əni xeyli miqdarda pulunu ələ keçirərək dələduzluq etmişdir. Eyni zamanda, ibtidai araşdırma orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli qərarla zərərçəkmişin kassasiya şikayətində istinad etdiyi şəxslər - X8 və X4 barələrində cinayət təqibinə onların əməllərində cinayət tərkibinin olmaması əsası ilə xitam verilmiş, lakin həmin qərar zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən həm məhkəmə nəzarəti qaydasında, həm də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında mübahisələndirilməmişdir. İş matteriallarının təhlili göstərir ki, işə birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında istər dövlət ittihamçısı, istərsə də zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum başqa ittihamın irəli sürülm əsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında vəsatət də qaldırmamış və buna görə də, Məhkum barəsində cinayət işi mahiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə daxil olduqdan sonra, təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə məhkəmə məsuliyyətinə verilmiş və məhkəmə də ona elan olunmuş ittiham daxilində işə baxaraq onun barəsində ittiham hökmü çıxarmışdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə görə, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri öz təşəbbüsləri ilə Məhkum elan olunmuş ittihamdan fərqli, daha ağır ittiham üzrə hökm çıxarmaq və ya qərar qəbul etmək, məsuliyyətə cəlb edilməmiş şəxslərin məsuliyyət məsələsini həll etmək səlahiyyətinə malik olmamışlar. Şərh edilmiş prosessual qanunvericiliyin tələblərinə, əsasən də CPM-nin 416 və 419-cu maddələrinin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsinin də iş üzrə hər hansı şəxsin məsuliyyət məsələsinin həll edilməsi, yaxud da məhkuma elan olunmuş ittihamdan fərqli olan daha ağır cinayətin törədilməsinə görə təqsirli bilinməsinə dair yekun məhkəmə aktının qəbul edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etmək və işi yeni apellyasiya baxışına təyin olunması, yaxud da bu məqsədlərlə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etmək hüququ yoxdur. Göründüyü kimi, qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini şərtləndirən CM-nin 416-cı maddəsində nəzərdə tutulmuş halların olmamasına dəlalət edir. Məhkum zərər çəkmiş şəxsə xeyli miqdarda zərər vurmaqla dələduzluq əməllərini törətməsinə gəldikdə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, törədilmiş cinayətin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş sübutlara – Məhkum cinayət təqibinin bütün mərhələlərində verdiyi etirafedici ifadələrinə, zərər çəkmiş şəxsin, çoxsaylı şahidlərin ifadələrinə, müxtəlif istintaq hərəkətlərinin aparılması haqqında protokollara və digər sübut əhəmiyyətli sənədlərə əsaslanmışdır. Bu sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olumuş və sübutların qəbuledilməzliyinin ə sasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasınada yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar da tam həcmdə təmin edilmişdir. Məhz bu qaydada sübutları araşdıran birinci instansiya məhkəməsi Məhkum əməlinin CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməsini düzgün hesab etmiş və apellyasiya instansiyası məhkəməsi də əsaslı olaraq bu tövsiflə razılaşmışdır. Qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanan kassasiya kollegiyası da aşağı instansiya məhkəmələrinin iş üzrə gəldikləri nəticələri, o cümlədən hazırki vəziyyətdə Məhkum əməlinin 178.2.4-cü maddəsi ilə tövsif edilməsini qanuni sayır və belə olan halda zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq həmin şikayətin təmin edilməsi üçün əsaslar tapmır. Məhkum barəsində seçilmiş cəza tədbirinin ədalətsiz olması barədə onun kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CPM-nin 416.1.21-ci maddəsində məhkəmə tərəfindən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmadan cəzanın təyin edilməsi apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cinayət qanunvericiliyi normalarının tələblərinə uyğun olaraq Məhkum barəsində cəza tədbiri seçərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşıdran halların müəyyən edilməməsini nəzərə aldığını qeyd etmiş, ona həm CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş, həm də cinayətlərin məcmusu üzrə (CM-nin 66.5-ci maddəsinə əsasən) azadlıqdan məhrum etmə cəzasının (qəti olaraq 10 (on) il müddətə) təyin edilməsini ona görə məqsədə uyğun hesab etmişdir ki, o, Zərərçəkmiş şəxs qarşı dələlduzluq əməllərini törətdikdən sonra başqa cinayət əməllərini (dələduzluq cinayətini) törətdiyinə görə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi i lə təqsirli bilinib yenə də CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin hökm Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını hər hansı hissədə, o cümlədən cəza təyini hissəsində dəyişdirmək hüququna malik olmadığından, digər tərəfdən Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar müəyyən etmədiyindən, habelə ona təyin edilmiş cəza cinayət q anunvericiliyinin və cinayət məsuliyyətinin prinsiplərinə tam uyğun olaraq sosial ədalətin bərpasına, təqibə məruz qalmış şəxsin islah edilməsinə xidmət etdiyindən məhkumun da kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayır və ümumilikdə hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məqsədə uyğun hesab edir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, Məhkum törətmiş olduğu cinayət əməlinə görə məhkəmə hökmü ilə təyin edilən normanın saksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası, belə olduqda təqsirləndirilən Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri də əsassız hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edib həmin şikayətlərin təmin edilməsi barədə Məhkum, onun müdafiəçisi xxx və zərərçəkmiş xxx (özünün kassasiya şikayətinə münasibətdə), kassasiya şikayətlərinin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə görə kassasiya şikayətləri təmin edilməməli, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı isə – dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar