Məhkəmə qərarları › İş №1(102)-655/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-655/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-655/2021 21.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Şükürov Ədalət Müslüm oğlunun iştirakı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2 020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Şükürov Ədalət Müslüm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Nizami Quliyev, hakimlər Oruc Cəlilov və Mehdixan Abdullayevdən ibarət tərkibdə) 14 dekabr 1986-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ünvan2 ünvanda yaşamış Məhkum Azərbaycan Resp ublikası 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum və müdafiəçisi Şükürov Ədalət Müslüm oğlu tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.Ə.Camalov, hakimlər E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət tərkibdə) 23 iyun 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkuma CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilə endirilmiş, apellyasiya şikayətləri qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Şükürov Ədalət Müslüm oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satışı məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 2158,614 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təmiz çəkisi 6135,622 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki, təmiz çəkisi 174,16 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranını və təmiz çəkisi 41,909 qram olan psixotrop mad də metafetamini əldə etmiş, həmin narkotik vasitə tiryəkin 78,696 qramını 400 (dörd yüz) manat müqabilində 16 fevral 2019-cu il tarixdə saat 13 radələrində Cəlilabad şəhər sakini Cəfərli Dilbər Səlim qızına satmış, 16 fevral 2019-cu il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən iki mərtəbəli evə baxış keçirilən zaman 1 ədəd kağız bağlamada 3 hissədən ibarət ayrı-ayrılıqda təmiz çəkiləri 120,98 qram, 45,30 qram, 7,88 qram, ümumi təmiz çəkisi 74,16 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qətranı, 1 ədəd polietilen torbada təmiz çəkisi 41,909 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd polietilen torbada təmiz çəkisi 56,926 olan, üzəri yapışqan lentlə bağlanmış 6 ədəd polietilen torba bağlamada ayrı-ayrıq lıqda təmiz çəkiləri 935,0 qram, 1070.0 qram, 1000,0 qram, 1090,0 qram, 935,0 qram, 970,0 qram, ümumi təmiz çəkisi 6056,826 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 6 ədəd böyük və 1 ədəd kiçik olmaqla, cəmi 7 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri - 300,0 qram, 270,0 qram, 300,0 qram, 745,0 qram, 300,0 qram, 200,0 qram, 31,387 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi 12,227 qram, ümumi təmiz çəkisi 2158,614 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin evin ikinci mərtəbəsindəki qonaq otağında olan kreslonun arxasından aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Şükürov Ədalət Müslüm oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci i nstansiya məhkəməsi iş üzrə qanunla nəzərdə tutulan yüngülləşdirici halların olmasına baxmayaraq, Məhkuma ən ağır cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz hökmündə Məhkumun himayəsində iki nəfər azyaşlı uşağının olmasını, cinayəti törədərkən anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, xəstə olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Müdafiə tərəfinin vermiş olduğu apellyasiya şikayətində Məhkumun barəsində cəzanı yüngülləşdirən halların olmasına baxmayaraq ona 9 il müddətinə ağır cəza təyin edildiyi və həmin hökmün dəyişdirilərək CM-nin 62-ci maddəsini tətbiq e tməklə ona 3 il müddətində cəza təyin edilməsi xahiş edilmiş, lakin apellyasiya məhkəməsinin qərarı ilə Məhkum cəza müddəti cəmi 1 il azaldılmışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı ilə təyin edilmiş cəza ədalətsiz və ağır olduğundan göstərilənləri nəzərə alaraq, Şirvan Apelyasiya Məhkəməsinin 23 iyun 2020-ci il tarixli qərarını dəyişdirməklə Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində çıxış edən Məhkumun müdafiəçisi Ə.M.Şükürov şikayətdə qeyd etdiyi xüsusatları bir daha vurğulayaraq kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya in stansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya insta nsiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməmiş, lakin məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilm əsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və ilə bağlı cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına ə saslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün apellyasiya məhkəməsi tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və məhkumun barəsində CM-nin 62-ci maddəsinin tətbiq olunması xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60 -cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2- ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınm ış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsasl ar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkumun müdafiəçisi Şükürov Ədalət Müslüm oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Şükürov Ədalət Müslüm oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Şükürov Ədalət Müslüm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar