Məhkəmə qərarları › İş №1(102)-655/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-655/2024

30.01.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-655/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şir van Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin hərəkətsiz saxlanılması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 iyul 2021-ci il tarixli 1(099)-308/2021 nömrəli (hakimlər: Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə XXXX-ci ildə Kürdəmir rayonu, X kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, XXX qeydiyyatda olan və yaşayan Məhku m Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməməsi hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X oğlunun nümayəndəsi Həsənov Əlayif Həsən oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il ta rixli 1(106)-32/2022 nömrəli (hakimlər: Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən), Cəfərov Rafiq Musa oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmlədən saxlanılmışdır. Qərardan zərərçəkmiş şəxsin hüquqi varisi X oğlu tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410 və 412-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması ilə əlaqədar işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli 1(106)32/2022 nömrəli (hakimlər: Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət məhkəmə tə rkibində) qərarı ilə kassasiya şikayəti hərəkətsiz saxlanılmış, qərarın təsviri hissəsində göstərilən tələblərin yerinə yetirilməsi üçün qərar alındığı vaxtdan 20 (iyirmi) gün müddət təyin edilmişdir. Yuxarıda qeyd olunan 20 sentyabr 2023-cü il tarixli qərardan zərərçəkmiş şəxsin hüquqi varisi X oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma zamanı toplanmış materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 cinayətin birbaşa iştirakçısıdır, lakin saxta sübutlarla cinayət məsuliyyətindən yayındırılmışdır. Bu isə zərərçəkən şəxsin mənafeyinə toxunmaya bilməz, çünki onun məsuliyyətdən kənarda saxlanması zərərçəkmiş şəxsin hüquqi varisinə ona qarşı i ddia qaldırmaq hüququnu məhdudlaşdırır. Odur ki, göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin hərəkətsiz saxlanılması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarının dəyişdi rilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yax ud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X oğlunun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsində olan cinayət işinin materiallarını və bu iş üzrə mübahisələndirilən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının kassasiya şikayətinin hərəkətsiz saxlanması barədə 20 sentyabr 2023-cü il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X oğlu tərəfindən verilmiş kassasiya şikayətinin məzmunu və dəlilləri qeyri-dəqiq olmaqla, həmin dəlillərdə iş üzrə məhkum olunmuş şəxs Məhkum hərək ətlərinə qarşı şikayət verilməmiş, həmin iş üzrə cinayət işinin materiallarında adı keçən “Mercedes Benz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətləri mübahisələndirilməklə kassasiya şikayətinin dəlilləri ona qarşı yönəlmişdir. Azərbaycan Respublikası CPM-in 415.2-ci maddəsinə əsasən Bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi ilkin olaraq kassasiya şikayətinin və ya kassasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, kassasiya şikayəti və ya kassasiya protesti verilməmiş hesab edilir və baxılma mış saxlanılır. Bu halda şəxs bu Məcəllənin 410-cu maddəsində göstərilən müddətlərdə yenidən kassasiya şikayəti və ya kassasiya protesti verə bilər. CPM-in 415.1.3 maddəsində isə kassasiya şikayətinin və ya kassasiya protestinin məzmununa dair bu Məcəllənin 413-cü maddəsinin tələblərinə riayət edilməli olması, yəni kassasiya şikayəti və ya kassasiya protestinin ünvanlandığı kassasiya instansiyası məhkəməsinin adı; kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin adı və statusu; hökm və ya qərarı çıxarmış məhkəmənin adı; hökmün və ya qərarın tarixi, qısa məzmunu və kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin mülahizəsinə görə, onun qanunsuzluğunun, əsassızlılığının və ya ədalətsizliyinin nədən ibarət olması; kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin xahişi; kassasiya şikayətinə və ya kassasiya protestinə əlavə edilən sənədlərin siyahısının öz əksini tapmalı olması göstərilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və məzmunlarını mübahisələndirilən qərar ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinin konkret olaraq kimə qarşı yönəldiyi və həmin dəlillərdə konkret olaraq hansı məsələnin mübahisələndirilməsi aydınlaşdırıla bilmədiyindən, CPM-in 410-cu maddəsində qeyd olunan müddətlərə riayət edilib-edilməməsi müəyyən edilmədiyindən dəqiqləşdirilmə aparılması üçün kassasiya şikayəti hərəkətsiz saxlanılmalı və 20 günlük prosessual müddət təyin edilməklə kassasiya şikayəti zər ərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması barədə nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.3 və 410.1.4-cü maddələrinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini pisləşdirən digər əsaslar üzrə ittiham hökmündən, habelə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 6 (altı) ay müddətində, məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Bu baxımdan zərərçəkmiş şəxsin hüquqi varisi X oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinin kimə qarşı yönəlməsi və həmin dəlillərdə konkret olaraq hansı məsələnin mübahisələndirilməsi müəyyən edilə bilmədiyindən Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində qeyd olunan müddətlərə riayət edilib-edilməməsini müəyyən etmək mümkün olmur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya məhkəmə kollegiyasının Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin hərəkətsiz saxlanılması barədə Şirvan Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X oğlu tərəfindən verilmiş kassasiya şikayətini hərəkətsiz saxlanılması barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Bununla da, apellyasiya instansiyası məhkəməsi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş və həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən hər hansı bir pozuntuya yol verməmişdir. Belə olan halda, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq və dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxl anılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin hərəkətsiz saxlanılması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar