Məhkəmə qərarları › İş №1(102)-656/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-656/2019

08.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-656/2019 08.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 656/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "08" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Məmmədov Mübariz Hümbət oğlunun iştir akları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Mübariz Hümbət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Elşad İbiş oğlu, hakimlər Abdullayev Mehdixan Ədil oğlu və Hacıyev Asim Hacımirzə oğlundan ibarət tərkibdə) xx xxxxx 1986-cı il ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran şəhəri, ünvan 1 ünvanın da yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətə dövlət və yerli özünü idarə orqanlarında, bank və kredit təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X3da təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, ünvan 1 ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan, 6 saylı Ərazi Vergilər İdarəsində VÖEN qeydiyyat nömrəsi ********** olan vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxs Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış 01 ap rel 2014-cü il tarixli əmək müqaviləsinə əsasən 01 aprel 2014-cü ildən 04 dekabr 2014-cü il tarixədək ekspeditor vəzifəsində işləyərkən, həmin əmək müqaviləsinin şərtlərinə əsasən, öhdəsində olan malların qorunmasına, saxlanmasına, onun satışından əldə edilmiş pul vəsaitinin müəyyən olunmuş müddətdə xəzinəyə təhvil verilməsinə və s. səlahiyyətlərə malik məsul şəxs kimi, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid qəsdlə talama məqsədilə, X3 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs ona 04 aprel 2014-cü il tarixli 01 saylı qaimə-fakturası əsasında təhvil verdiyi 156.450 manat, 24 may 2014-cü il tarixli 02 saylı qaimə-fakturası əsasında təhvil verdiyi 75.825 manat dəyərində müxtəlif məbləğdə və növdə “Azercell-Telek om”, “Bakcell” və “xxxx” MMC-lərə aid mobil telefon danışıq kartlarının satışından əldə etdiyi cəmi 232.275 manat vəsaitin 30 aprel 2014-cü ildə 78.225 manat və 31 may 2014-cü ildə 37.518 manat olmaqla, cəmi 115.743 manatını sahibkarın xəzinəsinə mədaxil etməsinə baxmayaraq, öhdəsində qalan cəmi 116.532 manat pul vəsaitini sahibkarın xəzinəsinə ödəməyərək, həmin məbləği aralarında olan razılaşmaya əsasən X3 şəxsi xərcləri üçün istifadəsinə verməklə, cinayət əlaqəsinə girdiyi sonuncu ilə müvafiq qaydada öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, ona etibar olunmuş fərdi sahibkar Zərərçəkmiş şəxs məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəmə və israfetmə yolu ilə X3ilə birlikdə talamışdır. Hökmdən Məhkum müdafiəçisi Musazadə Elşən Möhrab oğ lu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əhmədov İsmayıl Həmid oğlu, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 26 aprel 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Mübariz Hümbət oğlu kassasiya şikayəti verərək, qeyd olunan qərarı ləğv etməklə Məhkum barəsində olan hissədə cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Məmmədov Mübariz Hümbət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum mənimsənilən məbləğdən hər hansı miqdarda faydalanmamış, əvəzində X3 pulları Məhkum müxtəlif yalanlar vəd etməklə dələduzluq yolu ilə ələ keçirmişdir. X3un müdafiəçisi X3in guya cinayət törətmədiyini, olsa-olsa X24 məhkumdan müəyyən məbləğdə borc almasının təsdiq olunduğunu göstərmişdir. Məhkum X3 tərəfindən aldadılaraq külli miqdarda vəsaitinin dələduzluqla ələ keçirilməsi barədə çoxsaylı şikayət ərizələri nəzərə alınaraq 30 dekabr 2014-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi X3barəsində başlanmış və sonradan həmin cinayət işi Məhkum X3dan və istintaqın gedişindən çoxsaylı şikayətləri əsasında müxtəlif instansiyalara göndərilmiş və sonuncu dəfə 11 yanvar 2016-cı ildə ərazi aidiyyəti üzrə Lənkəran şəhər prokurorluğuna, oradan da Lənkəran ŞRPŞ-yə göndərilmişdir. Uzun illər Məhkum X3dan 115.000 manatı tələb etsə də sonuncu dələduzluqla ələ keçirdiyi bu pulu qaytarmaqdan ustalıqla yayınmışdır. Bu mənada X3un müdafiəçisinin fikri ilə razılaşmaq olar ki, X3un əməli həqiqətən də etibar olunmuş külli miqdar əmlakı mənimsəmə deyil. X3un əməli külli miqdarda dələduzluqdur. Əgər istintaq bu cür yekunlaşsaydı, onda Məhkum zərərçəkmiş şəxs qismində tanınmalı idi. Çünki X3 Məhkum aldatmaqla 115.000 manatı ələ keçirməsəydi, heç bir cinayət baş verməzdi. Odur ki, baş vermiş cinayətlə qanunsuz hərəkət arasında səbəbli əlaqəni məhz Məhkum Əkbərov yaratmışdır. Bu faktı Məhkum 2014-cü ilin mayından 2017-ci ilin iyun ayınadək Azərbaycan Respublikası Baş Prokurorluğuna və digər inzibati orqanlara ünvanladığı çoxsaylı şikayət ərizələri təsdiq edir. Təqsirləndirilən şəxs X3müdafiəçisi göstərir ki, işdə olan «xxxx» ASC-nin məktubundan görünür ki, bankın «Salyan» filialından X3adına «Monex» pul köçürmələri sistemi vasitəsilə 05 iyun 2014-cü il tarixdə iki köçürmə ilə (6000 manat və 9000 manat olmaqla) cəmi 15.000 manat pul köçürülmüşdür. Bu məbləğin məhz X24 Məhkumdan dələduzluqla ələ keçirdiyi vəsaitin bir hissəsi olduğu istintaq və məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur. İşdə olan sənədlərdən göründüyü kimi, Məhkum 12.02.2010-cu ildən fərdi sahibkar kimi fəaliyyətə başlamış və 2011-ci ildən Zərərçəkmiş şəxs ilə birlikdə işləməsinə baxmayaraq, məhz 2014-cü ili n aprel ayında Məhkumlə fiziki şəxs kimi müqavilə bağlanılmış və fəaliyyətə başladığı 3 ay ərzində Məhkum 116.531 manat çatışmamazlığı aşkar edilmişdir. Əgər Məhkum mənimsəməyə meylli şəxs olsaydı, 2011-ci ildən 2014-cü ilin aprelinədək onda milyonlarla mənimsəmə aşkar edilmiş olardı. Halbuki, bu hal baş verməyib və əgər X3 yuxarıda qeyd olunan məbləği dələduzluqla ələ keçirməsəydi yəqin ki, Məhkum heç bir çatışmazlıq aşkar edilməzdi. İşdə olan 04 fevral 2015-ci il tarixli iddia ərizəsi və Lənkəran rayon məhkəməsinin 31 avqust 2017-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı X3 cavabdeh Məhkum və qeyrilərinə qarşı «mülki hüquq münasibətlərindən irəli gələn öhdəliklər üzrə ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması və əqdin etibarsız hesab edilməsi» tələbi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmiş, həmin mülki iş 10 fevral 2015-ci ildə Lənkəran rayon Məhkəməsinin icraatına daxil olmuş və 24 fevral 2015-ci il tarixli qərardadına əsasən sənədlərin icraata qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs X3 Məhkumdan külli miqdarda pul almasını etiraf etmiş və bu yolla törətmiş olduğu cinayəti mülki iddia icraatı məcrasına yönəltməyə çalışmışdır. Həmçinin şikayətdə qeyd edilmişdir ki, işdə olan Rabitəbankdan daxil olmuş qəbzdən görünür ki, 10.000 manat təqsirləndirilən şəxs X3 tərəfindən Zərərçəkmiş şəxs ödənilmişdir. Apellyasiya məhkəməsi tərəfindən haqlı olaraq təqsirləndirilən şəxs X3 müdafiəiçisinin apellyasiya şikayətində göstərilən talanmış hesab edilən məbləğin X3 deyil, Məhkum etibar edilmiş vəsait olması, buna görə də X3un əməlində CM-nin 179.3.2-ci maddəsinin tərkibinin ola bilməməsi barədə vəsatətini rədd etmişdir.Lakin həmin məhkəmə qərarında təqsirləndirilən şəxs Məhkum vurulan ziyanla bağlı zərərçəkmiş şəxsə zərərin aradan qaldırılması üçün yardım etmədiyini əsas gətirərək yüngülləşdirici halların tətbiq edilməsindən imtina etmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz.Ona görə ki, zərərçəkmiş şəxsə vurulmuş ziyanı məhz digər təqsirləndirilən şəxs X3 yetirmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cəza təyin edərkən külli miqdarda pulu mənimsəməyən, təqsirsiz Məhkum, habelə, 115.000 manat məbləğində külli miqdarda vəsaiti mənimsəmiş X3a eyni cəzanın verilməsi tam qanunsuzdur. Bu fakta apellyasiya məhkəməsi də əhəmiyyət verm əmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün kifayət qədər əsaslar olmasına baxmayaraq buna əhəmiyyət verməmiş və birinci instansiya məhkəməsinin hökmünü öz qərarı ilə qüvvəsində saxlamışdır. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsi qərarını ləğv etməklə Məhkum barəsində olan hissədə cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinl əyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yox layaraq, aşağıdakıları qeyd edir: Hökmdən və qərardan görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsinin tərkibini yaratdığı üçün düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticə iş materiallarına, işin faktiki hallarına və qanun tələbl ərinə tam uyğundur, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, müdafiə tərəfinin kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar iş üzrə sübutları təhlil edərək onların məcmusuna əsaslanıb qərarında qeyd etmişdir ki, “... məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Məhkum və X3əməlinin Azərbaycan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə tövsif edilməsi düzgün olmuşdur. Onların qeyd edilən cina yəti törətməsi öz ifadələri, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, şahidlər X17, X9, X10, X11, X13 ifadələri, auditor hesabatı, ekspertiza rəyləri, mobil telefonla aparılan danışıqlara dair məlumatlar, işin digər halları və işə aid biri digərinə uyğun gələn mötəbər sübütların məcmusu ilə aşağıda şərh olunan qaydada kifayət qədər sübuta yetirilmişdir. İşdə olan protokoldan görünür ki, X3 və Məhkum arasında aparılan üzləşdirmə zamanı Məhkum ifadəsində qeyd etdiyi xüsusatları bir daha X3un üzünə qarşı deyərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan protokoldan görünür ki, X21 və Məhkum arasında aparılan üzləşdirmə zamanı X17 Məhkumun yalan ifadə verdiyini göstərmiş, Zərərçəkmiş şəxsla Məhkumin arasında əmək müqaviləsi bağlanmış olduğunu bildirmiş, danışıq kartlarının da Zərərçəkmiş şəxsun adı göstərilən qaimə-fakturalar əsasında Məhkumə verildiyini bildirmişdir. Həmçinin Məhkum təhvil verilmiş danışıq kartlarının satışından əldə etdiyi pul vəsaitinin, onun dostu “xxxx” ASC-nin Lənkəran şöbəsinin müdiri vəzifəsində işləyən X3a vermək istəməyi və verməsi barədə özünün məlumatı olmamışdır, Məhkum ona bu barədə bildirməmiş, Məhkum bu barədə əvvəlcədən demiş olsa idi belə tanımadığı şəxsə heç bir zəmanət olmadan, külli miqdarda vəsaitin verilməsinə razılığını bildirməzdi. Məhkumin danışıq kartlarının satışına görə pul vəsaitinin qaytarmasında yubanmalar olduğundan sonra Məhkumin pulu dostu X3ə verməsi barədə məlumatı olmuşdur. İşdə olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Məhkum arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs da İfadəsində M əhkum özünü müdafiə etmək üçün yalan ifadə verdiyini, Məhkumlə 2014-cü ilin aprel ayında əmək müqaviləsi bağladığını, Məhkum qaiməfakturalar əsasında verdiyi danışıq kartlarının satışını həyata keçirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Məhkum əsasən X17lə ünsiyyətdə olsa da, rəsmi olaraq onun işçisi olması barədə məlumatı olmuşdur. Çünki onunla əmək müqaviləsi bağlanmış və danışıq kartları onun tərtib etdiyi qaimə-fakturalar əsasında Məhkumə təhvil verilmişdir. Məhkumə verdiyi danışıq kartlarının pulunun onun tərəfindən ödənilmədiyini görəndə bunun səbəbini aydınlaşdırmaq üçün Məhkumlə görüşüb danışığı olmuş və kartları satıb-satmadığını və satıbsa pullarını nəyə görə ödəmədiyini soruşduqda Məhkum kartları satdığını və 115.000 manat pulu uşaqlıq dostu olan «xxxx» ASC-nin Lənkəran filialının müdiri X3a verdiyini bildirmişdir. İşdə olan “xxxx” ASC-nin Daxili Audit Departamentinin “Lənkəran” şöbəsində 01 iyun 2013-30 iyun 2014-cü illəri əhatə edən dövr üzrə aparılan Audit yoxlaması barədə 10 iyul 2014-cü il tarixli hesabatdan görünür ki, yoxlama zamanı ciddi nöqsanlar aşkar edilməmişdir. Həmçinin istintaq zamanı Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 01 mart 2016-cı il tarixli qərarı ilə X3“xxxx” ASC-nin Lənkəran şöbəsinin müdiri vəzifəsində işlədiyi 17 iyul 2011-ci il tarixdən 05 sentyabr 2014-cü il tarixədək olan dövr üzrə həmin şöbədə kreditlərin verilməsi zamanı müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməsi vəziyyəti yoxlanılmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin Mütəxəssis təhl illəri şöbəsi tərəfindən aparılmış yoxlama zamanı X3un “xxxx” ASCnin Lənkəran şöbəsinin müdiri vəzifəsində işlədiyi dövr ərzində depozit təminatı kreditlərin verilməsində pozuntu halı aşkar edilməməsi, verilmiş istehlak kreditləri üzrə ödəmələrin qrafikə uyğun həyata keçirilməsi barədə 12 oktyabr 2016-cı il tarixli rəy tərtib edilmişdir. İşdə olan “xxxx” ASC-nin məktubundan görünür ki, bankın “Salyan” filialından X3adına “Monex” pul köçümələri sistemi vasitəsilə 05 iyun 2014-cü il tarixdə iki köçürmə ilə (6000 manat və 9000 manat olmaqla) cəmi 15.000 manat pul köçürülmüşdür. İşdə olan məlumatdan görünür ki, Lənkəran şəhər-rayon Polis şöbəsi tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Məhkum mobil telefon danışıq kartlarının satışından əldə etdiyi pulların uzun müddət sərəncamında sax laması və əlavə gəlir əldə etmək məqsədilə müxtəlif şəxslərə, o cümlədən X3a müəyyən müddətə borc verməsi barədə məlumatlar əldə edilmişdir. İşdə olan audit yoxlamasının nəticəsinə dair tərtib edilmiş 16 sentyabr 2016-cı il tarixli hesabatdan görünür ki, audit yoxlaması zamanı fiziki şəxs Zərərçəkmiş şəxs işçisi ekspeditor Məhkum maddi məsuliyyətinə cəmi 232.275,00 manat dəyərində danışıq kartları olmuşdur. Satılmış danışıq kartlarından Zərərçəkmiş şəxs kassasına Məhkum tərəfindən 115.743,53 manat pul mədaxil edilmişdir. Beləliklə, 116.531,47 manat pul məblği kassadan yayındırılmış və həmin məbləğdə Zərərçəkmiş şəxs ziyan dəymsi müəyyən edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs ilə Məhkum arasında bağlanmış 01 aprel 2014-cü il tarixli əmək müqaviləsi və 01 saylı Əmrdən görünür ki, Məhkum fərd i sahibkar Zərərçəkmiş şəxs tərəfindən ekspeditor vəzifəsinə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış həmin əmək müqaviləsinin 5.1-ci maddəsinə əsasən tərəflərdən biri digərinin əmlakına və qanunla qorunan mənafelərinə ziyan vurarsa digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada məsuluyyət daşıyır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyyinin 02 iyun 2017-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs ilə Məhkum arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə daxil edilmişdir. İşdə olan sənədlərdən görünür ki, 04 aprel 2014-cü il və 24 may 2014-cü il tarixli qaimə faktura əsasən fiziki şəxs Zərərçəkmiş şəxs tərəfindən ekspeditor Məhkum cəmi 232.275,00 (iki yüz otuz iki mi n iki yüz yetmiş beş) manat dəyərində danışıq kartları təhvil verilmişdir. Məhkum tərəfindən satılmış kartların dəyəri 30 aprel 2014-cü və 31 may 2014-cü il tarixli mədaxil orderləri əsasında cəmi 115.743,53 (bir yüz on beş min yeddi yüz qırx üç manat 53 qəpik) manat pul kassaya mədaxil edilmişdir. İşdə olan izahatlardan görünür ki, ekspeditor Məhkum fərdi sahibkar Zərərçəkmiş şəxs adına izahat verərək verdiyi izahatda götürdüyü danışıq kartlarının satışından əldə etdiyi pulları X3a verdiyini, pulları işdən gizli götürdüyünə görə bu barədə heç kəsin bilməməsi barədə X3lə şərt kəsdiyi, X3 xəstə olduğuna və sonradan məzuniyyətə çıxdığına görə pulların qaytarılması üçün ona vaxt verilməsini xahiş etdiyini bildirmişdir. İşdə olan məhkəmə-mühasibat ekspertizasının 30 may 2017-ci il tarixli 1265 3 saylı rəyindən görünür ki, fiziki şəxs Zərərçəkmiş şəxs ekspeditoru Məhkum işlədiyi dövrdə 116.531,47 manat məbləğində satış pulu çatışmazlığı qalması müəyyən edilir. Fiziki şəxs Zərərçəkmiş şəxs ekspeditoru Məhkum fəaliyyət göstərdiyi dövr ərzində mal dövriyyəsinin auditi Audit Xidməti haqqında Azərbaycan Respublikasının Qanunu və sahəvi auditlərin keçirilməsinə dair proqramının tələblərinə uyğun olaraq aparılmışdır. Həmçinin həmin rəydə qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs ilə Məhkum arasında bağlanmış əmək müqaviləsinin 5.1 və 5.2-ci bəndlərin tələblərinə əsasən fiziki şəxs üzrə müəyyən edilmiş 116.531 manat satış pulu çatışmazlığına görə cavabdeh Məhkum maddi məsuldur. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının 10 avqust 2017-ci il tarixli 17877 saylı rəyindən görünür ki, eksperti zaya təqdim olunmuş 04 aprel 2014-cü il tarixli 01 saylı qaimə-fakturasında “ekspeditor təhvil aldı” qrafasında, 24.05.2014-cü il tarixli 02 saylı qaimə-fakturasında “Təhvil aldı” qrafasında, 01 aprel 2014-cü il tarixli əmək müqaviləsinin son səhifəsində “işçi” qrafasında və həmin səhifənin sonunda “işçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı” hissəsində “imza” qrafasında olan imzalar və Məhkum fərdi sahibkar Zərərçəkmiş şəxs adına yazdığı izahatlarında əks olunmuş yazılar və “imza” sözü qarşısında olan imzalar Məhkum tərəfindən icra olunmuşdur. Həmin rəydə həmçinin göstərilmişdir ki, 04 aprel 2014-cü il tarixli 01 saylı qaimə-fakturasında “ambardar təhvil verdi” qrafasındaki imza, 24 may 2014-cü il tarixli 02 saylı qaimə-fakturasında “təhvil verdi” qrafasındaki imza, 01 aprel 2014-cü il tarixli əmək müqaviləsinin son səhifəsində “işə götürən” qrafasında və həmin vərəqin aşağı tərəfində “Möhür Zərərçəkmiş şəxs” yazıların qarşısında “İmza” qrafasında əks olunmuş imzalar Zərərçəkmiş şəxs tərəfindən icra olunmuşdur. İşdə olan Məhkum istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsinə gələn və çıxan SMS məlumatlarına baxış protokolundan görünür ki, məlumatlara baxış keçirilərkən istintaq üçün əhəmiyyət kəsb edən aşağıdakı SMS yazışmaları, o cümlədən 21/06/2014, 21:05:23, **********66, **********, X17nin söhbetden xeberi var? 21/06/2014, 21:05:42, **********55, **********, yo. 21/06/2014, 21:05:52, **********55, **********, bilse meleder meni. 21/06/2014, 21:06:03, **********66, **********, Ok. 21/06/2014, 21:06:12, **********55, **********, and ola allaha mehf eder meni. 21/06/2014, 21:06:30, **********66, **********, Ok.yazıları müəyyən edilmişdir. Həmin SMS yazışmaları ilə əlaqədar dindirilmiş X3 **********66 mobil telefon nömrəsini özü istifadə etdiyini, həmin SMS yazışmasının onunla Məhkum arasında aparıldığını, “X17 söhbetden xeberi var?” sualını özü Məhkumə verdiyini, X17 dedikdə, “Azercell” şirkətinin Lənkəran şəhərində olan distibyutoru, Məhkumin müdiri kimi tanıdığı X17ni nəzərdə tutduğunu, “söhbətdən xəbəri var” dedikdə, yəni Məhkumin kartların satışından əldə etdiyi vəsaitin ona, yəni X3ə verilməsindən X17nin məlumatı olub-olmamasını soruşduğunu, Məhkum isə X17nin bu barədə məlumatının olmadığını bildirdiyini göstərmişdir. İşdə olan Vergilər Nazirliyi yanında VCİAD-ın 03 avqust 2017-ci il tarixli məktubundan görünür ki, Məhkum 1 2 fevral 2010-cu il tarixdən fiziki şəxs (fərdi sahibkar) qismində vergi orqanında geydiyyatdadır, həmin vergi ödəyicisi 28 iyul 2014-cü ildən fəaliyyətinin dayandırılması barədə vergi orqanına arayış vermişdir. İşdə olan 04 fevral 2015-ci il tarixli iddia ərizəsi və Lənkəran rayon məhkəməsinin 31 avqust 2017-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı X3cavabdeh Məhkum və qeyrilərinə qarşı “mülki hüquq münasibətlərindən irəli gələn öhdəliklər üzrə ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması və əqdin etibarsız hesab edilməsi” tələbi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmiş, həmin mülki iş 10 fevral 2015-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin icraatında daxil olmuş və 24 fevral 2015-ci il tarixli qərardadına əsasən sənədlərin icraata qəbul edilməsindən imtina edilmiş, i ddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır... Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan sübutlar əsasında belə bir düzgün nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkumin uşaqlıq dostu olan X3a 115.000 mana pul verməsi, X3ə pulları verməsinə görə ona əlavə pul verməyi vəd etməməsi, həmçinin X20 pulları ona faizə verməsi, Məhkumə cəmi 54 min manat borcunun qalması, qalan pulları qaytarması ilə bağlı ifadələrində göstərdikləri xüsusatlar işin faktiki hallarına uyğun gəlmir və obyektiv həqiqəti əks etdirmir. Belə ki, məhkəmə istintaqında qeyd olunan xüsusatlar təqsirləndirilən şəxslərin özlərinin verdikləri ifadələri, onların ibtidai araşdırma zamanı verdikləri ifadələri, üzləşdirmə protokolları, zərərçəkmiş şəxsin, şahidləri n ifadələri və digər istintaq materialları ilə təzkib olunduğundan, işin faktiki hallarına uyğun gəlmədiyindən, məhkəmə Məhkum və X3un qeyd olunan xüsusatlarla bağlı ifadələrini cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirmişdir... Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında apellyasiya şikayətlərinin dəlilləri əsasında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Məhkum və X3un törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, onlar tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi və onların təqsirliliyinin sübuta yetirilmiş olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgündür. Əməlin cinayət olmasını aradan qaldı ran hallar yoxdur. Məhkum və X3un törətmiş olduqları cinayət əməli düzgün tövsif olunmuşdur. Məhkum müdafiəçisi Məhkum cavanlığı, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsi və əməlini etiraf etməsi kimi halların ona şərti cəza verilməsinə əsas verdiyini hesab etsə də məhkəmə kollegiyası Məhkum şərti cəza verilməli olduğunu hesab etmir. Bu həm də ona görə əsaslı hesab edilə bilməz ki, işə birinci instansiya məhkəməsində baxıldıqdan keçən müddət ərzində nə X3nə də Məhkum Zərərçəkmiş şəxs vurduqları zərərin aradan qaldırılması, azaldılması ilə bağlı hər hansı hərəkət etməmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər Məhkum və X3un məhz, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə mənimsəmə cinayəti törətməsini əsas götürərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən onların barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün əlavə cəza kimi təyin etməsini əsaslı hesab edir. Beləli klə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları ətraflı araşdırmış, Məhkum və X3 onlara istinad edilmiş əməli törətmiş olmaları barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1ci bəndi ilə məhkəmələrə tövsiyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictima i təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şə xslərin izahatını, müdafiəçilərin çıxışını, dövlət ittihamçısının rəyini dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli 1(089)393/2017 saylı hökmü dəyişdirilməməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarında göstərmiş, bunlara dair gəldiyi nəticəni toplanmış və tədqiq edilmiş sübutlara (onların məcmusuna), işin digər faktiki hallarına, qanunun normalarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə (Məhkum aid hissədə) iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (A zərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (müdafiə tərəfinin kassasiya şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarı (Məhkum aid hissədə) dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar