Məhkəmə qərarları › İş №1(102)-656/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-656/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-656/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X6, Məhkum iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum Azərba ycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN Zaqatala Rayon (hakim:A.H.İsmayılov) Məhkəməsinin xx E T D İ: xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum- xx xxxx 1987-ci il tarixdə Şamaxı rayonu 1-ci Udulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 1(101)-153/2017 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli 1(103)-194/2018 nömrəli qərarı ilə ona təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli 1(103)-194/2018 nö mrəli qərarı ilə ona təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla və həmin qərara əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, ona qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra - Azərbaycan Respublikası FHN) məsul vəzifəli şəxsi kimi təqdim edərək, tanışı X3 vasitəsilə ta nış olduğu Zərərçəkmiş şəxs baldızına məxsus və 2013-cü ildə Zaqatala rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş Qazangül qəsəbəsində yerləşən evini Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən dövlət hesabına bərpa olunması nəzərdə tutulmuş evlərin siyahısına salınmasını və tikilməsini təmin etdirəcəyi barədə vədlər verərək, 2014-cü ilin fevral ayının əvvəllərində Zaqatala şəhəri, Azərbaycan prospektində yerləşən Zərifə Əliyeva liseyinin qarşısında Kərim Fətişov vasitəsilə cəmi 6800 (altı min səkkiz yüz) manat məbləğində pulu ələ keçirərək, vədinə əməl etmədən Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlin i törətmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: V.İ.Məlikov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və A.A.Mahmudovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində verilən ittiham üzrə özünü təqsirli bilmədiyini, istər ibtidai istintaq zamanı, istərsədə məhkəmə istintaqında barəsində olan cinayət işinə ədalətli baxılmadığını bildirmiş, haqqında bəraət hökmü çıxarılaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassas iya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində verilən ittiham üzrə özünü təqsirli bilmədiyini, istər ibtidai istintaq zamanı, i stərsədə məhkəmə istintaqında barəsində olan cinayət işinə ədalətli baxılmadığını bildirmiş, haqqında bəraət hökmü çıxarılaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb, məhkəmə iclasında tədqiq edilmiş, qiymətləndirilmiş və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu ilə təsdiq edilərək Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə düzgün tövsif edilmişdir. Məhkum ifadələrində cinayət əməlini etiraf etməmiş, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə üzləşdirmələr zamanı təsdiq edilən cinayət işinin faktiki hallarını təhrif etməyə, yalan ifadələr verməklə məsuliyy ətdən yayınmağa çalışsa da onun cinayət əməlləri sübut olunmuşdur. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Məhkum himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündə qeyd edilmişdir ki, surəti cinayət işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli 1(103)-194/2018 nömrəli qərarından görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 1(101)-153/2017 nömrəli hökmü ilə təqsirli bilindiyi cinayətləri 2013-cü və 2015-ci illərdə törətmişdir. O, hazırkı iş üzrə cinayəti 2013-cü ildə törətdiyi üçün onun yuxarıda qeyd edilən hökmlə və qərarla olan məhku mluğu ödənilməsə də, hazırkı cinayəti qeyd edilən hökm və qərar çıxarılmazdan əvvəl törətdiyindən əməlində cinayətin residivi yaranmır. Ona görə də hazırkı cinayət işi üzrə məhkuma təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla birləşdirilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmü Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Kassasiya şikayətində göstərilən dəlillər Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası qarşısında da qaldırılmış, həmin dəlillər cinayət işinin materialları üzrə yoxlanılaraq əsassız hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə həm Zaqatala Rayon Məhkəməsinin və həm də Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının gəldiyi nəticələr qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan R espublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar