Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-656/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs5 iştirakları ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü ilə Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 1(043)67/2021 nömrəli (hakim C.Tağıyev) hökmü ilə xx.xx.1976-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsi ilə təqsi rli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanması, həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəlinin 10 iyun 2020-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi və məruzəsilə, hakimlər Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 29 noyabr 2021-ci il tarixli qərarı ilə ap ellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, tamah niyyəti ilə yaşadığı ünvan 2 ünvanında olan tanışı Zərərçəkmiş şəxs5 müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2016-cı ilin əvvəllərindən iki ay müddətində Gəncə şəhərində ünvanı tam bəlli olmayan ayrı-ayrı yerlərdə Zərərçəkmiş şəxs5 kiş i müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 30 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs5 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Eləcə də Məhkum tamah niyyəti ilə ünvan 3 ünvanında kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2019-cu ilin fevral ayı ərzində ünvan 2 ünvanında iki dəfə Zərərçəkmiş şəxs1 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs1 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Eləcə də Məhkum tamah niyyəti ilə ünvan 4 ünvanında yaşayan tanışı X5 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2020-ci ilin yanvar ayı ərzində Gəncə şəhərində ünvanı tam bəlli olmayan ayrı-ayrı yerlərdə Aynur Eşqinlinin kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Aynur Eşqinlini gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Eləcə də Məhkum tamah niyyəti ilə ünvan 5 ünvanında kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2018-ci ilin avqust ayının əvvəllərindən həmin ilin sentyabr ayının sonlarınadək Gəncə şəhərində ünvanı tam bəlli olmayan ayrı-ayrı yerlərdə, eləcə də 2020- ci ilin mart ayının ortalarında ünvan 6 ünvanında Zərərçəkmiş şəxs2 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs2 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Məhkum tamah niyy əti ilə ünvan 7 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs4 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək olan müddət ərzində ünvan 6 ünvanında və Gəncə şəhərində ünvanı i tam bəlli olmayan digər yerlərdə Zərərçəkmiş şəxs4 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs4 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Məhkum 2019-cu ilin fevral ayı ərzində qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzi lin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra tanışı Zərərçəkmiş şəxs1 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb edib onun həmin mənzilin kişi müştəriləri ilə cinsi əlaqədə olması üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş yataq otağında müştərilərə intim xidmətlər göstərməsinə iki dəfə ayrı-ayrı vaxtlarda şərait yaradıb bunun müqabilində sonuncudan hər dəfə 20 manat pul alıb əxlaqsız yuvalar təşkil etmə, saxlama, həmçinin bu məqsədlər üçün mənzil sahələri vermə cinayətini törətmişdir. Bundan başqa, Məhkum təkrarən 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək olan müddət ərzində ünvan 6 ünvanında yerləşən mənzilin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra tanışları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb edib onların həmin mənzilin kişi müştəriləri ilə cinsi əlaqədə olmaları üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş yataq otağında müştərilərə intim xidmətlər göstərmələrinə şərait yaradıb bunun müqabilində hər qadından hər dəfə 20 manat pul alıb təkrarən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama, həmçinin bu məqsədlər üçün mənzil sahələri verməklə cinayət əməlini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. İl kin istintaq zamanı zərərçəkmiş şəxs kimi tanınan Eşqinli Aynur, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsində iştirak edərək heç bir şikayət və tələblərinin olmadığını bildirib notariat qaydasında təsdiq olunmuş barışıq ərizələrini məhkəməyə təqdim etmişdirlər. Belə ki, ilk məhkuluğunu, əməlindən səmimi peşman olmasını, övladının olmasını, zərərçəkmiş şəxslərlə barışıq ərizələrinin olmasını və cəzaçəkmə müəssisəsində müsbət xarakterizə olunmasını məhkəmə cəza təyin edərkən nəzərə almamışdır. Odur ki, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, barəsindəki apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs5 çıxı ş edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalar ının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edil miş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, Zərərçəkmiş şəxs5 və dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə və təkrarən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmus u ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qe yd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir təd birləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olma sı dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması (əməlindən peşman olması, zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsi), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azə rbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİnin tələbnaməsindən görünür ki, Məhkum Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli, 1(044)-130/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə xx.xx.2016-cı il tarixli Amnistiya tətbiq olunmaqla təyin edilmiş cəzadan azad edilmişdir. Həmçinin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 1(043)73/2018 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəriməni tam ödəmişdir. Həmçinin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(043)-107/2019 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdən tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) saat ictimai işlər cəzasına məhkum edilmişdir. Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, 182304/20 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, 400 (dörd yüz) saat ictimai işlər cəzasını xx.xx.2020-ci il tarixdə çəkib qurtarmışdır. Məhkəmə istintaqı zamanı təqdim olunmuş Zərərçəkmiş şəxs4 xx.xx.2021-ci il tarixli 8İ-2345 reyestr nömrə i lə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Məhkum ilə barışmışdır, ona qarşı hər hansı iddia və tələbi yoxdur. X3 xx.xx.2021-ci il tarixli 8İ-2344 reyestr nömrə ilə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Məhkum ilə barışmışdır, ona qarşı hər hansı iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixli 8İ-5159 reyestr nömrə ilə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Məhkum ilə barışmışdır, ona qarşı hər hansı iddia və tələbi yoxdur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanun la məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci madd əsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlid ir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun ol ub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-656/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-656/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver