Məhkəmə qərarları › İş №1(102)-657/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-657/2019

30.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-657/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Biləsuvar Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: Əliyev Rəfayil Əfraddin oğlu) xx.xx.1988-ci ildə Cəbrayıl rayonunun Tatar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonunun Tatar kəndində qeydiyyatda olan, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa olunmuş ünvan 1 evdə yaşayan X9 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cina yət əməllərini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Camalov Etibar Əli oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlundan və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 27 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək qərarın dəyişdirilməsini məhkumun barəsində CM-nin 6 2-ci maddəsinin müddəalarının tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: X9 məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 14,71 qram çəkidə narkotik vasitə çətənə bitkisindən kustar usulla hazırlanmış qurudulmuş marixuana əldə edib özündə saxlamış və həmin narkotik vasitəni 04 may 2018-ci il tarixdə saat 00:10 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 55-ci kilometrliyində Cəbrayıl qəsəbəsinə dönən yolda X1 300 (üç yüz) manata satmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə etdiyi şəxsin xəstə olmasını, məcburi köçkün olmasını, himayəsində atası, anası, həyat yoldaşı və bir nəfər uşağı olmasını, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən mənfi xarakterizə olunmamasını, barəsind ə ağırlaşdırıcı halların müəyyən edilməməsini əsas gətirərək məhkum X5 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllən in normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kassasiya şikаyətinin dəlillərindən görünür ki, cinayət işi üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəf indən müəyyən edilmiş faktiki hallar və əməlin hüquqi tövsifi, yəni məhkum X9 tərəfindən CM-nin 234.2-ci maddəsində göstərilən cinаyət əməlini törətməsi mübаhisələndirilməmişdir. Kassasiya şikayətinin dəlilləri təyin edilmiş cəzanın ağırlığı və məhkumun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədədir. Biləsuvar Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli hökmündə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edərək, X7 cəza təyin edərkən onun təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alındığı göstərmişdir. Qanunun tələbinə və qanunla müəyyən edilmiş cəza təyin etmənin prinsiplərinə görə cəza təyin edilərkən təkcə bu hallar deyil, Azərbaycan Re spublikası CM-nin 8.1-ci və 58.3-cü maddələrində təsbit edilmiş digər hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraiti nə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə müəyyən edilmiş yuxarıda sadalanan halların məcmusu cinayətin törədilməsi zamanı və bundan sonra X5 davranışı ilə bağlı müstəsna halların, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar mövcudluğuna əsas vermir. Ona görə də, cinayət işinə baxan məhkəmələr tərəfindən X5 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsaslar müəyyən edilmədiyindən bu barədə kassasiya şikayətinin dəlili təmin edilməməlidir. Kollegiya qeyd edir ki, məhkuma törətdiyi cinayət əməlinə mütənasib olaraq 03 il müddətə azadlıqdan məhrum cəzası təyin etmişdir. Məhkum Rəmal Əsədovun təqsirli bilindiyi CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası təsbit edilmişdir. Göründüyü kimi nəhkəmə məhkuma qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həd dində qanuni və ədalətli cəza təyin etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. X5 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar