Məhkəmə qərarları › İş №1(102)-657/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-657/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-657/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun və məhkum x1nun iştirakları ilə, Salyan Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tar ixli hökmü ilə x1nun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkum x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Salyan Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim:A.H.Səmədov) x1-xx.xx.1955-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla orada yaşayan Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzas ına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəlinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması hökm edilmişdir. Həmin hökmlə x6 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 2019-cu il martın 30-da saat 21 radələrində ünvan 1 yerləşən x2 məxsus yeməkxa nanın 2-ci otağında həmkəndliləri x3, x4, x5 və x6 ilə yemək yeyib spirtli içki qəbul etdikdən sonra sərxoş halda x6 heç bir əsaslı səbəb olmadan bir neçə dəfə “Məni vuracaqsansa burada vur!” kimi ifadələr işlətməsi nəticəsində yaranmış gərgin şəraitdən əsəbləşmiş x5 masa üzərindəki araq qədəhini öz başına vurub x1 iradını bildirməklə əyləşdikləri otaqdan çıxmış, onun ardınca x4 və x6 oranı tərk etmiş, bundan sonra x1 otaqdan çıxıb ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, yeməkxanada və ətrafda olan şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək, uca səslə qışqırıb x6i axtarmış, qarşısında x5u görüb ünvanına ucadan nalayiq söyüşlər söyüb üzərinə getmiş, sonuncunun sındırdığı pivə butulkasının şüşə parçası ilə öz qollarını kəsdiyini görüb dayanmış, yenidən ucadan “Hanı x6” deyə qışqırmaqla yeməkxana masasının üzərindən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb x6i yaxınlıqdakı mədəniyyət evinin qarşısında əlindəki bıçaqla sonuncuya xəsarət yetirmək məqsədilə üstünə hücum etməklə xuliqanlıq etmişdir. Salyan Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmündən məhkum x1nun müdafiəçisi-vəkil Babayev Bəxtiyar Rəhim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: R.M.Cəfərov (sədrlik edən və məruzəçi), F.K.Soltanov və İ.H.Əhmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü məhkum x1na aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkum x1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum x1 kassasiya şikayətində təqsirləndirildiyi cinayət işi üzrə əslində zərərçəkmiş olduğunu, yüngül xəsarət aldığını, başına vurulan zərbənin taxta parçası ilə deyil də şüşə külqabı ilə vurulduğunu qeyd etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019-cu il tarixli 111 saylı rəyindən də göründüyü kimi xəsarət kənar şəxs tərəfindən küt əşya ilə törədilmişdir və sağlamlığa yüngül zərərvurmaya aiddir. Lakin daha sonra təkrar ekspertiza keçirilərək xəsarətin külqabı ilə deyil, taxta parçası ilə yetirilməsi barəsində qanunsuz rəy alınmışdır. Hətta müdafiəçim tərəfindən Salyan RMX-na verilən sorğunun cavabında da hansı xəsarəti aldığım qeyd olunmuşdur. Həmçini n mənə xəsarət yetirən x6 əməli düzgün tövsif olunmamış, ona CM-in 128-ci maddəsi ilə ittiham verilmişdir. Hansıki onun əməli CM-nin 221.3-cü maddəsinə, digər hadisənin iştirakçısı x5un əməli isə CM-nin 221.2.1-ci maddəsinə tövsif olunmalı halda, x5a ittiham elan edilməmişdir. Qeyd olunan halların hamısı apelyasiya şikayətindədə qeyd olunmağına baxmayaraq apelyasiya məhkəməsi işin hallarını düzgün araşdırmadan qanunsuz qərar çıxarmışdır. Göstərilənləri nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin obyektiv və hərtərəfli araşdırılması üçün yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlilləri ni müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyas ı məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum x1 kassasiya şikayətində təqsirləndirildiyi cinayət işi üzrə əslində zərərçəkmiş olduğunu, yüngül xəsarət aldığını, başına vurulan zərbənin taxta parçası ilə deyil də şüşə külqabı ilə vurulduğunu qeyd etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxx 20 19-cu il tarixli 111 saylı rəyindən də göründüyü kimi xəsarət kənar şəxs tərəfindən küt əşya ilə törədilmişdir və sağlamlığa yüngül zərərvurmaya aiddir. Lakin daha sonra təkrar ekspertiza keçirilərək xəsarətin külqabı ilə deyil taxta parçası ilə yetirilməsi barəsində qanunsuz rəy alınmışdır. Hətta müdafiəçim tərəfindən Salyan RMX-na verilən sorğunun cavabında da hansı xəsarəti aldığım qeyd olunmuşdur. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət tərkibi nəzərdə tutulmuşdur. x1nun barəsindəki hər iki ek spertiza rəylərinin gəldiyi nəticələr bir-birinə uyğundur və məhkuma yetirilmiş xəsarətin dərəcəsi və hansı növ predmetlə yetirilməsi barədə gəldikləri nəticələrdə prinsipial fərqlərin mövcudluğu müəyyən edilməmişdir. Hər iki rəydə göstərilmişdir ki, yetirilmiş xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan salamlığa yüngül zərərvurmaya aiddir və küt əşyanın təsirindən törənmişdir. xx xxxxx 2019-cu il tarixli 111 saylı rəydə göstərilmişdir ki, qeyd olunan xəsarət qərarda göstərilmiş şəraitdə kənar şəxs tərəfindən külqabı ilə yetirilə bilərdi, xx xxxx 2019-cu il tarixli 111/ə saylı rəydə isə göstərilmişdir ki, xəsarət müxtəlif şəraitdə, o cümlədən qərarda göstərilən şəraitdə yəni taxta parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Göründüyü kimi həmin məhkəmə-tibb ekspertizal arının heç biri konkret olaraq xəsarətlərin hansı predmetlə yetirilməsini dəqiq müəyyən etməmişdir. Xəsarətin hansı predmetlə yetirilməsi məhkəmə iclasında araşdırılmış digər sübutlarla müəyyən edilmişdir. x6 x1u külqabı ilə deyil taxta parçası ilə vurması x6 ifadəsi ilə yanaşı, hadisəni bilavasitə müşahidə etmiş şahidlər x5, x3, x7 eyni məzmunlu ifadələri ilə sübut olunmuşdur. Eyni zamanda x1un hadisə zamanı əlində bıçaqla əvvəl x5 üzərinə onu nalayiq söyüşlərlə təhqir edərək yeriməsi və daha sonra x5un pivə butulkasını sındırıb qolunu doğradığını görüb ondan əl çəkərək x6 ünvanına nalayiq söyüşlər işlədərək bıçaqla onun üzərinə gedərək hədələməsi də həmin şahidlərin ifadələri ilə tam təsdiq edilmişdir. Kassasiya şikayətində x1 hadisə zamanı yüngül xəsarət aldığına görə özünün təqsirləndi rilən şəxs deyil zərərçəkmiş şəxs olduğunu, xəsarətin ona taxta parçası ilə deyil külqabı ilə yetirildiyini göstərmişdir. Xuliqanlıq cinayət tərkibinin obyektiv tərəfi həm zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərin mövcudluğunu nəzərdə tutur. Yəni x1nun hadisə zamanı istifadə etdiyi bıçaqla zərərçəkmiş şəxsi vurmaqla hədələməsi xuliqanlıq cinayət əməlinin tərkibinə aid olan əlamətdir. Ona görə də x1nun təqsirliliyi və cinayət əməlinin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkumun müdafiəçisinin apellyasiya şikayətinin kassasiya şikayəti ilə eyni məzmunlu dəlillərini cinayət işinin materialları üzrə yoxlaya raq hökmün dəyişdirilmədən saxlanması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə birinci instansiyada baxmış Salyan Rayon Məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x1nun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: x1nun kassasiya şikayəti təmin edilməsin. x1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar