Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-657/2021 16.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Yaqut Bəşir qızı Əiyevanın, Məhkum və onun müdafiəçisi Abuzər Qulamhüseyn oğlu Səfərovun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Səfərov Abuzər Qulamhüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Mətanət Hacıyeva) 1(007)215/2020 nömrəli 05 oktyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan; Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, c əzaçəkmə müddətinin əvvəli 24 mart 2020-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məlikov Hüseyn Əfqan oğlu da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, tanışı Əliyev Taleh Elman oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını açıq talama məqsədi ilə 27 fevral 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Maklerlər bağı” adlanan parkda Zərərçəkmiş şəxs2 sərxoş halda olduğunu görüb onu yaşadığı ünvana qədər izləyərək ünvan 2işində əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən o, niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə d ərhal məlumat verməsi üçün binanın qarşısında dayanmış, Taleh Əliyev isə Zərərçəkmiş şəxs2 qarşısını kəsərək sinə nahiyəsindən qəsdən bir dəfə yumruqla vurub fiziki ağrı yetirərək Zərərçəkmiş şəxs2 həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əynində olan paltonun ciblərindəki ümumilikdə 2300 (iki min üç yüz) manat nağd pul vəsaitini götürüb açıq talayaraq əldə etdikləri vəsaiti öz aralarında bölməklə Zərərçəkmiş şəxs2 2300 (iki min üç yüz) manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən tanışları Məlikov Hüseyn Əfqan oğlu və Əliyev Taleh Elman oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını açıq talama məqsədi ilə 21 mart 2020-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanın qar şısında Zərərçəkmiş şəxs1 sərxoş halda olduğunu görüb onu yaşadığı ünvana qədər izləyərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 47 nömrəli evin doqquzuncu girişinin üçüncü mərtəbəsinə qalxan liftin içərisində əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən Taleh Əliyev və Hüseyn Məlikov Zərərçəkmiş şəxs1 əllərini tutaraq bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə qəsdən bir neçə dəfə vurub fiziki ağrı yetirərək Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona sol bazunun ön və bayır səthlərinin qançırları, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarəti yetirmiş, o isə Zərərçəkmiş şəxs1 əynində olan gödəkçənin sol iç cibindən sonuncuya məxsus içərisində həmin dövrün rəsmi məzənnəsi ilə 1235 (bir min iki yüz otuz beş) manat 90 (doxsan) qəpik təşkil edən 727 (yeddi yüz iyirmi yeddi) ABŞ dolları, 520 (beş yüz iyirmi) manat 60 (altmış) qəpik nağd pulu, 200 (iki yüz) manat dəyərində olan 3,51 qram çəkili, 585 əyarlı, 8 ədəd eyni ölçülü ağ şəffaf brilyant qaşlı kustar üsulla hazırlanmış qızıl üzüyü, içərisində 20 (iyirmi) manat olan “Azərtürk bank” kartı, 2 (iki) manat dəyərində metro kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olan 50 (əlli) manat dəyərində pul qabını açıq talayaraq öz aralarında bölüb Zərərçəkmiş şəxs1 cəmi 2028 (iki min iyirmi səkkiz) manat 50 (əlli) qəpik miqdarında maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əli Seyfəliyev (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Qədim Babayevdən ibarət tərkibdə) 1(103)1219/2020 nömrəli 27 noyabr 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi A.Q.Səfərov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Səfərov Abuzər Qulamhüseyn oğlu verdiyi kasasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və ona şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Abuzər Səfərov kassasiya şikayətinin dəllilərini onunla əsaslandırır ki, aşağıdakılara əsasən qanunsu z və ədalətsiz hesab etdiyimdən həmin qərar ləğv edilməli və ya dəyişdirilməlidir. Belə ki, qərarın təsviri hissəsində zərərçəkmiş şəxslərin: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 törədilmiş cinayət əməli nəticəsində onlara vurulmuş ziyanla əlaqədar heç bir şikayət və tələblərinin olmamasını qeyd etmələrinin, ziyanın ödənilməsinin nəzərə alınmaması, Məhkum bununla əlaqədar necə çaba göstərməsinin, cəhdlər etməsinin, zərərçəkənlərin zərərini ödəməkdən ötrü real çalışmasının nəzərə alınmaması diqqəti çəkir və hökümün əsaslandırıcı hissəsində məhkəmə tərəfindən Məhkum yaşının, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, öz cinayət əməlini səmimi etiraf etməsini, etdiyi əməldən səmimi peşman olmasının, özünün ürək qüsürunun (xəstəliyinin), anasının xəstəliyinin, ali təhsilinin, ailəni yeg anə dolandıran şəxs olmasının, iş yerinin olmasının, həm iş, həm də yaşayış yerində müsbət xarakterizə olunmasının, azyaşlı övladının olmasının və vurulan ziyanın ödənilməsinin, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasının iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmaması və xüsusi vurğulanmaması təəccüb və təəssüf doğurur. Kassator müdafiəçi qeyd edir ki, hüquqlarını müdafiə etdiyi Məhkum təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası həddindən artıq ağır cəzadır və o azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməlidir. Cinayət işinin faktiki halları nəzərə alınmaqla hesab edirəm ki, ona azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi daha ədalətli olardı. Bundan əlavə, Bakı şəhəri Nizami rayon məhkəməsinin 05.10.2020-ci il tarixl i hökmü, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 27.11.2020-ci il tarixli qərarı eyni zamanda "Məhkəmə hökmü haqqında" AR Ali Məhkəməsi Plenumunun 03.03.1996-cı il tarixli 4 saylı qərarının 4-cü bəndinin tələblərini və AR Ali məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25.06.2003-cü il tarixli Qərarının 1-ci bəndinin tələblərini pozmaqla çıxarıldığından qanuni və əsaslı hesab edilə bilməz və ona görə də ləğv edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihadçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafi q olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum müdafiəçisi A.Səfərovun kassasiya şikayətinin başlıca dəlili barəsində qəbul edilmiş məhkəmə qərarlarının qanunsuz və ədalə tsiz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü tam təqsirli bilmiş, onun Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi həmçinin məhkəmə iclaslarında dindirilərək tədqiq edilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutla və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç b ir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkum müdafiəçisi Abuzər Səfərovun kassasiya şikayətinin digər dəlili barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməməsinin qanunsuz və əsa ssız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 70.1ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası C M-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində istinad olunan halların heç biri Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunmasını mümkün sayıla bilən amillər kimi qiymətləndirilə bilməz. Həmçinin kollegiya məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəzanın ağır olması dəlilnə də münasibət bildirərək qeyd edirlər ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edi lərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respu blikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayətinin və tələbinin olmamasını, evli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi olmasını nəzərə almış və cəzası nı ağırlaşdıran halların olmadığını nəzərə alaraq ona CM-in 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasını təyin etmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi maddənin sanksiyasının minimum həddində cəza təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək mümkün deyildir. Həmçinin, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şi kayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlü kəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2020-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2020-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-657/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-657/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver