Məhkəmə qərarları › İş №1(102)-657/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-657/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-657/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 10 avqust 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Eldar İsmayılov) 18 yanvar 2023-cü il tarixli, 1(101)141/2023 nömrəli hökmü ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi Filialının Hüquq və daxili nəzarət departamentinin Daxili nəzarət şöbəsində böyük mütəxəssis vəzifəsində işləyən, məhkum olunmayan, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 105, mənzil 3-də qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. İşin halları: İstintaq orqanının mövqeyinə görə Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 1662,690 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanında yerləşən 3 nömrəli mənzilə daşımış, həmin heroinin 2,690 qram hissəsini üzərində, qalan 1660 qram hissəsini yaşadığı mənzildə saxlamış, Nərimanov R ayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin, həmin idarənin Narkotiklərlə Mübarizə Bölməsinin və 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Məhkum xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanının qarşısında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda, yəni 2,690 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüş, bundan sonra yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanında yerləşən 3 nömrəli mənzildə keçirilən axtarış zam anı həmin mənzilin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı çarpayının saxlanc yerindən 01 ədəd şəffaf sellofan torbada külli miqdarda, yəni 1660 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Fərid Əyyubov) 10 avqust 2023-cü il tarixli 1(103)-728/2023 nömrəli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(101)-141/2023 nömrəli hökmü ləğv edilmiş, Məhkum elan edilmiş ittihamın ikinci epizodu, yəni qanunsuz olaraq külli miqdarda 1660 qram çəkidə narkotik vasitə olan heroinin əldə edilməsi və yaşadığı evdə saxlanması hissəsində Məhkum təqsirinin sübuta yetirilməməsi əsası ilə barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmiş və həmin hissə ittihamdan xaric edilmiş, Məhkum qanunsuz olaraq külli miqdarda, yəni 2,690 qram çəkidə narkotik vasitə olan heroini əldə etməsi və üzərində saxlaması əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə, o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona həmin maddə ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 29 yanvar 2022-ci il tarixdən tutulduğu 1 gün, 30 yanvar 2022-ci il tarixdən 18 yanvar 2023-cü il tarixə qədər həbsdə saxlanıldığı 11 ay 18 gün, ümumilikdə 11 ay 19 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 6 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum məhkəmə iclas zalında həbs edilmiş, cəzasının əvvəli 10 avqust 2023-cü il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirmədiyinə gö rə onun barəsində cinayət təqibinə bəraətverici əsaslara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən həmin qərar əsassız olmaqla, işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İttiham tərəfinin məhkəməyə əməlin satış məqsədi ilə törədilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməməsi ilə bağlı məhkəm ə kollegiyasının dəlili aşağıda şərh olunan sübutların məcmusu ilə uzlaşmır. Belə ki, cinayət işi materialları ilə müəyyən edilmişdir ki, Məhkum Bakı şəhəri, ünvan 3 ünvanda yaşamışdır. Məhkəmə baxışı zamanı "xxxx" MMC-dən daxil olmuş cavablar tədqiq edilərkən Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefonun anten dairəsi 28 yanvar 2022-ci il tarixdə saat 21:09-dan saat 22:29-a qədər olan müddətlərdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105, 1951 saylı məhəllədə qeydə alındığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı olan Şahid2 cinayət prosesi tərəflərinin verdiyi sualları cavablandırarkən Məhkum evinə baxış keçirilməsindən əvvəl heç vaxt onun evində olmadığını və onun evinin ünvanını bilmədiyini, həmin ünvanın onl arın xidmət ərazisi olduğundan anten məlumatlarının hansısa vaxtda oranı göstərməsinin qeyri-adi hal olmadığını göstərmişdir. Göründüyü kimi məhkəmə formal mülahizələrə əsaslanmaqla, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası, Məhkum evinə baxış keçirilməsi zamanı səthində narkotik vasitə heroinə məxsus izlə bir ədəd elektron tərəzinin aşkar olunmasına heç bir hüquqi qiymət verməmişdir. Məhkum təqsirini sübut edəcək sübutların mötəbərliyini şübhə altına alacaq heç bir hal müəyyən edilməmişdir. Lakin buna baxmayaraq məhkəmə sübutlara öz şəxsi yanaşmasını ortaya qoyaraq sübutların mötəbər olmadığını vurğulamışdır ki, hansı ki bu hal məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Qərar qəbul edənin daxili inamı isə yalnız məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar əsasında formalaşa bilər. Hazırkı iş üzrə isə tədqiq olunmuş sübutlar Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini tam təsdiq edir. Məhkəmə cinayət işi üzrə ibtidai istintaq dövründə toplanmış bütün sübutları tam hərtərəfli və obyektiv araşdırmamaqla yekun nəticəyə gəlmiş və mülahizələrə əsaslanan əsassız hökm çıxartmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin "Andandonski Rusiyaya qarşı" iş üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında da qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d" yarımbəndinin pozuntus u hesab edilə bilməz. Göründüyü kimi, məhkəmənin Məhkum ittiham olunduğu 2-ci epizod üzrə CM-in 234.4.3-cü maddəsi ilə bəraət verməsi, 1-ci epizod üzrə isə əməlin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslandığı sübutlar qeyri-mötəbər olmuş və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri hökmdə göstərilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə ibtidai istintaq zamanı toplanılmış və məhkəmə baxışında sair dəlillərlə də bir daha təsdiq olunmuş sübutlara əsasən Məhkum qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə əldə edib, saxlamaqla daşıması tam sübuta yetirilmişdir. Lakin, məhkəmə qeyd edilən halları nəzərə almayaraq, iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, ittihamı təsdiq edə n sübutların qəbul edilməməsi səbəblərini göstərməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, mövcud sübutların düzgün təhlili üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə obyektiv araşdırma aparmamış, Məhkum təqsirsizliyinə dəlalət edən sübutları nəzərə almamış və hüquqi qiymət verməmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum özünü verilmiş ittiham üzrə, ümumiyyətlə, təqsirli bilmir, ittihamda qeyd olunan narkotik vasitələrin ona məxsus olmadığını təkidlə bildirir. M əhkəmə Məhkum üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda, yəni 2,690 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin Məhkum məxsus olması qənaətinə gəlsə də, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2022-ci il tarixli 6/584 nömrəli rəyini nəzərə almamışdır. Belə ki, məhkəmə kollegiyası tədqiq edilmiş sübutları müqayisəli şəkildə qiymətləndirərək təqsirləndirilən şəxs Məhkum elan edilmiş ittihamın ikinci epizodu üzrə, yəni onun qanunsuz olaraq külli miqdarda - 1660 qram çəkidə narkotik vasitə olan heroini əldə etməsi və yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanında yerləşən 3 nömrəli mənzildə saxlaması hissəsində Məhkum təqsirliliyini sübuta yetirən süb utlar şübhəli olduğundan, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verərək, həmin epizodu verilmiş ittihamdan xaric etsə də, qeyd olunan narkotik vasitələrin eyni kimyəvi komponent tərkibə məxsus olmasını nəzərə almamışdır. Bundan başqa iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlər birinci instansiya məhkəməsində verdikləri ifadələrə, həmçinin bir-birinə tamamilə zidd ifadələr səsləndirsələr də, məhkəmə bu ziddiyyəti aradan qaldırmamış, şahidlərin ziddiyyətli ifadələrini mötəbər sübut kimi qiymətləndirmişdir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilən sübutlardan aşkar görünür ki, "xxxx" MMC-dən məlumatların götürülməsi barədə məhkəmə tərəfindən verilmiş sorğuya cavablardan təqsirləndirilən şəxs Məhkum anas ı Şahid5 istifadəsində olan ***-***-**-** nömrəli telefonla, polis əməkdaşı olan Şahid1 istifadəsində olan ***-***-**** nömrəli telefonla Məhkum tutulmamışdan əvvəl 28 yanvar 2022-ci il tarixədək dəfələrlə aralarında telefon danışıqları aşkar olunmuş, "xxxx" MMC-dən məlumatların götürülməsi barədə məhkəmə tərəfindən verilmiş sorğuya cavablarda, Şahid2 istifadəsində olmuş ******-**-** mobil telefonun anten dairəsinin 28 yanvar 2022-ci il tarixdə saat 21:09-dan, saat 22:29-a qədər Məhkum tutulmamışdan qabaq, onun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanının ətrafında olması müəyyən edilmiş, şəxsi axtarış və götürmə aparılmasının qeydə alındığı video görüntüdən Eminin diktə ilə könüllü olaraq şalvarının sağ yan cibindən bükümü çıxardıb masanın üzərinə qoymuş, axtar ış və götürmənin aparılmasının qeydə alındığı video görüntüdən aşkar olunmuş əşyanın qablaşdırılıb möhürlənməsi görsənməmiş, eyni zamanda video görüntüdən, axtarış zamanı mənzilin 2-ci mərtəbəsinin yataq otağındakı yatağın altından içərisində şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz halında olan maddələr olan bükümün miqdarı ilə ekspertizanın rəyi ilə müəyyən edilmiş miqdarda fərqlilik təşkil etmişdir. Kassator hesab edir ki, məhkəmə araşdırması zamanı Şahid5 ifadəsi iş üzrə əhəmiyyətli halların müəyyən olunmasına səbəb olduğundan mötəbər sübut kimi qəbul edilməli, iş üzrə şahid qismində dindirilmiş Əlixan, Şirin və Pərvin adlı polis işçilərinin ziddiyyətli ifadələri öz mötəbərliyini və sübut əhəmiyyətini itirdiyindən, məhkəmə tərəfindən sübut kimi nəzərə alınmamalıdır. Bundan başqa ci nayət işi üzrə 29 yanvar 2022-ci il tarixdə şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin baxış və götürmə barədə istintaq hərəkətləri qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla həyata keçirildiyindən cinayət işi üzrə sübut əhəmiyyətini itirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protesti və kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinay ət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum qanunsuz olaraq 1660 qram çəkidə kustar üsulu ilə hazırlanmış narkotik vasitə olan heroini əldə etməsi və sa xlaması epizodunun ittihamdan xaric edilməsinin və onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası ilk öncə kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməyə və ya saxlamaya, istehsal etməyə, emal etməyə, d aşımaya, göndərməyə, yaxud qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasında tədqiq edilmiş hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, həmin sübutlarla Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitd ə qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istifadə üçün 2,690 qram narkotik maddə olan heroini əldə etməsi və üzərində daşıması təsdiq olunur, onun qanunsuz olaraq 1660 qram çəkidə kustar üsulu ilə hazırlanmış narkotik vasitə olan heroini əldə etməsi və yaşadığı evdə saxlaması mötəbər sübutlarla təsdiq olunmur. Kassasiya protestində isə Məhkum qanunsuz olaraq satış məqsədilə 1662,690 qram miqdarında narkotik vasitə olan heroini əldə etməsi, həmin heroindən 1660 qram yaşadığı evdə, 2,690 qram isə üzərində saxlaması məhkəmə baxışında tədqiq edilmiş sübutlara tam təsdiq edilməsini göstərilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salıb apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, istintaq orqanı tərəfindən Məhkum 1660 qram na rkotik vasitə heroini hər hansı bir şəxsdən əldə etməsi, həmin narkotik vasitəni kiməsə satması və ya satmaq barədə hər hansı bir şəxslə sövdələşməsi faktları müəyyən edilməmişdir. Məhkum qanunsuz olaraq 1660 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin əldə edilməsi və yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanında yerləşən 3 nömrəli mənzildə saxlanması barədə ittiham cinayət işinə əlavə edilmiş həmin mənzildə axtarış keçirilməsi haqqında 29 yanvar 2022-ci il tarixli protokola və axtarışda iştirak etmiş polis əməkdaşların ifadələrinə əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edi lmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkəmə kollegiyası Məhkum qarşı 1660 qram heroinlə əlaqədar irəli sürülmüş ittihamının əsasını təşkil edən axtarış və götürmə keçirilməsi haqqında 29 yanvar 2022-ci il tarixli protokolun mötəbərliyini müzakirə edərək aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CPM-in 245.3-cü maddəsinə əsasən müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Həmin Məcəllənin 245.8-ci maddəsinin tələblər inə görə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsində göstərilib ki, şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı iki hal şahidinin iştirakı məcburidir. Azərbaycan Respublikası CPM-in 94.1-ci maddəsindən görünür ki, hal şahidi aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün istint aq hərəkətlərində iştirak edir. Qanunun yuxarıda qeyd edilən normalarından aydın olur ki, axtarış zamanı hal şahidləri iştirak etmədikdə həmin istintaq hərəkəti ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin videoçəkilişlə təsdiq olunması tələb olunur. Qanun bu tələbi istintaq hərəkətinin çəkilişinin fasiləsiz və tam həcmdə aparılmasını, istintaq hərəkətinin gedişi və nəticəsi videoçəkilişdə tam olaraq əks etdirilməsini tələb edir. Əks halda istintaq hərəkətinin gedişi, məzmunu və həmin hərəkət nəticəsində aşkar edilən faktlar cinayət prosesi tərəfinin nümayəndəsi tərəfindən mübahisələndirildikdə həmin istintaq hərəkətinin protokolu mötəbər və mümkün sübut kimi çıxış edilə bilməz. Cinayət işi materiallarında olan 29 yanvar 2022-ci il tarixli “Axtarış və götürmən in aparılması” haqqında protokoldan görünür ki, axtarış videoçəkilişdən istifadə etməklə halşahidlərinin iştirakları olmadan keçirilmişdir. Həmin protokolda şübhəli şəxs qismində saxlanılmış Məhkum yaşadığı Bakı şəhəri, Nərimanov rayonu H.Əliyev prospekti 105 ünvanında yerləşən 3 nömrəli mənzilə keçirilən axtarış zamanı mənzilin 2-ci mərtəbəsinin yataq otağındakı yatağın altından içərisində şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz halında olan maddələr olan büküm və 01 ədəd gümüş rəngli elektron tərəzi olan şəffaf sellofan torba aşkar edilməsi və onları maddi sübut kimi götürülərək qablaşdırılması və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürləndiyi qeyd edilsə də, axtarış və götürmənin aparılmasının qeydə alındığı video görüntüdə proto kolu tərtib edən təhqiqatçı Nadir Rzazadə tərəfindən həmin aşkar olunmuş narkotik vasitəyə bənzər əşyanı qablaşdırılıb möhürlənməsi öz əksini tapmamışdır. Axtarış zamanı Məhkum çarpayının altından aşkar olunmuş, içərisində qəhvəyi rəngli maddələr və 01 ədəd gümüşü rəngli elektron tərəzi olan şəffaf sellofan torbanın ona məxsus olmamasını israrla bildirmişdir. Eyni zamanda axtarış və götürmənin aparılması zamanı qeydə alınmış video görüntüdən müəyyən olunur ki, protokolu tərtib edən təhqiqatçı Nadir Rzazadə tərəfindən Məhkum yaşadığı, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 105 ünvanında yerləşən, 3 nömrəli mənzilə keçirilən axtarış zamanı mənzilin 2-ci mərtəbəsinin yataq otağındakı yatağın altından içərisində şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli toz halında olan maddə olan büküm tərəzi ilə ölçülüb 700 qram olduğu kameraya göstərilib bildirilsə də, ekspertiza tədqiqatında bükülünün içərisində olan maddənin tamamilə başqa, yəni əhəmiyyətli dərəcədə fərqlənən miqdarda olması qeyd edilmişdir. Belə ki, cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, Məhkum yaşadığı evdə aşkar edilmiş heroinin miqdarı 1660 qram olmuşdur. Bundan başqa, məhkumun anası Şahid5 məhkəmə iclasında verdiyi ifadədə göstərmişdir ki, oğlu Məhkum narkotik vasitəni qəbul etməsi barədə Mircavad adlı polis əməkdaşına məlumat vermiş və sonuncu ondan xahiş etmişdir ki, oğlu narkotik vasitəni almaq üçün ondan pul alanda polisə məlumat versin. 28 yanvar 2022-ci il tarixdə axşam vaxtı oğlu Emin ondan pul alandan sonra o, bu barədə və oğl unun evdən çıxanda geyindiyi paltar haqqında Mircavada məlumat vermişdir. Həmin gün Mircavad ona zəng vurub oğlunun tutduqlarını bildirmiş və evin həyətində kameraların olub olmaması soruşduqdan sonra ondan xahiş etmişdir ki, 3 nəfər polis əməkdaşı göndərəcək onlara Eminin otağına baxış keçirməyə imkan yaratsın. Bir müddət sonra polis əməkdaşları evə gəlmiş, o onlara Eminin yataq otağını göstərmiş, polis əməkdaşlarından Əlixan adlı şəxs ona aşağı otaqları da göstərməyini istəmiş və bu vaxt digər 2 nəfər polis əməkdaşı yuxarı mərtəbəyə qalxmışlar. O da Əlixana aşağı mərtəbəni göstərdikdən sonra Əlixanla yuxarı mərtəbəyə qalxmaq istəyəndə digər iki nəfər polis əməkdaşı aşağıya düşmüşlər. Əlixan onlardan yuxarı baxış keçirib-keçirmədiklərini soruşmuş, onlar isə yuxarıya baxış keçirdiklərini d emişlər. Əlixan onlara aşağı mərtəbəyə baxdığını artıq gedə biləcəklərini demiş və çıxıb getmişlər. Bundan sonra polis əməkdaşları, təhqiqatçı, vəkil, Eminlə birlikdə yenidən evə gəlib videoçəkilişlə axtarış keçirmişlər və Eminin yataq otağında çarpayın altında narkotik vasitə və tərəzi aşkar edilmişdir. Cinayət işinə əlavə edilmiş axtarış protokolundan görünür ki, Məhkum yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanında yerləşən evdə axtarış 29 yanvar 2022-ci il tarixdə saat 01:30-dan 02:05-dək aparılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş "xxxx" MMCnin məlumatından görünür ki, Şahid5 istifadəsində olan ***-***-**-** nömrəli telefonla polis əməkdaşı olan Şahid1 Mirqədir oğlunun istifadəsində olan ***-***-**-** nömrə telefonla Məhk um tutulmamışdan əvvəl dəfələrlə danışıqlar olmuş, polis əməkdaşı olan Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefonun anten dairəsinin 28 yanvar 2022-ci il tarixdə saat 21:09-dan, saat 22:29-a qədər Məhkum yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanının ətrafında olması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd edilən hallara və sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən qanunsuz olaraq 1660 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin əldə edilməsi və yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanında yerləşən 3 nömrəli mənzildə saxlamasına dair ittihamın əsasını təşkil edən axtarış protokolu və axtarış nəticəsində əldə edilmiş və cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroin şübhə doğurur və bu səbəbdən mötəbər sübutlar kimi qəbul edilə bilməz, ittihamın 1660 qram narkotik vasitə olan heroin ilə bağlı hissəsi mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum yaşadığı evdə 29 yanvar 2022-ci il tarixdə axtarış aparılan zaman qanunun yuxarıda qeyd edilən pozuntularına yol verilməsi, axtarış zamanı aşkar edilmiş və ekspertiza tədqiqatına verilmiş maddi sübutun çəkiləri arasında əhəmiyyətli dərəcədə fərq olması, habelə Şahid5 ifadəsində göstərilən xüsusatlar 29 yanvar 2022-ci il tarixdə məhkumun evində keçirilmiş axtarışın nəticəsində əldə etdiyi maddi sübutun (narkotik vasitənin) özünə və onun əldə edilməsi hallarına şübhə doğurur və apellyasiya instansiyası məhkəməsi tərəfindən həm axtarış haqqında 29 yanvar 2022-ci il tarixli protokolu, həm maddi sübutun özünü mötəbər sübutlar kimi qəbul edilməməsi əsaslı olmuşdur. Axtarışda iştirak etmiş polis əməkdaşların ifadələri və məhkəmə-kimyəvi ekspertizasının 1660 qram miqdarında olan heroinə aid olan hissəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, şahid ifadələri yalnız axtarışın gedişi və nəticələrini özündə əks etdirən ifadələrdir. Axtarışın və maddi sübutun mötəbərliyi ilə əlaqədar şübhələr olduqda həmin ifadələr də mötəbər sübut kimi çıxış edə bilməz. Ekspertiza rəyi isə tədqiq edilmiş narkotik vasitənin məhkuma aid olması digər mötəbər sübutlarla müəyyən edildiyi halda Məhkum həmin narkotik vasitənin əldə edilməsində və saxlamasında təqsirliliyini təsdiq edən mötəbər sübut kimi çıxış edə bilər. Müdafiəçinin kassasiya şikayətini n başlıca dəlili isə Məhkum CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi mötəbər sübutlarla təsdiq olunmaması ilə əlaqədar onun barəsində həmin maddə ilə ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası Məhkum üzərində 2,690 qram narkotik maddə olan heroinin aşkar edilməsi şəxsi axtarış və götürmə haqqında 29 yanvar 2022-ci il tarixli protokolla təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi protokolu tədqiq edərək şəxsi axtarışın qanun tələblərinə uyğun aparılmasına dair nəticəyə gəlmiş və şəxsi axtarış protokolunun və onun nəticəsində əldə edilmiş maddi sübutun mötəbərliyinə şübhə gətirilən heç bir hal müəyyən etməmişdir. Həmçinin şəxsi axtarışın aparılması və onun nəticələri axtarışda iştirak etmiş polis əməkdaşların şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi və maddi sübutla (2,690 qram narkotik maddə olan heroinlə) təsdiq olunmuşdur. Həmin sübutlara əsasən apellyasiya məhkəməsi nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum 2,690 qram narkotik maddə olan heroini qanunsuz olaraq əldə etməsi və saxlaması təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun 2,690 qram narkotik maddə olan heroini qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin narkotik vasitəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Kassasiya şi kayətində qeyd edilmişdir ki, məhkəmələr cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2022-ci il tarixli rəyinə əsasən məhkumun üzərində və onun yaşadığı evdə aşkar edilmiş narkotik vasitələrin komponent tərkibinə görə eyni olması nəzərə alıb Məhkum tam bəraət verilməli idi. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsalı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 127.3-cümaddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki cinayət işi üzrə Məhkum 2,690 qram çəkidə heroini qanunsuz olaraq əldə etməsi və saxlaması yuxarıda qeyd edilən sübutla rın məcmusu ilə təsdiq olunduğu halda, həmin narkotik vasitənin və onun barəsində sübuta yetməyən epizod üzrə narkotik vasitənin komponent tərkiblərinin eyni olması barədə ekspert rəyi onun 2,690 qram heroinin qanunsuz əldə edilməsi və saxlanmasında təqsirini istisna edən hal kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işin hallarına və sübutlara qiymət verib təqsirləndirilən şəxs Məhkum 2,690 qram narkotik maddə olan heroini məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması barədə hər hansı bir mötəbər sübut olmadığından düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci mad dəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum 2,690 qram narkotik maddə olan heroini qanunsuz olaraq əldə etməsi və saxlaması təsdiq olundugu və məhkumun bu əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün hə min əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. İş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab e dir ki, məhkəmələr sübutlara qiymət verib düzgün olaraq nəticəyə gəlmişlər ki, Məhkum CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi təsdiq olunmuş, işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan R espublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyasi məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiy ası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqında qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayət və protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023cü il tarixli Məhkum haqqındakı qərarın ın dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli hökmü kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar