Məhkəmə qərarları › İş №1(102)-657/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-657/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-657/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 2024-cü il 25 sentyabr tarixli, 1(103)-2099/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (X4) 2024-cü il 30 iyul tarixli, 1(004)289/2024 nömrəli tarixli hökmü ilə, xx xxxxxxxx 1984-cu ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Zərdab rayonu Otmanoba Ə/D Otmanova kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanda yaşamış, təyin edilmiş cəzanı çəkib qurtarmış, Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və o, Cinayət Mə cəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablanmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Zaur Hüseynov və Əfqan Ələkbərovdan ibarət tərkibdə) 2024-cü il 25 sentyabr tarixli, 1(103)-2099/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İttiham aktına əsasən Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsiləndirilmişdir ona görə ki, o, 4 fevral 2024-cü il tarixdə saat 20:30-da tanışı Zərərçəkmiş şəxs 4 dekabr 2023- cü il tarixdə ona verdiyi mobil telefonu kodunu açdırmaq üçün verərək və ona mobil telefonu gec geri qaytarmasını bildirməsini irad tutaraq, ünvan 2 ünvanın qarşısında heç bir əsaslı səbəb olmadan mübahisə yaradaraq ətrafda olan şəxslərə məhəl qoymadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib ictimai qaydaya, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib özünün müstəsna şəxsiyyət olmasını, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü zərərçəkmiş şəxsin şəxsiyyətinin fö vqündə qoymaqla sağ əlində olan istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edib bıçağın tiyəsi ilə Zərərçəkmiş şəxs boyun və çənə nahiyələrinə bir neçə dəfə qəsdən vurub zor tətbiq etməklə sonuncuya boyun nahiyəsinin, çənənin və sağ əlin ovuc səthinin kəsilmiş yaraları kimi dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Birinci instansiya məhkəməsi elan olunmuş ittiham üzrə belə nəticəyə gəlmişdir ki, Məhkum dostuq elədiyi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində (Zərərçəkmiş şəxs bir müddət əvvəl təmir ü çün vermiş olduğu şəxsi mobil telefonunun ona geri qaytarılmaması ilə bağlı, qaytarılmasını tələb etdiyi üçün) 04 fevral 2024-cü il tarixdə saat 20:30-da ictimai yer hesab olunan ünvan 2 ünvanın qarşısında yerləşən köşkün arxasında ətrafı dəmir lovhələrlə hasarlanmış, bağlı olmaqla girişi məhdud olan, digər şəxslərin olmadığı baxımsız yerdə Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, daha sonra istintaqa məlum olmayan əşyadan istifadə etməklə sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, hadisə ictimai yer hesab edilən ünvan 2 ünvanla yanaşı yerləşən inşa olunan binanın ərazisidir. İlk öncə dövlət ittihamçısı qeyd etmişdir ki, Əlibəy Hüseynzadə küçəsi Bakı metropolitenin “Nizami” metrostansiyasının yanıdır. Daha dəqiq desək, küçə stansiyanın solunda yerləşir, hadisə yeri isə stansiyadan 300 metr aralıda yerləşir. Hamıya bəllidir ki, həmin ərazidə bir çox ticarət və ictimai iaşə nöqtələri yerləşir, hadisənin isə saat 20:30-da baş verməsini nəzərə almaqla hadisə insanların sıx olduğu yerdə və vaxtda baş vermişdir. Digər tərəfdən dövlət ittihamçısı vurğulamışdır ki, məhkəmələr öz yekun qərarlarında qeyd etmişlər ki, fotoşəkillərə əsasən hadisənin baş verdiyi yerin (köşkün arxası) sol tərəfi dəmir lövhələrlə bağlıdır, sağ tərəfində isə hündür hasarlanmış bina vardır. Birincisi, dəmir lövhlərlə bağlı olan yer yaşayış sahəsi olmaqla, arxasında bir neçə fərdi ev yerləşir. İ kincisi isə, istinad olunan hündür bina 3 blokdan ibarət olmaqla T” formalıdır və fasad tərəfdən olan pəncərələr və eyvanlar hadisə yerinə baxır. Nəhayət, üçüncü faktor ondan ibarətdir ki, hadisə yerində olan köşk ticarət nöqtəsidir və 7/24 rejimində fəaliyyət göstərir. Bu o deməkdir ki, təqsirləndirilən və zərərçəkmiş şəxs digər şəxslər üçün açıq görsənmişlər. Belə olan halda, hadisəni görə bilən həmin vaxtı oradan keçən şəxslərin və ya ətrafda olan binaların səkilərinin müəyyən edilməməsi o demək deyil ki, məhkəmənin göstərdiyi kimi “hadisəni görən olmamamışdır”. Bundan başqa, mübahisənin səbəbkarı da məhz təqsirləndirilən şəxs olmuşdur. Belə ki, onun ibtidai, eləcə də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrdən görünür ki, 04 fevral 2024-cü il tarixdə saat 20:30-da Zərərçəkmiş şəxs ilə görüşdükdə sonuncu ona məxsus telefonu qaytarmadığı üçün Zərərçəkmiş şəxs yanında olan və sonuncuya məxsus (digər) telefonu özbaşına götürmüşdür. Bundan sonra onların aralarında baş vermiş mübahisə artıq proqnozlaşdırıla bilən bir haldır. Təbii ki, zərərçəkmiş telefonu geri istəyəcək və telefon qaytarılmadığı təqdirdə tərəflərin arasında olan söhbətin mübahisəyə çevrilməsi müzakirəsiz bir faktdır. Bununla da görünür ki, hadisə məhz Məhkum təşəbbüsü və təhriki ilə başlanmışdır. Belə ki, ibtidai istintaqda və məhkəmə baxışında zərərçəkmiş şəxs qsimində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2023-cü ilin mart ayının sonunda Məhkum ilə Bakı şəhəri Yasamal rayonu “Nizami’’ metrostansiyasının qarşısında tanış olmuş, həmin vaxtdan onunla bir dost kimi münasibəti yaranmışdır. Təxmi nən 04 dekabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu “Nizami” metrostansiyasının qarşısında Məhkumla birlikdə olan zaman, sonuncu özünə məxsus dəyəri təxminən 35-40 manata olan “MEZU” markalı mobil telefonun kodu açılmadığından, həmin mobil telefonu ona verərək kodunu açmasını xahiş etmiş, o isə ona səhəri günü mobil telefonun kodunu açdırıb ona təhvil verəcəyini bildirmişdir. Səhəri günü “28 may” metrostansiyasının yaxınlığında telefonu mobil telefon mağazasına aparıb, kodunu açdırmaq üçün satıcıya vermiş və həmin satıcı mobil telefonun kodunu aça bilməmişdir. Bundan sonra mobil telefonu götürüb özündə saxlamış, lakin onun həmin vaxtlar müştərilərinin evlərində qaynaq işləri olduğundan vaxt tapıb Hüseynin mobil telefonu ona qaytara bilməmişdir. 04 fevral 2024-cü il tarixdə saat təxminən 20:30 radələrində "Nizami” metrostansiyasının qarşısında Məhkumla görüşmüş, birlikdə söhbət edə-edə 300-350 metrə məsafə yol qət edərək hadisənin baş verdiyi Əlibəy Hüseynzadə küçəsi 6 «d» saylı ünvanın qarşısında dəmir lövhələrlə bağlı olan bir yerə gəlmişlər. Orada Hüseyn ondan telefonu istəmiş, o, isə ona onun mobil telefonu təqdim edərək kodunu açdıra bilmədiyini bildirmişdir. Bu zaman onlar arasında sözlə mübahisə baş vermiş və mübahisə zamanı mobil telefonunu bir qədər gec qaytardığına görə Hüseyn onu nalayiq küçə söyüşləri ilə təhqir edərək, əlində olan şəffaf rəngli sellofanda olan gümüşü rəngli qatlanan bıçağı çıxarıb bir dəfə onun çənə nahiyəsinə, boğaz nahiyəsinə vuraraq xəsarət yetirmişdir. O, Hüseynin üstünə hücum edərək əlində olan bıçağı almaq məqsə di ilə sağ əli ilə bıçağın tiyəsini tutarkən, bıçağın tiyəsi sağ əlinin iç ovuc nahiyəsini kəsmişdir, (i/v 33-35) Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq və məhkəmədə verdiyi ifadəsində zərərçəkmiş şəxsin göstərdiklərini əsasən təsdiq etsə də, hadisənin baş vermə səbəbinə və zərərçəkmiş şəxsi hansı alətlə vurmasına dair hissədə həqiqətə uyğun olmayan ifadələr vermişdir. Belə ki, ifadəsində göstərmişdir ki, Eltonu, telefonunu qaytarmadığına görə vurmuşdur. Lakin işin halları ilə (həmçinin təqsirləndirilənin ifadəsi ilə) təsdiq olunur ki, onlar “Nizami” metrostansiyası yaxınlığında görüşmüşlər. Görüşmələrinin səbəbi Eltonda olan telefonun qaytarılması ilə bağlı olmuşdur. Görüş zamanı da təqsirləndirilən şəxs mobil telefonun Eltonun oturduğu səkinin yanında olduğunu görüb götürmüşdür. B u hallardan çıxış edərək Eltonun telefonu qaytarmaq niyyətini olmaması barədə fikir yürütmək düzgün deyil. Əgər belə bir niyyəti olsaydı o, ümumiyyətlə Hüseynlə görüşməz, telefonu özü ilə görüşə gətirməzdi. Təxminən 300-350 metr məsafə qət etdikdən sonra onların arasında mübahisənin baş verməsinin səbəbi ibtidai istintaq orqanının gəldiyi nəticədə göstərildiyi kimi Eltonun telefonu vaxtında qaytarmaması olmuşdur. Bu isə əməlin xuliqanlıq motivi ilə törədilməsi barədə qənaətə gəlməyə əsas verir. Birinci və apellyasiya instansiyası məhkəmələri qanuni və əsaslı, iş materialları ilə təsdiq olunan halları nəzərə almadan, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, mövcud sübutların düzgün təhlili üzrə təqsirləndirilən şəxsin barəsində ona ibtidai istintaq zamanı verilmi ş ittihamda göstərilən maddə üzrə yekun qərarının çıxarılmasından ibarət nəticəyə gəlməli olduqları halda, hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişlər. Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 sentyabr tarixli, 1(103)-2099/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum CM-in 128-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 sentyabr tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkumun əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci və 416.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlar a əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yek unlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun no rmalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, ittiham tərəfi kassasiya protestində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə i lə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya protestinin dəlilləri əsassızdır. Bundan əlavə, qeyd edilməsi zəruridir ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başl anmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.” Hazırki iş üzrə Məhkum qarşı istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın məzmunundan da aydın olur ki, iki şəxs arasında, yəni məhkumla zərərçəkmiş arasında hazırkı mübahisənin yaranmasının səbəbi kimi, 4 dekabr 2023- cü il tarixdə Məhkum özünə məxsus mobil telefonu, kodunu açdırmaq üçün tanışı Zərərçəkmiş şəxs verməsi və sonuncunun 4 fevral 2024-cü il tarixə kimi həmin telefonu sahibinə qaytarmaması olmuşdur. Cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə də müəyyən olunur ki, iki şəxs arasında mübahisə şəxsi münasibətlər zəminində yaranmış və qısa müddət ərzində davam edərək başa çatmış, ictimai qaydanın kobud şəkildə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevirilməmişdir. Qeyd edilənlərdən belə bir nəticə hasil olur ki, məhkəmələr məhkumun əməlini CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edərkən düzgün nəticəyə gəlmişlər. Bu nəticə cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusuna əsaslanmaqla qanuni və əsaslıdır. Qeyd edilənləri yekunlaşdıraraq m əhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı, kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il 30 iyul tarixli, 1(004)-289/2024 nömrəli tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 sentyabr tarixli, 1(103)-2099/2024 nömrəli hökmü, dövlət ittihamçıs ının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar