Məhkəmə qərarları › İş №1(102)-658/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-658/2019

18.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-658/2019 18.06.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 658/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 18 iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum, müdafiəçisi X17, Zərərçəkmiş şəxs və nümayəndəsi X17 iştirakları ilə, Bakı Ağ ır Cinayətlər Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 179,3,2 və 320.1-ci maddələri ilə təqsirli bilinməsi barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), E.H.Vəliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) 03 noyabr 2017-ci il tarixli hökmü ilə xx.xx.1956-cı ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu bələdiyyəsinin üzvü, ünvan 1 ünvanda yaşamış Mə hkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 179,3,2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli CM-nin 178.3.2-ci maddəsi ilə 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il müddətinə, CM-nin 179.3.2-ci maddəsi ilə 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il müddətinə, CM-nin 320.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddəsinə əsasən əsas və əlavə cəzalar qismən toplanmaqla Məhkum qəti olaraq 03 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan m əhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmdən zərərçəkmiş şəxs X12, müdafiəçilər X25 və X4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Mövsümov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Hüseyn Əmir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 26 yanvar 2018-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməmiş, müdafiəçilərin apellyasiya şikayətləri təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 320.1-cü maddələri məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcə llənin 178.2.2, 178.2.3 və 178.2.4-ci maddələrinə tövsif edilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 179.2.2, 179.2.3 və 179.2.4-ci maddələrinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-ci maddələri ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-ci maddələri ilə 2 (iki) il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CMnin 66.2 və 66.4-cü maddələ rinə əsasən hazırkı qərarla və Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təyin edilmiş cəzaları qismən toplanmaqla Məhkum qəti olaraq 3 (üç) il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 03 noyabr 2017-ci il tarixdən 26 yanvar 2018-ci il tarixədək həbsdə olduğu 2 (iki) ay 23 (iyirmi üç) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 9 (doqquz) ay 7 (ye ddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası Məhkum şərti olaraq tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilmiş, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək həbsdən azad edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi birgə kassasiya şikayəti verərək qərarın ləğv edilərək Məhkum barəsində daha ağır cəza təyin edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 2010-2015-ci illərdə Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək on a etibar edilmiş özgə əmlakını talama məqsədilə, Qobu bələdiyyəsinin hesabına ayrıayrı daxilolmalar üzrə xəzinəyə mədaxil edilmiş mövcud olan pul vəsaitindən 4000 manat məbləği 19.10.2012-ci il tarixli 56 saylı kassa məxaric orderi ilə təhtəl hesab şəxs kimi malmaterial alınması adı ilə məxaric edib götürməsinə baxmayaraq, həmin məbləğ üzrə heç bir mal-material almadan, qanunsuz və əvəzsiz olaraq özünə götürüb, həmin məbləği özünün şəxsi ehtiyaclarına xərcləməklə, qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş Qobu bələdiyyəsinə məxsus xeyli miqdarda əmlakı mənimsəməklə talamışdır. Bundan əlavə o, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmə niyyəti ilə, 2013-cü il in avqust ayında ona müraciət etmiş Bakı şəhər sakini X15 Qobu qəsəbəsində 0,08 ha torpaq sahəsini 2000 manata, Sumqayıt şəhər sakinləri - X7 hər biri 0,08 ha təşkil edən iki torpaq sahəsini 4000 manata, həmçinin X10 hər biri 0,08 ha təşkil edən iki torpaq sahəsini 4000 manata satmaqla onların adına rəsmiləşdirəcəyini yalandan vəd verib, qulluq mövqeyinə görə və eləcə də aralarında yaranmış münasibətlərə görə həmin şəxslərin ona olan inam və etimadından istifadə etməklə, 2013cü ilin avqust ayında Abşeron rayonu, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən Qobu Bələdiyyəsinin inzibati binasındakı xidməti otağında X7, X3 və X2dən ümumilikdə 10.000 manat pulu alaraq, öz qulluq mövqeyindən istifadə edərək özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni niyyətlə, Qaradağ rayonu, Müşfiqabad qəsəbə sakini X2 adına olan torpaq sahəsinin rəsmiləşdirilməsi üçün etdiyi müraciətinə əsasən, Abşeron rayonu Qobu qəsəbəsində sonuncuya məxsus 0,05 ha torpaq sahəsinin 1900 manat müqabilində sənədləşdirilməsini, 50 manat müqabilində isə torpaq sahəsinin xəritəsinin hazırlanmasını təşkil edəcəyini yalandan vəd verərək, 2014-cü ilin aprel ayının 27-də 500 manat, həmin ayın 29-da 500 manat və 01 may 2014-cü il tarixdə isə 950 manat olmaqla, sonuncunun cəmi 1950 manat pulunu Abşeron rayonu Qobu qəsəbəsi ərazisində almaqla, öz qulluq mövqeyindən istifadə edərək özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etm ə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Həmçinin o, göstərilən vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni məqsədlə, ona müraciət etmiş Abşeron rayonu, Qobu qəsəbə sakini Zərərçəkmiş şəxs Abşeron rayonu Qobu qəsəbəsində hər biri 0,08 ha təşkil edən üç və 0,04 ha təşkil edən bir torpaq sahəsini onun qohumlarının adına rəsmiləşdirilməsini təşkil edəcəyini yalandan vəd verərək, qulluq mövqeyinə və həmyerli kimi Zərərçəkmiş şəxs ona olan inam və etibarından istifadə etməklə 2013-2014-cü illərdə sonuncudan Abşeron rayonu, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən Qobu Bələdiyyəsinin inzibati binasındakı xidməti otağında hissə-hissə olmaqla ümumilikdə 3900 manat pulu alaraq, öz qulluq mövqeyindən istifadə edib özgənin xeyli miqdarda əml akını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, qeyd edilən vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni niyyətlə, Bakı şəhər sakini X5 müraciətinə əsasən, ona Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,04 və 0,08 ha torpaq sahələrinin verəcəyi 3000 manat pulun müqabilində adına rəsmiləşdirilməsini təşkil edəcəyini yalandan vəd verərək, 2014-cü ilin fevral ayında ünvan 2 ünvanında yerləşən evində 3000 manat pulu sonuncudan almaqla, öz qulluq mövqeyindən istifadə edərək Elbrus Bayramovun həmin məbləğdə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunm uş özgə əmlakını vahid qəsdlə təkrarən talama məqsədilə, Qobu bələdiyyəsinin hesabında ayrı-ayrı daxilolmalar üzrə xəzinədə mövcud olan pul vəsaitlərini rəsmi sənədlər əsasında, o cümlədən 118600 manat məxaric olunmasına dair 17.04.2014cü il tarixli 09 saylı, 49000 manat məxaric olunmasına dair 22.04.2014-cü il tarixli 10 saylı, 25500 manat məxaric olunmasına dair 25.04.2014-cü il tarixli 11 saylı, 41680 manat məxaric olunmasına dair 11.06.2014-cü il tarixli 16 saylı, 48000 manat məxaric olunmasına dair 09.07.2014-cü il tarixli 16 saylı, 13000 manat məxaric olunmasına dair 18.08.2014-cü il tarixli nömrəsiz, 22800 manat məxaric olunmasına dair 05.09.2014-cü il tarixli 26 saylı, 33600 manat məxaric olunmasına dair 29.09.2014-cü il tarixli 28 saylı, 56620 manat məxaric olunmasına dair 10.10.2 014-cü il tarixli 28 saylı, 25000 manat məxaric olunmasına dair 21.10.2014-cü il tarixli 29 saylı, 20600 manat məxaric olunmasına dair 22.10.2014-cü il tarixli 30 saylı, 5000 manat məxaric olunmasına dair 28.10.2014-cü il tarixli 31 saylı, 34200 manat məxaric olunmasına dair 03.11.2014-cü il tarixli 32 saylı, 13800 manat məxaric olunmasına dair 14.11.2014-cü il tarixli 34 saylı, 11400 manat məxaric olunmasına dair 28.11.2014-cü il tarixli 35 saylı, 17000 manat məxaric olunmasına dair 04.12.2014-cü il tarixli 36 saylı, 32800 manat məxaric olunmasına dair 16.12.2014-cü il tarixli 37 saylı, 1120 manat məxaric olunmasına dair 16.01.2015-ci il tarixli 1 saylı, 32040 manat məxaric olunmasına dair 04.02.2015-ci il tarixli, 27200 manat məxaric olunmasına dair 25.02.2015-ci il tarixli, 83800 mana t məxaric olunmasına dair 25.02.2015-ci il tarixli, 17500 manat məxaric olunmasına dair 10.02.2015ci il tarixli, 45500 manat məxaric olunmasına dair 01.04.2015-ci il tarixli və 5650 manat pul vəsaitinin məxaric edilməsinə dair 14.07.2015-ci il tarixli 10 saylı kassa məxaric orderləri ilə təhtəl hesab şəxs kimi götürdüyü ümumilikdə 781410 manat pul vəsaitindən, heç bir sənəd tərtib etmədən 577480 manat məbləğin 2014-2015-ci illərdə Abşeron rayonu Qobu qəsəbəsində işlərin görülməsinə-daxili yolların və küçələrin təmir edilməsinə, yeni asfalt örtüyünün vurulmasına, eyni zamanda 160207.30 manat vəsaitin qəsəbə ərazisində stadionun inşasına sərf etməklə, qalan cəmi 43722.70 (qırx üç min yeddi yüz iyirmi iki) manat məbləği özünün şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə ed ib ona etibar olunmuş Qobu bələdiyyəsinə məxsus küllü miqdarda əmlakı vahid qəsdlə mənimsəmə yolu ilə təkrarən talamışdır. Həmçinin o, qeyd olunan vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni niyyətlə, ona müraciət etmiş Gədəbəy rayon sakini X6 1600 manat müqabilində Qobu qəsəbəsində 0,08 ha torpaq sahəsi ayrılmaqla adına rəsmiləşdiriləcəyini yalandan vəd edərək, 21 iyul 2015-ci il tarixində Abşeron rayonu, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən Qobu Bələdiyyəsinin inzibati binasındakı xidməti otağında sonuncunun bacısı X3 1600 manat pulu almaqla, öz qulluq mövqeyindən istifadə edərək Nazilə Novruzovanın həmin məbləğdə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, göstərilən vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmə məqsədilə, yenidən ona müraciət etmiş Bakı şəhər sakini X8 Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,08 ha olmaqla 16 torpaq sahəsinin hər birini 2300 manat müqabilində onun və qohumu X13 adına sənədləşdirilməsini təşkil edəcəyini yalandan vəd verərək, 2014-cü ilin aprel-may aylarında ünvan 3 ünvanında yerləşən Abşeron RİH-nin inzibati binasının qarşısında 7000 manat, daha sonra həmin yerdə 11.500 manat, Abşeron rayonu, Qobu qəsəbəsinin girəcəyində yerləşən çayxanada müxtəlif vaxtlarda 5000 və 8000 manat, daha sonra isə Abşeron rayonu Qobu qəsəbəsi ərazisində 5300 manat olmaqla, ümumilikdə 36800 manat pulu sonuncudan alaraq, torpaq sahələrini n sənədlərinin hazırlanmasını təşkil etməsi görüntüsünü yaratmaqla törətmiş olduğu cinayət əməlini gizlətmək üçün, bələdiyyədə müvafiq vəzifəsindən azad olunmasına baxmayaraq, 2016-cı ilin iyun ayında Bakı şəhəri ərazisində fəaliyyət göstərən istintaqa məlum olmayan kompyuter xidmətləri mərkəzlərindən birində torpaq üzərində mülkiyyət hüquqlarının tanınmasına hüquq verən rəsmi sənədləri - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 25.10.2012-ci il tarixli 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023, 2024, 2025 və 2026 №-li rəylərini, Abşeron rayon şöbəsində 25.10.2012-ci il tarixdə 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023, 2024, 2025 və 2026 №-si ilə qeydə alınmış torpaq alqı-satqısına dair aktlarını, Abşeron rayonu Qobu bə lədiyyə X1 torpaq sahəsi satılmasına dair 10.01.2007-ci il tarixli 01 №-li, 17.05.2007-ci il tarixli 09 №-li, 14.06.2007-ci il tarixli 18 №-li, 18.07.2007-ci il tarixli 14 №-li, 01.08.2007-ci il tarixli 17 №-li, 06.11.2007-ci il tarixli 22 №-li, X16 torpaq sahəsi satılmasına dair 18.07.2007-ci il tarixli 14 №-li, 14.06.2007-ci il tarixli 18 №-li, 17.05.2007-ci il tarixli 09 №-li, 06.11.2007-ci il tarixli 22 №-li, 10.01.2007-ci il tarixli 01 №-li, 01.08.2007-ci il tarixli 17 №-li qərarlarını hazırlayaraq, rəylərdə nömrə və tarix rəqəmlərini, Azərbaycan Respublikası DT və XK-nin Abşeron rayon şöbəsinin müdiri: xxx” qrafasındakı imzaları, Abşeron rayonu Qobu bələdiyyə Şurasının qərarlarında “SƏDR: xxx” qrafasındakı imzaları, torpaq alqı-satqısına dair aktlarda nömrə və tarix rəqəmlərini, “X8” qrafalarındakı imzaları, habelə “MəhkumN” qrafalarındakı imzaları şəxsən icra edib, rəylərdə və torpaq alqı-satqısına dair aktlarda Azərbaycan Respublikası DT və XK-nin Abşeron rayon şöbəsinin və Qobu bələdiyyəsinin, Abşeron rayonu Qobu bələdiyyə Şurasının qərarlarında Qobu bələdiyyəsinin möhür əkslərini naməlum şəxs tərəfindən relyef klişedən üzərinə birbaşa vurulması üsulu ilə saxtalaşdırılmasını təmin edib qanunsuz hazırlayaraq sonradan Elbrus Bayramova verməklə, öz qulluq mövqeyindən istifadə edib özgənin küllü miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmışdır. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və nümayəndəsi kassasiya şikayətini onunla əsaslan dırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə uyğun şərti cəza tətbiq etməklə açıq-aydın ədalətsiz olan yüngül cəza təyin edilmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli hökmündə göstərilmiş 3900 manatın 3800 manatı qaytarılmış, eyni zamanda dəymiş ziyanla bağlı məhkəmənin barışıq təklifinə əsasən 26 sentyabr 2017-ci il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən 13100 manat bu günə kimi ödənilməmişdir. Apellyasiya Məhkəməsi işə bizim iştirakımız olmadan baxmış, işin hallarını düzgün araşdırmamış, Məhkum tərəfindən dəymiş ziyanın tam ödənilməsi barədə məhkəməyə verilmiş yalan məlumatlar cəzanı yüngülləşdirən hal kimi nəzərə alınaraq barəsində yüngül cəza təyin edilmişdir. Qeyd olunanl arı nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli qərarınin ləğv edilərək Məhkum barəsində daha ağır cəza təyin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, onun nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun, müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2018-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya ins tansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, məhkuma təyin e dilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin artırılması barədə kassasiya şikayəti təmin edilməlidir. Hazırkı kassasiya şikayətində məhkumun əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri yalnız məhkuma təyin edilmiş cəzanın yüngüllüyü və məhkumun barəsində əsassız olaraq şərti məhkum etmənin tətbiq edilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Apellyasiya məhkəməsi qərarında cəza təyin edərkən Məhkum törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə aldığını göstərmişdir. Məhkəmə məhkumun zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, yaş həddini və ailə vəziyyətini cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq belə hesab etmişdir ki, cəzanın məqsədlərini təmin etmək baxımından onun azadlıqdan məhrum etmə cəzası çəkməsinə zərurət yoxdur və həmin cəzanı çəkmədən də islah olunması mümkündür. Apellyasiy a Məhkəməsi məhkuma cəza təyini zamanı CM-nin 8.1 və 58.3-cü maddələrinin tələblərini nəzərə almasını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyini zamanı həm də cəzanın məqsədi barədə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələbləri və eləcə də cəza təyin etmə üzrə formalaşmış məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Hazırkı cinayət işi üzrə cəza təyini zamanı bu hallar nəzərə alınmamış, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq etməklə cəzanın məqsədini təmin etməyən həddindən artıq yüngül cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbi q edilir. İş materiallarından müəyyən olunur ki, məhkum tərəfindən zərərçəkmişə vurulmuş ziyan tam şəkildə ödənilməmişdir. Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası məhkum barəsində şərti məhkumetmə tətbiq edərkən, nəzərə aldığı cəzanı yüngülləşdirən halların qanunun tələbinə uyğun olmasını yoxlayıb əsaslandırmamış, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar yetərincə nəzərə almamışdır. Məhkəmənin cəza təyini ilə bağlı gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Qeyd olunanlara əsasən, Məhkum təyin edilmiş cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməməsi barədə zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti a ğırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi birgə kassasiya şikayətinə münasibətdə ləğv edilsin. Cinayət işi həmin məhkəmədə yenidən apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar