Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-658/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və müdafiəçi Qurbanov Rəhim Qafar oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər Cəlilov Oruc Yusif oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1994-cü il tarixdə Lənkəran rayonunun Veravul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ort a təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, Məhkum 15 dekabr 2019-cu il tarixdən 17 avqust 2020-ci il tarixədək 8 (səkkiz) ay 2 (iki) gün həbsdə saxlanılması müddətinin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 1 (bir) il 4 (dörd) ay 4 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq Məhkum üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum 12 dekabr 2019-cu il t arixdə, saat 09 radələrində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, yaşadığı X kəndində həmkəndlisi X1 Türkoba məhəlləsində yerləşən yaşayış evinə qanunsuz daxil olmaqla əmlakını oğurlamaq qərarına gəlib, X22un və ailə üzvlərinin həftənin iş günlərində hər gün səhər saatlarında Lənkəran şəhərinə işə getmələri barədə məlumatlı olmasından istifadə edərək, həmin tarixdə kənd yolunda əvvəl X22un arvadı X12 ilə birlikdə idarə etdiyi “X” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobillə kənddən çıxdığını görüb, piyada X22un evinə tərəf getmiş və evə yaxınlaşanda Məhkum idarə etdiyi “X” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobillə işə getdiyini görüb evdə heç kimin qalmadığına əmin olandan sonra, qonşuluqda yerləşən ziyarətgah tərəfdən evin həyətyanı sahəsi nin hasarına yaxınlaşdığı zaman ziyarətgahın ərazisində tapdığı bir cüt fəhlə əlcəyini götürüb əllərinə keçirərək, hasardan keçib yaşayış sahəsi olan evin yerləşdiyi həyətə qanunsuz daxil olaraq, evə yaxınlaşıb birinci mərtəbədə girişdən sağ tərəfdə yerləşən otağın pəncərəsinin bayırdan qurulmuş torlu çərçivəsini yerindən çıxarandan sonra pəncərəni sıxıb açaraq evə qanunsuz daxil olmuş və ardınca pəncərəni bağlayandan sonra evin ikinci mərtəbəsinə qalxaraq, orada qapıları kilidlənməmiş vəziyyətdə olan mətbəx, girişdəki zal otağında və zala girişdən sağ tərəfdəki iki yataq otağında şkafları, stolların siyirmələrini, dolabları, çarpayıların üstündəki yataq ləvazimatlarının aralarını axtarıb bir şey tapmayandan sonra, zalda girişlə üzbəüz yerləşən X22un yataq otağının kilidlə bağlanmış iki la ylı taxta qapısını evdə ələ keçirdiyi vintaçanla sıxıb çiyni ilə zərbə vuraraq sındırmaqla açıb otağa daxil olandan sonra otaqdakı güzgülü trümonun və çarpayıyam tumbanın siyirmələrindən bir ədəd üstündə üç ədəd brilliant qaşlı, enli formalı, 583 əyarlı Rusiya istehsalı olan qızıldan hazırlanmış, çəkisi 4,9 qram, qiyməti 588 manat olan qadın nişan üzüyünü, bir ədəd yastı lövhəciklər şəklində toxunmuş, 583 əyarlı Rusiya istehsalı olan qızıldan hazırlanmış, çəkisi 30,1 qram, qiyməti 1.800 manat olan zəncirə-boyunbağını, bir ədəd ortasında nisbətən böyük və ətrafında səkkiz ədəd xırda ölçülü ağ rəngli sadə qaşlı üzük və bir cüt sırğadan ibarət, 583 əyarlı Rusiya istehsalı olan qızıldan hazırlanmış, ümumi çəkisi 11,8 qram, qiyməti 708 manat olan qadın zinət əşyaları dəstini, bir ədəd ortasında böyük qırımızı rəngli qaşın ətrafına on altı ədəd xırda ölçülü ağ rəngli sadə qaşlı, 583 əyarlı Rusiya istehsalı olan qızıldan hazırlanmış, çəkisi 4 qram, qiyməti 240 manat olan olan qadın üzüyünü, bir ədəd zəncirəboyunbağı, boyunbağı aralığı və bir cüt sırğadan ibarət, oval halqa formalı aralığı və sırğalarının mərkəzində şəbəkə formalı naxışlı, 583 əyarlı Rusiya istehsalı olan qızıldan hazırlanmış, ümumi çəkisi 8,3 qram, qiyməti 498 manat olan qadın zinət əşyaları dəstini, bir ədəd nazik halqalardan toxunmuş, 583 əyarlı Rusiya istehsalı olan qızıldan hazırlanmış, çəkisi 4,6 qram, qiyməti 276 manat olan zəncirə-boyunbağını, bir ədəd üzərində kəpənəkşəkilli naxışları olan lövhəciklərdən toxunmuş, 583 əyarlı Rusiya istehsalı olan qızıldan hazırlanmış, çəkisi 8,7 qram, qiyməti 522 manat ola n qolbağı, bir ədəd üstündə iki tərəfdən qızıl lövhəciklər birləşdirilmiş, qiyməti 50 manat olan qara-ağ rəngli gözmuncuğunu, bir ədəd qiyməti 5 manat olan sadə gözmuncuğunu, iki ədəd sadə sarı metaldan, ümumi qiyməti 20 manat olan dırnaqkəsəni, bir ədəd qiyməti 5 manat olan dırnaqyonanı, bir ədəd ağ-sarı rəngli sadə muncuqlardan hazırlanmış; qiyməti 10 manat olan təsbehi-ümumi qiyməti 4.722 manat olan qızıl-zinət və qeyri əşyaları, otaqda girişdən sağ tərəfdəki divarın yanında qurulmuş dolabın yuxarı hissəsindən yol çantasını götürüb içini axtararaq, çantanın içində yorğan üzünün arasında dəftər vərəqindən olan kağız bağlamada qoyulmuş, Azərbaycan Respublikası Mərkəzi Bankının 12 dekabr 2019-cu il tarixə müəyyən etdiyi 1 ABŞ dollarının 1,7 manat mübadilə məzənnəsinə uyğun olaraq 76.500 (yetmiş altı min) manata bərabər olan, 450 ədəd 100 ABŞ dolları nominalı olan əsginaslardan ibarət 45.000 (qırx beş min) ABŞ dolları valyuta vəsaitlərini gizli olaraq talayıb, zərərçəkmiş şəxs X22a ümumilikdə 81.222 (səksən bir min iki yüz iyirmi iki) manat məbləğində, külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi Atakişiyev Faiq Mehrəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Əli-zadə Aqil İlqar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi) Əliyev Elşad İbiş oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 22 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, ape llyasiya protesti isə qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 4 (dörd) ilədək artırılmış, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiya məhkəmələri yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum barəsində CM-nin 62-ci maddəsininin tətbiq edilməsinin mümkünlüyü barədə nəticəyə gələrkən onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, bu cinayətin nəticəsini, törədilməsi halını, şəraitini, məqsədini və motivini, məhkumun şəxsiyyətinə aid olan halları, cinayətin törədilməsi zamanı davranışını düzgün qiymətləndirməmiş və ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cinayət cəzalarının təyin edilməsi prinsipləri, şərtləri və qaydaları təsbit edilmiş CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyini, “Məhkə mələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli qərarındakı tövsiyyələri nəzərə almamış, cəzanı yüngülləşdirən hallan düzgün müəyyən etməmiş, nəticədə məhkum edilmiş şəxs Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiqi əsassız olmuşdur. Belə ki, məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, məhkumun ilk məhkumluğunu, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını ona cəza təyin edilərkən yüngülləşdirici hal qismində nəzərə alındığını göstərsə də bu halların konkret olaraq nədə ifadə olunması və nəyə görə cəza təyini zamanı nəzərə alınmasının motivlərini qərarda göstərməmiş və əsaslandırmamışdır. Qeyd olunanları nəzərə alaraq dövlət i ttihamçısı E.Ə.Hüseynov kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin isə yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum naməlum səbəblərdən məhkəməyə gədməmişdir. Məhkəmə kollegiyası bununla bağlı cinayət prosesi iştirakçılarının rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı E.Ə.Hüseynov apel lyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum barəsində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna gö rə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası m əhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahi yyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu qənaət cinayət qanunu normalarının aşağıdakı tələblərindən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə u yğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırla şdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər m əsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyət i, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icra atında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini tö rədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun ol malıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materialları ilə müəyyən edilir ki, Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, yaşadığı X kəndində həmkəndlisi X1 məhəlləsində yerləşən yaşayış evinə qanunsuz daxil olmaqla əmlakını oğurlamaq qərarına gəlib, X22un evində heç kimin qalmadığına əmin olaraq, qonşuluqda yerləşən ziyarətgah tərəfdən evin həyətyanı sahəsinin hasarına yaxınlaşdığı zaman ziyarətgahın ərazisində tapdığı bir cüt fəhlə əlcəyini götürüb əllərinə keçirərək, hasardan keçib yaşayış sahəsi olan evin yerləşdiyi həyətə qanunsuz daxil olaraq, evə yaxınlaşıb birinci mərtəbədə girişdən sağ tərəfdə yerləşən otağın pəncərəsinin bayırdan qurulmuş torlu çərçivəsini yerindən çıxarandan sonra pəncərəni sıxıb açaraq evə qanunsuz daxil olmuş və oradan X22a məxsus ümumilikdə 81.222 (səksən bir min iki yüz iyirmi iki) manat məbləğində əmlakı oğurlayaraq zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmuşdur. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum etirafedici ifadələri ilə yanaşı zərərçəkmişin, şahidlərin ifadələrinə, məhkəmə-əmttəşünaslıq ekspertizasının rəyinə və işə əlavə edilmiş sübüt əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlini CM-nin 177.3.2-ci maddəsi ilə, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla və zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq cinayəti kimi ixtisaslaşdırmışlar. Kassasiya protestinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və həmin protestin dəlillərinə cavab verilmsi üçün əvvəla qeyd edir ki, yaşayış sahəsinə qanunsuz daxil olmaqla və zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etmə həmin əməli törətmiş şəxsin CM-nin 177.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş beş ildən on ilədək azadlıqdan mə hrum etmə ilə cəzalarındırılmasına səbəbə olur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təq sirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfmə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qanunvericiliyin tələblərindən, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən, Ali Məhkəmənin Plenumunun Qərarındakı tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası törədilmiş cinayətin halları ilə yanaşı M əhkum barəsində cəza tədbirinin seçilməsi zamanı birinci və apellyasya instansiyası məhkəmələrinin əsaslandıqları hallara da müraciət etməyi zəruri bilir. Birinci instansiya məhkəməsinin hökmünə görə, məhkəmə Məhkum barəsində CMnin 62-ci maddəsini tətbiq etməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdən tutulmuş cəzadan (azadlıqdan məhrum etmə cəzasından) daha yüngül - azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, onunla zərər çəkmiş şəxs arasında qohumluq münasibətləri olmaqla həmkəndli olmalarını, əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini (bu hal işə aid sübatlarla təsdiq olun ur), ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə aldığını, digər tərəfdən isə bu halları müstəsna hallar kimi qəbul etdiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1-ci maddəsinə görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən e diləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin h allar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksin ə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, hə min, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsi pinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar onların heç də müstəsna hallar kimi qiymətləndirilməsi, yəni Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsinin düzgün olması barədə fikir yürütmək üçün kifayət etmir. Əvvəla, cinayət işinin materialları ilə Məhkum ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətdikdən sonra könüllü gəlib təqsirli boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi müəyyən olunmur və belə olduqda onun təqsirli bilindiyi cinayəti törətdikdən sonra həmin cinayətin ictimai təhlükəliliyini azaldan hər hansı müsbət davranışından söhbət gedə bilməz. Bundan başqa, məhkəmələr Məhkum şəxsiyyətinin hansı cəhətlərinə görə müsbət səciyyələnməsini və bu halların konkret olaraq nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını, müsbət xarakterizə olunmada cəzanı yüngülləşdirməyə imkan verən amilin nə olmasını, nəyə görə bu halı cəzanı yüngülləşdirən hal kimi nəzərə almasının motivlərini və belə bir nəticəyə gəlməsinin səbəblərini hökmdə və qərarda göstərməmiş və əsaslandırmamışlar. Buna görə də qeyd olunan hal əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul edilmişdir. Bundan əlavə, məhkəmələr Məhkum zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul etsələr də, nəzərlərindən qaçırmışlar ki, əvvəla zərərçəkmişə vurulmuş ziyanın əksər hissəsi məhkumun qohumları tərəfindən ödənilmiş, məhkum isə zərər çəkmiş şəxslə könüllü olaraq deyil, yalnız cinayət məsuliyyətinə cəlb ediləcəyini dərk edib ona təyin ediləcək cəza təhdidi altında barışıq əldə etmişdir. Göründüyü kimi, bu halların cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsi üçün əsas vermirdi və həmin hallar CM-nin 62-ci maddəsinin deyil, CM-nin 60-cı maddəsinin tətbiqini şərtləndirmişdir. Bununla yanaşı, məhkəmənin Məhkum ilə zərərçəkmiş şəxs arasında qohumluq münasibətləri olmaqla həmkəndli olmalarını cəzanı yüngülləşdirən müstəsna hal kimi nəzərə alması da tamamilə əsassız olmuşdur. Bununla belə, apellyasiya instansiyası məhkəməsi nəinki sübutlarla təsdiq olmayan və cəzanı yüngülləşdirən hallar kimi qiymətləndir ilmiş həmin halların olması ilə razılaşmış, həm də onun mövqeyinə görə, məhkumun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə imkan verən həm bu hallara, həm də onun cinayətə meyilli şəxs olmaması kimi halların müəyyən edilməsi barədə qənaətə gələrək onlara da istinad etmişdir. Hazırkı iş üzrə qəbul etdiyi qərarında apellyasiya instansyası məhkəməsi Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq edərkən işdə olmayan sübatlarla təsdiq edilməmiş, lakin istinad etdiyi halların Məhkum tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəliliyini azaltdığını qeyd etməmiş, həmin halların cəza təyini zamanı müstəsna əhəmiyyətini göstərməmiş və bunlarla bağlı heç bir əsaslandırma aparmamışdır. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəs ində cəza tədbiri seçilərkən CPM-nin 416.1.21-ci maddəsinin tələblərinin pozulduğunu müəyyən edərək bu pozuntunun həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi görür və buna görə də kassasiya protestinin dəlilləri ilə razılaşaraq həmin protestinin təmin edilməsini mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının, həmin protestin təmin edilməməsi barədə isə müdafiəçinin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və Məhkum CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli qərarı l əğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-658/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-658/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver