Məhkəmə qərarları › İş №1(102)-658/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-658/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-658/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun, Məhkumlar Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 iştirakları ilə xx xxx 1984-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1-ci maddəsi ilə, xx xxxx 1982-ci ildə İmişli rayonu Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İmişli rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-in 204.1, 234.4.1 və 235.3.1-ci maddələri ilə, xx xxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 204.1, 234.4.1 və 235.3.1-ci maddələri ilə məhku m edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli qərarından məhkumlar Məhkum, Təqsirləndirilən şəxs6 və X3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2022-ci il tarixli hökmü ilə (hakimlər: X.A.Nuriyev (sədrlik edən), O.Y.Cəlilov və Ə.A.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 3 oktyabr 2020-ci il tarixdən hesablanması, Məhkum verilmiş ittihamdan CM-in 234.4.3-cü ma ddəsinin xaric olunması hökm edilmişdir. Təqsirləndirilən şəxs6 - Azərbaycan Respublikası CM-in 204.1, 234.4.1 və 235.3.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-in 204.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 235.3.1-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs6 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 22 mart 2021-ci i l tarixdən hesablanması, Təqsirləndirilən şəxs6 verilmiş ittihamdan CM-in 234.4.3-cü maddəsinin xaric olunması hökm edilmişdir. Təqsirləndirilən şəxs5 - Azərbaycan Respublikası CM-in 204.1, 234.4.1 və 235.3.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-in 204.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 235.3.1-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs5 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə mü əssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 4 oktyabr 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs5 verilmiş ittihamdan CM-in 234.4.3-cü maddəsinin xaric olunması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs4 CM-in 204.1, 228.4, 234.4.1 və 235.3.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 CM-in 234.4.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 204.1, 234.4.1 və 235.3.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuşlar. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi, Təqsirləndirilən şəxs3 müdafiəçisi, Təqsirləndirilən şəxs6 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), R.M.Cəfərov və İ.Q.Abdullayev) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, həmin cəza Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs6 CM-in 204.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) müddətə azadlıqdan məhrumetmə cəzası və CM-in 235.3.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müd dətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs6 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, həmin cəza Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs5 CM-in 204.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) müddətə azadlıqdan məhrumetmə cəzası və CM-in 235.3.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs5 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlı qdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmündən məlum olur ki, Məhkum və tanışı Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq faktiki müəyyən edilmiş 467,34 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, daşımış və saxlamış, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuananı satmaq üçün 02 oktyabr 2020-ci il tarixdə yetkinlik yaşına çatmadığını əvvəlcədən bilmədiyi, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 vasitəsilə müştəri tapmış, sonra isə narkotik vasitəni alacaq şəxslər in bəyənib keyfiyyətinə dair seçim etmələri üçün Məhkum qurudulmuş marixuananı bir neçə ədəd kiçik ölçülü bükümlərə bölüb şərti nömrələməklə Təqsirləndirilən şəxs1 vasitəsilə Təqsirləndirilən şəxs2 və narkotik vasitəni almalı olan Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 çatdıraraq satmaq barədə ümumi razılıq əldə edildikdən sonra həmin gün saat 21.00 radələrində Saatlı rayonu Şirinbəyli kəndində həmin narkotik vasitənin faktiki aşkar olunmuş 53,41 qram çəkidə olan hissəsini satmaq məqsəd ilə Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 isə bir qədər aralıda dayanmış Təqsirləndirilən şəxs3 idarə etdiyi «VAZ 2107» markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobillə gəlmiş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 narkot ik vasitə qurudulmuş marixuananı saxta olmasını əvvəlcədən bilmədiyi 7500 manat pulun müqabilində sataraq əldə etdiyi pul əskinaslarını dərhal sonra Məhkum təhvil vermişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakıları ilə bağlı daxil olmuş məlumat əsasında 03 oktyabr 2020-ci il tarixdə saat 00:05 radələrində Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum və Təqsirləndirilən şəxs1 saxlanılaraq rayon polis şöbəsinə gətirilmişlər. Onların üzərlərində şəxsi axtarış aparılarkən Məhkum və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananın satışından əldə etdikləri 8 ədəd A00583302 nömrəli və 8 ədəd A08911161 nömrəli 200 nominalda, 4 ədəd C75457779 nömrəli və 24 ədəd C40365396 nömrəli 100 nominalda, 1 8 ədəd B24102923 nömrəli 50 nominalda, 30 ədəd B59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar həqiqi pul əskinaslarından surəti çıxarılaraq eyni axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmış, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən ümumilikdə 7500 manat məbləğində saxta pullar Məhkum əynindəki pencəyin sağ yan cibindən, satış məqsədilə qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi bir ədəd «10 manat»lıq pul əskinasına bükülmüş təmiz çəkisi 1,64 qram və bir ədəd salfet kağızına bükülmüş təmiz çəkisi 7,29 qram olmaqla, ümumi çəkisi 8,93 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana isə onun əynindəki şalvarın ön sağ cibindəki dəri pul qabının içərisindən aşkar edilərək götürülmüşdür. Bundan əlavə 03 oktyabr 2020-ci il tarixdə saat 11:25-də keçirilmiş baxış nəticəsində Məhkum Saatlı rayonu Şirinbəyli kəndində alaq otlarının arasında satış məqsədilə gizlətdiyi bir ədəd polietilen torbada, üstündən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli olan, 405 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd SF-400 markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Eyni zamanda aralarında tanışlıq münasibətləri olan, Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 8 ədəd A00583302 və 8 ədəd A08911161 nömrəli 200 nominalda, 4 ədəd C7545777 9 və 24 ədəd C40365396 nömrəli 100 nominalda, 18 ədəd B24102923 nömrəli 50 nominalda, 32 ədəd B59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar həqiqi pul əskinaslarından surəti çıxarılaraq eyni axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmış, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən ümumilikdə 7540 manat məbləğində saxta pulları satış məqsədilə əldə etmiş, həmin pulları həqiqi pul əskinasları kimi təqdim etməklə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı alqı-satqı görüntüsü yaradıb dələduzluq yolu ilə talamaq barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə həmin pulları da özləri ilə götürməklə 02 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs5 məxsus «VAZ21144» markalı, **-BT-*** qeydiyyat nişanlı avtomobillə yaşadıqları Sumqayıt şəhərindən Saatlı rayonuna gələrək orada Təqsirləndirilən şəxs6 tanışı, Saatlı rayon sakini, yetkinlik yaşına çatmadığını əvvəlcədən bilmədikləri, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 və sonuncunun tanışı Təqsirləndirilən şəxs3 ilə də saxta pulları həqiqi pul əskinasları kimi təqdim etməklə sataraq qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı alqı-satqı görüntüsü yaradıb dələduzluq yolu ilə talamaq barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girmişlər. Aralarındakı vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 02 oktyabr 2020- ci il tarixdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs1 ilə görüşərək Sumqayıt şəhərindən gələn tanışlarının narkotik vasitə olan qurudulmuş marixuana almaq istədiklərini ona bildirmiş, Təqsirləndirilən şəxs1la bu barədə razılaşdıqdan sonra narkotik vasitəni bəyənib keyfiyyətinə dair seçim etmələri üçün qurudulmuş marixuananın şərti nömrələnməklə bölündüyü bir neçə ədəd kiçik ölçülü bükümləri Təqsirləndirilən şəxs1 təhvil alıb daşımaqla Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 çatdıraraq ümumi razılıq əldə edildikdən sonra həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3 idarə etdiyi «VAZ 2107» markalı, 19-BJ 857 qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5lə birlikdə Saatlı rayonu Şirinbəyli kəndinə gedərək Məhkum tərəzi ilə çəkib Təqsirləndirilə n şəxs1 verdiyi, faktiki müəyyən edilmiş 53,41 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı saxta olmasını əvvəlcədən bildikləri, Təqsirləndirilən şəxs4 üzərində olan 8 ədəd A00583302 və 8 ədəd A08911161 nömrəli 200 nominalda, 4 ədəd C75457779 və 24 ədəd C40365396 nömrəli 100 nominalda, 18 ədəd B24102923 nömrəli 50 nominalda, 30 ədəd B59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar həqiqi pul əskinaslarından surəti çıxarılaraq eyni axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmış, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən kağızlar, yəni ümumilikdə 7500 manat məbləğində saxta pulları həqiqi pul əskinasları kimi təqdim etməklə, həmin pulları Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 qəbul edərək Təqsirləndirilən şəxs1 verərək, narkotik vasitəni Təqsirləndirilən şəxs1 birlikdə qəbul edib, alqı-satqı görüntüsü yaradaraq dələduzluq yolu ilə birgə taladıqdan dərhal sonra narkotik vasitəni Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5lə və Təqsirləndirilən şəxs3 sonuncunun idarə etdiyi nəqliyyat vasitəsi ilə daşımaqla Saatlı rayonu Naharlı kəndi ərazisində onları gözləyən Təqsirləndirilən şəxs6lə görüşmüşlər. Bundan sonra saxta narkotik vasitə alqısatqısında, yəni narkotik vasitənin talanmasında iştirakına görə Təqsirləndirilən şəxs6 Təqsirləndirilən şəxs3 50 manat, Təqsirləndirilən şəxs2 mükafat olaraq bir ədəd 50 manatlıq həqiqi pul əskinası və 2 ədəd B59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar həqiqi pul əskinaslarından surəti çıxarılaraq eyni axınlı çap üsulu i lə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmış, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən saxta pul, Təqsirləndirilən şəxs4 isə taladıqları narkotik vasitənin bir hissəsi olaraq Təqsirləndirilən şəxs2 bir ədəd polietilen torbanın içərisində ümumilikdə təmiz çəkisi 42,89 qram qurudulmuş marixuana vermiş, narkotik vasitədən bir ədəd kağız bükümdə 10,52 qram çəkidə qurudulmuş marixuananı isə Təqsirləndirilən şəxs5 götürməklə talanmış narkotik vasitəni öz aralarında bölmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs6 naməlum istiqamətdə getmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs3 məxsus «VAZ 2107» markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobildə getdikləri zaman 03 oktyabr 2020-ci il tarixdə saat 03.00 radələ rində Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitənin talanması ilə bağlı ona mükafat qismində Təqsirləndirilən şəxs6 tərəfindən verilmiş bir ədəd 50 manatlıq həqiqi pul əskinası və 2 ədəd B59452712 nömrəli 20 nominalda saxta pul, həmçinin taladıqları narkotik vasitədən Təqsirləndirilən şəxs4 tərəfindən verilmiş, Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobildə birlikdə daşıyaraq saxladıqları bir ədəd polietilen torbanın içərisində 17,22 qram, bir ədəd kibrit qutusunda 7,64 qram, iki ədəd kağız bükümlərində ayrı-ayrılıqda 9,25 qram və 8,56 qram-ümumilikdə 42,89 qram olan, Məhkum və Təqsirləndirilən şəxs5 aid narkotik vasitə ilə eyni tərkibli olan çətənə (kannabis) bitkisindən kustar üsulla h azırlanmış narkotik vasitə qurudulmuş marixuana «VAZ 2107» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 3 oktyabr 2020-ci il tarixdə saat 17.10 radələrində Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 olduqları, Təqsirləndirilən şəxs5 idarə etdiyi «VAZ-21144» markalı, **-BT-*** qeydiyyat nişanlı avtomaşın saxlanılmaqla polis şöbəsinin inzibati binasının həyətində keçirilmiş baxış zamanı nəqliyyat vasitəsinin ön sol qapısının içlik hissəsindən bir ədəd kağız bükümdə taladıqları 10,52 qram çəkidə, Məhkum aid narkotik vasitə ilə eyni tərkibli olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs4 üzərindən isə qanunsuz olaraq əldə edib gəzdirdiyi, zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ov bıçağı aşkar olunmuşdur Kassasiya şikayətlərinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəzanın minimuma endirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkum Təqsirləndirilən şəxs6 tərəfindən verilmiş kassasiy a şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilməsi və himayəsində azyaşlı iki övladının olması, törətdiyi əməldən peşman olması, ilk məhkumluğu nəzərə alınmaqla ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilməsi və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini və Məhkum tərəfindən verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə araşdırıb, Məhkum ərizəsinin və verilmiş kassasiya şikayət lərinin təmin edilməsi barədə məhkumlar Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5, Məhkum ərizəsinin nəzərə alınması, kassasiya şikayətlərinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı N.İmanovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalı, məhkumlar Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yaln ız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassa siya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyinin qeyd edilən tələbini və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə məhkumun ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2022-ci il tarixli qərarından verilmiş kassa siya şikayəti baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Məhkumlar Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində ittihamın əsası deyil, yalnız barələrində təyin olunmuş cəza mübahisə edilir. Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsinə əsasən “Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma— beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayə t məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə: “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdəbeş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 235.1-ci maddəsinə əsasində “Narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorx u ilə tələb etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 235.3-cü maddəsinə görə: “Bu Məcəllənin 235.1 və 235.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 235.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdəaltı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkum еdilmiş şəхslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci madd əsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxs iyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin ed ilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməs i şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığ ı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümləd ən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, na rkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 barələrində cəza təyin olunarkən cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən Təqsirləndirilən şəxs6 himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi, Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən və onların cəzalarını ağırlaşdıran halların müəyyən edilməməsini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə g əlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 barələrində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və pr insiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqs ədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya ş ikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə məhkumlar Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 aid hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkumlar Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkumlar Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli qərarı məhkumlar Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar