Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-658/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X11 iştirakı ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərə findən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-210/2024 saylı, 22 fevral 2024-cü il tarixli (hakimləri A.H.Əliyeva (sədrlik edən), S.H.Hacıyev və V.E.Quliyevdən ibarət tərkibdə) hökmü ilə 21 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X12 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, X4 cəza çəkmə müddətinin başlanğıcının 27 oktyabr 2022-ci il tarixdən hesablanması, barəsin də seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, X4 ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X18 (sədrlik edən və məruzəçi), X20 və X7 ibarət tərkibdə) 1(103)-1000/2024 saylı, 21 avqust 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli hökmü ləğv edilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirinin s übuta yetirilməməsi əsası ilə bəraət verilmiş, X4 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Hökmlə həmçinin maddi sübut və digər məsələlər də öz həllini tapmışdır. İşin halları: Hökmə əsasən, X1 məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlayıb daşımışdır. Belə ki, X12 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,460 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 27 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Sabir küçəsində şübhəli olduğuna görə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə aparıl mış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 2,460 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1000/2024 saylı, 21 avqust 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Hökmdən kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, Aşağıda şərh edilənlərə görə hesab edirəm ki, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün m ühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəı+ə qərarının əsasını yolverilməz sübutlar təşkil etdiyindən həmin qərar ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən bax İması təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə görə isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətlendirilməlidir. Sübutun mənsubiyyət şərti baxılan aidliyini, m ümkünlük şərti həqiqiliyinə, yaranma mənbəyinə və işə əldə edilməsi hallarına heç bir şübhə olmamasını (dəlilin sübut kimi qəbulunun yol verilməz olduğu hallar konkret olaraq CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuşdur,), mötəbərlik şərti isə işin hallarını əks sübutlar tərəfindən təkzib oluna bilməyəcək həcmdə təsdiq etməsini nəzərdə tutur. Həqiqəti müəyyən etmək üçün CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, sistem halında təhlil edilməli və bir-birilə müqayisə olunmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə ise təkcə məhkəmə iclaslarında ayrı-ayrı prosessual statuslu şəxsin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi, habelə digər istintaq hərəkətlərinin aparılması deyil, həm də iptidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməs və qiymətləndirilməsi, cinayət prosesinin bütün mərhələlərində əldə edilmiş hər bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması başa düşülür. Cinayət işinin ibtidai araşdırma mərhələsində X12 ifadə verərək göstərmişdir ki, özünü CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilir, 27 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsində olarkən adını bilmədiyi şəxsə 20 manat pul verib özünün istifadəsi üçün bükümdə psixotrop maddə metamfe tamin almışdır. Həmin şəxsin ona verdiyi bükümü sonradan qəbul etmək üçün əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 11 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində Sabir küçəsi ilə hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənəd istəyib həəkətlərindən şübhələnərək onu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. PB-də olarkən ona hüquqlarının qorunması üçün vəkil təqdim edilmiş və vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah verildikdə həmin vaxt üzərində psixotrop maddə metamfetamin olduğundan üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir ki, vəkil üzərindən metamfetamin aşkar olunmasını öz gözləri ilə görməsin ki, gələcəkdə onu üzrəkdən müdafiə edə bilsin. Bunda n sonra orada onun üzərinə vəkilin iştirakı olmadan onun üzərinə şəxsi axtarış keçirilmiş və o, üzərində saxladığı bir ədəd bükülünü polis əməkdaşlarına təqdim edərək adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata aldığın bildirmiş, daha sonra protpkol tərtib olunmuş və o, həmin protokolu heçbir təzyiq olmadan imzalamışdır. (bax: cild 1, i.v. 61-65). İ.Cavadov sonradan istintaq və məhkəmədə verdiyi ifadələrində isə, üzərindən aşkar edilmiş psixotrop maddənin ona aid olmamasını, polis əməkdaşlarının təsir və təzyiqləri nəticəsində törətmədiyi cinayəti etiraf etməsini qeyd etmişdir. İş üzrə şahid qismində dindirilmiş $abunçu RPİ-nin 14-cü PB-nin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, təxminən oktyabr ayının sonları Şahid2la birlikdə xidmət edən zaman Maştağa qəsəbəsində günün biri nci yanısı Zöhrab özünü şübhəli apardığı üçün yaxınlaşmışlar, Zöhrab yaxınlaşdıqlarını görərək uzaqlaşmaq istəmiş, narkotik vasitə təsiri altında olan şəxs kimi hərəkəti və davranışı şübhə yaratmış, anket məlumatlarını onlara deyərkən həyəcanlı olmuşdur. Sonra Zöhrabı 14-cü polis bölməsinə dəvət etmışlər, video çəkiliş vasitəsilə üzərinə baxış keçirmişlər, səhv etmirsə üzərindən bir büküm metamfetamin aşkar olunmuşdur. Şəxs Balaxanıdan 20 manata aldığını bildirmişdir. Zöhrab Sadıqova heç bir zor və təzyiq göstərilməmişdir. (bax: cild 1,.i.v. 94-96, məhkəmə iclas protokolları). İş üzrə şahid qismində dindirilmis Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşı Şahid2 da Şahid1la eyniməzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. (bax: cild 1,.i.v. 99-101, məhkəmə iclas protokolları) İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 6/4319 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, "Azerbaycan Respublikası DİN Zərflər üçün N 100” dairəvi möhür əksi və "...Şübhəli şəxs X12-imza,...iştirak etdilər: dörd imza...Təhqiqatçı: R.İsmayılov -imza"" yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi-2,460 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin- 2005-сi il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilen psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 36-39). İş materiallarına əlavə edilmiş X15 üzərinə şəxsi axtarış keçirilmə si prosesinin əks olunduğu DVD diskə baxış zamanı müəyyən edilmişdir ki,... psixotrop maddələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş X4 üzərinə 27 oktyabr 2022-ci il tarixdə şəxsi axtarış keçirilməsini bildirilir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları Şahid1, Şahid2 və saxanılan Sadıqov Zöhrab lbrahim oğlu iştirak edir. X13 polis bölməsinə gətirilmiş X6 üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsiri təklif edir. X12 əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin şəffaf sellofanına bükülmüş halda bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olmasını və həmin maddəni saxlan ılmamışdan əvvəl Bakı şəhəri Balaxanı qəsəbəsində anket məlumatları ona məlum olmayan əvvəllər tanımadığı şəxsdən 20 manata istifadə etmək məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını bildirir... (İ cild, səh. 51). Məhkəmələrin sadaladığım sübutlar dəlil kimi qəbul etməmələrində əsas istinad nöqtələri təqsirləndirilən şəxsin bədən səthində saxlanıldığı xx.xx.2022-ci il tarixdə Bakı İstintaq təcridxanasına daxil olarkən onun bədəni üzərində - sağ böyrəküstü və bel nahiyəsində sarımtıl rəngli qançır, hər iki saiddə köhnə çapıq xəsarətlərinin aşkar olunması, bununla da, onun polislərin fiziki təsirinə məruz qalması barədə iddialarının təsdiqlənməsi və təzyiqlərin nəticəsində etiraf məzmunlu ifadələr verməsi olmuşdur. Protestin 1-ci bəndində qeyd etdiyim qanun normalarının tələblərin dən də aydın görünür ki, cinayət işi üzrə əldə edilmiş hər bir sübutun mümkühlük, aidlik və mötəbərliyi ayrıca dəyərləndirilməli və hər hansı bir ittiham sübutu (məsələn, ifadə, ekspertiza rəyi, şəxsi axtarış və götürmə protokolu və s.) qəbul olunmadıgda onun rədd edilməsinin ağlabatan motivlər əsaslandırılmalıdır. Əks hal çıxarılmış yekun məhkəmə qərarının özünün əsassız olmasına dəlalət etmiş olur. Narahat edici məqam ondan ibarətdir ki, son dövrlərin məhkəmə təcrübəsində hüquq-mühafizə orqanları əməkdaşlarının "qanunsuz davranışları" barədə bildirən bir çox təqsirləndirilən şəxslərin iddialarının məhkəmələr tərəfindən həqiqət hesab olunması, belə şəxslərin bədəni üzərində saxlanıldığı vaxta uyğun gələu hər hansı xəsarətin aşkar edilməsi halında məhkəmələrin bunu şəxsə qarşı qanunsuz rəf tarın göstəricisi kimi qəbul etməsi halları artmış və bir sıra hallarda konkret işlərin obyektiv hallarına baxılmadan (əsaslı tədqiqat və qiymətləndirmə aparılmadan) təqsirləndirilən şəxslər barəsində bəraət hökmləri çıxarılmışdır. İttiham tərəfi olaraq inkar etmirik ki, əməliyyat-istintaq tədbirlərini həyata keçirən hüquq-mühafizə orqanları, o cümlədən polis əməkdaşları hakimiyyət nümayəndəsidir və fərdə münasibətdə onun üstünlüyü - xidməti səlahiyyətləri var. Belə əməkdaşlann xidməti səlahiyyətlərindən kənara çıxan hərəkətlərə yol verməsi də mümkündür və ola bilər. Lakin, belə iddialar üzrə məhkəmənin qiymətləndirməsi hərtərəfli araşdırmanın nəticələrinə əsaslanmalı və işin faktiki hallarına uyğun olmalıdır. Mütləq nəzərə alınmalıdır ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin ol ması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsinin göstəricisi sayılmamalıdır. Nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digərinə aparılarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması mümkündür və bu hallar hər hansı bir şəxsin adi gündəlik həyatında da yarana bilər. Ona görə də, təqsirləndirilən şəxs ona fiziki təzyiq göstərilməsi yolu ilə sübutların toplanmasını iddia edirsə, məhkəmələr belə iddiaların doğruluğunu işin digər faktiki halları və toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edib qiymətləndirilməlidirlər. Kassasiya protestində X6 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət ver ilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciət in dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X6 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bər aət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X6 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutlar ı hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülər kən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əs asını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X6 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi s übuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2022-ci il tarixli 6/6235 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 100” dairəvi möhür əksi və “...Şübhəli şəxs X12-imza,...iştirak etdilər: dörd imza... Təhqiqatçı: R.İsmayılov -imza”” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi-2,460 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 36-39). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsin Ambulator X2 barədə 19 noyabr 2022-ci il tarixli, 6989 nömrəli rəyindən görünür ki, X5 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx. 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda X4 İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 108-109). «Baxış keçirilməsi barədə» 27 oktyabr 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görün ür ki,... psixotrop maddələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş X4 üzərinə 27 oktyabr 2022-ci il tarixdə şəxsi axtarış keçirilməsini bildirilir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları Şahid1, Şahid2 və saxlanılan X12 iştirak edir. X13 polis bölməsinə gətirilmiş X6 üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. X12 əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin şəffaf sellofanına bükülmüş halda bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olmasını və həmin maddəni saxlanılmamışdan əvvəl Bakı şəhəri Balaxanı qəsəbəsində anket məlumatları ona məlum olmayan əvvəllər tanımadığı şəxsdən 20 manata istifadə etmək məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını bildirir... (İ cild, səh. 51). «Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında» 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X3 aşkar edilmiş 2,460 qram psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmaqla (ekspertiza tədqiqatından sonra qalıq 2,410 qram psixotrop maddə metamfetamin) məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (İ cild, səh. 120). Azərbaycan Respublikası Daxili işlər Nazirliyininin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 15 may 2023-cü il tarixli məktubdan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə Sabunçu RPİnin MSY-nə gətirilən vaxt onun üzərinə tam baxış keçirilmiş, bədənində heç bir xəsarəti aşkar olunmamışdır. Bu barədə vət. X4 iştirakı ilə akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş X4 adına açılmış tibbi kitabçanın surətindən görünür ki, müayinə zamanı boyunun sağ böyrək üstü və bel nahiyyəsində sarımtıl qançır, hər iki saiddə köhnə çapıq aşkar edilmişdir. Həbs edilən zaman xəsarət aldığını bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının 04 dekabr 2023-cü il tarixli, 1607 nömrəli rəyindən görünür ki, Z.İ.Sadıqovun xx.xx.2 023-cü il tarixdə keçirilmiş məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində (xx.xx.2022-ci il tarixdə yetirilməyə uyğun gələn) xəsarət və ya xəsarət izi aşkar edilmədi. Z.İ.Sadıqov Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsində tibbi baxışdan keçirilərkən bədən səthində aşkar edilmiş "sağ böyrəküstü və bel nahiyəsində sarımtıl rəngli qançır** xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlər təcridxanada baxış keçirildiyi vaxtdan (xx.xx.2022-ci il) təxminən 5-8 gün əvvəl əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. X4 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə (həm öz boyu hündür lüyündən yıxılaraq yerin səthinə və ya küt əşyaya dəymə nəticəsində, həm insan bədəninin hissələrinin təsirindən və s.) həm şəxsin özü tərəfindən, həm də digər şəxs tərəfindən yetirilə bilmələri mümkündür. Bu məsələnin dəqiqləşdirilməsi hüquqi müstəvidə həll edilə bilər. «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X4 bədəni üzərində xəsarət aşkar edilməsi faktında cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir (İ cild, səh. 91). Məhkəmə kollegiyası işin faktiki hallarını və tərəflərin mövqeyini dəyərləndirməklə məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə aparmaqla, təqsirləndirilən X8, şahidi dindirib, cinayət işi üzrə materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, iş üzrə apelyasiya şikayət i təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 1(101)-210/2024 saylı hökmü ləğv edilərək X6 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməlidir. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 3080 nömrəli rəyindən görünür ki, X12 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X12 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. X4 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. X12 hal-hazırda şizofreniya paranoid forma xroniki psixi xəstəliyinin remissiya mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlü kəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Eyni zamanda qeyd olunmalıdır ki, X5 qeyd olunan xroniki psixi xəstəlik onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, X12 anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. X12 hazırda şizofreniya xəstəliyinin remissiya mərhələsində olduğundan və hazırki psixi vəziyyətinə görə onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. X12 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir (İ cild, səh. 104-107). Apelyasiya icraatında müdafiə tərəfinin vəsatəti əsasında təyin edilərək keçirilmiş Stasionar Məhkəmə-Psixiatrik ekspertizasının x x.xx.2024-cü il tarixli, 118 saylı rəyində aşağıdakılar qeyd edilmişdir:
1. Yoxlanılan şəxs X5 hal-hazırkı müayinə zamanı «Paranoid şizofreniya» xəstəliyi müəyyən edilir. Qeyd olunan psixi pozuntunun gedişində remissiya vəziyyəti müəyyən olunduğu üçün Z.İ.Sadıqov hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır.
2. Yoxlanılan şəxs X5 əvvəllər ümumən «Şizofreniya paranoid forma» xroniki psixi xəstəliyinin aşkar olunması, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2016-cı ildə müayinə olunaraq ona «Paranoid şizofreniya paranoid qüsur halı» diaqnozu qoyulması və İ dərəcə əlillik təyin edilməsi onun hər törətdiyi cinayət əməlinində anlaqsız hesab olunmas ı üçün əsas şərt sayıla bilməz. Ümumiyyətlə tibbi və hüquqi təcrübədə «həyatdakı davranışda» anlaqsız olmaq kimi bir yanaşma yoxdur. Anlaqsızlıq və ya anlaqlılıq terminləri yalnız törədilən cinayət əməli anındakı psixi pozuntunun vəziyyətinə aiddir. Bununla yanaşı qeyd olunmalıdır ki, anlaqsızlığın tibbi və hüquqi meyarlarına görə şəxsin anlaqsız sayılması üçün hər iki meyarın birlikdə olması vacibdir. Bunları nəzərə alaraq şəxsin törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməsi qeyd olunan amillərlə şərtlənə bilər. X5 əvvəllər «Paranoid şizofreniya paranoid qüsur halı» müəyyən edilsə də, cinayət əməlini törətdiyi dövrdə və hal-hazırkı müayinə zamanı «remissiya halı» aşkar edildiyindən, onun əməli anlaqlılığı istisna etməyən psixi pozuntusu o lan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 04 saylı Tibbi Sosial Ekspert Komissiyasının çıxarışına əsasən X12 “paranoid şizofreniya, paranoid qüsur halı” diqanozu ilə 1 (birinci) dərəcə əlildir. Əmək qabiliyyətsizdir, daim kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı var. (cild 1, iş v. 67) Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 92.3-cü maddəsinə əsasən cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı hallarda təmin olunmalıdır: 92.3.1. şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə; 92.3.2. şübhəli və ya təqsirləndirilən şəxs görmə, eşitmə və nitq qabiliyyəti t am məhdud olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi pozuntular olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə əqli geriliyə, aşkar əqli zəifliyə və ya digər pozuntulara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə; 92.3.3. cinayət təqibi üzrə icraat aparılan anda şübhəli və ya təqsirləndirilən şəxsdə ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə və s. Azərbaycan Respublikası CPM-nin 92.4-cü maddəsinə əsasən cinayət prosesində müdafiəçinin iştirakı şəxs ilk dəfə dindirilərkən, ona tutulması haqqında cinayət prosesini həyata keçirən orqanın qərarı, tutma haqqında protokol və ya qətimkan tədbiri seçilməsi haqqında qərar, yaxud ittiham elan edilərkən — bu Məcəllənin 92.3.2, 92.3.4, 92.3.5 və 92.3.7-ci maddələrində nəzərdə tutulmuş ha llarda, həmçinin şübhəli və ya təqsirləndirilən şəxs tutularkən və ya həbs qətimkan tədbirinin seçilməsi barədə prokurorun təqdimatına məhkəmədə baxılarkən — bu Məcəllənin 92.3.9-cu maddəsində nəzərdə tutulmuş halda həmin andan təmin olunur. Həmin məcəllənin 92.12-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəm ək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2—92.3.5, 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Cinayət işinin materiallarından görünür ki, Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı X14 tərəfindən xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar qəbul edilmiş, həmin qərarda göstərilmişdir ki, X12 xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsində xidmətdə olan Sabunçu RPİ-nin 14cü PB-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığı və sorğu-sual zamanı qeyriadekvat cavablar verdiyi üçü n şübhəli bilinərək, polis bölməsinə gətirilmiş, X4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə bilavasitə şübhə yarandığından o, xx.xx.2022-ci il saat 11:00 dəqiqədən şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. Qeyd edilən qərardan həmin istintaq hərəkəti keçirilən zaman müdafiəçinin iştirakının təmin edilməsi müəyyən edilməmişdir. (cild 1, iş.v 6) İşdə olan yuxarıda qeyd olunmuş qərarda müdafiəçinin iştirakı qeyd edilməsə də, eyni adlı istintaq hərəkəti ilə bağlı xx.xx.2022-ci il saat 12:30 dəqiqədə tərtib edilmiş protokolda isə X4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 12:30 dəqiqədə Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə tutulduğu qeyd edilmişdir. (cild 1, iş.v 14) Göründüyü kimi, X12 xx.xx.2022-ci il tarixdə, saat 12:30-da şübhəli şəxs qismində tutulması barədə həmin gün, saat 12:30-da tərtib olunmuş protokolu o, və müdafiəçisi X16 imzalamış, eyni adlı qərarda isə müdafiəçinin iştirakı qeyd edilməmiş, “Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokol və xx.xx.2022-ci il tarixdə tərtib edilmiş digər sənədlərdə müdafiəçi X9 imzaları olmuşdur. Lakin şübhəli şəxsin üzərində 50 dəqiqə sonra axtarış keçirilmiş və bu zaman müdafiəçi, «şəxsi axtarış və götürmə aparılması» haqqında protokolla sonradan tanış olsa da, həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmiş, həmçinin X12 ərizə ilə müraciə t edib, sözügedən istintaq hərəkəti zamanı müdafiəçinin iştirakını tələb etmədiyini, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası X4 ərizə ilə cinayət təqibi orqanına müraciət etməsini işdən görür, lakin sözügedən istintaq hərəkəti zamanı müdafiəçinin iştirakını tələb etmədiyini və müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasını xahiş etdiyini inandırıcı saymır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyekt iv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından ape llyasiya instansiya məhkəməsi tərəfindən X6 bəraət vermişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onl arı əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlə t ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X4 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 23 4.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X4 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış s übutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərba ycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törət məkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüq uqu Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qa nununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilmə si üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2024-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunverici liyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X6 Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1000/2024 saylı, 21 iavqust 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.