Məhkəmə qərarları › İş №1(102)-659/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-659/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-659/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Zərərçəkmiş şəxs1 iştirakları ilə, Məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmündən Zərərçəkmiş şəxs1 apelyasiya şikayəti vermə müddətinin bərpasından imtina olunması haqqında Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: Z.Q.Ağayev (sədrlik edən və məruzəçi), Ə.A.Məcidov və M.A.Bayramovdan ibarət tərkibdə) Məhkum-xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsili, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşamış Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan c inayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum oğlunun tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 08 (səkkiz) ay 01(bir) gün müddət cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 07 (yeddi) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Zərərçəkmiş şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. B akı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: H.H.Əhmədov (sədrlik edən və məruzəçi), H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarından Zərərçəkmiş şəxs1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1 hüquqi cəhətdən maarifsizliyini üzrlü səbəb kimi nəzərə alaraq haqlı mənafeyinin təmin olunmasına şərait yaradılması üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarının ləğv olunmasını və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələl ər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Zərərçəkmiş şəxs1 kassasiya şikayətində müddətin bərpası üçün hər hansı üzürlü səbəbə istinad etməmiş, sadəcə hüquqi savadının olmadığını bildirərək apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti ap ellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilə bilər. Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclasının protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 hökm elan olduğu tarixdə məhkəmə iclasında iştirak etmişdir. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünün surətini Zərərçəkmiş şəxs1 xx xxx 2019-cu il tarixdə almasını öz imzası ilə təsdiq etdiyi qəbz cinayət işinin materiallarına əlavə edilmişdir. Lakin, apellyasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatəti xx xxxxxx 2019-cu il tarixdə, yəni hökm elan edilən vaxtdan 5 ay 30 gün sonra imzalayıb məhkəməyə göndərmişdir. Vəsatətə müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Vəsatətdə hüquqi savadının olmaması müddətin buraxılmasına səbəb olan hallar kimi göstərilmişdir. Lakin bu hallar da müddətin üzürlü səbəbdən buraxılmasına əsas verən dəlillər hesab edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən buraxıldığını təsdiq edən sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən müddətin bərpası barədə zərərçəkmiş şəxsin vəsatətinə baxarkən müddətin bərpasına əsas verən qanuni əsaslar müəyyən etməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarında müddətin bərpası ilə əlaqədar məhkumun yol verdiyi digər anlaşılmazlıqlara da hüquqi qiymət verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmündən Z ərərçəkmiş şəxs1 apelyasiya şikayəti vermə müddətinin bərpasından imtina olunması haqqında Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar