Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-659/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 234.1-ci maddəsi ilə bəraət verilmiş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim A.H.Tağıyev) xx xxxxxx 1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının (sədrlik edən hakim Ə.N.Bayramov, hakimlər E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət tərkibdə) 24 sentyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkum CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair 23 avqust 2019-cu il tarixli bəraət hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona görə ittiham olunmuşdur ki, o, 27 mart 2019-cu il tarixdə istintaqa məlum olmayan mənbədən, qəsdən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, həmin tarixdə, saat 20:30 radələrində ünvan 2 ünvanının qarşısında Nəsimi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,690 qram maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən, ittiham tər əfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edilmiş, işdəki sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmişdir. Bunun nəticəsi olaraq Məhkuma CM-nin 234.1-ci maddəsi ilə verilmiş bəraətin əsaslı olması qənaətinə gəlindiyindən, həmin qərar ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, cinayət işinin materiallarında olan 27 mart 2019-cu il tarixdə Məhkumun üzərində şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, onun üzərindən 0,690 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilmişdir. Məhkəmə iclası zamanı Məhkum üzərində şəxsi axtarış aparılması zamanı aparılmış video çək ilişə baxış keçirilərkən müəyyən edilmişdir ki, onun əynində olan şalvarın qabaq sağ cibindən 01 ədəd açar, 01 manat 10 qəpik məbləğində pul və 01 ədəd gümüşü rəngli kağız büküm aşkar olunaraq götürülmüşdür. Məhkəmələr isə, Məhkumun ifadələrinə və video çəkiliş zamanı cibindən aşkar olunan narkotik vasitənin özünə məxsus olmadığını bildirməsinə istinad edərək onun təqsirli olmasını əsassız şübhə altına almışlar. Onlar bununla, yalan ifadə verməyə görə heç bir məsuliyyəti olmayan və əvvəllər səkkiz dəfə məhkum olunmuş təqsirləndirilən şəxsin başqa heç bir sübutlarla təsdiq olunmayan ifadələrini əsas götürmüş, yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında iltizamı imzalayan və xidməti vəzifələrini icra edən polis əməkdaşlarının ifadələrini, eləcə də, müdafiəçinin iştirakı ilə aparı lmış video çəkilişi heç bir ağlabatan əsas olmadan inkar edərək əsassız nəticəyə gəlmişlər. Məhkəmələr, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili X2, həmin şöbənin kiçik əməliyyat müvəkkili X3 və kiçik inspektoru X1 cibgirliyin qarşısının alınması istiqamətində xidmətdə olan zaman Məhkumdan şübhələnərək ona yaxınlaşdıqlarını bildirmələrini, ibtidai istintaq zamanı isə, qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, daşınması, gəzdirilməsi və satışının qarşısının alınması istiqamətində xidmətdə olduqlarını göstərmələrini ziddiyyət hesab edərək onların ifadələrinə tənqidi yanaşmışdır. Halbuki, bu halın Məhkumun üzərindən narkotik vasitə çıxması faktının təsdiq edilməsinə heç bir aidiyyəti olmamışdır. Bundan başqa, Məhkumun üzərində axtarış aparılarkən onun əynində olan paltarlar yoxlanıldığı halda, məhkəmələr, istintaq hərəkətinə dair otuz dəqiqədən artıq davam edən video çəkilişdə bu halı təhrif edərək yalnız Məhkumun özünün işarə etdiyi sağ ön cibinin yoxlanıldığını qeyd etməklə, sonuncunun narkotik vasitənin aşkar olunduğu cibi işarə etdiyi üçün heç bir tutarlı əsas olmadan şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin guya kənar şəxs və ya şəxslər tərəfindən qoyulması qənaətinə gəlmişlər. Məhkəmələr hesab etmişdir ki, Məhkumun üzərində şəxsi axtarış aparılarkən narkotik vasitənin çıxdığı şalvarın digər ciblərinə baxış keçirilmir, arxa cibinə baxılacağı halda isə əlavə olaraq narkotik vasitə aşkar olunması ehtimalı olardı. Belə olan halda, görüntünün əksər hissələrinin qeyd ed ildiyi yazılı protokolun məzmununda hansısa texniki səhvlərin olması, təqsirləndirilən şəxsin görüntüdəki taqətsiz vəziyyətinin səbəblərinin araşdırılmaması, onun mızıldanaraq məzmunu dəqiq eşidilməyən ifadələr işlətməsi aparılmış istintaq hərəkətinin qanunsuz hesab edilməsinə, yaxud ona şübhə ilə yanaşılmasına əsas vermir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkuma Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarını ləğv etməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416- cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə g əlib, ona bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuş dur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsi isə bel ə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, Məhkumun 0,690 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qanunsuz olaraq əldə edib saxlaması sübuta yetirilməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakılardan çıxış etmişlər. Cinayət təqibi orqanı Məhkumun ona istinad edilən əməli törətməsinə dair ittihamı onun ibtidai istintaqda verdiyi ilkin etirafedici izahatı və ifadələri, 27 mart 2019-cu il tarixdə Məhkumun üzərində şəxsi axtarış keçirilməsini əks etdirən DVD-R diskə, ondan 0,690 qram heroinin götürülməsinə dair 27 mart 2019-cu il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokola, həmin tədb ir nəticəsində götürülmüş maddi sübut və onun həyata keçirilməsində iştirak etmiş şahidlərinin ifadələri, eləcə də məhkəmə ekspertizalarının rəyləri ilə əsaslanıdrmışdır. Lakin birinci instansiya məhkəməsi şəxsin təqsirsizliyi barədə yekun nəticəyə gələrkən müəyyən etmişdir ki, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı X5 tərəfindən Məhkumun üzərində şəxsi axtarış və götürmə aparılarkən qanunvericiliyin tələblərinə riayət edilməmiş, şəxsi axtarış və götürmə aparılması zamanı Məhkum əynində olan şalvarının yalnız ön sağ cibi yoxlanılmış, sol ön və arxa cibləri isə faktiki olaraq yoxlanılmamışdır. Belə ki, əvvəla, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 27 mart 2019-cu il tarixdə Məhkumun üzərində şəxsi axtarış keçirilməsini əks e tdirən DVD-R diskində olan videogörüntülərə əsasən müəyyən edilmişdir ki, şəxsi axtarış aparılması zamanı ilkin hərəkətlər həyata keçirildikdən sonra Məhkum üstündə, paltarlarında və ya ciblərində olan əşyaları təqdim etməsi təklif olunmuş, bu zaman sonuncu birinci videogörüntünün 0:24:52 saniyəsində əynində olan şalvarının sağ ön cibinə işarə edərək “Burdadı da burda” deyə bildirməklə, təhqiqatçının diqqətini həmin cibinə yönəltməyə çalışmış, lakin təhqiqatçı əvvəlcə Məhkumun əynində olan qara rəngli dəri pencəyin və qara rəngli jaketin ciblərini üstdən yoxlamış, bu müddət ərzində sonuncu davamlı olaraq şalvarının sağ ön cibinə işarə edərək “Burdadı da burda” deyə bildirmiş, 0:25:10 saniyədə təhqiqatçı, Məhkumun işarə etdiyi həmin sağ ön cibini yoxlamış və oradan 01 ədəd açar, 01 ədəd 01 manat, 01 ədəd 10 qəpik və 01 ədəd gümüşü rəngli büküm aşkar edərək götürmüşdür. Lakin, bundan sonra təhqiqatçı S.Q.Quliyev, Məhkumun əynində olan şalvarının digər ön sol və arxa ciblərini faktiki olaraq ümumiyyətlə yoxlamamış, birbaşa kəmərini, ayaqqabılarını və corablarını yoxlamağa başlamışdır. Halbuki, şalvarının sağ ön cibində narkotik vasitə saxlayan bir şəxsin ayaqqabı və ya corabının içərisində deyil, elə şalvarının digər ciblərində narkotik vasitə gəzdirməsi daha ağlabatandır. Bundan başqa, videogörüntüyə əsasən o da müəyyən edilmişdir ki, Məhkumun üzərindən aşkar edilmiş bükümün nə olduğu soruşulduqda, sonuncu israrla “Öz malınızdı, mənim deyil”, sağ tərəfindəki polis əməkdaşına işarə edərək “Bunlar atıb, bunlarındı” deyə bildirmişdir (0:27:34-dən 0:27:39-dək). Təhqiqatçı tərəfin dən Məhkumun əynində olan şalvarının yalnız bir cibinin yoxlanılması, bundan sonra heç bir əsas olmadan digər ciblərinin faktiki olaraq ümumiyyətlə yoxlanılmaması, eləcə də, şəxsi axtarışın aparıldığı bütün müddət ərzində Məhkum davamlı olaraq şalvarının sağ ön cibinə işarə edərək “Burdadı da burda” deyə bildirməsi, üzərindən aşkar olunmuş bükümün nə olduğu soruşulduqda, yanındakı polis əməkdaşı L.R.Əlizadəyə işarə edərək “Bunlar atıb, bunlarındı”, “Öz malınızdı, mənim deyil” deyə cavab verməsi, təhqiqatçının da elə bununla kifayətlənərək əlavə heç bir sorğu-sual aparmaması, bükümün mənşəyini, haradan və ya kimdən əldə edilməsini müəyyənləşdirmək istiqamətində heç bir addım atmaması – bütün bunlar şəxsi axtarış və götürmə aparılmasına başlanmazdan əvvəl içərisində narkotik vasitə olan bükü mün Məhkum hansı cibində olmasından təhqiqatçının kifayət qədər məlumatlı olmasına dair məhkəmədə əsaslı şübhələrin yaranmasına səbəb olur. Bundan əlavə müəyyən edilmişdir ki, cinayət işinin 37-44-cü vərəqələrində olan 27 mart 2019-cu il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokol Azərbaycan Respublikasının CPM-nin tələblərinin pozulması ilə tərtib edilmiş, protokolda şəxsi axtarışın başlanması vaxtı dəqiq qeyd edilməmiş, həmçinin protokola düzgün olmayan məlumatlar daxil edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş DVD-R diskində olan videogörüntüdə təhqiqatçı S.Q.Quliyev tərəfindən şəxsi axtarış və götürmənin 27 mart 2019-cu il tarixdə, saat 21:00-da başlandığı elan edilsə də, iş materiallarında olan 27 mart 2019-cu il tarixli “şəxsi axtarış aparıl ması və maddi sübutun götürülməsi barədə” protokolda həmin hərəkətin başlanması vaxtı kimi saat 21:30 göstərilmişdir. Bundan başqa, videogörüntüdə Məhkum özünü təqdim etməsi təklif edildikdə, sonuncu “Mən heç nə bilmirəm”, “Mənim heç nəyim yoxumdu, hamısı özünüzündü” deyərək (1-ci videogörüntü, 0:05:04-dən 0:05:20-dək) özünü təqdim etməkdən imtina etsə də, protokolda onun bu çıxışı “Məhkum, xx.xx.1976-cı il tarixdə anadan olmuşam, Sumqayıt şəhəri, ev 63, mənzil 34-də qeydiyyatdayam və orada yaşayıram, orta təhsilliyəm, subayam” kimi qeyd edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iş materiallarına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib edilmiş 27 mart 2019cu il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi b arədə” protokol mümkün olmayan sübut kimi qiymətləndirilərək CPM-nin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməməklə əhəmiyyətsiz hesab edilməlidir. Məhkum bütün istintaq müddəti ərzində özünü təqsirli bilməmiş, iş materiallarını imzalamaqdan imtina etmiş, heç bir təqsirinin olmadığını, narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən məhkəmə iclasında da təqsirinin olmadığını göstərdiyini bildirmişdir. Apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə iclasında DVD-R diskə bir daha baxış keçirilərkən müəyyən olunmuşdur ki, şübhəli şəxs qismində gətirilmiş Məhkum çox taqətsiz vəziyyətdə (hətta demək olar ki ayaq üstdə dayana bilmir və çox çətinliklə danışır) olmaqla, “mə n heç nə bilmirəm”, “Mənim heç nəyim yoxumdu, hamısı özünüzündü”, “burdadı da burda” “öz malınızdı, mənim deyil”, “bunlar atıb, bunlarındı” ifadələrini işlətmişdir. Göstərilənlərə, birinci instansiya məhkəməsinin bəraət hökmünə və apellyasiya məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, birinci instansiya və apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tə ləblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr ki mi özünü göstərir. Göründüyü kimi, Məhkum tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırı lmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatla rın, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə b ilər. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və apellyasiya məhkəməsinin qərarının yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedə n qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirsizliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublik ası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-659/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-659/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver