Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-659/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə (hakimlər İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxx 1965-cı il tarixdə Qa zax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Qazax rayonu Xanlıqlar kənd bələdiyyəsinin üzvü, əvvəllər məhkum olunmamış, Qazax rayonunun Xanlıqlar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirli bilinərək, CMCM-nin178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə, CM-nin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən isə əsas və əlavə cəzalar qismən toplanmaqla qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən o, CM-nin 313 və 320.2-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə cinayət məsuliyyətindən azad edilməklə həmin hissələrdə cinayət işi üzrə xitam verilmiş, CM-nin 178.3.2-ci maddəsi isə ittihamdan xaric edilmişdir. Həmin hökmlə həmçinin Məhkum3 CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş, Məhkum2 isə CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 308.1-ci maddələri ilə təqsirli bilinmiş, lakin ölməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 oğlu Qazax rayon Xanlıqlar kənd Körpələr evi və uşaq bağçasının müdiri vəzifəsində işləyərkən, vəzifəli şəxs olmaqla, təkrarən, tamah niyyəti ilə, qulluq mövqeyindən istifadə edərək, bank və kredit təşkilatları tərəfindən ayrı-ayrı şəxslərə fərdi qaydada və qrup şəkilində, kənd təsərrüfatı təyinatlı, biznes və istehlak nağd pul kreditlərinin verilməsindən istifadə edib özünə yaxın şəxslərin banklardan belə kreditlərin alınmasını təşkil etmək və həmin şəxslərin aldıqları kredit pullarını dələduzluqla, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə tanışları, həmkəndliləri və qohumlarının adma həmin şəxs lərin Qazax rayonu, Xanlıqlar kənd Körpələr evi və uşaq bağçasında işləmədikləri halda, müxtəlif vəzifələrdə işləyərək əmək haqqı almaları, həmçinin işləyən şəxslərin guya yüksək məbləğdə məvacib almaları barədə kreditin alınmasına hüquq verən saxta arayışları tərtib edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etmiş və həmin sənədləri “Zaminbank” Azərbaycan Beynəlxalq Bank” və “Kapitalbank”Açıq Səhmdar Cəmiyyətlərinin, eləcə də “Aqrarkredit” və “Finca” Kredit Təşkilatlarının Qazax filiallarına təqdim etməklə, öz adlarına banklardan kredit kimi nağd pul götürüb borc şəklində ona vermələrini və kredit borclarını həmin şəxslərin adından özünün banka ödəyəcəyinə dair yalan vədlər verərək inandırıb, əslində isə həmin pulları qaytarmağa imkanı olmadığı halda, 2012-2014-cti illər ərz ində çoxsaylı şəxslərin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə) 10 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə Məhkum1 aid hissədə və onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 07 iyun 2022-ci il tarixdə Məhkum1 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2018-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş edərək eyni zamanda apellyasiya inst ansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) 15 sentyabr 2022-ci il tarixli qərarı ilə Məhkum1 vəsatəti təmin edilməmiş, həmin apellyasiya instansiyası məhkəməsinin 10 avqust 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət isə bərpa olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarından Məhkum1 kassasiya şikayəti verərək həmin qərarın ləğv e dilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə istinad edən Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, barəsindəki apellyasiya instansiyası məhkəməsinin 10 avqust 2018-ci il tarixli qərarını gec almış və pandemiya vəziyyəti olduğuna görə həmin qərardan vaxtında kassasiya şikayəti verə bilməmiş, yəni kassasiya şikayətinin verilməsi üçün müddəti üzürlü səbəbdən ötürmüşdür. Kassasiya şikayətində göstərdiyi bu hala əsaslanaraq Məhkum1 ədalətsiz və qanunsuz hesab etdiyi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qə rarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və 10 avqust 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum1 qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhk əmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdir ilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Mə hkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlə r ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. CPM-nin 15 iyul 2020-ci il tarixədək qüvvədə olmuş 410.1.4-cü maddəsində təsbit edilmişdir ki, məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddə tində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilərdi. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2020-ci il tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-nin 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəa larında” müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. Qanunvericiliyin şərh olunan həm köhnə, həm də yeni normalarına və 25 iyun 2020ci il tarixli Qanunun “Keçid müddəalarına” əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum1 - ona qərarın verildiyi tarixdən, müdafiəçisi isə - həmin qərarın çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2018-ci il tarixli qərarından kassasiya şikayəti verə bilərdilər. Cinayət işinin materiallarına əsasən, Məhkum1 apellyasiya şikayətinə məhkəmə baxışının bütün iclaslarıda iştirak etmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2018-ci il tarixli qərarı da onun və müdafiəçinin iştirakı ilə elan olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Məhkum1 barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2018-ci il tarixli qərarının surəti 10 avqust 2018-ci il tarixli 1(104)-228/2018 saylı məktubla, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, müdafiəçi T.G.Vəliyevaya və Məhkum1 şəxsi işinə əlavə olunması və məhkuma təqdim edilməsi üçün sonuncunun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı İstintaq Təcridxanasına göndərilmiş, 14 avqust 2018-ci il tarixdə isə həmin qərar icraya qəbul edilmişdir. Göründüyü kimi, 15 iyul 2020-ci il iyul tarixədək qüvvədə olan qanunvericiliyə əsasən həmin qərardan Məhkum1 kassasiya şikayəti verməsi üçün müəyyən olunmuş 18 aylıq prosessual müddətin axımı 14 avqust 2018-cü il tarixdən başlamış və 14 fevral 2020-ci il tarixdə isə başa çatmışdır. Məhkum1 onun barəsindəki 10 avqust 2018-ci il tarixli qərarının ona vaxtında verilməməsi halı isə işə əlavə edilmiş sənədlərdən, o cümlədən onun özünün kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatətindən görünmür və həmin vəsatətində o, göstərilən müddəti buraxmasının səbəbi məhkum olunduqdan sonra qərarı rəsmi olaraq gec almasını və ölkədə “COVİD 19” virusunun yayılması ilə bağlı ölkədə pandemiya vəziyyətinin elan olunması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət işinin materiallarına əsasən, Məhkum1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2019-c il tarixli qərarı ilə a zadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 (yeddi) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və həmin vaxt Azərbaycan Respublikasının ərazisində koronovirus pandemiyası mövcud deyildi (pandemiya ilə bağlı karantin rejimi 2020-ci ilin mart ayında tətbiq edilmişdir). Bu hal isə ona dəlalət edir ki, Məhkum1 nəinki cəza çəkdiyi müddətdə, həmçinin bundan sonra da barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2018-ci il tarixli qərarından kassasiya şikayətini verməsi üçün kifayət qədər vaxtı və imkanı olmuş, lakin o, qanunveicilikdə nəzərdə tutulmuş bu hüquqdan heç bir səbəb olmadan istifadə etməmişdir. Məhkumun 15 sentyabr 2022-ci il tarixli qərarından verdiyi kassasiya şikayətində isə, o, hər hansı bir başqa səbəblərə istinad etm əmiş, onun kassasiya şikayətinin verilməsi üçün müddəti belə səbəblərdən buraxılmasını təsdiq edən müvafiq sənədləri isə həmin şikayətinə əlavə etməmişdir. Halbuki, 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Eyni zamanda CPM-nin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş hallar ı təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar vəsatətə əlavə edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarını qanuni və əsaslı hesab edərək həmçinin vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyek tiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Məhkum1 barəsindəki cinayət işinin materiallarından görünür ki, sonuncu istər işə birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində baxılmasında və hökmün və iş üzrə yekun qərarın elan edilməsində şəxsən iştirak etməsinə, yekun məhkəmə aktlarının qanunda nəzərdə tutulmuş müddətlərdə ona verilməsinə baxmayaraq, 15 iyul 2020-ci il tarixədək qüvvədə olmuş CPM-nin 410.1.4-cü maddəsində nəzərdə tutulmuş 18 (on səkkiz) ay müddəti b uraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin buraxılmasını isə yalnız məhkumun müəyyən etdiyi yuxarıda göstərilən səbəblərlə izah etmişdir. İş materiallarından, o cümlədən Məhkum1 vəsatətindən onun barəsində hökm çıxarıldıqdan və apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum1 10 avqust 2018-ci il qərardan kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, sonradan öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum1 barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2018-ci tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum1 15 sentyabr 2022-ci il tarixli qərardan verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, hazırki iş üzrə Məhkum1 barə sindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır, bu qərardan Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti isə - təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA Kassasiya şikayəti təmin edilməsin. A L D I: Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 10 avqust 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-659/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-659/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver