Məhkəmə qərarları › İş №1(102)-659/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-659/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-659/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 23 4.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2024-cü il tarixli 1(091)-6/2024 nömrəli (hakimlər: Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1991-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cin ayət əməllərini törətməkdə təqsirli bilinərək, onun CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 240.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CMin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzaların qismən toplanılmaqla Məhkum qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 7 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcbur i müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq olunması və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması müəyyən edilmiş, hökmlə həmçinin, maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Mirzəyev Tofiq Mais oğlu tərəfindən verilmiş apellyasiya protestinə və təqsirləndirilən şəxsin müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli 1(107)-265/2024 nömrəli (hakimlər: Səmədov Xəqani Hacı oğlu (sədrliyi və məruzəsi ilə), Kərimov Əyyub Vaqif oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Şək i Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı CM-in 234.4.2 və 240.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,098 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib saxlamış, həmin 1 (bir) ədəd bükümdə olan təmiz çəkisi 0,098 qram narkotik vasitə heroini 21 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Yevlax şəhəri, C.M əmmədquluzadə küçəsində əvvəllər tanıdığı Şahid4 30 manat pulun müqabilində qəsdən satmış, Şahid4 qeyd olunan 0,098 qram narkotik vasitə heroini 21 noyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Yevlax şəhəri, “Asfalt” küçəsi adlanan ərazidə aralarında əvvəlcədən olan razılığa əsasən 30 manat pulun müqabilində tanışı Şahid5 ilə Şahid6 satmış, göstərilən 0,098 qram narkotik vasitə heroin Şahid6 üzərində 21 noyabr 2022-ci il tarixdə saat 18:09-dan saat 18:30-dək olan müddətdə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüşdür. Bundan başqa, Yevlax Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 5(039)190/2022 nömrəli qərarı əsasında Məhkum yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 24 noyabr 2022-ci il tarixdə saat 14:01-dən saat 14:27-dək olan müddət ərzində axtarış a parılan zaman həmin evin yataq otağında olan tək nəfərlik çarpayının döşəyinin altından Məhkum qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı üzərində “Preqabalin Krka 150mq” markalanma göstəricisi olan bir ədəd konvalyutda 5 ədəd üzərində “P150” yazısı olan ağ-narıncı rəngli kapsulda preqabalinin təsiredici maddəsinin miqdarı 0,15 qram olmaqla ümumilikdə 0,75 qram miqdarında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalin həbləri aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan əlavə, Məhkum qəsdən təkrarən satış məqsədilə qanunsuz olaraq 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,806 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib üzə rində saxlamış, 7 dekabr 2022-ci il tarixdə saat 10:00 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri, M.Maqomayev küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərində həmin tarixdə saat 11:05-dən 11:17-ə qədər olan müddətdə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən qəsdən təkrarən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı təmiz çəkisi 0,806 qram narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Birinci və apellyasiya instansiyası məhkəmə kollegiyaları isə yuxarıda qeyd olunmuş nəticələrə gəlmişdirlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PR OSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, əməlin tövsifində səhvə yol verildiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, hazırkı iş üzrə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş, CPM-in tələblərinə uyğun təqdim edilərək yoxlanılmış, Məhkum 0,806 qram narkotik vasitə heroini təkrarən satış məqsədilə qanunsuz olaraq əldə etməsi barədə daxil olmuş məlumat və bununla əlaqədar Məhkum üzəri ndən narkotik vasitə aşkar edilməsi faktı əsasında toplanmış materialın, iş üzrə mövcud olan sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamış, məhkəmənin hökmdə müəyyən etdiyinin əksinə Məhkum konstitusion hüquq və azadlıqları, CPM-lə təminat verilən müdafiə hüququ təmin edilmiş, onlardan məhrum etmə və hüquqlarının məhdudlaşdırılması halı müəyyən edilməmiş, bir sözlə hazırkı iş üzrə istintaq orqanının əldə etdiyi sübutlar mötəbər olmuşdur. Məhkum şəxsi axtarışının keçirilməsinə dair istintaq hərəkəti, həmin istintaq hərəkəti zamanı bildirdikləri, habelə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərdikləri onun tərəfindən CM-in 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini bir başa təsdiq etmiş, məhkəmə istintaqında Məhkum işin faktiki hallarına uyğun olan həmin ifadələrində göstərdiklərini təkzib edən yeni sübut müəyyən edilməmiş və tədqiq edilməmişdir. Məhkum faktiki olaraq saxlanılması vaxtı ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmaq mümkün deyil və məhkəmənin belə bir nəticəyə gələrkən sorğu verib əldə etmədiyi sübuta istinad etməsi, habelə saxlanılması ilə bağlı ailə üzvlərinə saxlanılmasından 50 dəqiqə, ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora 25 dəqiqə sonra məlumat verilməsinin fonunda Məhkum guya 7 dekabr 2022-ci il tarixdə saat 09:30 radələrində saxlanılmaqla həmin saatdan etibarən şübhəli şəxs statusunda olmasına baxmayaraq qeyd olunan tarixdə 10:00-dək qanunla ona tanınan fundamental hüquqlardan istifadə edə bilməməsinə dair hökmdə göstərilənlər obyektiv gəlinən nəticədən çox bəraət hökmünə uyğunlaşdırılmış, işin faktiki hallarına uyğun olmayan nəticə kimi ortaya çıxır. Qeyd olunmalıdır ki, şəxsin hər hansı rayon polis şöbəsinə gətirilməsi vaxtı əsas etibarilə “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nda öz əksini tapsa da məhkəmə həmin kitabdan çıxarışı əldə etməmiş, əsassız olaraq Məhkum Yevlax RPŞ-yə saat 09.30-da gətirilməsi nəticəsinə gəlmişdir. Məhkum üzərində şəxsi axtarışın onun saxlanılmasından dərhal sonra həyata keçirilmədiyinin mübahisə doğurmaması, şəxsi axtarışın Məhkum saxlanıldığı vaxt deyil, saxlanılmasından təxminən 1 saat sonra aparılması ilə bağlı hökmdə göstərilənlərlə bağlı qeyd olunmalıdır ki, şəxsi axtarış Məhkum müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş dir. Müdafiəçinin daimi olaraq Məhkum gətirildiyi Yevlax RPŞ-də olmaması, müxtəlif səbəblərdən həmin polis şöbəsinin inzibati binasından uzaqda olması, saxlanıldıqdan sonra Məhkum polis şöbəsinə gətirilməsi, habelə müdafiəçinin məlumat aldıqdan sonra polis şöbəsinə gəlib çatması üçün müəyyən vaxt tələb olunması nəzərə alındıqda Məhkum saxlanılmasından sonra onun şəxsi axtarışının keçirilməsinədək keçən 1 saat vaxt tamamilə təbii görünür. Buna baxmayaraq məhkəmə hökmdə bir hissədə şəxsi axtarışın Məhkum saxlanıldığı vaxt deyil, saxlanılmasından təxminən 1 saat sonra aparılması, digər hissədə bundan fərqli olaraq Məhkum saxlanılması ilə onun üzərində şəxsi axtarışın aparılması arasındakı təxminən 1-2 saat vaxt boşluğunun olmasını qeyd edərək bu halın sübutun mötəbərliyini şübhə altına aldığı nı göstərmişdir. Bundan əlavə Məhkum qarşı fiziki zor tətbiq edilib-edilməməsi, onun pis rəftara, döyülməyə, işgəncəyə məruz qalıb-qalmamasından bəhs edərkən nəzərə alınmalıdır ki, cinayət işinin materiallarında olan “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabından çıxarışdan görünür ki, Məhkum Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə istintaqı nəticəsində birmənalı şəkildə Məhkum Şahid4 narkotik vasitəni 21.11 2022-ci il tarixdə saat 13 radələrində satmasının müəyyən edilməsinə baxmayaraq məhkəmə hökmdə göstərmişdir ki, yalnız Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələrindən narkotik vasitənin alınması və satılması tarixi və vaxtı kimi 21 noyabr 2022-ci il saat 13 radələri göstərilsə də həm Şahid6, həm də Şahid5 ifadələrindən, habelə onların və Şahid4 istifadəsində olan mobil telefon nömrələrinə dair məlumatlardan da görünür ki, həmin şəxslərin arasında telefon danışığı 21 noyabr 2022-ci il tarixdə saat 13 radələrində deyil, həmin tarixdə saat 15 radələrində aparılmışdır. Yuxarıda sadalananların məcmusundan görünür ki, məhkəmə Məhkum irəli sürülən ittihamdan qəsdən təkrarən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 0,806 qram narkotik vasitə heroinin üzərindən aşkar olunması ilə bağlı bəndi xaric edərək onun cinayət əməlini CM-in 234.4.2-ci maddəsindən CM-in 234.2-ci maddəsinə tövsif etməklə, Məhkum 0,098 qram narkotik vasitə olan heroini 21 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Şahid4 30 manat pul müqabilində sa tmasına dair cinayət hadisəsinin baş vermə tarixi və vaxtı kimi 22 noyabr 2022-ci il, saat 15 radələrini qəbul etməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Hazırkı iş üzrə işin faktiki hallarını nəzərə almayan məhkəmə CM-in 234.4.2-ci maddəsinin tərkibinin yaranmasını zəruri edən Məhkum tərəfindən törədilən əməlin cinayət-hüquqi nəticələrinə düzgün hüquqi qiymət verməmiş, onların əməlini CM-in 234.2ci maddəsinə tövsif etməklə əməlin tövsifinin hüquqi əhəmiyyətini itirməsinə, irəli sürülən ittihamda nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli olan Məhkum məsuliyyətdən kənarda qalmasına səbəb olmuşdur ki, bununla da Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi mümkün olmamış, Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplər pozulmuşdur. Bundan əlavə həmçinin aydın olur ki, məhkəmə işin faktiki hallarına uyğun olmayan yuxarıda qeyd olunan nəticələrə gəlməklə yanaşı cinayət qanunu normasını da düzgün tətbiq etməmişdir. Məhkəmə Məhkum cinayət əməlini CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin az ağır cinayətlər kateqoriyasına aid olan CM-in 234.2-ci maddəsinə tövsif etsə də ona CM-in 66.2-ci maddəsi ilə cəza təyin etməli olmasına baxmayaraq cinayətlərin məcmusu üzrə CM-in məhz 66.3-cü maddəsi ilə cəza təyin etməklə cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Qeyd edilən pozuntuları “anlaşılmazlıqların həll edilməsi” qaydasında aradan qaldırıldığını göstərsə də məhkəmə kollegiyası nəzərdən qaçırmışdır ki, anlaş ılmazlığın həll edilməsi qərarı hökmün və ya məhkəmənin digər yekun qərarının icrası mərhələsində cinayət prosessual qaydalara müvafiq qəbul edilə bilər. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Şəki Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ə n azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.2-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən q ərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əl amətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edil ir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərk ibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətm əkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məh kəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların m əcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Qeyd edilən normaların tələbləri baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Narkotik vasi tələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həl li üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitəni və ya psixotrop maddəni vahid qəsdlə (məsələn, bütöv məbləğ təşkil edən müəyyən miqdarda pul əldə etmək üçün) bir şəxsə bir neçə dəfəyə (müxtəlif vaxtlarda) hissə-hissə və yaxud eyni vaxtda eyni bir hərəkətlə müxtəlif şəxslərə satması, burada narkotik vasitələrin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməs i və daha sonra satılması, eləcə də satmanı təşkil edən ayrı-ayrı epizodlar cinayətlərin çoxluğunu yaratmadığından və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən, əməl cinayətin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilə bilməz. Lakin şəxsin satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədi ilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik va sitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittihamın satış məqsədi ilə qanunsuz olaraq təkrarən narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı hissəsi birinci insta nsiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tam tapmamış, məhkəmə baxışı zamanı iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitəni satış məqsədilə təkrarən əldə etmədiyi, cinayət əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə düzgün tövsif edilmədiyi qənaətinə gəlinərək onun əməli CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də qeyd olunan nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. İş materiallarına əsasən müəyyən olunur ki, Məhkum birinci instansiya məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 7 dekabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 0,806 qram narkotik vasitə olan heroinin olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən bilavasitə üzərində şəxsi axtarış aparılmamışdan və videoçəkilişdən istifadə edilməmişdən əvvəl onun üzərinə yerləşdirildiyini, polis şöbəsində olarkən polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qaldığını və polis əməkdaşlarının onu rezin dəyənəklə döydükləri üçün məcbur olub narkotik vasitə heroinin özünə məxsus olması barədə yalan ifadə vermiş, apellyasiya məhkəmə kollegiyasının iclasında da verdiyi ifadəsində də qeyd olunan halları bir daha təsdiq etmişdir. Qeyd edilən epizod üzrə kassasiya protesti nin “işgəncə faktının olmasına dair məhkəmələrin səhv nəticəyə gəlməsinə” dair dəlillərə qiymət verən kollegiya qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyat a keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxl anılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Belə ki, məhkəmə-tibb ekspertizasının 13 dekabr 2022-ci il tarixli 824 nömrəli rəyindən müəyyən olunmuşdur ki, Məhkum həmin tarixdə məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onda "başın təpə və ənsə nahiyəsinin şişkinliyi” xəsarətləri aşkar edilmişdir. Bu xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, 7 dekabr 2022-ci il tar ixdə əmələ gəlməyə xarakterik, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilmişdir. Cinayət işinin materiallarında olan "Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Məhkum Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Məhkum adına tərtib olunmuş "Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Məhkum 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində həbs olunmamışdan əvvəl aldığı "sol saiddə çoxsaylı (öz-özünə) hər iki qasıqda (cərrahiyyə əməliyyatından sonrakı) köhnə çapıq toxuma, sol qasıqda şişkinlik (yırtıq)” xə sarətləri aşkar edilmiş, lakin polis əməkdaşları tərəfindən tutulduğu vaxta uyğun hər hansı xəsarət aşkar olunmamışdır. Eləcə də cinayət işinin materiallarında olan əlavə məhkəmə-tibb ekspertizasının 3 iyul 2023-cü il tarixli 06/824 nömrəli rəyindən görünür ki, Məhkum aşkar olunmuş "başın təpə və ənsə nahiyələrinin şişkinliyi” diaqnozu ilə, küt (təpik və polis dəyənəyinin olması istisna edilmir) alətin təsirindən yaranmış, 7 dekabr 2022-ci il tarixdə əmələ gəlməyə xarakterik, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr bu növ xəsarətlərin adətən kənar şəxs tərəfindən yetirilməsi nəticəsində törənməsini deməyə əsas verir. Baxılan iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 dekabr 2022-ci il tari xli qərardan görünür ki, Məhkum Yevlax RPŞ-nin əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlər etməsinə dair göstərdikləri özünü müdafiə xarakteri daşıdığından, araşdırma zamanı Məhkum “başın təpə və ənsə nahiyəsinin şişkinliyi” xəsarətini küçədə saxlanılan vaxt qaçmağa çalışarkən başını divara vuran zaman alması müəyyən edildiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, həmin qərarı müdafiə tərəfi mübahisələndirməmiş, qərar hazırda qüvvədədir. Həmin qərarda müəyyən olunur ki, iş üzrə Yevlax RPŞ-in əməliyyat müvəkkili Şahid1 izahatında Məhkum yaşadığı M.Maqomayev küçəsində tərəfindən saxlanılaraq Yevlax RPŞ-yə gətirildiyini, həmin vaxt Məhkum qaçmaq üçün başını divara vurduğunu, lakin onun Məhkum qaçmasına imkan vermədiyini göstərmiş dir. Həmin araşdırma materialı üzrə izahatı alınan digər polis əməkdaşı Şahid2 da Şahid1lə eyni məzmunlu izahat vermişdir. Lakin Yevlax rayon prokurorluğunun müstəntiqi araşdırma nəticəsində Məhkum qeyd edilən xəsarəti küçədə saxlanılan vaxt qaçmağa çalışarkən başını divara vurması nəticəsində aldığının müəyyən edildiyini göstərmişdir. Lakin Şahid1 iş üzrə birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdiyi ifadələrində Məhkum saxlanılan zaman müqavimət göstərmədiyini, qaçmağa cəhd etmədiyini, orada Məhkum qaçmasına şərait olmadığını, qeyd olunan vaxt sonuncunun bədən səthində hər hansı xəsarətin olmadığını, onların təklifi ilə Məhkum razılaşdığını və polis şöbəsinə gətirildiyini bildirmişdir. Şahid2 da birinci instansiya məhkəməsində məhkəmə istin taqı zamanı şahid qismində dindirilərkən ilkin verdiyi ifadələrində Şahid1 ilə eyni məzmunlu halları göstərmiş, lakin məhkəmə istintaqının sonrakı gedişində ifadələrini dəyişmişdir. Dövlət ittihamçısı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmamasını əsaslandırarkən həlledici şəkildə ona istinad etmişdir ki, Məhkum pis rəftara məruz qalmasına dair iddiası üzrə məhkəməyədək icraat dövründə Yevlax Rayon Prokurorluğunda araşdırma aparılmış və rayon prokurorluğunun müstəntiqi tərəfindən cinayət hadisəsinin müəyyən edilməməsi əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 dekabr 2022-ci il tarixli (CPM-in 65.1-ci maddəsinə əsasən məhkəmə üçün preyudisial əhəmiyyət daşıyan) qərar çıxarılmışdır. Bu səbəbdən məhkəmələr qeyd edilən izahat və ifadələri, eləcə də Məhkum üzərində şəxs i axtarış aparılmasına və ondan narkotik vasitənin götürülməsinə dair protokolu mümkün və mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmamışlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 1 44-cü maddəsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni yoxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübut lardan istifadə etməklə əsaslandırsın. Məhkəməyədək icraatda Məhkum polis tərəfindən 7 dekabr 2022-ci ildə saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı Yevlax Rayon Prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 dekabr 2022-ci il tarixli qərarının olması da cinayət işinə mahiyyəti üzrə baxan məhkəmələri yuxarıda təsvir edilən CPM-in 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Dövlət ittihamçısı kassasiya protestində faktiki olaraq sübutların qiymətləndirilməsi məsələsində məhkəmələrin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan asılı olduqlarını iddia edərkən C PM-in qeyd olunan normalarının tələblərini nəzərə almamış və bu zaman cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla nə kimi faktiki halların müəyyən edildiyinə, qərarda faktiki hallar və hüquqi məsələlər üzrə çıxarılan nəticələrin inandırıcılığına, aparılmış araşdırmanın onun səmərəliyini və nəticələrin inandırıcılığını təmin edə biləcək dərəcədə keyfiyyətli olub-olmamasına əhəmiyyət verməmişdir. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkə mələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran prokurorluq orqanlarının, o cümlədən öz mövqeyini işgəncə (pis rəftar) barədə iddiaların araşdırılmış olması kimi dəlillə əsaslandıran dövlət ittihamçısının vəzifəsidir. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Kassasiya protestində istinad olunan, dövlət ittihamçısının qənaətinə görə CPM-in 65.1-ci maddəsinə əsasən məhkəmələrin Məhkum bar əsində cinayət işi üzrə sübutların qiymətləndirilməsi zamanı rəhbər tutmalı olduqları Yevlax Rayon Prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 dekabr 2022-ci il tarixli qərarına yuxarı da gətirilən Ali Məhkəmənin hüquqi mövqeləri əsasında baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab vermədiyi və bu baxmından hazırkı iş üzrə çıxarılmış yekun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün yetərli və inandırıcı dəlil olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPМ-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təmina t verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edil məsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Qeyd olunan hallar isə özü-özlüyündə Məhkum qarşı irəli sürülmüş ittihamın CM-in 234.4.2-ci maddəsi ilə bağlı hissənin əsasını təşkil edən “şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında” 7 dekabr 2022-ci il tarixli protokolun şübhə yaratdığından, onlar aşağı instansiya məhkəmə kollegiyaları tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Odur ki, Məhkum saxlanıldıqdan sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə məhkəməyədək icraatda üzərindən aşkar olunmuş narkotik vasitə ilə bağlı etirafedici izahatı, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri verməsi haqqında nəticəyə gəlib, həmin sübutları, eləcə də şəxsi axtarış və götürmə aparılması haqqında protokoldakı məlumatları qəbul etməkdən imtina e tməsi və cinayət işində qeyd olunan narkotik vasitənin Məhkum aidiyyətini mötəbərliliklə təsdiq edən sübutlar mövcud olmadığına görə onun bu epizoda dair irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi və bələliklə də yekunda əməlinin CM-in 234.4.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.2-ci maddəsi ilə tövsif edilməsi haqqında nəticəyə gəlməsi CPM-in 33-cü maddəsinin, habelə sübutlar və sübutetməyə dair digər normalarının (o cümlədən CPM-in 125, 143-146-cı maddələrinin) pozulması ilə əldə olunmuş qənaət kimi qiymətləndirilə bilməz. Kassasiya məhkəmə kollegiyası həmçinin kassasiya protestində göstərilmiş “məhkəmə tərəfindən hökmdə yol verilmiş anlaşılmazlıqların prosessual qaydalara əməl olunmadan aradan qaldırılmasına” dair dəlillərinə qiymət verərək qeyd edir ki, həm in dəlillər cinayət qanunuvericiliyi baxımından qanuni olsa belə, həmin anlaşılmazlıqların (müxtəlif rəqəm və tarixlərin) aradan qaldırılması faktiki həmin hökmün qanuni icrasının təmin edilməsinə yönəlmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası məhkəmə hökmünü qüvvəsində saxlamaqla, düzgün olaraq belə nəticəyə gəlmiş ki, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökmü yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Apellyasiya məhkəməsinin qərarını, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər fa ktiki hallarına və qanunun tələblərinə, o cümlədən Ali məhkəmənin müvafiq Plenum qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərkən mötəbər sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onun mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Odur ki, göstərilənl ərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 234.2 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar