Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-66/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Günay Hüseynxan qızı Məmmədlinin və məhkum x1nun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tar ixli qərarından məhkum x1nun müdafiəçisi Sadıqov Elçin Əli oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Z.Q.Ağayev (sədrlik edən və məruzəçi), A.Ə.Məcidov və S.S.Hüseynovdan ibarət tərkibdə) 1(101)-404/2019 nömrəli xx xxxx 2019-cu il tarixli hökmü ilə x1- xx xxxxxx 1957-ci il tarixdə Ermənistan Respublikasının İrəvan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "Teref.info" saytının təsisçisi və baş redaktoru vəzifəsində işləmiş, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan; Azərbaycan Respublikası CM-in 281.2, 309.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 281.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 309.2-ci maddə si ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla, onun üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Onun barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq təyin e dilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə x1 məhkum edilmişdir ona görə ki, o, xx xxxx 2012-ci ildə ünvan 2 ünvanda (Bakı AZ1000) qeydiyyatdan keçməklə həmin ünvanda fəaliyyət göstərmiş «Teref.info» saytının faktiki təsisçisi olmaqla internet saytına rəhbərliyi həyata keçirərkən «Teref.info» domen adı altında «173.212.224.235İP» ünvanından istifadə edib internet informasiya resurslarında məlumatların yerləşdirilməsi və yayılması səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla Azərbaycan Respublikasının «Kütləvi informasiya vasitələri haqqında» xx xxxxxx 1999-cu il tarixli Qanununun tələbinə görə mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıq la çevirmək, dövlətin bütövlüyünə qəsd etmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmədiyi halda, qanuni fəaliyyətdən açıq-aşkar surətdə kənara çıxaraq, öz səlahiyyətləri dairəsinə daxil olmayan hərəkətlər etməklə, xx xxxx 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin Başçısına və polis əməkdaşına qarşı törədilmiş terror hadisəsi, eyni zamanda Mingəçevir SES-də baş vermiş qəza nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış kriminogen vəziyyəti özü üçün əlverişli hesab edib vətəndaşlar arasında xaos və çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulması və kütləvi ixtişaşların törədilməsinə təsir göstərmək məqsədi ilə rəhbərlik etdiyi internet saytında - informasiya resurslarında xx xxxx 2018-ci ildə «x2 kriptovalyuta biznesi ortaya çıxdı- Su mqayıtda milyardlıq bitkoin mayninq ferması tikdirib» başlığı altında «Azərbaycanda böyük kriptovalyuta ferması olan məmurun kimliyi bilindi. «xxxx» prezidenti x2 dəvə fermalarını kriptovalyuta istehsal edən fermalara dəyişib. Sumqayıtdakı sənaye zonasında x2 böyük bir mayninq ferması inşa etdirib. Aylar öncə inşası başa çatan fermanın «xxxx» prezidentinə artıq böyük gəlirlər gətirdiyi haqda məlumatda var. Ümumilikdə bütün dünyada kriptovalyuta “ehtirası” artan xətt üzrədir. Belə görünür ki, azərbaycanlı məmurlar da virtual pullara çatmaq üçün əllərini sallayıb oturmayıblar, hərəkətə keçiblər. Aylar öncə redaksiyamiza daxil olan məlumatlardan bilinirdi ki, ölkəyə kriptovalyuta istehsalı üçün lazım olan xüsusi avadanlıqlar daşınmağa başlanıb. Belə avadanlıqların bir partiyasını yüksək vəzif ə tutan məmurlardan biri ölkəyə gətirmək istəyib...”, xx.xx.2018-ci il tarixdə “xxxx yoxlanılır, x2 “işıq terroru” üçün dindirilir -“finski korrupsiya”., başlığı altında “Ölkəyə iki gün enerji “terroru” yaşatmış “xxxx” ASC prezidenti x2 başı “edam kötüyündədir”. Reportyor.İnfo-ya verilən xəbərə görə prezidentin tapşırığı əsasında Hesablama Palatası tərəfindən ASC-də yoxlamalar aparılır. İstefaya göndərilməsinə sayılı zaman qalan x2in mal-mülkü, biznes varidatı, sosial şəbəkələrdə fotosu yayılan villası da dosye şəklində prezidentə məruzə edilib. Müşavirədə dövlət başçısının x2ə “xxxx” deməsi, fövqəladə hallar naziri x3 ASC-yə edilən xəbərdarlıqlara məhəl qoyulmadığını söyləyib onu “baqaja” qoyması baş energetikin “qələmini qırıb". Hazırda qeyri-rəsmi istintaq aparılan x2 şələ-şüləsini topl ayıb prezidentin rəsmi sərəncamını gözləyir. «xxxx»ASC məmurlarının da arasında həbslər gedəcəyi istisna edilmir. Dövlətin büdcəsindən ayrılan 100 milyonun hara xərcləndiyi soruşulur. Bu 100 milyona elektrikstansiyalarının avadanlıqları modernləşdirilə, qurğular yenilənə bilərdi. Ancaq dəvə fermalarına, şəhərdəki villalarına bu vəsaiti yönəltmiş x2 respublikanı rəsmən iki gün enerji blokadasına salıb Ermənistan üçün strateji fürsət qazandırıb Qafqazın ən lider dövləti imicini yerlə yeksan edib. Bu müddətdə düşmən ordusu müxtəlif təxribatlar, əməliyyatlar həyata keçirə bilərdi ki, faktiki olaraq x4 adlı şəxs Gəncə icra başçısına həmin saatlarda sui-qəsd edə bildi, fürsətdən istifadə etdi..» məzmununda bilə-bilə yalan məlumatları əsas səhifədə yerləşdirib hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edib həmin məlumatları yaymaqla cinayəti təkrar törətmiş, bununla da, məlum hadisələrlə bağlı ölkə vətəndaşları arasında mənfi rəyin formalaşmasına, mövcud ictimai-siyasi sabitliyin pozulmasına, dövlətin həyata keçirdiyi tədbirlərə kütləvi inamsızlıq yaradılması, cinayətkarlığa qarşı mübarizədə hüquq-mühafizə orqanları tərəfindən aparılan məqsədyönlü tədbirlərin üzərinə kölgə salınmasına yönəlmiş qanunazidd əməli ilə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla, vəzifə səlahiyyətlərini aşmış habelə sair şəxsi niyyətlə informasiya resurslarına bilə-bilə yuxarıda qeyd edilən məzmunda yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Bak ı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İ.M.Murquzov (sədrlik edən və məruzəçi), H.Ç.Məmmədov və H.H.Əhmədov oğlundan ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum x1 müdafiəçisi Elçin Əli oğlu Sadıqov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum x1 müdafiəçisi Elçin Əli oğlu Sadıqov verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ləğv edilsin və məhkum x1na qarşı irəli sürülmüş bütün ittihamlar üzrə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və onun İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6, 8, 10, 13, 14 və 18-ci maddələri ilə təminat verilən hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum x1 müdafiəçisi Elçin Sadıqov onunla əsaslandırırlar ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, ərizəçi bildirmişdir ki, ekspertiza rəyini başa düşmür, ekspertiza rəyin əsaslandırılmayıb, ekspert öz rəyində heç bir elmi ədəbiyyata və qanunvericiliyə istinad etməyib, ekspert rəyindən belə çıxıb ki, ekspert heç bir təcrübə və ədəbiyyata əsaslanmadan ərizəçinin təqsirli olması barədə fikir uydurub. Ərizəçi ekspertin 3 iş üzrə rəyini təqdim etdi və bildirdi ki, ekspert hər rəydə iki fərqli məqalələr olmaqla, 6 məqaləyə eyni cümlələrl ə fikir bildirib və ekspertin yeganə fikri odur ki, Azərbaycan Ermənistanla müharibə şəraitində olduğundan belə məqalələr yazmaq cinayətdir. Bundan başqa ifadə azadlığı ilə bağlı işə baxarkən məhkəmə Azərbaycan Konstitusiyasının ifadə azadlığı ilə bağlı olan müddəalarını, o cümlədən 47-ci və 50-ci maddələrini, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsini və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu tətbiq etməyə borcludur. Konvensiyanın ifadə azadlığını müəyyən edən 10-cu maddəsinə görə hər kəsin öz düşüncəsini azad ifadə etmək haqqı var. Bu haqqa öz düşüncəsində qalmaq, dövlət hakimiyyətinin hər hansı müdaxiləsi olmadan və dövlət sərhədlərindən asılı olmayaraq bilgi və ideyaları almaq və yaymaq azadlığı daxildir. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi isə deyir ki, bu haqlar onları gerçəkləşdirənlər üzərinə öhdəliklər və məsuliyyətlər də qoyur. İfadə azadlığının gerçəkləşdirilməsi yalnız bu maddədə sadalanan legitim məqsədlərlə, yalnız qanunla müəyyən edilmiş hallarda və yalnız demokratik, toplumda gərəkli olan bəlli rəsmiyyətlərlə, şərtlərlə, məhdudluqlarla və ya sanksiyalarla müşayət oluna bilər. Konvensiya ifadə azadlığına müdaxilə üçün hansı məqsədləri legitim sayır, Fikri ifadə etmək azadlığı ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarın 22-ci bəndində göstərilir: ”Mətbuat, söz azadlığı ilə bağlı işlərə baxarkən məhkəmələr hüquqi dövlət quruculuğunda mətbuatın mühüm rol oynamasını nəzərə almalı, ona diqqət yetirməlidirlər ki, mətbuat ictimai fikri formalaşdırır, vətəndaşların hakimiyyət strukturları üzərində nəzarətini həyata keçirir, demokratik dəyərlərin yayılması üçün maarifçilik funksiyasını yerinə yetirir. Fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından biri olmaqla yanaşı fərdi fikirlərə münasibətdə dözümlülük demokratik siyasi sistemin mühüm ünsürüdür. Nəzərə almaq lazımdır ki, təkcə məlumatın məzmunu deyil, onun şəxsin şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmayan ifadə forması da fikir azadlığı ilə müdafiə olunur. Fikri ifadə azadlığına qoyulan məhdudiyyət məcburi xarakterə malik ictimai zərurətlə bağlı olmalıdır”. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barəd ə məhkumun və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hüquqi məsələlər üzrə əsaslılığına aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinc i və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı nəticələrə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 281.2-ci maddəsində hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materia lları yayma təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. CM-nin 309.2-ci maddəsində vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma ağır nəticələrə səbəb olduqda cinayət tərkibi nəzərdə tutulmuşdur. CM-nin 313-cü maddəsində vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Kütləvi informasiya vasitələri (bundan sonra KİV) haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Məhkum x1nun «Teref.info» domen adı altında «17 3.212.224.235İP» ünvanından istifadə edib internet informasiya resurslarında yerləşdirdiyi xx xxxx 2018-ci ildə «x2 kriptovalyuta biznesi ortaya çıxdı- Sumqayıtda milyardlıq bitkoin mayninq ferması tikdirib». xx.xx.2018-ci il tarixdə “xxxx yoxlanılır, x2 “işıq terroru” üçün dindirilir -“finski korrupsiya” başlığı altəndakı yazılarda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma əməlləri, yəni Azərbaycan Respublikası CM-nin 281.2-ci maddəsinin dispozisiyasında təsbit edilən hərəkətlərə aid olan halların mövcudluğu müəyyən edilmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Azərbayca n Respublikası CM-nin 281.2-ci maddəsinə aid hissədə onun əməlində cinayət tərkibi olmadığına görə cinayət təqibinə xitam verilməlidir. Lakin, onun əməllərində Azərbaycan Respublikası CM-nin 309.1-ci və 313-cü maddələrinin tərkibinin olması cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə tam sübut olunmuşdur. Ona görə də onun Azərbaycan Respublikası CM-nin 309.2-ci maddəsi ilə tövsif olunmuş cinayət əməli həmin maddənin 309.1-ci maddəsinə tövsif edilməli və bu qanun əsasında ona cəza təyin edilməlidir. KİV haqqında Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinə əsasən kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər): 1) açıqlanması qanunla qadağan edilən məlumatları açıqladıqda; 2) baş redaktor (redaktor) mətbu nəşrdə çap olunan materiallar ın bu Qanunun tələblərinə uyğun hazırlanmasına nəzarət etmədikdə; 3) bu Qanunda göstərilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaydıqda; 4) vətəndaşların şəxsi həyatına qəsd etdikdə; 5) pornoqrafik materialları dərc etdikdə və ya efirə verdikdə, o cümlədən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar. Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunve riciliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. KİV haqqında Azərbaycan Respublikası Qanunun 62-ci maddəsinə əsasən kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat; 3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa; redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır. x1 ifadələrində göstərmişdir ki, baş redaktoru olduğu “Teref.info” saytı 2012-ci ildə tərəfindən təsis edilmiş, lakin qanunvericilikdə saytın qeydiyyata alınması nəzərdə tutulmadığından hər hansı bir dövlət orqanında qeydiyyata alınmamışdır. “Teref.info” saytında heç bir reklam lövhələri yerləşdirilmədiyindən, həmçinin başqa gəlir mənbələri də olmadığından o, vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. “Teref.info” saytı ünvan 4 ünvanında yerləşə n "Birja" qəzetinin də fəaliyyət göstərdiyi inzibati binada yerləşir. Rəhbəri olduğu saytın ondan başqa hər hansı bir əməkdaşı yoxdur. Bütün texniki işlər özü tərəfindən həyata keçirilir. O, "Teref.info" saytında xəbərləri adətən başqa saytlara istinadən verir, xəbərləri saytda özü yerləşdirir. İstənilən məlumatın doğruluğu onun tərəfindən yoxlanıldıqdan sonra, məlumat doğru olduğu halda “Teref.info” saytında dərc edilir. Eyni zamanda digər mənbələrin məlumatları olduqda da həmin mənbələrin özlərinə istinadən “Teref.info” saytında onun tərəfindən dərc edilir. Məlumatları digər mənbələrə istinadən verdiyi halda həmin məlumatların doğruluğunu yoxlamağa ehtiyac olmur. O, ifadəsində “x2 kriptovalyuta biznesi ortaya çıxdı - Sumqayıtda milyardlıq Bitkoin mayninq "ferması" tikdirib" başlıqlı məqa ləni xx.xx.2018-ci il tarixdə "musavat.com" saytından, “xxxx" yoxlanılır, x2 "işıq terroru" üçün dindirilir - "finski" korrupsiya..." başlıqlı məqaləni isə xx.xx.2018-ci il tarixdə "Reportyor.info" saytından olduğu kimi götürüb istinad göstərməklə "Teref.info" saytına şəxsən yerləşdirdiyini, məqalələri başqa mənbələrə istinadən paylaşdığı üçün məlumatların doğruluğunu yoxlamadığını, paylaşım edilmiş qeyd edilən məqalələrin ondan əvvəl yayıldığını və təkzib edilmədiyini, bu məqalələrdə heç bir dövlət və ictimai təhlükəsizliyə qarşı çağırışların olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2018-ci il tarixli, 18/18 x.i.ü saylı məktubundan görünür ki, xx xxxx 2018-ci il tarixdə Gəncə şəhərində baş vermiş hadisələrlə bağlı “Teref.info” saytında ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatların, habelə istintaq sirri təşkil edən, eləcə də yayılması qanunla qadağan edilən informasiyaların daxil edilərək yayımlanmasına görə Nazirlik tərəfindən adı çəkilən sayta xəbərdarlıq edilmişdir. Göstərilənlərə əsasən bilə-bilə yalan məlumatların, habelə istintaq sirri təşkil edən, eləcə də yayılması qanunla qadağan edilən informasiyaların yayılmamsı barədə xə bərdarlıq edilməsindən sonra daha məsuliyyətli olmalı olduğu halda, mötəbər mənbələrdən alınmayan və həqiqiliyini təsdiq edən mötəbər məlumatlara malik olmadığı halda, həqiqiliyini yoxlamaq üçün imkanı olduğu halda yoxlamdan hər iki məqalədə biləbilə yalan məlumatları «Teref.info» saytının əsas səhifəsində yerləşdirmişdir. Azərbaycan Respublikası CM-nin 308-ci maddəsinin qeydinə əsasən dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vəzifəli şəxslər sırasına aiddirlər. Birinci instansiya məhkəməsində tədqiq edilmiş və cinayət işinin materiallarında olan məhkumun ifadələrindən və cinayət işi üzrə top lanmış digər sübutların məcmusundan müəyyən edilir ki, «Teref.info» saytının fəaliyyətinə rəhbərlik edən icraedici orqan və təmsilçilik funksiyasına malik olan direktor kimi x1 fəaliyyət göstərir. Onun vəzifəli şəxs olmaması barədə kassasiya şikayətinin dəlili əsassızdır. «Teref.info» saytında yayımlanmış hər iki məqalənin məzmunundakı məlumatların həqiqiliyini təsdiq edən hər hansı mötəbər sübutların mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, Nurəddin İsmayılov «Teref.info» saytında yayımlanmış hər iki məqalənin məzmunundakı məlumatların yalan olduğunu bilə-bilə və bilməli olduğu halda həmin məlumatları xx.xx.2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin Başçısına və polis əməkdaşına qarşı törədilmiş terror hadisəsi nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış kriminogen vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlığın yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədilə yaymışdır. Bununla da Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllini törətmişdir. Cinayət işi üzrə internet informasiya resurslarında məlumatların yerləşdirilməsi və yayılması səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla yayımladığı hər iki məqalədə biləbilə yalan məlumatları əsas səhifədə yerləşdirib həmin məlumatları yaymaqla yalan məlumatların yayılması nəticəsində cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuşdur. Bununla da Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsində nəzər də tutulmuş cinayət əməlini törətmişdir. Eyni zamanda bu cinayətin ağır nəticələrə səbəb olması elan edilmiş ittihamda göstərilsə də, bu nəticənin konkret olaraq nədən ibarət olması göstərilməmişdir. Ona görə də x1nun Azərbaycan Respublikası CM-nin 281.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə cinayət təqibinə xitam verilməli, CM-nin 309.2-ci maddəsi ilə tövsif edilmiş əməli CM-nin 309.1-ci maddəsinə tövsif edilməli və bu qanun əsasında ona cəza təyin edilməlidir. Bununla da cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı CM-nin 281.2-ci maddəsinə aid hissədə ləğv edilməli qalan hissədə qərarda dəyişiklik edilməlidir. Müdafiəçinin kassasiya şikayətində məhkuma elan edilmiş bütün ittihamlar üzrə bəraət verilməsi xah iş edildiyindən və cinayət işi üzrə qismən belə əsaslar olduğundan kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası CM-nin 281.2-ci maddəsinə aid hissədə ləğv edilməli və qalan hissədə qərar dəyişdirilməlidir. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət pros essual qanunların kobud pozulması, x1nun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir Göstərilənlərə əsasn məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2 və 419.10.4-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALİR: Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli məhkum x1 barəsindəki qərarı dəyişdirilsin. x1nun Azərbaycan Respublikası CM-nin 281.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə qərar ləğv edilsin və onun əməlində həmin maddə ilə cinayət tərkibi olmadığına görə cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası CM-nin 309.2 -ci maddəsi ilə tövsif edilmiş əməli CM-nin 309.1-ci maddəsinə tövsif edilsin və həmin maddə ilə ona 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CMin 66.3 və 66.4-cü maddələrinə əsasən ona CM-nin 309.1-ci və 313-cu maddələrilə təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla, onun üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. x1nun barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına 2 (iki) il sınaq müddə ti müəyyən olunmaqla şərti məhkum edilməsi və qərarın digər hissələri dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-66/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-66/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver