Məhkəmə qərarları › İş №1(102)-66/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-66/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-66/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Elşad Yaquboviç Şamayevdən ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum1 müdafiəçisi-vəkil X4 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mar t 2018-ci il tarixli hökmü ilə Məhkum 2nun və Məhkum1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarından məhkum Məhkum2 və Məhkum1 müdafiəçisi-vəkil Bağırova Janna Mirzə qızı tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), M.Ə.Abdullayev və A.H.Hacıyevdən ibarət tərkibdə) Məhkum 2 - 09.08.1996-cı ildə Qazı-Məmməd şəhərində anadan olan, orta təhsilli, subay, işsiz, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Hacıqabul şəhəri M.F.Axundov küçəsində yaşamış Azərbaycan Respublikası CM-in 181.2.1. 181.2.3, 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcının 23 oktyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum1 - 25.05.1999-cu ildə QazıMəmməd şəhərində anadan olan, orta təhsilli, subay, işsiz, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında yaşamış Azərbaycan Respublikası CM-in 181.2.1. 181.2.3, 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, c əzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcının 22 oktyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 2 tanışı Məhkum1 ilə 18.10.2017-ci il tarixdə axşam vaxtlarında Hacıqabul şəhər 6 saylı tam orta məktəbin yaxınlığında söhbət edib Hacıqabul şəhər sakini X1 əmlakını quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hucuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etmək yolu ilə ələ keçirmək barədə razılığa gəlib, tamah niyyəti ilə, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 19 oktyabr 2017-cı il tarixdə saat 22 radələrində bıçaqla silahlanaraq X1 yaşadığı Hacıqabul şəhəri, ünvan 4-də yerləşən evin yaxınlığına gə lib özləri ilə gətirdikləri idman papaqlarından düzəldilmiş maskaları başlarına keçirib qanunsuz olaraq həyətə daxil olduqdan sonra elektrik sayğacından evin elektrik təminatını kəsib evin qapısının yanına qayıdaraq orada gözləyən Məhkum1 həmin vaxtı sayğaca baxmaq məqsədilə evin qapısını açıb həyətə çıxan X1nın qızı X2 ağzını sol əliylə tutaraq, sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək boğaz nahiyəsinə sağ əlində olan silah qismində istifadə etdiyi bıçağı dayayaraq sakit olmasını tələb edib ona sol saidin orta 1/3 hissəsinin arxa səthinin qançırı, sağ saidin arxa səthinin orta 1/3 hissəsi kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bu vaxt o, (Məhkum2) yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində olan X 1nın boğaz nahiyəsinə silah qismində istifadə etdiyi bıçağı dayayaraq sonuncunun həyatı və sağlamlığıüçün təhlükəli zor tətbiq edərək ondan sakit olmasını tələb edib ona döş qəfəsinin ön səthində sol hissədə 1 və 2-ci qabırqalar nahiyəsinin sıyrığı, boyun nahiyyəsinin ön səthinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, lakin həmin vaxtı evdə olan X2nın 14.04.2006-cı il təvəllüdlü qızı X5 onun üzündə olan, maska kimi istifadə etdiyi idman papağını çıxartdıqda X5nın başını divara vurmaqla başın ənsə nahiyəsinin hematoması kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra ev sahibləri tərəfindən tanınacağından qorxub evdən çıxaraq Məhkum1la birgə qaçmışdır. Hökmdən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apelya siya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: E.Ə.Camalov (sədrlik edən və məruzəçi), Ə.Ə.Novruzov və R.M.Cəfərovdan ibarət tərkibdə) 11 oktyabr 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2018-ci il tarixli qərarından məhkum Məhkum 2 və Məhkum1 müdafiəçisi-vəkil Bağırova Janna Mirzə qızı ayrı-ayrılıqda kassasiya şikayətləri vermişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Məhkum 2 kassasiya şikayəti verərək bildirmişdir ki, həm birinci instansiya məhkəməsinin, həm apelyasiya instansiya məhkəməsinin, həm də yerli icra orqanlarının məhkum olunması üçün barəsində olan qərarları tam əsassızdır. Məhk əmələr barəsində hökm çıxararkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşlar. Odur ki, səmimi olaraq törətdiyim əməldən peşiman olmağını, barəsində olan cinayət işi ilə bağlı olaraq şikayət və tələbinin olmaması barədə iş materiallarında olan zərərçəkmiş şəxsin notarial qaydada təsdiq olunmuş ərizəsini nəzərə alaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli və Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarlarının ləğv edilməsini və kassasiya şikayətinin təmin edilərək barəsində obyektiv qərar çıxarılmasını xahiş etmişdir. Məhkum1 müdafiəçisi-vəkil Bağırova Janna Mirzə qızı kassasiya şikayətində bildirmişdir ki, Şirvan Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayətində göstərilən əsaslara hüquqi qiymət verilmiş, bu zaman Məhkəmə Kollegiyası qeyd edilən hallara qiymət versə də, işin əsas hallarını nəzərə almamışdır. Halbuki, məhkəmə törədilən cinayətin hallarını araşdırmaqla, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almaqla onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edərək təqsirləndirilən şəxs barəsində onun şəxsiyyətinə daha uyğun olan bir cəza növü tətbiq edə bilərdi. Belə ki, işin hallarından da görünür ki, təqsirləndirilən şəxslər X3 yaşadığı Hacıqabul şəhəri, ünvan 4 ünvanında yerləşən evə quldurluq niyyəti ilə basqın edib, zərəçəkmiş şəxslərə xəsarət yetirsələr də, onlar niyyətlərini başa çatdırmadan quldurluq cinayətini törətməkdən imtina etmişlər. Hüquqi cəhətdən onların əm əllərində quldurluq cinayətinin tərkibi yaransa da, yəni, quldurluq cinayəti formal tərkibli cinayət hesab olunduğuna görə və bu cinayət basqın anından bitmiş hesab olunsa da, onların niyyəti evə basqın etmək deyil, evdən pul götürmək olmuş ki, onlar da bu niyyətlərindən könüllü imtina etdiklərinə görə, bu hal təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar kimi nəzərə alınmalı idi. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini təqsirləndirilən şəxs Məhkum1 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib, ona Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddəsi ilə ən aşağı həddə cəza təyin etmiş, apelyasiya məhkəməsi isə, bu halın, yəni, təqsirəndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinin CM-nin 62-ci maddəsini tətbiq etməklə məhkum edilmiş şəxslərə təyin edilmiş cəzadan aşağı həddə cəza təyin edilməsi üçün əsas ola bilməməsini göstərməklə, əslində iş üçün xüsusi əhəmiyyət kəsb edən halları diqqətdən kənar qoymuşdur. Belə ki, işin diqqətəlayiq halı ondan ibarətdir ki, təqsirləndirilən şəxs Məhkum1 evə basqın etsə də, cinayətin törədilməsi zamanı heç bir qəddarlıq göstərməmiş, zor tətbiq etməklə pul və ya digər maddi nemət tələb etməmiş, heç kimə qəsdən xəsarət yetirməmiş, evə daxil olub niyyətini başa çartdırmağa imkanı olduğu halda, bunu etməmişdir. Yəni, o, cinayət törətsə də, Azərbaycan Respublikası CM-in 181.2.1, 81.2.3 və 181.2.5-ci maddələrinin sanksiyasında göstərilmiş ən aşağı həddə olan cəzaya - 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcək dərəcədə ağır cinayət törətməmişdir. Hər bir törədilən cinayətə görə tətbiq ediləcək cəza isə, cinayətin xarakterinə, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkum1 quldurluq cinayəti törətmək niyyətində olsa da, yaşca, şəxsiyyətcə onun bu cinayəti törətmək iqtidarında olmaması onun hərəkətlərində özünü büruzə vermişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli tamah niyyəti ilə törətsə də, onun şəxsiyyəti tamah niyyəti ilə kiməsə zor tətbiq etməyə yol verməmiş, məhz, onun şəxsiyyəti onun niyyətini həyata keçirməkdən imtina etməsinə səbəb olmuşdur. Burada xüsusi ilə qeyd olunmalıdır ki, Məhkum1 hadisədən 5 ay əvvəl 18 yaşı tamam olmuşdur. Şəxsiyyəti tam formalaşmayan, faktiki hələ ki, uşaq olan bu gənc təsir altına düşə bilərdi, etdiyi hərəkətlərinin ağırlıq nəticəsini başa düşməyə bilərdi. Odur ki, qeyd olunanları nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarını dəyişdirərək Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassa siya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum Məhkum 2 səmimi olaraq törətdiyim əməldən peşiman olmasını, barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması barədə iş materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizəsini nəzərə alaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli və Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarlarının ləğv edilməsini və kassasiya şikayətinin təmin edilərək barəsində obyektiv qərar çıxarılmasını xahiş etmişdir. Məhkum Məhkum 2 tərəfindən verilmiş kassasiya şikay ətində əməlin tövsifi mübahisələndirilmiş, həmçinin məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlə ri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətl əri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İbtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə dogurmayan və 14 mart 2018-ci il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Lənkəran Ağır Cinayətlər Məhkəməsi əsaslı olaraq Məhkum 2nun və Məhkum1 ittiham olunduqları maddələr ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş və onların əməllərini CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif etmiş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Hər iki məhkum həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Məhkum 2 və Məhkum1 həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmışdır. Apelyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum1 müdafiəçisi-vəkil Bağırova Janna Mirzə qızı kassasiya şikayətində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayətində göstərilən əsa slara hüquqi qiymət verildiyini, bu zaman Məhkəmə Kollegiyası qeyd edilən hallara qiymət versə də, işin əsas hallarını nəzərə almadığını, Məhkum1 hadisədən 5 ay əvvəl 18 yaşı tamam olduğunu, şəxsiyyəti tam formalaşmayan, faktiki hələ ki, uşaq olan bu gənc təsir altına düşə biləcəyini bildirmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarını dəyişdirərək Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Müdafiəçinin kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Sübutların toplanması, məhkəmə iclasında tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində təsbit olunmuş tələblərin pozulması halları müəyyən edilməmiş, Azərbaycan Respublikası CPMnin 125-ci maddəsində sadalanan hallara uyğun mümkünsüz sübutlara istinad edilməmişdir. Toplanmış və məhkəmənin istinad etdiyi sübutların məcmusu sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Məhkumun müdafiəçisi-vəkil Bağırova Janna Mirzə qızının kassasiya şikayətinin dəlillərinə münasibət bildirən Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20-ci maddəsinə əsasən on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlər inə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum1 25.05.1999-cu il tarixdə anadan olmuşdur və 19 oktyabr 2017-cı il tarixdə cinayət törədərkən yetkinlik yaşına, o cümlədəm elan olunm uş ittiham üzrə cinayət məsuliyyətə cəlb ediməsi üçün nəzərdə tutulmuş yaş həddinə çatmışdır. İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 24.11.2017-ci il tarixli 1953 saylı rəyindən görünür ki, Məhkum1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Məhkum1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum1 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkəmə hər iki məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birinci instansiya məhkəməsi zərərçəkmiş şəxslər-X6, X7 və X5 təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum 2 ilə barışmalarını, onlara qarşı heç bir iddiaları,şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləş dirən hal kimi nəzərə almış, onların əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 181.2.1. 181.2.3, 181.2.5-ci maddəsinin sanksiyasına görə həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməlin törədilməsinə görə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. B irinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxslər Məhkum 2 və Məhkum1 cəza təyin edərkən onların zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, əməllərində CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran halların olmamasını, həmçinin CM-nin 60.1-ci maddəsinin CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməməsinə dair tələbini nəzərə alaraq, Məhkum1 CM-in 181.2.1. 181.2.3, 181.2.5-ci maddəsinin aşağı həddində, 08 (səkkiz) il müddətə, Məhkum 2na isə CM-nin 181.2.1. 181.2.3, 181.2.5-ci maddəsinin aşağı həddinə yaxın həddə, yən 08 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan mərhum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seç ilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkumlara cəza təyin edilərkən göstərilən Cinayət Məcəlləsinin maddələrinin tələblərinə əməl edil miş, hər hansı pozuntuya yol verilməmişdir. Cəzanın daha da yüngüllədirilməsi üçün cinayət işinin materiallarında hüquqi əsasların mövcudluğu müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətlərinin bu dəlilləri əsassız hesab edilərək təmin edilmədən saxlanmalıdır. Həmçinin müdafiəçisi-vəkil Bağırova Janna Mirzə qızının kassasiya şikayətində Məhkum1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsini də xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmi ş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edlməsi ilə bağlı irəli sürülmüş dəlillərlə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərə əsaslı olaraq qiymət verərək onları təmin etməmişdir. Həmçinin məhkəmə kollegiyası işə baxarkən Azərbaycan Respublikası CM-nin 62ci maddəsinin tətbiqinə əsas verən cinayətin törədilməsi zamanı və bundan sonra məhkumun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar, sanksiyada nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsinə əsas verən hallar müəyyən edilmədiyindən kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edərək təmin etmir. Birinci instansiya məhkəməsi Məhkum1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini (kassasiya şikayətində sadalanan halları da), o cümlədən cəzanı yüngülləşdirən halları da nəzərə almaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət i şi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətlərii təmin edilməsin. Məhkum2nun və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı hər iki məhkum barəsində verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar