Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-66/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bunda n sonra CM-in) 204.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü ilə (hakim: Q.Ə.Abbasov) Məhkum Azərbaycan Respublikası CM-in 204.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 204.1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən hazırkı hökmlə Məhkum təyin olunmuş cəzaları qismən toplama yolu ilə ona 06 (altı) il 0 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmişdir. CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə Məhkum təyin olunmuş 06 (altı) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Goranboy Rayon Məhkəməsinin 04 sentyabr 2014-cü il tarixli hökmü ilə ona təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 04 (dörd) ay 13 (on üç) gün hissəsi qismən birləşdirilməklə, Məhkum qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X19 və X12 da CM-in 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşlar. Birinci instansiya məhkəmə sinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), E.İ.Xasməmmədov və Ç.B.Məmmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin həmin hökmünə əsasən Məhkum 29 avqust 2018-ci il tarixdə, saat 13 radələrində ünvan 2 yerləşən X20 məxsus “Divar kağızlarının” satışı mağazasından 70 manat dəyərində divar kağızını alması müqabilində, özündə olan, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi, skaner və ya başqa texniki qurğudan istifadə edilməklə printer vasitəsi ilə çap olunaraq ha zırlanmış və qəbul olunmuş standarta uyğun olmayan Azərbaycan Respublikası Mərkəzi Bankının B seriyalı, 51844129 və 27969333 nömrəli 2 ədəd 20 manatlıq Azərbaycan manatı əskinasına oxşar saxta pul vahidini, 1 ədəd 20 manat və 1 ədəd 10 manatlıq standartlara uyğun əskinasları sonuncuya verərək 2 manat qalıq pul almaqla bilə-bilə həmin saxta pul əskinaslarını ona satmışdır. Bundan başqa, o, 01.09.2018-ci il tarixdə, saat 10 radələrində ünvan 3-də yerləşən X3 məxsus ərzaq mağazasına daxil olaraq 5 manat dəyərində iki ədəd “Hell” markalı enerji içkisi, bir ədəd saqqız və bir bağlama siqaret almaqla istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi, skaner və ya başqa texniki qurğudan istifadə edilməklə printer vasitəsi ilə çap olunaraq hazırlanmış və qəbul olunmuş standarta uyğun ol mayan Azərbaycan Respublikası Mərkəzi Bankının A 56922643 nömrəli 1 ədəd 100 (bir yüz) manatlıq Azərbaycan manatı əskinasına oxşar saxta pul vahidini mağazanın satıcısı X10ya verib 95 manat qalıq pul almaqla bilə-bilə həmin pul əskinasını ona satmışdır. Bundan başqa, o, 09 sentyabr 2018-ci il tarixdə, saat 21 radələrində tanışı X13 idarə etdiyi “Qazel” markalı, **-OB-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə ünvan 4 ərazisində yerləşən “XXX” yanacaqdoldurma məntəqəsinə gəlib orada operator vəzifəsində işləyən X10 1 ədəd saxta 50 manatlıq pul əskinası təqdim edib avtomobilə 10 manat dəyərində yanacaq tökdürərək 40 manatını saxta olmayan pul şəklində geri almaqla qeyd olunan saxta pul əskinasını ona satmışdır. Bundan başqa, o, 09 oktyabr 2018-ci il tarixdə, saat 18 radələrində ün van 5 ərazisində yerləşən “Uşaq aləmi” mağazasına daxil olub orada satıcı işləyən X14 1 saxta 100 manatlıq əskinası təqdim edib 14 manat dəyərində uşaq oyuncaqları alıb 86 manatını saxta olmayan pul şəklində almaqla qeyd olunan saxta pul əskinasını ona satmışdır. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi laxta pul əskinasları olan bir ədəd C43529134 nömrəli 100 (yüz) manatlıq və bir ədəd A56922643 nömrəli 100 manatlıq olmaqla cəmi 200 manat saxta pul əskinaslarını 05 noyabr 2018-ci il tarixdə, saat 21:30 və 22:11 radələrində tanışları, X15 və X4 vasitəsilə ünvan 6ndə yerləşən “Dokta” aptekinə verərək müxtəlif dərman preparatları almaqla qeyd olunan saxta pul əskinaslarını X1. Bundan əlavə, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi i stehlak miqdarından artıq miqdarda, yəni 5,678 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı (kannabis) qanunsuz olaraq əldə edərək üzərində saxlamış, 07 noyabr 2018-ci il tarixdə Göygöl rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum yeri müəyyən edilərək saxta pul satması ilə bağlı Göygöl RPŞ-yə dəvət edilib üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli idman geyiminin altından, qarın nahiyyəsindən bir ədəd kibrit qutusunun içərisində həmin 5,678 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana (kannabis) ondan aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2020-ci il tarixli qərarın ın ləğv edilməsi və işin yenidən apellyasiya məhkəməsinin baxışına təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ona qarşı elan edilmiş ittiham əsassız və qondarma sübutlar əsasında verilmişdir. Belə ki, onda heç bir vaxt saxta pul əskinasları aşkar edilməmişdir. Cinayət işində adları keçən X11u və X12u əvvəllər tanımamışdır. Üzərində aşkar olunmuş narkotik vasitələrin mənbəyi müəyyən edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməd ən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya pro sessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, məhkum məhkəmə qərarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun ona istinad edilən cinayət hadisələrini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azər baycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsində “Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Azərbaycan Respublikası CM-in 221.3-cü mad dəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmiş dir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqlar ı Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışın a malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplan mış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməllərinin törədilməsində özünü təqsirli bilməsə də, cinayət işi üzrə digər məhkumlar - X19 və X4, zərərçəkmiş şəxslər - X22, X8 və X16, zərərçəkmiş şəxsin nümayəndəsi X9, şahidlər X17 və X5 ifadələri, məhkəmə-bioloji ekspertizasının 08 noyabr 2018-ci il tarixli, 479 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 11 dekabr 2018-ci il tarixli, 689 saylı rəyi, məhkəmə-texniki ekspertizalarının 10 oktyabr 2018-ci il tarixli, 24469/24505 nömrəli, 12 oktyabr 2018-ci il tarixli 24529/26 021 nömrəli, 01 noyabr 2018-ci il tarixli 27585 nömrəli, 07 noyabr 2018-ci il tarixli 26183 nömrəli, 29 noyabr 2018-ci il tarixli 30225 nömrəli və 07 mart 2019-cu il tarixli 3675 nömrəli rəyləri, baxış və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələr və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitə və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə görə müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, həmçinin onların külli miqdar təşkil etməsinə dair siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». "Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi barədə” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinin mənasına əsasən narkotik vasitənin satın alınması başqa əmlakla və ya əşya ilə dəyişdirilmə si, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi; yabanı çətənə bitkisi, xaşxaşın və ya onların müəyyən hissələrinin, məhsul yığımı başa çatdıqdan sonra mühafizə edilməyən əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülür. Əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv ara şdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə ko llegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2020-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-66/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-66/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver