Məhkəmə qərarları › İş №1(102)-660/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-660/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-660/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegix8 Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hök mü ilə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci və 127.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1nun barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegix8 xx xxxxxxx 2018-ci il tarixli qərarından məhkum x1nun müdafiəçisi-vəkil Babayev Bəxtiyar Rəhim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: X.A.Nuriyev (sədrlik edən və məruzəçi), N.F.Quliyev və O.Y.Cəlilovdan ibarət tərkibdə) x1- xx xxxx 1993-cü ildə ünvan 1 doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla Biləsuvar rayonu ərazisində yerləşən ünvan 2, Azərbaycan Respublikası CM-nin 29,120.1-ci və 127.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 29,120.1-ci maddəsi ilə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə, CM-nin 127.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Beyləqan şəhər sakini x2 onun bacısı x3 ilə evlənərək sonradan bakirə olmadığını əsas gətirməklə ondan ayrılmasına və x3 bakirə olmaması barədə ayrı-ayrı şəxslərə d anışmasına görə x2 qisas almaq niyyəti ilə öldürmək qərarına gəlmiş, xx xxxxxx 2017-ci il tarixdə saat 20 radələrində x2n idarə etdiyi «Slavita» markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobildə ünvan 3 x4 məxsus mağazanın qarşısında dayandığını görərək avtomobilə daxil olub qabaq sağ oturacaqda oturmuş, üstündə olan tiyəsi qatlanan bıçaqla sükan arxasında olan x2 qəsdən öldürmək məqsədi ilə onun həyatı üçün mühüm orqanı olan ürək nahiyyəsinə dörd dəfə ardıcıl zərbələr vurmuş, lakin x2n əynindəki gödəkçə qalın olduğundan ona xəsarət yetirə bilmədiyini görüb, öz niyyətini başa çatdırmaq üçün onun boğaz nahiyyəsindən bir bıçaq zərbəsi vuraraq boyun nahiyəsində bir ədəd kəsilmiş yara ilə nəticələnən, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, x2 avt omobilin oturacağında hərəkətsiz qaldığı üçün onun artıq öldüyünü güman etdiyindən və həmin vaxt hadisə yerinə gəlmiş x2n qardaşı x5 onu arxadan tutub yenidən bıçaqla zərbə vurmasına imkan vermədiyindən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək x2 qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmiş, eləcə də onun həmin hərəkətlərinin qarşısını alaraq öz ictimai borcunu yerinə yetirən x5 oğlunun sol bel nahiyəsindən bıçaqla qəsdən bir dəfə vuraraq, ona sol bel-omba nahiyəsinin sol peritonarxası sahəyə keçən, kəskin qanaxma ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası və sol peritonarxası sahənin böyük həcmli hematomasından ibarət, həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsin ə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Hökmdən məhkum x1nun müdafiəçisi-vəkil Məmmədli Orxan Məmmədəli oğlu və zərərçəkmiş şəxslər x2 və x5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və K.S.Bəşirovdan ibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegix8 xx xxxxxxx 2018-ci il tarixli qərarından məhkum x1nun müdafiəçisi-vəkil Babayev Bəxtiyar Rəhim oğlu kassasiya şikayəti verərək, qərarın ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına qaytar ılması və ya təyin edilmiş cəzanın azaldılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum x1nun müdafiəçisi-vəkil Babayev Bəxtiyar Rəhim oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamış, onu öldürmək niyyəti olsaydı daha iti kəsərli, keyfiyyətli bıçaq götürərdi, əyilən bıçaq götürməzdi. Bıçaq zərbələrinin sayına gəldikdə isə o və zərərçəkmiş şəxs avtomobildə oturaq vəziyyətdə olduqlarından onun bədəninin başqa nahiyyələrinə vurmaq imkanı olmamışdır. Müstəntiq təqsirləndirilən şəxsin ifadələrini təhrif edərək onun ifadələrini adam öldürmə niyyətinin olmasına uyğunlaşdırmışdır. Əslində x1 niyyəti x2 qorxutmaq olmuşdur. Ona görə də onun əməli alınmış xəsarətlərin dərəcəsinə görə tövsif olunmalıdır. Məhkəmə cinayət işi üzr ə cəzanı yüngülləşdirən halları nəzərə alaraq Azərbaycan Respublikası CMnin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzaların aşağı həddindən də az cəza təyin edilməsinin mümkünlüyünü yoxlamamışdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üz rə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət -prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum x1nun müdafiəçisi-vəkil Babayev Bəxtiyar Rəhim oğlu kassasiya şikayətində göstərmişdir ki, məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamış, onu öldürmək niyyəti olsaydı daha iti kəsərli, keyfiyyətli bıçaq götürərdi, əyilən bıçaq götürməzdi. Bıçaq zərbələrinin sayına gəldikdə isə o və zərərçəkmiş şəxs avtomobildə oturaq vəziyyətdə olduqlarından onun bədəninin başqa nahiyyələrinə vurmaq imkanı olmamışdır. Müstəntiq təqsirləndirilən şəxsin ifadələrini təhrif edərək onun ifadələrini adam öldürmə niyyətinin olmasına uyğunlaşdırmışdır. Əslində x1 niyyəti x2 qorxutmaq olmuşdur. Ona görə də onun əməli alınmış xəsarətlərin dərəcəsinə görə tövsif olunmalıdır. x1 məhkəmə iclasın da cinayət əməlini qismən etiraf edib zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını göstərsə də məhkəmə iclasında tədqiq olunmuş ibtidai istintaq müddətində verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə x6 olarkən Cəfər ona x7 bacısı x3 yenidən qaçıraraq Bakı şəhərinə apardığını bildirmiş, x6 bacısı x3n x7 qoşulub qaçmasını eşitdikdən sonra həmin gün, yəni xx xxxxxx 2017-ci il tarixdə yaşadığı 5 saylı Cəbrayıl qəsəbəsindəki evlərinə getmiş, həmin vaxt atası x1 də ona x3n x7 qoşulub qaçmasını bildirmiş o, x2 yenidən x3n barəsində şayiələr yayacağını fikirləşərək x2 öldürmək qərarına gəlmiş, bu məqsədlə xx xxxxxx 2017-ci il tarixdə yaşadığı evlərinin həyətindəki bir baş xırdabuynuzlu heyvanı satıb özünə yol pulu əldə edərək həmin gün saat 16 radələrində dostu x8 idarə e tdiyi «MERCEDES BENZ» markalı avtomaşınla İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinə gəlib, oradan markasını xatırlamadığı yol maşını ilə Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində yerləşən «Daşburun dairəsi» adlanan yerə gəlmiş, həmin vaxt orada yerləşən avtovağzalda işləyən dayısı x9 çay içib yemək yedikdən sonra saat 18 radələrində «MERCEDES BENZ» markalı avtomaşınla Beyləqan şəhərinə gəlmiş, Beyləqan şəhərinə gəldikdən sonra x2 sürücü işlədiyi Beyləqan rayon mərkəzi xəstəxanasının yaxınlığına gedib x2 işdən çıxmasını gözləmiş, həmin vaxt x2 işdən çıxmadığını görüb onun evlərində olmasını güman etmiş, bundan sonra x2 evlərinə tərəf gəlib x2 evlərinin yaxınlığındakı avtomaşın yuma sexinin qonşuluğunda yerləşən çayxanada bir neçə nəfərlə birlikdə görmüş, həmin vaxt ikitərəfli küçənin k ənarında dayanıb x2 çayxanadan çıxmasını gözləmiş, təxminən yarım saat gözlədikdən sonra x2 çayxanadan çıxıb evlərinə tərəf getməyə başlamış, həmin vaxt çayxanada başqa adamların olmasına görə x2 bıçaqla vurarsa həmin adamların onu tuta biləcəklərinə görə bir qədər gözləməyi qərara almış, həmin vaxt x2 evlərinin qarşı tərəfində saxladığı avtomaşına tərəf gedib avtomaşına əyləşərkən x2 onu tanımamasına görə görkəmini dəyişmək üçün başına papaq qoymaq qərarına gəlmiş, həmin küçənin Daşburun istiqamətində götürdükdə sağ kənarında olan mağazaya gedib həmin mağazadan 3 manat 50 qəpiyə ağ-qara rəngdə olan idman papağı alıb başına qoyub yenidən həmin küçənin Daşburun istiqamətində götürdükdə sağ kənarı ilə x2gin evlərinə tərəf gəlmiş, həmin vaxt x2 idarə etdiyi avtomaşını mağazanın qarşısında gör müş, avtomaşına sağ tərəfdən yaxınlaşıb baxarkən x2 avtomaşının qabaq sol oturacağında yəni sükan arxasında oturduğunu görmüş, avtomaşının qabaq sağ qapısını açıb avtomaşına əyləşərkən x2 onu görüb avtomaşından qaçmaq istədikdə sol əli ilə x2 yaxasından tutub qaçmasına imkan verməmiş, x2 qışqırmağa başlamış, həmin vaxt x2yə «başımıza nə oyun açırsan, özünü nə hesab edirsən » sözlərini deyərək əynindəki qara rəngli gödəkçəsinin sağ cibində olan, üzərində gəzdirdiyi qatlanan bıçağı çıxardıb bıçaqla dörd dəfə x2 ürək nahiyəsinə vurmuş, həmin vaxt x2 əynindəki paltarlar qalın olduğu üçün və bıçaq arxaya qatlandığına görə ona ürək nahiyəsindən xəsarət yetirə bilmədiyini görüb sol əli ilə x2 saçlarından tutub özünə tərəf çəkərək sağ əlində tutduğu bıçaqla x2 boğazına bir dəfə zərbə endirmiş, h əmin vaxt x2 «ay Allah öldüm» sözlərini deyərək avtomaşının qabaq oturacaqları üzərində baş tərəfi ona tərəf olmaqla uzanıqlı vəziyyətdə hərəkətsiz qalmış, x2 tam hərəkətsiz qaldığı üçün onu öldürdüyünü güman etmiş, həmin vaxt kiminsə onu arxadan tutaraq avtomaşının qabaq sağ oturacağından düşürtmək istədiyini hiss edib arxaya tərəf dönərkən həmin şəxslərin iki nəfər olmalarını bilmiş, onlardan biri onu arxadan tutub saxlamış, bu şəxslərdən biri yumruqla sağ qaşüstü nahiyəsindən vurmuş, bu zaman əlindəki bıçaqla onu tutub saxlamış adamın sol böyründən vurub, həmin adamın əlindən çıxaraq ara yolarla Daşburun istiqamətində qaçıb uzaqlaşmış, taksi fəaliyyəti ilə məşğul olan müxtəlif markalı tanımadığı şəxslərin nəqliyyat vasitələrinə minərək İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinə gəlmiş, Bəhr əmtəpə qəsəbəsində «üç yol» ayrıcında avtomaşından düşərək x2 və onu tutub saxlayan şəxsi vurub xəsarət yetirdiyi bıçağı həmin yerdən keçən beton su kanalına atmış, bundan sonra isə həmin yerdən «Jiquli » markalı taksi ilə Biləsuvar rayonuna gedən yol ayrıcında həmin avtomaşından düşüb həmin yerdən yaşadığı Cəbrayıl rayonunun 5 saylı qəsəbəsinə gedən qara rəngli «Qaz -31» markalı avtomaşınla Cəbrayıl rayon polis şöbəsinə getmiş, növbətçi hissəyə yaxınlaşaraq bıçaqla adam öldürdüyünü bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərkən təqsirləndirilən şəxs həmin ifadənin müstəntiq tərəfindən təhrif olunmasını, onun ifadələrini adam öldürmə niyyətinin olmasına uyğunlaşdırmasını göstərməmişdir, yalnız ifadəsini axıradək oxumadığını göstərmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə icla sında zərərçəkmiş şəxs qismində dindirilən x2 ifadəsində göstərmişdir ki, x1 ona bacısı x3n bakirə çıxmadığını heç kimə bildirməməsini demişdir. O, avtomaşında olan çörəyə and içib bu barədə heç kimə bildirmədiyini, bu məsələni onların açıb ağartdığını bildirmişdir. Həmin vaxt x1 sağ əlini əynindəki gödəkçəsinin yan cibinə salaraq çıxardığı bıçaqla onun sinə və boğaz nahiyələrinə dalbadal zərbələr vurmağa başlamışdır. x1ə əl-qol ataraq onu bıçaqla vurmasına imkan verməməyə çalışmışdır. Bu zaman qardaşı x5 və Beyləqan şəhər sakini x10 avtomaşına yaxınlaşdıqlarını görüb qışqıraraq onları köməyə çağırmışdır. x5 avtomaşının qabaq sol qapısını açaraq x1i arxadan qucaqlayıb arxaya doğru çəkmişdir. Bu zaman x1 onun boğazından bıçaqla vuraraq xəsarət yetirmiş, sonra isə geri dönüb bıçaqla x5in sol böyründən vuraraq avtomaşından düşüb qaçmışdır. x1 onun sinə və boğaz nahiyələrinə ardıcıl olaraq zərbələr vursa da, əynindəki gödəkçə qalın olduğundan və x1in sağ qolundan tutub saxlayaraq ona mane olduğundan x1 ona ağır dərəcəli xəsarət yetirə bilməmişdir. Eyni zamanda x1 onun boğazına bıçaqla vurub xəsarət yetirdikdən sonra qardaşı x5 x1i arxadan tutub saxlayaraq onu bıçaqla təkrarən vurmasına imkan verməmişdir. Sonra oradan tanımadığı avtomaşınla xəstəxanaya getmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında zərərçəkmiş şəxs Kərimov x5 İsa oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə saat 20 radələrində qardaşı x2 ilə Beyləqan şəhərində olduqları zaman x2 qardaşı x11 məxsus avtomaşınla siqaret almağa getmişdir. Həmin vaxt Beyləqan şəhər sakini x10 da onun yanında olmuşdur. x2 getdikdən təxminən 10-15 dəqiqə sonra x10 mobil telefonuna zəng vurub avtomaşının x4 mağazasının qarşısında işə düşmədiyini bildirmişdir. O, x10 birlikdə x4 mağazasının qarşısına getdikdə x2 sürdüyü avtomaşının qabaq sağ oturacağında tanımadığı bir nəfərin oturduğunu görmüşdür. Həmin vaxt x2 ucadan qışqıraraq «məni öldürürlər kömək edin»- demişdir. x10 hər ikisi qaçıb avtomaşına yaxınlaşarkən qabaq sağ oturacaqda əyləşmiş şəxsin qabaq sol oturacaqda əyləşmiş x2 əlində olan nə iləsə vurduğunu görmüşlər. Maşının sağ tərəf qapısını açıb həmin şəxsi özünə tərəf çəkmiş, onun x1 olduğunu görmüşdür. x1 ona müqavimət göstərdiyindən x10 x1in sağ qaşının üstündən bir dəfə yumruqla vurmuşdur. x1 isə əlindəki bıçaqla onun sol böyründən vuraraq qaçmışdır. Xəsarət aldığı nahiyyəd ən qan axmağa başlamış, sol böyründə kəskin ağrı hiss etdiyindən qaça bilməmişdir. x10 qardaşı x11 avtomaşınını idarə edərək onu Beyləqan rayon mərkəzi xəstəxanasına aparmışdır. x1in bıçaqla qardaşı x2 də boğaz nahiyəsindən vuraraq xəsarət yetirdiyini xəstəxanada bilmişdir. x10 da birinci instansiya məhkəməsinin məhkəmə istintaqında x5 Kərimovla eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Beləliklə məhkumun cinayət əməlləri cinayət işi üzrə Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinə müvafiq toplanmış, məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, birinci və apelyasiya instansiya məhkəmələrinin qərarlarında şərh edilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən bütün sübutla rın məcmusu ilə tam təsdiq edildiyindən kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Ona görə də kassasiya şikayətinin bu hissəsi təmin edilməməlidir. Kassasiya şikayətinin digər dəlili cinayət işi üzrə cəzanı yüngülləşdirən halları nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzaların aşağı həddindən də az cəza təyin edilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş ci nayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə təqsirləndirilən şəxs x1 cinayət əməlini törətdikdən sonra Cəbrayıl rayon polis şöbəsinə könüllü gəlib təqsirini boynuna almasını CM-nin 59.1.10-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən e dilməmişdir. Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxs x1 CM-nin 29,120.1 və 127.2.1-ci maddələrində nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən ona cinayətlərin məcmusu üzrə qəti cəza müəyyən edilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2018-ci il tarixdən hesablanmalı, xüsusilə ağır cinayət törətdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs x1 Həsənliyə təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 60.1 və 63.3cü maddələrinin tələbini nə zərə almışdır. Belə ki, təqsirləndirilən şəxs x1 Həsənliyə qəsdən adam öldürmə cinayətinə cəhdə görə təyin edilən cəzanın müddəti CM-nin 120.1ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin (on dörd ilin) dörddə üçündən (on il altı aydan) çox ola bilməz. Bundan əlavə, CM-nin 60.1-ci maddəsinin tələbinə görə x1 cəzasını CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş yüngülləşdirən hal olduğundan və cəzasını ağırlaşdıran hallar olmadığından ona CM-nin 29,120.1-ci maddəsi ilə təyin olunan cəzanın müddəti on il altı ayın dörddə üçündən, yəni 7 il 10 ay 15 gündən çox ola bilməz. Eyni ilə ona CM-nin 127.2.1-ci maddəsi ilə təyin edilən cəzanın müddəti həmin maddədə nəzərdə tutulmuş 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni 3 il 9 aydan çox ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə yuxarıda göstərilən əsaslarla məhkumun hüquqi vəziyyətini yüngülləşdirən cəzalar təyin etmişdir. Göstərilənlərdən başqa məhkumun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Ona görə də məhkumun cəzasının daha da yüngülləşdirilməsi, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı hədlərdən də az cəzalar təyin edilməsi barədə kassasiya şikayətinin dəlilləri də əsassız hesab edilir və təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunla rın pozulması, x1nun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum x1nun müdafiəçisi-vəkil Babayev Bəxtiyar Rəhim oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. x1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci və 127.2.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegix8 xx xxxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar