Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-660/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun müdafiəçisi-vəkil Hüseynov Azad Məmmədhüseyn oğlunun iştirakları ilə, Lənkəran Ağ ır Cinayətlər Məhkəməsinin 04 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Hüseynov Azad Məmmədhüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər:X.A.Nuriyev (sədrlik edən), O.Y.Cəlilov və N.F.Quliyevdən ibarət tərkibdə) Məhkum - 09 iyun 1986-cı ildə Astara rayonun Təngərüd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu Təngərüd kəndində qeydiyyatda o lmaqla həmin ünvanda yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 06 dekabr 2019-cu il tarixdə saat 15 radələrində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-təsir maddəsinin ümumi miqdarı 18,08 qram təşkil edən, 451 ədəd bütov halda, 2 ədəd isə 0,5 hissələrə bölünmüş, üzərində “F/M40” göstəricisi olan, eyni tərkibli, dairəvi formalı, zavod üsulu ilə hazırlanmaya xarakter, narkotik vasitə olan metadon həblərini əldə edərək bir ədəd göy rəngli sellofan torbanın içərisində saxlamaqla üzərində daşımış, o, 08 dekabr 2019-cu il tarixdə saat 18 radələrində Astara rayonu Pensər kəndində olarkən bu barədə daxil olmuş əməliyyat məlumatı əsasənda Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılmış, şübhəli şəxs qismində tutulmaqla üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən bir ədəd bükümdə göstərilən miqdarda metadon həbləri əynində olan gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum tərəfindən verilmiş ap elyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: R.M.Cəfərov (sədrlik edən), E.Ə.Camalov və İ.H.Əhmədovdan ibarət tərkibdə) 19 oktyabr 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Hüseynov Azad Məmmədhüseyn oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi-vəkil Hüseynov Azad Məmmədhüseyn oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, cinayət təqibi üzrə materialların 73-cü səhifəsindən göründüyü kimi məhkum edilmiş şəxs Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkir, psixo trop maddə hesab olunan metadondan asılılıq sindromlu narkomaniya xəstəsidir. İş materiallarında hər hansı bir digər şəxslə sövdələşmə, razılığa gəlmə, mənfəət əldə etməni təsdiq edən sübutlara rast gəlinmədiyindən məhkumun əməlinə hüquqi qiymət verilərkən tövsif olaraq CM-in 234.4.3 maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli idi. Həmçinin kassasiya müəllifi qeyd edir ki, yalnız subyektiv mülahizələrə söykənən satış faktı sübutlarla öz təsdiqini tapmamış, əksinə şahid qismində dindirilmiş Astara RPİnin əməkdaşlarının ayrı-ayrı vaxtlarda vermiş olduğu ziddiyətli ifadələr digər sübutlarla öz təsdiqini tapmamaqla yanaşı olaraq cinayət işi materiallarında olan tutma protokolunda məhkum edilmiş şəxs Məhkum Astara rayon PŞ-də üzərinə keçirilmiş baxış, 08 dekabr 2019-cu il ta rixdə saat 18.00-a təsadüf edir. Baxmayaraq ki, iş materiallarında əməliyyat məlumatına istinad edilərək onun Astara rayon Pensər kənd ərazisində saxlanması polis əməkdaşlarının ifadələri ilə təsdiqlənsə də bu barədə sənədləşmə aparılmamış, əməliyyat məlumatına istinad edilsə də iş materiallarında heç bir rəsmi sənədlər təqdim edilməmişdir. Həmçinin sübutların qiymətləndirilməsi zamanı CPM-in 145.3-cü maddəsinin tələbləri pozulmuş, şahid qismində ifadə verən Astara rayon Polis şöbəsinin əməkdaşları X2 və X3 məhkəmə istintaqı zamanı ilkin istintaq zamanı verdikləri ifadəyə ziddiyyət təşkil edən ifadələr verməklə digər sübutlarla aradan qaldırıla bilməyən ittihamın sübutunda şübhələr yaratmışdır. Məhkum edilmiş şəxs Məhkum mütəmadi olaraq ünsiyyət dili olaraq istifadə etmiş olduğu dil talış dili olmuşdur. Azərbaycan dilində danışmaqda və qavramaqda çətinlik çəkməsi nəzərə alınmamış, mütəxəssislə təmin edilməsi barədə vermiş olduğu şifahi vəsatətlər qeydə alınmamaqla baxılmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qərarını kassasiya qaydasında ləğv edərək birinci və ya apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul eedilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiy a şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlə ri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətl əri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apelyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apelyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum qeyd o lunan cinayət əməlini törətməsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Kassasiya şikayətinin dəlilləri əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər əsassız olduğundan təmin edilməməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri ü zrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli təhlil edən məhkəmə kollegiyası hesab edir ki, məhkumun şəxsi istehlak miqdarından dəfələrlə artıq - külli miqdarda, hissələrə bölünməklə sellofan torbalarda saxlanmış metodon həblərini şəxsi istehlak məqsədilə əldə etməsi barədə kassasiya şikayətinin dəlilləri özünümüdafiə xarakterli, məhkumun cəzasını yüngülləşdirmək məqsədilə irəli sürülmüş dəlillər olduğundan təmin edilməmildir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, məhkum Qasımov Səxavət Ziyafət oğlunun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Hüseynov Azad Məmmədhüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-660/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-660/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver