Məhkəmə qərarları › İş №1(102)-660/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-660/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-660/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nemətov Məhəmməd Nəsir oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəmə sinin 24 may 2019-cu il tarixli hökm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4 və 150.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli (hakimlər R.Sadıxov (sədrlik edən), F.Qəribov və Ə.Hacıyev) hökmü ilə xx.xx.1974-cü il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, xxx qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4 və 150.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.6, 120.2.9-cu maddələri ilə 17 (on yeddi) il müddətinə, Azərbaycan Respublikası CM-nin 149.2.4-cü maddəsi ilə 07 (yeddi) il müddətinə, Azərbaycan Respublikası CM-nin 150.2.4-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilməsi, təyin olunmuş cəzaların qismən toplamaqla qəti olaraq Məhkum 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza müddətinin əvvəlinin “18” aprel 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlan ılması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-14/2020 saylı, 23 iyun 2020-ci il tarixli qərarı (hakimlər E.Əhmədov (sədrlik edən və məruzəçi), F.Zeynallı və M.Rzayev) ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4 və 150.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmünün dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9-cu maddələri ilə təyin edilmiş 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasının 16 (on altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasının 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hökm üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının hazırki qərarla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4-cü maddələri ilə təyin edilmiş cəzalarla qismən toplanılmaqla, üzərində qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 18 aprel 2018-ci il tarixdən hesablanması, hökmün qalan hissəsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)322/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərarı (hakimlər F.Kərimov (sədrlik edən), Ş.Yusifov və N.Mövsümov) ilə Məhkum müdafiəçisi - vəkil Bayramzadə Xanlar Əsgər oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4 və 150.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020ci il tarixli qərarının kassasiya protestinə münasibətdə ləğv edilməsi və işin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 202 2-ci il tarixli, 1(105)-93/2022 saylı qərarı ilə Məhkum və müdafiəçisi Bayramzadə Xanlar Əsgər oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-235/19 saylı, 24 may 2019-cu il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmünə əsasən, Məhkum təqsirli bilinərək ona görə məhkum olunmuşdur ki, o, özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan XX.XX.1931-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xüsusi amansızlıqla zorlayaraq ona qarşı seksual xarak terli zorakılıq hərəkətləri etmiş və xüsusi amansızlıqla zorlama və seksual xarakterli zorakılıq hərəkətlərilə əlaqədar qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Məhkum orta-ağır dərəcəli sərxoşluq vəziyyətində olaraq bibisi Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq qərarına gəlmiş, bu məqsədlə fərdi qaydada taksi sürücüsü işləyən, Qırmızı Sloboda qəsəbə sakini Şahid4 idarə etdiyi “Daewoo Leganza” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bibisi, XX.XX.1931-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qohumlarının məzarını ziyarət etmək adı ilə 17 aprel 2018-ci il tarixdə 21 radələrində Mirzəməmmədkənd kəndində yerləşən “Yəhudi” qəbirstanlığının qarşısına apararaq, sürücü Şahid4 10 dəqiqəyə gələcəklərini deyərək avtomobildən düşərək bibisi ilə qə birstanlığın həyətinə daxil olmuşlar. Bundan sonra o, mərhum qardaşı Raxamin Migirovun məzarı yanında yaşı ilə əlaqədar qoca olmaqla müqavimət göstərmək imkanına malik olmayaraq özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan, XX.XX.1931-ci il təvəllüdlü, 87 yaşlı bibisi Zərərçəkmiş şəxs qarşı müstəsna rəhmsizlik və qəddarlıq göstərib ona xüsusi əzab verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla zorlamaq və seksual xarakterli zorakı hərəkətlər etmək, habelə qəsdən öldürmək məqsədi ilə sonuncuya yumruğu və əli ilə çoxsaylı zərbələr vuraraq ona uşaqlıq yolu girəcəyində solda səthi əzilmiş yaradan və həmin yara ətrafında qançır-hematomadan, gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızmadan, hər iki göz orbitinin hematomasından, burunun əzilmiş yarasından, sifətin çoxsaylı sıyrıq və qançırdan, başın ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarasından, başın yumşaq toxumalarının alt səthində çoxlu qansızmadan, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızmalardan, döş və qarın hissədə yumşaq toxumalar altında qansızmadan, hər iki tərəfdən qabırğaların çoxlu sınıqlarından və həmin sahələrdə qabırğaarası yumşaq və əzələ toxumalarına geniş qansızmadan, qarın boşluğunda 1300 ml-ə yaxın sərbəst qanın əmələ gəlməsindən, dalağın toxumasının əzilib-cırılmasından ibarət birlikdə canlı şəxslərdə həyat üçün təhlükə törətdiyindən ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib sonuncunu yarıçılpaq vəziyyətə gətirərək zorla təbii yolla və seksual xarakterli zorakılıq hərəkətləri edib zorla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, daha sonra isə yarıçılpaq vəziyyətdə sərx oşluğu səbəbindən Zərərçəkmiş şəxs üzərində yuxuya getmişdir. Məhkum və Zərərçəkmiş şəxs 40 dəqiqədən artıq qəbirstanlıqda olduqlarına və geri qayıtmaqdıqlarına görə narahat olub qəbirstanlığın qarşısında gözləyən taksi sürücüsü Şahid4 bu barədə Quba RPŞ-nin ərazidə xidmət göstərən və həmin qəbirstanlığın yanından xidməti avtomaşınla keçən Post Patrul Xidməti Taborunun polis nəfərləri Şahid5 və Şahid8 məlumat vermiş və sonuncularla birlikdə qəbirstanlığa daxil olarkən, Zərərçəkmiş şəxs yerdə yarıçılpaq vəziyyətdə uzandığını, Məhkum isə yarıçılpaq vəziyyətdə onun üzərində olduğunu aşkar edərək, Məhkum qadının üzərindən qaldılaraq, post-patrul avtomobilinə, Zərərçəkmiş şəxs isə Quba rayon mərkəzi xəstəxanasına aparmışlar. 18 aprel 2018-ci il tarixdə gecə saat 01:55-də Zərərçəkmiş şəxs hadi sə zamanı ona Məhkum tərəfindən yetirilən ağır xəsarətlərlə əlaqədar başın küt travmasından baş beyin toxumasına qansızma səbəbindən müalicə aldığı Quba rayon mərkəzi xəstəxanasında ölmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Qasımlı Anar Elman oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki cinayət işi üzrə Məhkum verilmiş ittiham əsassızdır və onun əməlində istinad olunan maddələrin tərkibi yoxdur. Belə ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum məhkəmədə bibisi Zərərçəkmiş şəxs zorlamayaraq öldürməməsi, ona verilmiş ittihamın Moskvadakı yəhudi oliqarxları tərəfindən verilmiş sifariş olması barədə ifadələrini tədqiq edərkən, bunların Məhkum ifadəsindən başqa heç bir sübutla təsdiq edilmədiyini nəzərə alır. Məhkəmənin gəld iyi bu nəticə guya iş üzrə dindirilmiş şahidlərin, ekspertlərin ifadələri, həmçinin Məhkum özünün şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələri, ifadənin yerində yoxlanılması və hadisə yerinə baxış protokolları, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizalarının, məhkəmə tibbi-kriminalistik ekspertizasının, məhkəmə-tibbi bioloji ekspertizasının, lifli materialların tədqiqi ekspertizasının, məhkəmə genetik ekspertizasının rəyləri ilə təsdiq olunur. Lakin istintaqda toplanmış sübutların əksinə olaraq demək olar ki, cinayət işinin materiallarında 2-ci cild səhifə 46-da olan 8 may 2018-ci il tarixli 10203 nömrəli ekspert rəyindən görünür ki, Surxayevin təqdim edilmiş sağ və sol əl barmaqlarına məxsus dırnaq nümunələri üzərində heç bir lif mikro hissəsicikləri yoxdur. Digə r 18 aprel 2018-ci il tarixli 1341 saylı ekspert rəyindən görünür ki, müstəntiq tərəfindən “Mişi İlyaquviçin cinsi əlaqədə ola bilməyə malikdirmi və ya o, cinsi əlaqədə ola bilərmi?” sualına ekspert tərəfindən konkret münasibət bildirilməmiş və göstərilmişdir ki, onun xarici cinsi sahəsində cinsi əlaqədə olmağa maneəçilik törədə bilən hər hansı travmatik və dəyişikliklər aşkar olunmamışdır. İstintaqda və məlikəmə iclasında dindirilən təqsirləndirilən şəxs Məhkum İlyaquviçin bildirmişdir ki, o, cinsi əlaqədə olmaq qabiliyyətinə malik deyildir, yəni impotent xəstəliyinə düçardır. Lakin nə istintaq orqanı, nə də məhkəmə istintaqında dindirilən ekspertlər bu fikirlə əlaqədar qəti mövqelərini bildirməmişlər. Digər 17 may 2018-ci il tarixli 18/188 L nömrəli ekspert rəyində göstərilir ki, Məhkum İlyaquviçindən götürülmüş qan nümunəsində DNT profili əldə olunmamışdır. Zərərçəkmiş şəxsmn meyitinin müayinəsi zamanı qasıq nahiyəsində aşkar edilmiş 1 ədəd tük nümunəsi üzərində müqayisəli molekulyar-genetik ekspertizanın keçirilməsi üçün kifayət qədər insana məxsus bioloji mənşəli material yoxdur. Həmin nümunə üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır. Həmçinin, Zərərçəkmiş şəxsmn meyitinin müayinəsi zamanı uşaqlıq yolundan götürülmüş 2 ədəd tənzif tampon və arxa keçəcəyindən götürülmüş 1 ədəd tənzif tampon üzərində olan bioloji mənşəli material Surxayevaya məxsusdur. Həmin tamponlar üzərində Məhkum İlyaquviçə məxsus bioloji mənşəli material aşkar edilməmişdir. 27 aprel 2018-ci il tarixli Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya ElmiTəcrübi və Tədris b irliyinin verdiyi rəydən görünür ki, uşaqlıq yolun möhtəviyyatı, digər tampon üzərində isə spermatozoidlər aşkar olunamamışdır. İstintaqın gəldiyi nəticə üzrə əgər yetirilən xəsarətlər Məhkum tərəfindən yetirilmişdirsə, daşıma və ya hər hansı bir müqavimət göstərmək hallan var idisə, o halda Surxayevanın dırnaq nümunələri üzərində lif mikrohissəcikləri olmuş olardı. Göründüyü kimi əl barmaqları üzərində Məhkum məxsus hər hansı bir əlamət aşkar edilməmişdir. X1 verdiyi ifadə ziddiyyətli olmaqla məhkəmə tərəfindən şüphə altına alınmalı, verilmiş ekspertiza rəyi sübutlar siyahısından çıxarılmalı idi. Belə ki, heç bir istintaq materialı ilə Məhkum tərəfindən bibisinə hər hansı alətlə xəsarət yetirməyi və onla cinsi əlaqədə olmaq cəhdi müəyyən edilməmişdir. Həm istintaq orqanı, həm məhkəmə Məhk um qarşı sürülən ittihamları fərziyyələr əsasında qurmuşlar. Ekspertin bildirdiyi kimi onun cinsi əlaqədə olmaq imkanı yoxlanılmamışdır. X2 verdiyi ifadədən də göründüyü kimi Məhkum məxsus olan sperma meyit üzərində aşkar edilməmiş, kimə məxsus olması isə nə istintaq orqanı, nə də məhkəmə tərəfindən müəyyən edilmişdir. Məhkum istintaq zamanı bildirmişdir ki, onu zəhərləyiblər, lakin ekspert rəyindən göründüyü kimi istintaq orqanı qəsdən zəhərlənmə barədə verdiyi ifadəni nəinki araşdırmış, qəsdən bu faktı gizlətmişdir. Müstəntiq Şahid1 AR cinayət prosessual qanunvericiliyinin tələblərini kobud surətdə pozmuş, çəkilişi protokollaşdırmamış, qəbrin yanından götürülmüş spirtli içki şüşəsi ilə əlaqədar və Məhkum zəhərlənməyi ilə əlaqədar fikirləri aydınlaşdırmamış, ekspertiza təyin etməmiş, şəki llərin çoxusunu gizlətmiş, işə əlavə etməmişdir. Qəsdən, bilə-bilə yalnız ziddiyyətli ifadələr verən polis işçilərinin ifadələrini əsas götürüb istintaqı bir tərəfli qaydada aparmış və saxta protokollar tərtib etməklə Məhkum qarşı əsassız və qanunsuz ittiham irəli sürmüşdür. Həmçinin, tərəfimizdən Sumqayıt Apellyasiya Məhkəməsinə iş materiallarında olan sübutların ətraflı araşdırılması üçün sübutlar təqdim edilmiş, bizim vəsatətimizlə bəzi ekspertlər və şahidlər dindirilsə də, təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlər verilsə də, vəsatətlərimiz məhkəmə tərəfindən təmin edilməmiş, əsassız, qanunsuz qərar çıxarılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarını ləğv edib, cinayət işinin yeni ap ellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi Nemətov Məhəmməd Nəsir oğlu çıxış edərək, kassasiya şikayətini müdafiə etdiyini, Məhkum günahsız olduğunu, Rusiya Federasiyasında qəsdən adam öldürməyə görə cəza çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasına deportasiya edildiyini, daha sonra öldürdüyü şəxsin yaxınları xüsusi oyun quraraq cinayəti məhkumun üzərinə yıxdıqlarını bildirib, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edil ən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhk əmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsu satları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ict imai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonr a şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli ol an şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı o lması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilm iş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya m əhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla zorlayaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi və xüsusi amansızlıqla zorlama və seksual xarakterli zorakılıq hərəkətlərilə əlaqədar qəsdən öldürməsi, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi ilə bağlı verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş məhkum və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməllər inə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4 və 150.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığı, bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqca dan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Məhkəmə kollegiyasi qeyd edir ki, əməlin xüsusi amansızlıqla adam öldürmə (Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi) kimi qiymətləndirilməsi üçün təqsirləndirilən şəxsin cinayətkar qəsdinin həyata keçirilməsi üçün seçdiyi üsulun dəqiqləşdirilməsi zəruridir, yəni təqsirləndirilən şəxs digər şəxsi öldürməyə yönəldilmiş əməli o halda xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilə bilər ki, cinayətin törədilmə üsulu, şəraiti, ölümün baş vermə faktı təqsirkar tərəfindən dərk edilir və o, öz əməlini xüsusi amansızlıqla həyata keçirdiyini dərk edir. “Xüsusi amansızlıq” anlayışı tibbi yox, hüquqi anlayış olduğuna görə onun müəyyən edilməsi məhkəmə tibb ekspertizasının deyil, istintaq və m əhkəmə orqanlarının səlahiyyətlərinə daxildir. Təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işində olan «hadisə yerinə baxış keçirilməsi haqqında» 18 aprel 2018-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi ərazisində, Quba-Qusar avtomobil yolunun sağ kənarında yerləşən qəbirstanlıqda yerləşir. Həmin yerdə yaşlı bir qadının bel nahiyəsindən aşağı tam çılpaq vəziyyətdə, bel nahiyəsindən yuxarıda isə paltarlarının boyun nahiyəsinədək yuxarıçəkilmiş vəziyyətdə olmaqla hərərəkətsiz vəziyyətdə arxası üstə uzandığı yerin 1 metr sağında, üzərində heç bir yazı olma yan qəbir, qadından 3,5 metr sağda isə baş daşının üzərində “X6” yazısı olan qəbir vardır. Baxış zamanı uzanıqlı vəziyyətdə olan qadının ayaq tərəfində yerdə bir ədəd qəhvəyi rəngli cib dəsmalı, üzərində “West” yazısı olan siqaret qutusu, sağ tərəfdə bir ədəd qırmızı rəngli “Samsung” yazısı olan telefon, bir ədəd üzərində “Cromax” yazısı olan telefon, iki ədəd qara rəngli başmaq, baş tərəfində qara qadın alt paltarı, kalqotkası, üzərində qızılı rəngli dişlər olan diş protezi, saç darağı və iki ədəd qadın yay ayaqqabısı vardır. Həmçinin qadının uzanıqlı vəziyyətdə olduğu yerin 1 metr məsafəsində olan, üzərində heç bir yazı olmayan qəbirin üzərində 1 ədəd qara rəngli, üzərində ağ dairələr olan, 1 ədəd tünd göy rəngli naxışlar olan, 1 ədəd tünd qarışıq rəngli üzərində buta naxışları olan qadı n baş örtükləri, iki ədəd qaşları olan düymə, 1 ədəd “West” yazısı olan siqaret, sellofan torba, 1 ədəd üzərində “Amiqo” yazısı olan şüşə butulka, bir parça çörək tikəsi, iki ədəd plastik stəkan aşkar olunmuşdur. Qeyd olunan əşyalar iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən Quba RPŞ-nin polis nəfəri, polis serjantı Şahid5 qadını aşkar edərkən onun üzərində orta yaşlı, yarıçılpaq vəziyyətdə, sərxoş halda bir kişinin də olduğunu və həmin şəxsin patrul avtomobilində olmasını bildirmişdir. Patrul avtomobilində olan şəxs xx.xx.1974-cü il təvəllüdlü Məhkum, çılpaq vəziyyətdə uzanan qadın isə onun bibisi Zərərçəkmiş şəxs olmuşlar. Məhkum spirtli içki qəbul etdiyindən hansı məqsədlə qəbiristanlıqda olduqları barədə heç bir söz deyə bilməmişd ir. Cinayət işində olan xx.xx.2018-ci il tarixli, 209 saylı «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından müəyən olunur ki, Məhkum orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işində olan lifli materialların tədqiqi ekspertizasının 08 may 2018-ci il tarixli, 10203 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs məxsus paltarlardan qara rəngli donu və böyük baş yaylığı üzərindən tapılmış boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Məhkum idman gödəkcəsinin və alt tumanın tərkib liflərinə uyğun gəlir. Məhkum boz rəngli idman gödəkcəsi üzərindən tapılmış tünd göy rəngli yun liflər cinsi əlamətinə görə Zərərçəkmiş şəxs jaketinin tərkib liflərinə uyğun gəlir. Zərərçəkmiş şəxs təqdim olunmuş sağ və sol əl barmaqlarına məxsus dırnaq nümunələri üzərində lif mikrohiss əcikləri yoxdur. Cinayət işində olan kompleks ambulator məhkəmə-psixiatrik-psixoloji ekspertizasının xx.xx.2018-ci il tarixli, 923 saylı rəyindən müəyyən olunur ki, Məhkum halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Məhkum həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Məhkum cinayət hadisəsini törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Məhkum adi alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkum törətdiyi cinayət hadisəsini xatırlamaması adi alkoqol sərxoşluğu nəticəsində yaranmış amneziya ilə əlaqədardır. Məhkum adi alkoqol sərxoşluğu vəziyyətində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkum hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkum məcburi müalicəyə ehtiyacı yoxdur. O, cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə Məhkum günahsız olduğu, Rusiya Federasiyasında qəsdən adam öldürdüyünə görə öldürdüyü şəxsin yaxınları xüsusi oyun quraraq cinayəti onun üzərinə yıxdıqları, bibisi Zərərçəkmiş şəxs zorlamayaraq öldürməməsi barədə ifadələrini tədqiq edərkən, bunların Məhkum ifadəsindən başqa heç bir sübutla təsdiq edilmədiyini müəyyən edir. Məhkəmənin gəldiyi bu nəticə iş üzrə dindirilmi ş şahidlərin, ekspertlərin ifadələri, ifadənin yerində yoxlanılması və hadisə yerinə baxış protokolları, həmçinin Məhkum özünün şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələri, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizalarının, məhkəmə tibbi-kriminalistik ekspertizasının, məhkəmətibbi bioloji ekspertizasının, lifli materialların tədqiqi ekspertizasının, məhkəmə genetik ekspertizasının rəyləri ilə tam təsdiq olunduğu qənaətinə gəlinir. Göründüyü kimi, Məhkum məhkəmə baxışları zamanı qeyd olunduğu kimi cinayət əməlini qurma olması və onun üzərinə yıxılmaq istənilməsi barədə ifadələr verməklə özünü məhkəmə istintaqında həmin cinayət əməlini törətməməsi ilə əlaqədar özünümüdafiə xarakterli ifadələr versə də məhkəmə baxışı zamanı həmin ifadələr iş üzrə araşdırılan mötəbər s übutlarla nəinki öz təsdiqini tapmamış, hətta təkzib olunmuşdur. Həmçinin apellyasiya məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Məhkum 17 aprel 2018-ci il tarixdə özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla zorlayaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi və xüsusi amansızlıqla zorlama və seksual xarakterli zorakılıq hərəkətlərilə əlaqədar qəsdən öldürməsi, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi tam təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qərarın işin halları hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Beləliklə, müdafiə tərəfinin kassasiya şikayətində qeyd etdiyi Məhkum cinayət əməli törətməməsi və ona irəli sürülmüş ittihamın cəfəngiyyatdan ibarət olması ilə bağlı iddialar tamamilə əsassızdır və təmin olunmamalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərindəki dəlillərinə qiymət verərək qeyd edir ki, CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötə bərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Eyni zamanda, kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi k assasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassas iya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, tə qsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM- nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosess ual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökm ilə Azərbaycan Respublikası C inayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4 və 150.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar