Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-660/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli hökmündən Məhkum və Zərərçəkmiş şəxs qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim Zaur Tağıyev) xx.xx.2023-cü il tarixli 1(003)-364/2023 nömrəli hökmü ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Bakı Aqro MMC-də bitki baxıcısı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən görə, Azərbaycan Respublikası CMin 306.1-ci maddəsi ilə irəli sürülmüş itt iham üzrə bəraət verilmişdir.. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihama əsasən Məhkum məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Məhkum 27000 manat məbləğində borc pul vəsaitini və ödənilmiş 27 manat məbləğində dövlət rüsumunu Zərərçəkmiş şəxs qızına ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(103)-6975/2020 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 3(003)-1157/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat, bund an başqa həmin rayon məhkəməsinin 06 may 2022-ci il tarixli, 3(003)692/2022 saylı qərarına əsasən 700 manat, bundan əlavə qeyd edilən rayon məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 3(003)-1220/2022 saylı qərarına əsasən 600 manat məbləğində cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 23 noyabr 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirməklə, borcunu ödəməməklə qeyd edilən məbləğdə tələbkara maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilm işdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 1(103)-1598/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(003)-364/2023 saylı hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qızı kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli hökmünün dəyişdirilməsi və məhkum barəsində 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin hökmü əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş 27 avqust 2021-ci il tarixli arayışla Məhkum 22 aprel 2020-ci il tarixdən Abşeron rayonu, Zirə kəndi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus istixanada fəhlə işlədiyi, 390,96 manat əmək haqqı aldığı, 29 noyabr 2022-ci il tarixli arayışla isə sonuncunun 16 avqust 2022-ci il tarixdən "xxxx" MMC-də bitki baxıcısı işlədiyi və 499 manat əmək haqqı aldığı müəyyən edilmişdir. Dəfələrlə Xəzər rayon İcra Şöbəsinə müraciət edilərək, tələbin əmək haqqına yönəldilməsi xahiş olunmuş, cinayət işinin materialları və təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş qəbzlər ilə müəyyən edilir ki, Məhkum tərəfindən ümumilikdə 1750 manat ödəniş edilmişdir. Göründüyü kimi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır. Məhkumun icra sənədi icra etməməsi onun maddi vəziyyəti ilə əlaqədardır. Belə ki, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə özgəninkiləşdirilməsi halı iş üzrə müəyyən olunmamışdır. Məhk umun həmçinin icra sənədini icra etmək üçün lazımi vəsaitə malik olması müəyyən edilməmişdir. Bununla da, Məhkum əməlində CM-in 306-cı maddəsi ilə nəzərdə tutulan cinayət əlamətlərinin olması müəyyən olunmur və tərkib yaranmır. Zərərçəkmiş şəxs qızı kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini onunla əsaslandırmışdır ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar mövcuddur (61.1.13cinayətin müqaviləyə əsasən, təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi), lakin hakimin işə humanist yanaşmasından və özünün də qeyd etdiyi kimi, məhkumun qadın olması səbəbi ilə hisə qapanaraq, səhv qərar qəbul etmişdir. Belə ki, zərərçəkmiş şəxs Məhkum etimad göstərərək notariat kontoruna gedib “borcun etira fı haqqında” müqavilə bağlamış, müqavilənin şərtlərinə əsasən qeyd edilən borcu Məhkum 30 iyul 2019-cu il tarixədək tam olaraq ona qaytaracağını öz üzərinə götürmüşdür. Məhkum müqavilənin şərtlərinə əməl etmədiyi üçün aidiyyəti üzrə zərərçəkmiş şəxs tərəfindən məhkəməyə verilmiş və Bakı Apellyasiya Məhkəməsi 24 sentyabr 2020-ci il tarixli qətnaməyə əsasən 27.000 manat borc və 27 manat dövlət rüsumunun Məhkum tutularaq zərərçəkmiş şəxsə ödənilməsi barədə qərar vermişdir. Məhkum təyin edilmiş borcu icra şöbəsinə hissə-hissə olmaqla 1750 manat məbləğində etmişdir, halbuki borcun hissə-hissə ödənilməsi barədə zərərçəkmişlə məhkum arasında hər hansı bir razılaşma və ya məhkəmə aktı olmamışdır. Bundan başqa məhkəmə Məhkum qadın olmasını cəzanı yüngülləşdirən hal kimi göstərməklə, cinsi ayrıseçki liyə yol verilmişdir. Həmçinin qəbul olunmuş 4 məhkəmə aktı onu göstərir ki, məhkum müqavilə öhdəliyi üzrə təyin edilmiş borcu ödəmək iqtidarındadır, lakin o, qərəzli olaraq icra sənədini icra etmədiyi üçün məhkəmələr tərəfindən inzibati tənbeh növündə cəza almışdır. Belə ki, məhkum qeyd edilən borcu bütöv şəkildə ödəyə bilmədiyi təqdirdə məhkəməyə müraciət etmək hüququ olduğu halda, qəsdli olaraq zərərçəkmişə borcun qaytarılmaması üçün bunu etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiy a instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili cinayə t işində təqsirsiz olduğuna baxmayaraq, onun barəsində ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə qiymət verərək iş materiallarına əsasən qeyd edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə 27.000 (iyirmi yeddi min manat) borc məbləğinin Məhkum tutularaq Zərərçəkmiş şəxs qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1157/2021 saylı, 13 sentyabr 2021 tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında ol an Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-692/2022 saylı, 06 may 2022-ci tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 700 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)l220/2022 saylı, 19 avqust 2022-ci tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 600 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 3(103)-2362/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-l 157/2021 saylı, 13 sentyabr 2021 tarixli qərarı dəyişdirilmədən saxlanılmış, yəni Apellyasiya Məhkəməsi də təsdiqləmişdir ki, icra sənədi üzrsüz səbəbdən icra olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 no yabr 2005-ci il tarixli, 4 saylı “Məhkəmə Qətnaməsi” haqqında Plenum qərarına əsasən məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qətnaməsində 27.000 manat borc məbləğinin tam şəkildə Məhkum tutularaq, Zərərçəkmiş şəxs qızına ödənilməsi göstərilmiş, tələbkarın mənafeyi nəzərə alındığından borc məbləğinin hissə-hissə ödənilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının “İcra haqqında” qanunun 15-ci m addəsinə əsasən borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar icra məmuru tərəfindən məcburi icra tədbirləri vasitəsilə də icra sənədinin icrasını mümkün etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə işdə iştirak edən şəxslər tərəfindən ərizənin verilməsi istisna edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi tələbkarın mənafeyini ümumiyyətlə nəzərə almamış, müxtəlif vaxtlarda ödənilmiş cüzi məbləğə görə yanlış olaraq təqsirləndirilən şəxsin “qərəzli” olmaması qənaətinə gəlmiş, apellyasiya məhkəməsinin qətnaməsində borc məbləğinin tam şəkildə ödənilməsinin qət edilməsini, təqsirləndirilən şəxsin qətnamənin icrasına möhlət verilməsi ilə bağlı məhkəməyə müraciət etməməsini, Məhkum İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3 dəfə inzibati qaydada cərimə edilməsini, qərardan şikayət verilməsinə baxmayaraq, apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmasını, aldığı əmək haqqına münasibətdə qətnamə icraya yönəldikdən sonra ödənilmiş məbləğin çox az olması xüsusatlarını ümumiyyətlə nəzərə almamışdır. Yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlmək olar ki, Məhkum bir neçə dəfə cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıql ar edilməsinə baxmayaraq, sonuncu öz hərəkətlərini davam etdirməklə, cərimələr ödəməklə borcunu isə ödəməməklə, tələbkara maddi ziyan vuraraq, məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bi r əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbayc an Respublikası CM-in 306.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından göründüyü k imi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüq uqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Zərərçəkmiş şəxsin kassasiya şikayəti və kassasiya şikayətinə əlavə Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə daha ağır cəza təyin edilməsi barədə verilmişdir. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin ağırlığına, işin hallarına və onun şəxsiyyətinə öz yüngüllüyünə görə uyğun gəlmir. Bu səbəbdən, ona üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ic timai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respubl ikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən ası lıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayətin xa rakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun qadın olmasını və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası (iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Hökmlərdən görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məh kum barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxla nılsın. Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-660/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-660/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver