Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-660/2025 03.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxsin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1446/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiy a protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XXXX il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, X ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq X ünvanında yaşamışdır. 2. 27 mart 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 16 may 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət iş i məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, etibardan sui-istifadə etmə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs 1 ona qarşı yaranmış etibarından sui-istifadə edərək, sonuncuya əri İbrahim Bağırovu həbsdən azad etdirəcəyinə dair yalan vəd verib inandıraraq 2021-ci ilin iyun ayının ortalarında Nigar Bağırovanın yaşadığı BaX ünvanında yerləşən evində 5.000 manat, 2021-ci ilin avqust ayında həmin ünvanda 10.000 manat, sonuncu dəfə 28 avqust 2021-ci il tarixdə həmin ünvanda 3.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs 1 ümumilikdə 18.000 manat məbləğində xeyli miqdarda mad di ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs 2 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncuya bacısı oğlunu həbsdən azad etdirəcəyinə dair yalan vəd verib inandıraraq 10 sentyabr 2021-ci il tarixdə X ünvanında yerləşən mənzildə 15.100 manat, 12 sentyabr 2021-ci il tarixdə həmin ünvanda 1.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs 2 ümumilikdə 16.100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs 3 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncunu 1 saylı “ASAN xidmət” mərkəzinə işə düzəldəcəyinə dair yalan vəd verib inandıraraq 2021- ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 13 saylı ünvanda yerləşən “X” restoranının qarşısında 6.000 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərər çəkmiş şəxs zəərçəkmiş şəxs 3 ümumilikdə 6.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxsin ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncuya məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən Xaşaxuna bağları adlanan ərazidə 90 ha torpaq sahəsinə sənədləşmə aparacağına dair yalan vəd verib inandıraraq 2021-ci ilin dekabr ayının sonlarında X ünvanında yerləşən evində 20.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərər çəkmiş şəxsə ümumilikdə 20.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışları təqsirləndirilən şəxs və şahid ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs 3 ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncunun tanışı olan və hazırda Daxili İşlər Orqanlarında xidmət aparan x Azərbaycan Respublika sı Daxili işlər Nazirliyinin Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinə köçürülməsinə yalandan vəd verib inandıraraq 02 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 15 ünvanında yerləşən “Gloria” kafesinin yaxınlığında zərərçəkmiş şəxs 3 tanışı şahiddən 15.000 manat pulu, 2022-ci ilin avqust ayının sonunda Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 15 ünvanında yerləşən “Gloria” kafesinin yaxınlığında zərərçəkmiş şəxs 3 tanışı şahiddən 5.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs 3-ə ümumilikdə 20.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-8/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 04 (gün) müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 yanvar 2024-cü il tarixdən hesablanması, (mülki cavabdeh) Məhkumda n 20.000 (iyirmi min) manat maddi ziyanın tutularaq zərərçəkmiş şəxsə (mülki iddiaçı) ödənilməsi hökm edilmişdir.
6. Həmin hökmlə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi hökm edilmişdir.
7. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkumun müdafiəçisi Adıgözəlov Əli Adıgözəl oğlu apellyasiya şikayəti və ona əlavə verərək hökmün ləğv edilməsi, zərərçəkmiş şəxsə aid epizod üzrə Məhkuma bəraət verib barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz etməklə yeni hökm çıxarılmasını xahiş etmişdir.
8. Hökmdən həmçinin dövlət ittihamçısı apellyasiya protesti veri b, hökmün Vəliyev Seymur Rafaeloviçə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə bəraət verilməsinə dair hissədə ləğv edilməsini, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə Vəliyev Seymur Rafaeloviçin və Məhkunun verilmiş ittihama uyğun olaraq təqsirli bilinib məhkum olunmaları barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1446/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkumun müdafiəçisi Adıgözəlov Əli Adıgözəl oğlunun verdiyi apellyasiya şikayəti və əlavə qismən, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti tam təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-8/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli h ökmünün ləğv edilməsi və yeni hökmün çıxarılması, Məhkumun Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun ümumilikdə ev dustaqlığında və həbsdə saxlanıldığı 01 (bir) il 03 (üç) gün müddətin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 02 (iki) il 06 (altı) günün ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkumun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, d ərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, (mülki cavabdeh) Məhkumdan 20.000 (iyirmi min) manat maddi ziyanın tutularaq zərərçəkmiş şəxsə (mülki iddiaçı) ödənilməsi hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
10. Həmin hökmlə təqsirləndirilən şəxs də Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur.
11. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
12. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, törədilməsi şəraitinə uyğun deyil, məhkəmə tərəfindən yekun məh kəmə aktı qəbul edilərkən cinayət qanunvericiliyinin təməl prinsiplərindən olan humanizm və ədalətlilik arasında taraz saxlanılmadan sonuncuya münasibətdə ədalətsiz cəza təyin olunmuşdur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1446/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli hökmünün Məhkuma təyin edilmiş cəzaya aid hissədə ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya icraatında zərərçəkmiş şəxs (mülki iddiaçı) şifahi formada kassasiya protesti ilə razı olduğunu, vurulması məhkəmə qərarı ilə təsdiq olunmuş maddi ziyanın əvəzinin indiyədək ona ödənilmədiyini, məhkum Məhkumun qərəzli formada bunun edilməsindən boyun qaçırdığını bildirib, protestin təmin edilməsini məhkəmə dən xahiş etmişdir.
14. Kassasiya protestinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən a zından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxs Məhkuma təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPMnin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
20. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1446/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli hökmünün qanun iliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
21. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısın ın alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
22. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
23. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə t əyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
24. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin maraqlarının müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
26. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun isla h edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
27. Məhkuma daha ağır cəza təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşmır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğun deyil.
28. Belə ki, kassasiya protestindən aydın olduğu kimi, dövlət ittihamçısı məhkum edilmiş şəxs Məhkuma azadlıqdan məhrum etmə cəzası ilə müqayisədə daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin əsassızlığını xüsusilə onda görür ki, məhkəmə onun zər ərçəkmiş şəxsə vurduğu maddi ziyanın ödənilməsindən boyun qaçırdığını nəzərə almamışdır.
29. Kassasiya protestinin dəlilləri qeyd olunan cinayət-hüquqi normalara əsaslanmaqla və baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsi məhkum Məhkumun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində üç azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını (dörd epizod üzrə), zərərçəkmiş şəxslər ilə barışmasını və onlara cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmiş, onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mü mkün olması qənaətinə gəlmişdir.
30. Eyni zamanda zərərçəkmiş şəxs (mülki iddiaçı) cinayət mühakimə icraatında mülki iddia ilə müraciət etmiş, hökm üzrə mülki iddia təmin olunaraq, vurulmuş 20.000 (iyirmi min) manat məbləğində maddi ziyanın məhkum Məhkumdan onun xeyrinə tutulması qərara alınmışdır.
31. Cinayət işinin materiallarından həmçinin aşkar edilir ki, məhkum X zərərçəkmiş şəxs olduğu epizod üzrə özünü təqsirsiz hesab etməklə bu əməli törətmədiyinə görə əməlindən peşman olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs isə onunla məhkum arasında barışığın əldə olunmadığını, vurulmuş maddi ziyanın ona ödənilmədiyini, məhkum barəsində şikayətçi olduğunu və maddi ziyanın əvəzini tələb etdiyini məhkəmənin nəzərə çatdırmışdır (eyni xüsusiyyətləri zərərçəkmiş şəxs kassasiya icraatında da təkrarla mışdır).
32. Zərərçəkmiş şəxsin kassasiya icraatı zamanı bildirdiklərinin yoxlanılması və mülki iddia üzrə verilmiş icra sənədinin icra vəziyyətinin öyrənilməsi ilə bağlı Bakı şəhəri Xətai rayon İcra şöbəsinə sorğu göndərilmiş, icra şöbəsindən məhkəməyə daxil olmuş 02 aprel 2025-ci il tarixli, 297700/2024-1-001 nömrəli məktubda göstərilmişdir ki, icra sənədinin icrası ilə bağlı 08 oktyabr 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclunun yerini müəyyən etmək mümkün olmadığı üçün 12 dekabr 2024-cü il tarixdə barəsində axtarış qərarı qəbul edilərək, Şahbuz Rayon Polis Şöbəsinə göndərilmişdir.
33. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin zərərçəkmiş şəxsə aid epizod üzrə mövcud olan cinayət işinin hallarını kifayət qədər nəzərə almadan məhkum Məhkuma dah a yüngül cəza təyin etməsi barədə gəldiyi nəticə, mübahisə doğurmaqla yanaşı həmçinin məhkumun islah olmaqdan boyun qaçırmasına, eləcə də qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməsindən qərəzli formada imtina etməsi ilə yeni cinayətin törətməsinə yol açmışdır. Kollegiyanın fikrincə, baxılan cinayət işinin hallarına münasibətdə, məhkum Məhkuma azadlıqdan məhrum etmə cəzasına nisbətdə daha yüngül cəzanın təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi ilə müəyyən edilən ədalət prinsipinə cavab verən və cəzanın məqsədlərini təsvir edən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərini lazımınca təmin edən nəticə hesab edilə bilməz.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarətdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № 15, § 45, 24 dekabr 2021-ci il).
35. Qeyd olunanlar kassasiya protestinin əsaslı olduğuna, baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət və Cinayət-Prosessual Məcəllələrinin yuxarıda göstərilən maddələrinin tələblərinin və mövcud məhkəmə təcrübəsinin pozulmasına, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (yuxarıda qeyd olunan məsələnin araşdırılması məqsədilə apellyasiya baxışının təkrarlanmasını) tələb edən hala yol verildiyinə dəlalət edir.
36. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1446/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli hökmü Məhkuma təyin edilmiş cəzaya aid hissədə ləğv edilməli, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tuta raq, məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1446/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli hökmü Məhkuma təyin edilmiş cəzaya aid hissədə ləğv edilsin, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.