Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-661/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1986-cı il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, fərdi qaydada işləyən, ünvan qeydiyyatda olan və ünvan 1 yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: Ə.Məmmədov (sədrlik edən), F.Qəribov və T.Hüseynov) Məhkum əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilərək, Məhkum CM-nin 234.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay m üddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi, CMnin 67-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə onun üzərində saxlanılmış, lakin çəkilməmiş 6 il 8 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasının qismən birləşdirilməsi və ona qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın çəkilməsinin əvvəli 07 iyul 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya prote sti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), N.R.Mövsümov və V.C.Cəfərov) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, xx.xx.2019-cu il tarixdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində istintaqla müəyyən edilməyən şəxsdən iki büküm narkotik vasitə olan heroini və bir büküm psixotrop maddə olan metamfetamini 200 manat pul müqabilində əldə edib üzərində saxlayaraq əynindəki yay köynəyinin sol döş cibində daşımış, bir büküm narkotik vasitə olan heroini özü qəbul etmiş, xx.xx.2019-cu il tarix də Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu MD 23 ərazisində saxlanılaraq Abşeron rayon Pİ-nin inzibati binasına gətirilib, orada xidməti otaqda üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli qısaqol yay köynəyinin sol döş cibindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxladığı bir bükümdə təmiz çəkisi 4.750 qram qəhvəyi rəngli tozşəkilli tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil edilən bir bükümdə təmiz çəkisi 1.450 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psi xotrop maddə olan metamfetamin, habelə əynindəki tünd rəngli cins şalvarın sol yan cibindən üzərində psixotrop maddə olan metamfetaminin izləri olan «Mini Digilalpocei scale, model DS- 22» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Nəticədə təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Məhkum üzərində aşkar edilmiş narkotik vas itənin şəxsi istehlak miqdarından 31 dəfə çox olması, psixotrop maddənin külli miqdara yaxın olması, habelə üzərində elektron tərəzinin olması onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Lakin bu hal məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları norm alarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilir. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıx ara bilər. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilərək məhkum etmiş, apellyasiya instansiya məhkəməsi isə əsaslı olaraq gəlinən nəticəni qüvvəsində saxlamışdır. Belə ki, cinayət işinin materiallarını təhlil edən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, Məhkum CM-in 234.1-ci maddəsi ilə ver ilmiş ittiham toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17335 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Məhkum üzərindən aşkar edilmiş» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1.450 qram olan ağ rəngli kristallardan ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 (bir ədəd bükümdə təmiz çəkisi 4.750 qram olan qəhvəyi rəngli tozşəkilli maddə - tiryəkdən kustar üsulla ha zırlanmış narkotik vasitə heroindir. Həmin zərfdə olan 1 (bir) ədəd «Mini Digitalpocet scale, model DS -22» markalı elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir. (cild 1. iş vərəqə 34-37) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara də yişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında psixotrop maddələrin siyahısında MDMA-nın çəkisinin 0.03 qramdan yuxarı, metamfetaminin 0.15 qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, MDMA-nın çəkisinin 05 qramdan yuxarı, metamfetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, xx xxxx 2011-ci il tarixli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum polis əməkdaşları tərəfindən tutulmazdan 1 (bir) gün əvvəl, yəni xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində olduğu vaxt 200 (iki yüz) manata qanunsuz olaraq 2 (iki) büküm narkotik vasitə heroin və 1 (bir) büküm psixotrop maddə metamfetamin əldə etmiş, üzərində sa xlamış və daşımışdır. Məhkum xx xxxx 2019-cu il tarixdə əldə etdiyi 2 (iki) bükümdə olan narkotik vasitə olan heroinin 1 (bir) bükümünü istifadə etmişdir. xx xxxx 2019-cu il tarixdə Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum Abşeron rayonunda MD 23 ərazisi kimi tanınan yerdə saxlanılmış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis idarəsində Məhkum əynindəki göy rəngli qısaqol yay köynəyinin sol döş cibindən 1 (bir) bükümdə təmiz çəkisi 4.750 qram olan narkotik vasitə heroini, 1 (bir) bükümdə təmiz çəkisi 1.450 qram olan psixotrop maddə olan metamfetamini və əynindəki tünd rəngli cins şalvarın sol yan cibindən elektron tərəzini çıxararaq, kö nüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. İbtidai istintaq orqanı Məhkum satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə nəticəyə gələrkən onun üzərində aşkar edilmiş 1 (bir) bükümdə narkotik vasitə heroinin külli miqdarda, yəni 4.750 qram olmasına və onun üzərindən, həmçinin elektron tərəzinin olmasına, eləcə də elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izlərinin olmasına istinad etməklə kifayətlənmiş, Məhkum satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsini saxlamasını və daşımasını təsdiq edən başqa sübutlar əldə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitənin çəkisi və təqsirləndirilən şəxsin üzərində elektron tərəzinin olması özlüyündə şəxsin narkotik vasitəni satış məqsədi il ə üzərində gəzdirməsi anlamına gəlmir. Belə ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılığın əldə edilməsi də zəruridir. Lakin ittiham tərəfi qeyd edilən xüsusatı təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, Məhkum narkomaniya xəstəliyinin olması və onun tərəfindən 2 (iki) büküm narkotik vasitə əldə edildikdən sonra 1 (bir) büküm narkotik vasitəni qısa müddət ərzində qəbul etməsi ona dəlalət edir ki, Məhkum satış məqsədi ilə deyil, istifadə etmək üçün narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası Məhkum aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qeyd edilən ölçülərdə olmaqla külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış məqsədi ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum həmin psixotrop maddələri və narkotik vasitələri məhz satmaq məqsədi ilə əldə etmiş olduğu barədə heç bir mötəbər sübut əldə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq,yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasi ya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu
Məhkəmə qərarları › İş №1(102)-661/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-661/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver