Məhkəmə qərarları › İş №1(102)-661/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-661/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-661/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, məhkumun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs1 nümayəndəsi X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, Saat lı Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən birgə, Zərərçəkmiş şəxs1 və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Saatlı Rayon Məhkəməsinin (hakim: X4) 30 iyun 2020-ci il tarixli hökmü ilə 06 avqust 1995-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Saatlı rayonunun qeydiyyatda olmaqla həmin kən ddə yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət tərkibdə) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi təyin edilmiş cəza 1 (bir) ilə qədər azaldılmış, cəzaçəkmə müddəti nin əvvəlinin 30 iyun 2020-ci il tarixdən hesablanması nəzərə alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum edilmişdir ona görə ki, o, cavabdeh kimi ondan 17070 manatvə 700 ABŞ dolları borc icra olunduğu günə olan Azərbaycan Respublikası manatının məzənnəsi ilə tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Saatlı Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 2(055)-56/2018 saylı, 4680 manat borcun alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli 2(055)-58/2018 saylı və 3000 manat borc alınaraq iddiaçı Zərərçəkmiş şəxs3 oğlunun xeyrinə ödənilməsinə dair Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli 2(055)-59/2018 saylı qətnamələrinin icrası ilə bağlı icra məmurunu n qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 25 fevral 2019-cu il tarixdə Saatlı Rayon Məhkəməsinin 3(055)-84/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs tənbehi ilə tənbeh olunmasına və qətnamələrdə göstərilən tələbləri icra etməsi üçün ona dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Saatlı Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 2(055)-56/2018 saylı qətnaməsi üzrə 17070 manat və 700 ABŞ dolları, 24 yanvar 2018-ci il tarixli 2(055)-58/2018 saylı qətnaməsi üzrə 4680 manat və 24 yanvar 2018-ci il tarixli 2(055)-59/2018 saylı qətnaməsi üzrə 3000 manat məbləğində borcunu tələbkarlara ödəməyərək məhkəmə qətnamələrini qərəzli o laraq icra etməmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən birgə, Zərərçəkmiş şəxs1 və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayətləri verilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum hərəkətlərində CM-nın 306.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Məhkum Məhkəmənin qətnaməsini qəsdən, bilərəkdən və qərəzli olmadan yəni ondan aslı olmayan səbəblərdən icra etməmişdir. Yəni onun məhkəmə qətnaməsini qərəzli və qəsdən icra etməməsi sübut olunmur. Belə ki, Məhkum zərərçəkmiş Səyid Əlizadəyə 8000 manat pula bərabər tutulan öz qazel markalı yük avtomaşınını verməsi Şirvan Apellyasiya məhkəməsind ə Səyid Əlizadənin öz ifadəsi ilə təsdiq olunmuşdur. Lakin icra hərəkəti aparılarkən bu ümumi borcdan çıxılmamışdır və maşının borc əvəzi olaraq Səyid Əlizadəyə verilməsi icra vərəqəsi üzrə borcun ödənilməsi demək idi. Lakin birinci instansiya və apellyasiya məhkəməsində işə baxılarkən bu hal nəzərə alınmamışdır. Digər halda zərərçəkmişlərin heyvanları ilə yüklü olan Məhkum idarə etdiyi Qazel markalı avtomaşın avtoqəza nəticəsində aşaraq su arxına düşmüş, maşında olan heyvanlar tələf olmuş və nəticədə 22000 manat məbləğində zərər yaranmışdır. Lakin bu hal Məhkəmə tərəfindən nəzərə alınmamışdır. Digər halda Məhkum məhkəmənin qətnaməsini hissə-hissə icra etmək barədə Saatlı rayon məhkəməsinə ərizə vermiş lakin ərizəsi təmin olunmamışdır. Bu fakt onu göstərir ki, Məhkum məhkəmə qətnaməsinin i cra etməkdən qəsdən və qərəzli olaraq boyun qaçırmamışdır, əksinə məhkəmə qətnaməsinin icra etmək üçün özündən aslı olan bütün hərəkətləri etmişdir. Bununlada sübut olunur ki, Məhkum hərəkətlərində CM-nın 306.1 maddəsinin tərkib əlamətləri yoxdur. Müdafiəçi Məhkum şizofreniya paranoid formalı xəstə olmasını, əvvəllər məhkum olunmadığını, himayəsində bir uşağının olmasını və başqa nikahdan olan iki uşağına da aliment verməsini, Aprel döyüşlərində iştirak etməsini nəzərə alaraq əməlində Azərbaycan Respublikası CM-nın 306.1 maddəsinin tərkib əlamətləri olmadığına görə məhkum olunmuş şəxs Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qərarını ləğv edərək Məhkum bəraət verilməsinə dair qərar qəbul eedilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 kassasiya şikayətində qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 1(106)395/201 saylı qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə azadlıqdı məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməlidir. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 2(055)56/2018 saylı qətnaməsi icraya yönəldikdən sonra təxminən 3 il müddətinə Məhkum qətnamə ilə qət edilmiş məbləğdən ona heç bir məbləğ ödəməmişdir. Dəfələrlə icra məmurları tərəfindən Məhkum xəbərdarlıq edilməsinə, barəsində inzibati qaydada protokol tərtib edilməsinə baxmayaraq Məhkum qərəzli şəkildə qətnaməni icra etməkdən boyu n qaçırmışdır. Apelyasiya instansiya məhkəməsi hazırki iş üzrə heç bir aidiyyəti olmayan halları yüngülləşdirici hal kimi sadalayaraq sonda məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirilməsi qənaətinə gəlmişdir. Saatlı Rayon Məhkəməsinin 30 iyun 2020-ci tarixli hökmü ilə Məhkum 02 il müddətinə azadlıqdı məhrum etmə cəzası təyin edildikdən sonra cinayət işi üzrə apelyasiya instansiyası məhkəməsinin yekun qərarı qəbul edilən vaxta qədər tam 4 aylıq müddət ərzində Məhkum atası və digər ailə üzvləri tərəfindən mənə heç bir məbləğdə ödəniş edilməməsinə baxmayaraq nədənsə apelyasiya instasiya məhkəməsi Məhkum cəzasının yüngülləşdirilməsi qənaətinə gəlmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktını qərəzli şəkildə icra etməyən bir şəxsə yüngül cəza təyin edilm əsi ədalətsizlikdir. Zərərçəkmiş şəxs Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 1(106)395/202 laylı qərarını ləğv edərək Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasını təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 birgə verdikləri kassasiya şikayətində göstərmişdirlər ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə tamamilə qanunsuzdur. Saatlı Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən Məhkum ona 17.000 manat və 1700 ABŞ dolları pul ödəməli idi. Qətnamə icraya yönəldikdən sonra təxminən 3 il müddətinə Məhkum qətnamə ilə qət edilmiş məbləğdən onlara heç bir məbləğ ödəməmişdir. Dəfələrlə icra m əmurları tərəfindən Məhkum xəbərdar edilməsinə, barəsində inzibati qaydada protokol tərtib edilməsinə baxmayaraq Məhkum qərəzli şəkildə qətnaməni icra etməkdən boyun qaçırmışdır. Apelyasiya instansiya məhkəməsi hazırki iş üzrə heç bir aidiyyəti olmayan halları yüngülləşdirici hal kimi sadalayaraq sonda məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirilməsi qənaətinə gəlmişdir. Bundan əlavə apellyasiya instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, guya Məhkum atası dəfələrlə Yusifin onlara olan borcunu hissəhissə ödəmək üçün müraciət etmişdir. Bildirmək istəyirik ki, məhkəmənin istinad etdiyi bu halda tamamilə əsassızdır. Belə ki, Məhkum, nə də onun atası Asif Curayev heç vaxt onlara real olaraq pul ödəməyiblər. Dəfələrlə pul ödəyəcəklərinə dair şifahi vədlər versələr də vədlərini reallaşdırmay ıblar. Qeyd olunanların nəzərə alınmasını, Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 1(106)395/202 laylı qərarını ləğv edərək Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasını təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə zərərçəkmiş şəxslərin və nümayəndənin, zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin t əmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və y a kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyas iya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirlil iyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, məhkumu ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadəsi ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, üzləşdirmə protokolları, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları habelə digər sənədlərlə təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası zərərçək miş şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərində qeyd olunmuş cəzanın yüngül olması və məhkəmələr tərəfindən ədalətsiz qərar qəbul edilməsinə dair müddəalarla razılaşmayaraq həmin kassasiya şikayətlərinin təmin olunmasını məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər c inayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökm ü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təc rübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş Materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Məhkum cəza təyin edərkən Məhkum düşdüyü vəziyyətin ağırlığına baxmayaraq tələbkarlara olan borcunun bir hissəsini ödəmiş olması, borcun və icra sənədinin yaranmasının bədbəxt hadisə ilə bağlı olması, Məhkum şizofreniya xəstəliyindən əzab çəkməsi, Məhkum cəzasını çəkib qurtardıqdan sonra borcunu hissə hissə ödəmək niyyətində olmasını nəzərə alaraq onun cəzasını yüngüllə şdirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsi 30 oktyabr 2020ci il tarixli qərarı ilə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar