Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-661/2023 16.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, bəraət almış şəxs Məhkum və onun müdafiəçisi – X15 Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun D övlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ş.Əliyev, hakimlər H.S.Əliyev və F.Z.Hümbətovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxx 1995-ci il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan1ndə qeydiyyatda olmaqla həmin ünvan1də yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.O.Əsgərova, hakimlər E.G.Rəhimov və R.Ə.Ağayevdən ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. Bəraət almış şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya protestinə qarşı etiraz vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı azərbaycan Respublikası Cinayət Məcəlləsinin234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsaasən o, təkrarən satış məqsədi ilə qanunsuz ol araq narkotik vasitəni əldə edib saxlamaqla daşımış və satmışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq 350,0 (üç yüz əlli) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, 01 yanvar 2021-ci il tarixdə saat 20 radələrində qeyd olunan narkotik vasitəni 50 (əlli) manat pul müqabilində ünvan3 yaxınlığında yerləşən əkin-torpaq sahəsində X3, 02 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X12 rayonu ünvan4 ərazisində tutularaq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 22:04 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zam an əlində gəzdirdiyi üzərində “mister tum” yazısı olan ağ və sarı rəngli sellofanın içərisindən ümumi təmiz çəkisi 350,0 (üç yüz əlli) qram bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, 02 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan4, X18 küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında tutularaq rayon polis şöbəsinə gətirilməklə, 03 yanvar 2021-ci il tarixdə, saat 00:09 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi üzərində “spiçki balabanovskie” sözləri yazılan bir ədəd kibrit qutusunun içərisinə baxıldıqda satış məqsədi ilə əldə etdiyi ümumi təmiz çəkisi 6,412 (altı tam mində dörd yüz on iki) qram bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Məhkum tərəfindən yuxarıda təsvir edilən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllərin törədilməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlib, ona Cinayət Məcəlləsini n 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, həmin nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin və müdafiəçinin kassasiya protestinə qarşı etirazının dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzrdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq Məhkum ibtidai istintaqda təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, onun ifadələrinin yerində yoxlanılmasına dair protokolu, X5, Şahid1 ifadələrini, Məhkum 02 yan var 2021-ci ildə Şamaxı şəhərində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında tutulub Şamaxı Rayon Polis Şöbəsinə gətirildikdən sonra onun üzərində 03 yanvar 2021-ci ildə saat 00.09-da şəxsi axtarışın və götürmənin aparılmasına dair protokolu mötəbər sübutlar kimi qəbul etməyib, Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gələrək ona bəraət vermiş, apellyasiya instansiyası məhkəməsi isə həmin əsassız və qanunsuz bəraət hökmünü dəyişdirilmədən saxlamaqla eyni pozuntulara yol vermişdir. Bəraət hökmünün və onun dəyişdirilmədən saxlanılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının yekun qərarının əsassız olduğunu dövlət ittihamçısı həmçinin onunla əsaslandırmışdır ki, Məhkum barəsində cinayət işinə baxan məhkəmələr X5 barəsində çıxarılmış Şamaxı Ra yon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmünün və hökmün dəyişdirlməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2021-ci il tarixli yekun qərarının preyudisial əhəmiyyətini nəzərə almamışlar. Halbuki, həmin aktlarla XXX41 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu hökm və qərarla Məhkum 01 yanvar 2021-ci ildə saat 20 radələrində XXX25a 50 manat müqabilində 350 qram qurudulmuş marixuana satması müəyyən olunmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Bəraət almış şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya protestinə qarşı etiraz verərək, əsassız olduğu üçün protestin təmin olunmamasını, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçıs ı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində nəzər də tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən ş əxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, Məhkum 1 yanvar 2021-ci ildə saat 20 radələrində ünvan4 yaxınlığında 350 qram qurudulmuş marixuananı 50 manata X2, habelə Məhkum 2 yanvar 2021-ci ildə saat 23 radələrində Şama xı şəhərində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında tutulub Şamaxı Rayon Polis Şöbəsinə gətirildikdən sonra onun üzərində 03 yanvar 2021-ci ildə saat 00.09-da videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərindəki kibrit qutusunda saxladığı 6,412 qram qurudulmuş marixuananın aşkar edilib götürülməsi (müvafiq olaraq da həmin narkotik vasitəni əldə etməsi, saxlması, daşıması) sübuta yetirilməmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakılardan çıxış etmişlər. Cinayət təqibi orqanı Məhkum ona isnad edilən əməlləri törətməsinə dair ittihamı Məhkum ibtidai istintaqda verdiyi etirafedici ifadələri, bu ifadələrin yerində yoxlanılmasına dair protokollar, Məhkum Şamaxı Rayon Polis Şöbəsində 3 yanavr 2021-ci ildə saat 00:09- da kibrit qutusunun içərisində olan 6,412 qram qurudulmuş marixuananın götürülməsinə dair “şəxsi axtarış və görürmə barədə” 3 yanvar 2021-ci il tarixli protokol, bu tədbir nəticəsində götürülmüş maddi sübut, şahidlərin (tədbirin keçirilməsində iştirak etmiş polis əməkdaşlarının), habelə X5 ifadələri ilə, eləcə də məhkəmə ekspertizalarının rəyləri ilə əsaslanıdrmışdır. Lakin, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum məhkəməyədək icraatda “etirafedici” ifadələri polis əməkdaşlarının qanunsuz təsirinə, o cümldən buraxacaqlarını vəd edib aldatmalarına görə verdiyini; əslində ittihamda göstərilən vaxtdan əvvəl və Şamaxı şəhərində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında deyil, Sabirabad rayonu ndan Şamaxı rayonuna qayıdarkən Sabirabad rayonunun ərazisində mülki geyimdə olan polis əməkdaşları tərəfindən tutulduğunu və ittihamda təsvir edilən cinayətləri törətmədiyini; 2 yanvar 2021-ci ildə polis əməkdaşı (həmin vaxt polis əməkdaşı olduğunu bilmədiyi) Şahid2 təxminən saat 16 radələrində onun ***-***-**-** nömrəli mobil telefonuna zəng etməsindən və onun üçün narkotik vasitə tapmasını deməsindən sonra Şahid2 təşkil etdiyi XXX25dan qurudulmuş marixuananın əldə edilməsinə dair tədbirə Şahid2 onu aldatması nəticəsində cəlb edildiyini və Şahid2lə, habelə həmin vaxt onun avtomobilində olan tanışı XXX31lə birlikdə öz avtomobilini Şamaxı yolunun kənarında qoyaraq Şahid2 “VAZ-2106” markalı avtomobili ilə XXX25un yaşadığı ünvan27nə getdiklərini və orada Şahid2 XXX36dan qurudulmuş marixuana əldə edib onun özünə də bir siqaret narkotik vasitə verdiyini; Sabirabad rayonundan Şamaxı rayonuna qayıdarkən yolda (Sabirabad rayonunda) 4 nəfər sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər tərəfindən saxlanılıb təxminən saat 20 radələrində özünün və XXX31in Şamaxı Rayon Polis Şöbəsinə gətirildiyini; polis şöbəsinə gətirilməsinin və orada Şahid2 ona yolda verdiyi bir siqaret marixuananı, avtomobilinin “pult”unu və mobil telefonunu polis əməkdaşlarına onların tələbi ilə verdiyini, lakin bunların rəsmiləşdirilmədiyini və ona müdafiəçinin təqdim olunmadığını; polis əməkdaşları onlara XXX30ın lazım olduğunu bildirdiklərini və XXX30a mobil telefonla zəng edərək sonuncudan narkotik vasitə istəməyi tapşırdıqlarını; mobil telefonunun hesabında pul olmadığını bildirdikdə XXX45 adlı polis ə məkdaşının onun mobil telefonuna 1 manat pul yüklədiyini və bundan sonra məcburiyyət qarşısında XXX30a zəng edib narkotik vasitə almaq istədiyini bildirdiyini; eyni zamanda mobil telefonla həmkəndlisi XXX15a zəng edib polisdə olduğu üçün yolun kənarında qoyduğu avtomobilini götürüb evə aparmağı xahiş etdiyini; XXX32un da onun tutulması barədə atasına məlumat verdiyini; təxminən saat 21 radələrində polis əməkdaşları ilə birlikdə iki avtomobildə XXX30gilə yola düşdüklərini və onun yol boyu XXX30la telefonla əlaqə saxladığını; təxminən saat 22 radələrində XXX30 evinin qarşısına çıxdıqda polis əməkdaşları tərəfindən saxlanıldığını və onların geri qayıdaraq təxminən saat 23 radələrində Şamaxı Rayon Polis Şöbəsinə çatdıqlarını; polis şöbəsində aldadıldığını və bunun təsiri altında əslində polis əməkdaşı XXX45ın ona verdiyi bir kibrit qutusundakı marixuananın özünə məxsus olmasını bildirməklə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı guya özünə məxsus olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etdiyini; 48 saat saxlanıldıqdan sonra məhkəmə həbs qətimkan tədbiri seçməkdən imtina etdiyi üçün azadlığa buraxıldığını; lakin XXX25 özü barəsində aparılan istintaqın gedişində (təxminən istintaqın başlmasından 3 ay keçidkdən sonra) ona bötan atıb guya 1 yanvar 2021-ci ildə ondan 50 manata 350 qram qurudulmuş marixuana alması barədə ifadə verdiyi üçün yenidən tutulduğunu; əslində 1 yanavr 2021-ci ildə özünün XXX30la ümumiyyətlə görüşmədiyini və mobil telefonla əlaqə saxlamadığını göstərmişdir. Birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla Məhkum məhz məhkəmə istinataqı nın gedişində verdiyi ifadəsinin işin həqiqi hallarını əks etdirdiyi, ittihamın isə gercək olmayan və yaxud şübhəli faktiki hallar və onlarla uzlaşdırılmış (əslində, həqiqəti əks etdirməyən sübutlar) üzərində qurulduğu müəyyən edilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X4 XXX36in göstəridklərini təsdiq edərək bildirmişdir ki, Məhkum taksi sürücüsü kimi 25 manat müqabilində onu ünvan21nə aparmış, qayıdarkən Məhkum işi çıxıdığı üçün ünvan20nə doğru getmişlər. Yolda onlar maşından düşmüş və başqa şəxsin idarə etdiyi “VAZ 2106” markalı avtomobilə minərək birlikdə ünvan20nə getmişlər. ünvan22ndə XXX35 və avtomobili idarə edən şəxs maşından düşüb birlikdə harasa getmiş, bir qədər sonra geri qayıtmış və birikdə yola düşmüşlər. Yolda olarkən təxminən saat 17 radələrində yolun kənarı nda dayanmış avtomobildən düşmüş bir neçə şəxs onları saxlamış, Məhkum və onun özünü Şamaxı Rayon Polis Şöbəsinə aparmışlar. Bir gün sonra onun özünü evə buraxmışlar. Məhkəmə baxışı zamanı "xxxx" MMC-dən alınmış 28 aprel 2022-ci il tarixli 7367 nömrəli məlumat və "xxxx" ASC-dən alınmış 12 iyun 2022-ci il tarixli məktub əsasında müəyyən edilmişdir ki, 2 yanvar 2021-il tarixdə saat 18.32-də Məhkum məxsus ***-***-**-** nömrəli mobil telefonun hesabına Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 bank kartından 1 manat pul yüklənmişdir. Məhkəmədə baxılmış "xxxx" MMC-dən götürülmüş “izahlı qaimə hesabatı”na əsasən 2 yanvar 2021-ci il tarixdə Məhkum məxsus ***-***-**-** nömrəli mobil telofonla XXX25un istıfadəsində olmuş ***-***-**-** mobil telefon arasında olan saat 12:14-dən başlayan əlaqələr saat 18.32-dən, yəni polis əməkdaşı Şahid1 tərəfindən Məhkum mobil telefon nömrəsinin hesabına 1 manat yükləndikdən sonra xüsusi ardıcıllıqla davam etdirilmiş, saat 20:50-20.55 arasında hər iki mobil nömrə ünvan20nin ərazisində istifadə edilmiş, saat 20:55-dən sonra Məhkum telefon əlaqələri dayanmış və ancaq 04 yanvar 2021-ci ildə (məhkəmə tərəfindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edildiyi tarixdə) bərpa olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsinə görə 2 yanvar 2021-ci il tarixdə Məhkum onun istifadəsində olan ***-***-**-** və yaxud ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq yolun kənarında qoyduğu avtomobilini sürüb evə aparmasını xahiş etmiş, o, Məhkum valideynlərindən ehtiyat açarları götürüb avtomobili Məhkum evinə sürmüş, Məhkum ona zəng edib Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulduğunu bildirmiş, həmin gün təqribən saat 21-22 radələrində o, və Məhkum valideynləri birlikdə Şamaxı RPŞ-nə getmişlər. Məhkəmədə baxılmış "xxxx" MMC-dən alınmış “izahlı qaimə hesabatı”na əsasən Məhkum ***-***-**-** nömrəli mobil telefonu ilə XXX15un ***-***-**-** nömrəli mobil telefonu arasında 2 yanvar 2021-ci ildə saat 20:01-də telefon əlaqəsi olmuşdur. Qeyd olunan sübutlar açıq-aşkar Məhkum ittiham aktında göstərildiyi yerdə və vaxtda (2 yanvar 2021-ci ildə saat 23-də Şamaxı şəhərində “Azpetrol” yanacaqdoldurma məntəqsinin yaxınlığında) və Şamaxı Rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiq olunmuş 2 yanvar 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərarda bəyan edilmiş məqsəd (Məhkum ifşa olunması) üçün deyil, 2 yanvar 2021-ci il saat 23-dən bir neçə saat əvvəl (hər halda onun mobil telefonunun hesabına XXX25la danışması və ondan narkotik vasitə istəməsi üçün Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 tərəfindən 1 manat pul yükləndiyi saat 18:32-dən əvvəl) XXX25un ifşa olunması məqsədi ilə saxlanıldığını və həmin vaxtdan etibarən polisin nəzarəti altında olduğunu təsdiq etdiyi üçün məhkəmə tamamilə haqlı olaraq ittiham aktında təsvir edilən hadisənin olmasının (Məhkum özü barəsində keçirilən əməllliyat axtarış tədbiri ilə əlaqədar 2 yanvar 2021-ci ildə saat 23-də Şamaxı şəhərində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılıb Şamaxı Rayon Polis Şöbəsinə gətirilməsinin və orada 03 yanvar 2021-ci ildə keçirlən “şəxsi axtarış” nəticəsində ondan kibrit qutusundakı 6,412 qram qurudulmuş marixuananın “götürülməsi”nin) sübuta yetirilməməsi, ittiham aktında təsvir edilən həmin halları həqiqət kimi təqdim edən (əslində həqiqəti təhrif edən) sübutların isə, o cümlədən şahidlər (polis əməkdaşları) Şahid1 və Şahid2 ifadələrinin, şəxsi axtarış və götürmə barədə 3 yanvar 2021-ci il tarixli protokolun, eləcə də Məhkum ibtidai sitintaqda verdiyi etirafedici ifadələrinin, onun ifadələrinin yerində yoxlanılmasına dair protokolların qeyri-mötəbər, yol verilməyən sübutlar olması haqqında nəticəyə gəlmişdir. Eynilə, məhkəmənin Məhkum 350 qram qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməsinin, üzərində saxlamaqla daşımasının və 1 yanvar 2021-ci ildə saat 20 radələrində ünvan4ndə 50 manata X1 sübuta yetirilməməsinə, bu ittihamın əsasına qoyulan XXX25u n ifadəsinin qeyri-mötəbər sübut olmasına və XXX36un Məhkum əleyhinə ifadə verməsinin Məhkum onun ifşa olunmasında rol oynamasından irəli gəlməsinə dair nəticəsi də məhkəmədə baxılmış sübutlarla və onların əsasında müəyyən edilmiş işin həqiqi halları ilə uzlaşan, tamamilə qanuni və əsaslı nəticədir. Belə ki, XXX25 məhkəmədə (o cümlədən, özü barəsində CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılarkən) verdiyi ifadəsində 1 yanvar 2021-ci ildə Məhkum ***-***-**-** nömərli mobil telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edib görüşməyi təklif etməsindən sonra həmin gün təxminən saat 20 radələrində ünvan4nin ərazisində Məhkumlə görüşüb ondan 50 manat pulun müqabilində 350 qram qurudulmuş marixuananı əldə etdi yini göstərsə də, o, özü barəsində olan ********* nömrəli cinayət işi üzrə aparılmış ibtidai istintaqın ilk 3 ayı ərzində həmin narkotik vasitəni tapması barədə ifadə vermişdir. Bundan başqa, məhkəmə Şamaxı Rayon Məhkəməsində baxılmış XXX25un barəsində olan cinayət işinin materiallarına baxış keçirməsi nəticəsində müəyyən etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperiza Mərkəzinin 27 yanvar 2021-ci il tarixli 7/65 nömrəli rəyinə əsasən XXX25dan götürülmüş 350 qram qurudulmuş marixuana və Məhkum götürülən narkotik vasitə kimi kimi rəsmiləşdirilmiş 6,412 qram qurudulmuş marixuana eyni tərkibli deyillər. Həmçinin, məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMC-dən əldə olunmuş “izahlı qaimə faktura”ya əsasən müəyyən olunmuşdur ki, 1 yanvar 2021-ci ildə XXX36un istifadə et diyi ***-***-**-** nömrəli və Məhkum istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonlar arasında ümumiyyətlə əlaqə olmamışdır. Eyni zamanda məhkəmə onu da müəyyən etmişdir ki, ibtidai istintaq materiallarında olan "xxxx" MMC-dən Şamaxı Rayon Polis Şöbəsinə 18 yanvar 2021-ci ildə 1250 nömrəli məktubla daxil olan “CD”-yə baxış keçirilməsi haqqında 8 aprel 2021-ci il tarixli protokolda “CD”-də olan məlumatların ziddinə olaraq, yəni 1 yanvar 2021-ci ildə XXX36un istifadə etdiyi ***-***-**-** nömrəli və Məhkum istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonlar arasında əlaqə olmadığı halda, bu nömrələr arasında 01 noyabr 2020-ci il tarixdən 02 yanvar 2021-ci il tarixədək (yəni, o cümlədən 1 yanvar 2021-ci ildə) mütəmadi olaraq qarşılıqlı zənglərin olduğu göstərilmişdir. Təsvir edilən halların fonunda birinci instansiya məhkəməsinin təqdim olunmuş sübutların Məhkum ona isnad edilən cinayət əməllərini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi və bu nəticə ilə apellyasiya instansiyası məhkəməsinin də razılaşması sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-p rosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbət də çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respubl ikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı, cinayət təqibi orqanı tərəfindən təqdim olunmuş sübutların isə həqiqəti əks etdirmədiyi müəyyən olunduğu vəziyyətdə birinci instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması cinayət -prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Kassasiya protestində gətirilən XXX25un barəsində ayrıca icraatda çıxarılmış onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hökmün və bu hökmün dəyişdirilməsinə dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarının preyudisiallığı barədə dəlil də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2020-ci il tarixli qərarında əksini tapmış hüquqi mövqe ilə uzlaşmadığından və baş qa şəxs barəsində çıxarılmış hökmlə müəyyən edilmiş hallar Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyini öncədən müəyyən etmədiyindən, əsaslı dəlil kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar dövət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 5 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 5 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-661/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-661/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver