Məhkəmə qərarları › İş №1(102)-662/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-662/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-662/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs 6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Ba kı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarından zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs 4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs 2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli hökmü ilə (hakim İbrahimli İbrahim Adil oğlu) Məhkum, xx xxxxxxxx 1952-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, "xxxx” Açı q Səhmdar Cəmiyyətinin Əhmədli Tibbi Sanitar Hissəsində Bölmə həkimi-terapevt vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında kirayədə yaşayan, CM-nin 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə 02 (iki) il müddətə həkim-terapevt fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 320.1-ci maddəsi ilə isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 44.2.1-ci maddəsinə əsasən ona həmin maddə ilə cəza təyin edilməmişdir. Məhkum cəzaçəkmə müddətinin əvvəli onun cəz anı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmaqla üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş və həmin vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, saxta sənəd hazırlayaraq, öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib, təkrarən dələduzluq etmişdir. Belə ki, Məhkum özgə əmlakını aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə, əlillik dərəcəsi almaq üçün müraciət edən X8 1.500 manata 2-ci qrup əlillik dərəcəsi vermək adı ilə öz qulluq mövqeyindən istifadə edərək aldadaraq həkim işlədiyi ünvan 3 ünvanda yerləşən «xxxx» MMC-nin Əhmədli Tibbi Sanitar Hissəsindəki iş otağında ondan 30 may 2014-cu il tarixdə saat 12:00 radələrində 300 manat aldıqdan sonra sonuncunu inandırmaqdan ötrü naməlum şəraitdə, qanunsuz olaraq, hazırlayıb əldə etdiyi 05 fevral 2014-cü ildən 20 fevral 2014-cü ilədək olan müddət ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 saylı Klinik Xəstəxanasında stasionar müalicə alması barədə həmin klinikanın möhür və ştampı ilə təsdiqlənmiş rəsmi sənəd hesab edilən saxta «xəstənin stasionar tibbi kartaından çıxarışı» 01 iyun 2014-cü il tarixdə saat 15:00 radələrində iş otağında ona vermiş, 26 iyul 2016-cı il tarixdə saat 12:00 radələrində iş otağında 600 manat, 25 mart 2017-ci il tarixdə saat 12:00 radələrində isə 600 manatı alıb, özgə əmlakını vahid niyyətlə hissə-hissə ələ keçirərək zərərçəkmiş şəxsə cəmi 1.500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə, əlillik dərəcəsi almaq üçün müraciət edən Zərərçəkmiş şəxs 2 qızı X22ya 1.800 manata 2-ci qrup əlillik dərəcəsi vermək adı ilə öz qulluq mövqeyindən istifadə edib aldadaraq 20 may 2017-ci il tarixdə saat 12:00 radələrində həkim işlədiyi ünvan 3 ünvanda yerləşən «xxxx» MMC-nin Əhmədli Tibbi Sanitar Hissəsindəki iş otağında ondan 1.000 ma nat, 15 iyun 2017-ci il tarixdə saat 12:00 radələrində isə iş otağında 800 manatı alıb, özgə əmlakını vahid niyyətlə hissəhissə ələ keçirərək zərərçəkmiş şəxsə cəmi 1.800 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə, ona arvadı X23 üçün əlillik dərəcəsi almaqdan ötrü müraciət edən Zərərçəkmiş şəxs3 3.700 manata 2-ci qrup əlillik dərəcəsi vermək adı ilə öz qulluq mövqeyindən istifadə edib aldadaraq 25 may 2017-ci il tarixdə saat 12:00 radələrində həkim işlədiyi ünvan 3 ünvanda yerləşən «xxxx» MMC-nin Əhmədli Tibbi Sanitar Hissəsindəki iş otağında ondan 2.000 manat, 20 dekabr 2017-ci il tarixdə saat 12:00 radələrində isə iş otağında 1.700 manat alıb, özgə əmlakı nı vahid niyyətlə hissə-hissə ələ keçirərək zərərçəkimşə şəxsə cəmi 3.700 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə, ona müraciət edən Zərərçəkmiş şəxs4 aldığı təqaüd məbləğini artıracağı və qardaşı oğlu X4 əlillik dərəcəsi almaq adı ilə öz qulluq mövqeyindən istifadə edərək aldadaraq 15 mart 2018-ci il tarixdə saat 10:00 radələrində həkim işlədiyi ünvan 3 ünvanda yerləşən «xxxx» MMC-nin Əhmədli Tibbi Sanitar Hissəsində iş otağında 3.000 manat, 25 mart 2018-ci il tarixdə saat 12:00 radələrində isə 2.000 manat alıb, özgə əmlakını vahid niyyətlə hissə-hissə ələ keçirərək zərərçəkimşə şəxsə cəmi 5.000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, M əhkum təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə, ona müraciət edən Zərərçəkmiş şəxs5 2-ci qrup əlillik dərəcəsi almaq adı ilə öz qulluq mövqeyindən istifadə edərək aldadaraq 17 mart 2018-ci il tarixdə saat 18 radələrində ondan kirayədə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 2944, 8 saylı mənzildə 2.000 manat, 18 mart 2018-ci il tarixdə saat 18 radələrində həmin ünvanda 500 manat alıb özgə əmlakını vahid niyyətlə hissə-hissə ələ keçirərək zərərçəkimşə şəxsə cəmi 2.500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən zərərçəkmiş şəxslər X9, Zərərçəkmiş şəxs 2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyas iya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi) Seyfəliyev Əli Səlim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 29 oktyabr 2020-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxslərin apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X9, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs 2 birgə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxslər birgə verilmiş kassasiya şikayətini onunla əsasl andırmışlar ki, birinci instansiya məhkəməsi əsassız olaraq Məhkum həddindən artıq olaraq yüngül cəza təyin etmiş, apellyasiya məhkəməsi də bununla razılaşaraq heç bir araşdırma aparmadan onların apellyasiya şikayətlərini təmin etməmişdir. Belə ki, məhkum məhkəmələrdə dəfələrlə borcun ödənilməsi ilə bağlı yalan vədlər vermiş və əməlinə uyğun cəza təyin olunmasından yayınmaq üçün məhkəmələrə ərizələr təqdim etmiş, lakin indiyənəcən ödənişlərlə bağlı heç bir hərəkət etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından sonra bir dəfə də olsun zərərçəkmiş şəxslərlə əlaqə saxlamamış, onlara vurduğu ziyanın ödənilməsinə təşəbbüs göstərməmişdir. Məhkumnun elə bu hərəkətləri onun şəxsiyyətini xarakterizə edir və ona təqsirləndirildiyi maddələrin sanksiyasında göstərilən ən ağır cəzaya məru z qalmasına əsas verir. Buna görə də zərərçəkmişlər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Zərərçəkmiş şəxslərin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, onlar apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı yüngül ləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək ona daha ağır cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələblərini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxslərin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıl arı qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələri nin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətin i bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CP M-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər zərər çəkmiş şəxslər tərəfindən mübahisələndirilməmiş və buna görə məhkəmə kollegiyası da bu məsələlərin müzak irə edilməsinə ehtiyac görmür. Kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın yüngül olması qeyd edilərək həmin cəzanın ağırlaşdırılması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası həmin şikayətdə irəli sürülmüş tələbə cavab olaraq ilk növbədə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinin, o cümlədən CPM-nin 419-cu maddəsinin tələblərinə və mənasına görə, kassasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini və ya bir neçəsini (apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün müəyyən edilmiş əsaslar) aşkar etsə belə, məhkum olunmuş şəxsin vəziyyətinin hansısa şəkildə ağırlaşdırılması, məsələn onun əməlinin təqsirli bilindiyi CMnin müvafiq maddəsindən daha ağır cinayətə görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif edilməsi və ya ona təyin olunmuş cəzanın ağırlaşdırılması, yaxud nəzərə alınmamış cəzanı ağırlaşdıran halların nəzərə alınması, yaxud da təmin olunmamış mülki iddianın təmin edilməsi və sair belə məsələlərin kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmə baxışı nəticəsində həll olunmasına dair qərar qəbul etmək səlahiyyətində deyil və bu kimi hallarda kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edir. Qanunvericiliyin göstərilən tələbi isə ona dəlalət edir ki, kassasiya kollegiyası zərərçəkmiş şəxslər tərəfindən birgə verilmiş kassasiya şikayətində irəli sürdükləri tələbə uyğun qərar qəbul edə bilməz və məhkumun barəsində onun vəziyyətini pisləşdirən qərarın qəbul edilməsi zərurətini müəyyən edildiyi halda apellyasiya instansiyası məhkəməsinin iş üzrə yekun qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmaldır. Bununla belə, CPM-nin 419.12.5-ci maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edildikdə və iş yeni apellyasiya baxışına təyin edildikdə belə məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini qabaqcadan həll edə bilməz. Digər tərəfdən, məhkəmə kollegiyası Məhkum təyin olunmuş cəzanın yüngül olması ilə bağlı kassasiya şikayətində göstərilənlərlə vurğulamağı lazım bilir ki, CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbi q edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-nin 59-cu maddəsində sadalanan, eləcə bu maddədə birbaşa birbaşa göstərilməyən, la kin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Cəzanı ağırlaşdıran halların dairəsini isə CM-nin 61.1-ci maddəsi müəyyən edir. CM-nin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 61.1.1-61.1.13cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-nin 143-cü maddəsinə uyğun olaraq toplanmış, CPM-nin 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və CPM-nin 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Belə hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunur ki, onlar CM-nin 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onun cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Cəzanın məqsədinə həsr olunmuş CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah ed ilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin azadlıq mühitində, hətta bir sıra məhrumiyyətlər tətbiq edilməklə islah olunacağına dair inam onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-nin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Baxılan işin materiallarından isə müəyyən edilir ki, birinci instansiya məhkəməsi Məhkumya azadlığın məhdudlaşdırı lması cəzasını təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən onun şəxsiyyəti barədə qənaətlərini bu məsələ üzrə düzgün nəticəyə gəlmək üçün təsiri ola biləcək bütün halların məcmusundan hasil etməmiş, nəticə etibarı ilə onun şəxsiyyətinin düzgün qiymətləndirilməsini təmin edə bilməmişlər. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-cu il tarixli qərarından görünür ki, məhkəmələr Məhkum azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edərkən, onun cinayət əməlindən peşman olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın qisməm ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmağa cəhd etdiyini, ailəli və ya şlı qadın olmasını və ilk dəfə məhkum edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdilər. Cinayət işinin materiallarından (məhkəmə iclas protokolundan) aydın olur ki, Məhkum birinci instansiya məhkəməsində 17 iyun 2020-ci il tarixdə dindirilərkən sədrlik edən hakiminin sualına cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxslərdən aldığı pulları başqa həkimə vermiş, həmin həkim vəfat etdiyinə görə həmin pulları qaytaracağını vəd edir. Məhkəmə kollegiyasının fikrincə, dələduzluq cinayətini törətməsini, yəni zərərçəkmişlərin müxtəlif məbləğlərdə pul vəsaitlərini aldatma yolu ilə ələ keçirməsini qəbul etməyən şəxsin cinayətə görə peşman olmasını bildirməsinin həqiqət kimi qəbul edilməsi ziddiyyətli və əsassız yanaşma kimi qiymətləndirilməlidir ona görə ki, səmimi peşmançılıq ş əxsin öz davranışına tənqidi münasibətindən, o cümlədən belə davranışın yolverilməz olmasını qəbul etməsindən, bu davranışa görə özü-özünü məzəmmət etməsindən irəli gəlməlidir. Burada nəzərə alınmalıdır ki, dələduzluq cinayəti mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu cinayəti törətmiş şəxsin səmimi peşmançılığı digər hallarla yanaşı həmçinin vurulmuş zərərin aradan qaldırılması və ya tamamilə, yaxud da qismən ödənilməsi və zərər çəkmiş şəxslərlə barışması ilə müşayiət olunmalıdır. Təsadüfi deyil ki, cinayət qanunvericiliyi bu xarakterli cinayətlər törətmiş şəxslərin barəsində güzəştli qərarların (məsələn CM-nin 60.1, 73-1-ci maddələrində nəzərdə tutulmuş) qəbul edilməsini də məhz bu hallarla əlaqələndirmişdir. Məhkəmə kollegyiasının fikrincə, mülkiyyət əleyhinə cinayə tin törədilməsində təqsirləndirilən şəxsin barəsində cəza tədbiri seçilərkən göstərilən halların müəyyən edilibedilməməsi xüsusi əhəmiyyət kəsb edir, digər tərəfdən isə bu və ya digər cəzanın məqsədə uyğunluğu məsələsi həll edilərkən bütün digər hallarla yanaşı təhlil edilən halların da nəzərdə keçirilməsi tələb olunur. Digər tərəfdən o da nəzərdən qaçırılmamalıdır ki, hər kəsin məhkəmədə hüquqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi) həm də cinayətkar qəsdlərdən əmlakına vurulmuş ziyan nəticəsində zərər çəkmiş şəxslərin məhkəmələrdə öz əmlakını, yaxud da vurulmuş zərəri tələb etmələrini də nəzərdə tutur. Bu baxımdan cinayət mühakimə icraatını həyata keçirən məhkəmələrin mülkiyyət əleyhinə cinayət tö rətmiş şəxslər haqqında cinayət hüquqi tədbirlərin seçilməsi zamanı zərərçəkmiş şəxslərin də mövqelərini nəzərə almaları vacib şərtlərdən biridir. Məhkəmələrin Məhkum zərərçəkmiş şəxslərə vurulmuş zərərin bir qismini (cüzi miqdarda) ödəyib, qalan hissəsini isə ödəmək barədə vəd verməsini (birinci instansiya məhkəməsində Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs 1yə, Zərərçəkmiş şəxs 6ya, Zərərçəkmiş şəxs 4yə, Zərərçəkmiş şəxs5, hər birisinə 200 manat məbləğində pul ödəmişdir) hətta onun şəxsiyyətini müsbət yöndə qiymətləndirmək üçün əsas verən hal kimi qiymətləndirmələri də, Məhkum sonrakı, o cümlədən apellyasiya icraatı dövründə davranışı göstərdiyi kimi, düzgün olmamışdır. Belə ki, analoji vədi Məhkum işə həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən də ver miş (apellyasiya instansiya məhkəməsində də zərərçəkmiş şəxslərə - hər birisinə 200 manatı ödəmiş) və törədilmiş cinayət əməllərindən sonra kifayət qədər uzun vaxt keçməsinə baxmayaraq, verdiyi vədə tam əməl etməmiş, zərər çəkmiş şəxslərə vurulmuş zərərin miqdarının əksər hissəsini isə hal hazıradək ödəməmişdir. Qeyd olunanlar birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum şəxsiyyətinə verdikləri qiymətin, ona azadlığın məhdudlaşdırılması cəza növünün təyin edilməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlardan irəli gəlmədiyini, məhkəmələr tərəfindən CPM-nin 139.0.5-ci maddəsinin, eləcə də məhkəmənin yekun qərarının qanuni və əsaslı olmasını, o cümlədən məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlməsini tələb edən müddəalarına əməl olunmadığını göstərir. Bu qaydada, yəni ziddiyyətli dəlillərlə əsaslandırılmış məhkəmə aktı ilə, cəzanı yüngülləşdirən, təqsirkarın şəxsiyyətini aşkarlayan halların düzgün müəyyən edilməməsi ilə təyin edilmiş azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın təyin olunması nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə, yəni CM-nin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini təmin edə bilməz. Təsvir edilənlər məhkəmələr tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntulara yol verildiyini göstərir. Belə olan halda, məhkəmə kollegiyası k assasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, həmin şikayətin təmin edilməsi barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs 1nin, Zərərçəkmiş şəxs 6nın, Zərərçəkmiş şəxs 4nin, Zərərçəkmiş şəxs5 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxslərin kassasiya şikayəti qismən təmin edilməli, Məhkum CM-nin 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarı ləğv olunmalı və və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarı ləğv olunsun və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar