Məhkəmə qərarları › İş №1(102)-662/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-662/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-662/2023 06.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum2 müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-429/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarından Məhkum2 və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqd a verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum2 xx xxxxxxxx 1955-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşamışdır. 2. 30 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 240.2.1 və 240.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir. 3. 09 fevral 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhk əməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 əvvəldən aralarında tanışlıq münasibətləri olan Sumqayıt şəhər sakini, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Sumqayıt şəhərinin X5 qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin Gözətçi mühafizəsi bölməsinin 7-ci dərəcəli növbə rəisi vəzifəsində işləyən Məhkum1 hərbi hissədə işlədiyindən sonuncuda zəhərli maddə hesab edilən civənin ola biləcəyini güman edərək, Məhkum1 Sumqayıt şəhəri, X5 qəsəbəsi, F.Qayıbov küçəsi, ev 18, mənzil 54 ünvanında yerləşən yaşadığı mənzilində həmin maddəni satış üçün tapmasına razı salmaq məqsədilə sonuncuya yalandan bir nəfər alıcının olduğunu bildirmiş və Məhkum1, həmin şəxsin 100 qramı 10.000 (on min) ABŞ dollarına olmaqla civə almaq istədiyinə inandırmışdır. Məhkum1 özündə civə old uğu halda, Məhkum2 guya həmin maddəni tapacağına dair razılığını bildirdikdən sonra sonuncu ona bunun müqabilində civəni satdıqdan sonra pul verəcəyinə dair vəd vermiş və onlar bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə zəhərli maddə hesab edilən civəni əldə edib satmaq barədə razılaşmışlar. Həmin vaxt Məhkum1 Məhkum2 onda civə olması barədə heç nə deməsə də, bir müddət sonra, 2021-ci ilin iyul ayının sonlarında Məhkum1 istifadəsində olan mobil telefonla A.Z.Axundovun istifadəsində olan mobil telefona zəng vuraraq istədiyi metalik civəni tapdığını bildirmiş və onu yaşadığı evdən gəlib götürə biləcəyini deyib Məhkum2 özü ilə civənin miqdarını ölçmək üçün elektron tərəzi və nümunə götürmək üçün iki qramlıq iynə (şpris) götürməsini tapşırmışdır. Məhku m2 həmin gün özü ilə elektron tərəzi və bir ədəd iki qramlıq iynə (şpris) götürüb Məhkum1 yaşadığı ünvana getmişdir. Orada Məhkum2 özü ilə gətirdiyi iynə (şpris) vasitəsi ilə Məhkum1 dərman saxlanılması üçün nəzərdə tutulmuş şüşə qabın içərisində təqdim etdiyi civədən adını demədiyi guya alıcı olan şəxslərə nümunə göstərmək üçün 15.7 qram miqdarda götürərək qanunsuz əldə etdiyi zəhərli maddəni ünvan 2ında yerləşən yaşadığı evə daşıyıb orada saxlamış, lakin həmin zəhərli maddəni satmaq üçün alıcı tapa bilmədiyindən elə həmin gün civəni Məhkum1 qaytarmışdır. Bundan başqa, Məhkum2 2021-ci ilin sentyabr ayının əvvəllərində təkrarən istintaqa məlum olmayan mənbədən qanunsuz əldə etdiyi dərman saxlanılması üçün nəzərdə tutulmuş 03 ədəd şüşə qabın içərisində olan 30 qram miqdarında narkotik vasit ələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən metalik civənin duzunu satmaq niyyəti ilə ünvan 2ında yerləşən yaşadığı evə daşıyıb həmin evin həyətində yerləşən şkafda gizlədərək saxlamışdır. 25 oktyabr 2021-ci il tarixdə Məhkum2, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən civənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlaması və daşıması cinayətlərinə görə Məhkum1 həbs edildiyini öyrənmiş, sonuncunun həmin əməllərinə görə özünün də tutulacağını güman edərək arvadı, Şahid3 yaşadığı evdə saxladığı içərisində qeyd edilən metalik civənin duzu olan 03 ədəd şüşə qabı həmin evdən çıxarıb yaşadıqları evin kənarında yerləşən qamışlıq əraziyə atmasını bildirmiş, Şahid3 dərhal həmin şüş ə qabları saxlanıldığı yerdən götürüb evdən çıxararaq evdən kənarda yerləşən yaşayış olmayan qamışlıq əraziyə atmışdır. 27 oktyabr 2021-ci il tarixdə Məhkum2 yaşadığı evdən kənarda yerləşən yaşayış olmayan həmin qamışlıq ərazidə keçirilmiş axtarış zamanı ərazidən dərman saxlanılması üçün nəzərdə tutulmuş 03 ədəd şüşə qabın içərisində ümumi çəkisi 30 qram olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən metalik civənin duzu aşkar edilərək götürülmüşdür.

5. Abşeron Rayon Məhkəməsinin 1(012)-159/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-nin 240.2.1 və 240.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına mə hkum edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 25 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir.

6. Həmin hökmlə həmçinin Məhkum1 da təqsirli bilinərək məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Məhkum2 bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmdə maddi və prosessual cinayət hüququ normaları pozulmuş, eləcə də cinayət işinin materialları və məhkəməyə təqdim olunmuş sübutlar hərtərəfli, tam, obyektiv araşdırılmamışdır.

8. Hökmdən həmçinin təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək, hökmün Məhkum1 münasibətdə dəyişdirilməsini və sonuncuya təyin edilmiş cəzanın şərti hesab edilməsini xahiş etmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-429/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 1(012)-159/2022 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Hazırda Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum2 və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

11. Məhkum edilmiş şəxs Məhkum2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığına görə, ona bəraət verilməsini xahiş edir.

12. Müdafiəçi1 kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, müəllif onları təkrarlamaqla hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmasının sübut olunmadığını, əməllərinə düzgün qiymət verilmədiyini idda edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-429/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş edir.

13. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhk əmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Hər iki kassasiya şikayətlərində Məhkum2 əməlində cinayət tərkibinin olmadığı iddia edilir, kassasiya müraciətlərinin xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində nə zərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirilmişdir.

19. Odur ki, məhkəmə kollegiyası məhkum və müdafiəçisinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-429/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəy yən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

24. Kassasiya şikayətləri ilə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı istinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələbləri, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisəli şəkildə yoxlanıldıqda aşkar edilir ki, Məhkum2 Azərbaycan Respublikası CM-nin 240.2.1 və 240.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai araşdırma zamanı qanuni üsullarla əldə edilmiş və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olar aq məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu ilə tam təsdiq olunur. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz qərarını həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası toplanmış sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum2 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 240.2.1 və 240.2.2-ci maddələrinin dispozisiyasından, eləcə də Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi cinayətin tərkibinin olması, bu cinayətin törədilməsində onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında düzgün nəticəyə gəlmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürdüyü dəlillərinin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılması və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlil lər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum2 cinayət əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.

27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instans iyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum2 və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-429/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılı qda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-429/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar