Məhkəmə qərarları › İş №1(102)-662/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-662/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-662/2024 28.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə3, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1757/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qərarından zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, Zərərçəkmiş şəxs ASC-nin “Səbail” filialının Xidmət bölməsində ipoteka üzrə mütəxəssis vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 30 yanvar 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 29,179.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 10 mart 2023-cü il tarixdə Bakı A ğır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 04 avqust 2021-ci il, tarixli 431 f-k saylı əmrə 03 saylı əlavə ilə 01 sentyabr 2022-ci il tarixdən Zərərçəkmiş şəxs ASC-nin “Səbail” Xidmət bölməsinin ipoteka üzrə mütəxəssisi vəzifəsində işləyərkən həmin Cəmiyyətlə bağlanmış 05 avqust 2021-ci il tarixli əmək müqaviləsinə əlavə edilən vəzifə təlimatına əsasən, bankın daxili qaydaları və tarifləri üzrə ipoteka kreditləri, cari hesabların açılması üzrə ərizələri qəbul etmək və müvafiq qaydada icrasını həyata keçirmək, müştərilərin müraciətlərinə əsasən t ələb olunduğu hallarda onlara aid cari hesablara, plastik kartlara müvafiq qaydada mədaxil və məxaric əməliyyatları aparmaq, müştərinin sifarişinə əsasən təhlil aparmaq və kredit rəsmiləşdirmək, bankın daxili prosedur və qaydalarına əsasən icazə verilmiş digər bank əməliyyatlarını icra etmək, bölmənin fəaliyyətinə aid olan digər cari işlərin görülməsində iştirak etmək, əmək müqaviləsi, filialın əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək, birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, müşahidə şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan əmək müqaviləsindən, filialın əsasnaməsi və fəaliyyətinə dair digər bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək və digər səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə 2022-ci ilin sentyabr ayında ünvan 2 ünvanında yerləşən ümumi dəyəri 178.000 manat olan mənzilin 124.600 manat hissəsinin Zərərçəkmiş şəxs ASCdən götürələcək ipoteka krediti hesabına, 53.400 manat hissəsinin isə qeyd edilən banka müraciət etmiş Şahid2 tərəfindən ödənilməsi ilə əlaqədar müraciət etmiş sonuncunun adına "xxxx" ASC ilə aralarında bağlanmış 07 sentyabr 2022-ci il tarixli “Kredit götürən ş əxslər üçün həyat sığortası şəhadətnaməsinə əsasən sığorta təşkilatının MLİ-**********/22-00 nömrəli hesabına 2.336 manat məbləğində sığorta haqqı ödənilməli olduğu halda 07 sentyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs ASC-nin “Səbail” filialında Şahid2 kömək etmək görüntüsünü yaradaraq onunla birlikdə qeyd olunan ünvanda yerləşən həmin banka məxsus ödəniş terminalına yaxınlaşıb qəsdən cinayətdən xəbərsiz tanışı Şahid1 416974******7393 nömrəli kart hesabına dair rekvizitləri daxil edib, Şahid2 tərəfindən təqdim edilmiş 2.336 (iki min üç yüz otuz altı) manat məbləğində pul vəsaitini Şahid1 qeyd edilən hesabına mədaxil etməklə, 07 sentyabr 2022-ci il tarixdə qeyd edilən məbləğin Şahid1 tərəfindən ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs ASC-nin “Səbail” filialın da yerləşən bankomatda nağdlaşdırıb özünə təqdim etməsindən sonra şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs ASC-yə məxsus olmaqla ona etibar edilmiş 2.336 (iki min üç yüz otuz altı) manat məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi-məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədər özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edib təkrarən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə 2022-ci ilin sentyabr ayında ünvan 7 ünvanında yerləşən ümumi dəyəri 55.000 manat olan mənzilin 25.000 manat hissəsinin Zərərçəkmiş şəxs ASC-dən götürələcək ipoteka krediti hesabına, 30.000 (otuz min) manat hissəsinin isə qeyd edilən banka müraciət etmiş Şahid3 tərəfindən ödənilməsi ilə əlaqədar müraciət etmiş sonuncunun adına Zərərçəkmiş şəxs ASC-də açılmış AZ76AİİB410100D**********105 nömrəli hesaba qeyd edilən məbləğ ödənilməli olduğu halda 14 sentyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs ASC-nin “Səbail” filialında Şahid3 kömək etmək görüntüsünü yaradaraq onunla birlikdə qeyd olunan ünvanda yerləşən həmin banka məxsus ödəniş terminalına yaxınlaşıb qəsdən cinayətdən xəbərsiz tanışı Şahid6 AZ48AİİB410100C**********112 nömrəli hesabına dair rekvizitləri daxil edib, Şahid3 tərəfindən təqdim edilmiş 30.000 ( otuz min) manat məbləğində pul vəsaitini Şahid6 qeyd edilən hesabına mədaxil etməklə, 15 sentyabr 2022-ci il tarixdə qeyd edilən məbləğin Şahid6 tərəfindən Zərərçəkmiş şəxs ASC-nin ünvan 9 ünvanında yerləşən “Həzi Aslanov” filialında nağdlaşdırıb özünə təqdim etməsindən sonra şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs ASC-yə məxsus olmaqla ona etibar edilmiş 30.000 (otuz min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni, qazanc əldə etmək məqsədilə ö z qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edib təkrarən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə 2022-ci ilin avqust ayında ünvan 10 ünvanında yerləşən ümumi dəyəri 80.000 manat olan mənzilin 41.000 manat hissəsinin Zərərçəkmiş şəxs ASC-dən götürələcək ipoteka krediti hesabına, 39.000 (otuz doqquz min) manat hissəsinin isə qeyd edilən banka müraciət etmiş Şahid4 tərəfindən ödənilməsi ilə əlaqədar müraciət etmiş sonuncunun adına Zərərçəkmiş şəxs ASC-də açılmış AZ18AİİB410100D**********105 nömrəli hesaba qeyd edilən məbləğ ödənilməli olduğu halda 23 sentyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs ASC-nin “Səbail” filialında Şahid4 kömək etmək görüntüsünü yaradaraq onunla birli kdə qeyd olunan ünvanda yerləşən həmin banka məxsus ödəniş terminalına yaxınlaşıb əvvəlcədən törətdiyi mənimsəmə cinayət əməlinin aşkar olunmasının qarşısını almaqla yenidən eyni xarakterli cinayət törətmək məqsədilə cinayətdən xəbərsiz olan müştəri Şahid3 AZ76AİİB410100D**********105 nömrəli hesabına dair rekvizitləri daxil edib, Şahid4 tərəfindən təqdim edilmiş 39.000 (otuz doqquz min) manat məbləğində pul vəsaitini Şahid3 qeyd edilən hesabına mədaxil etməklə, 26 sentyabr 2022-ci il tarixdə qeyd edilən məbləğin 9.000 manatını Şahid3 tərəfindən Zərərçəkmiş şəxs ASC-nin ünvan 12 ünvanında yerləşən “Bakıxanov” filialında istəyi ilə nağdlaşdırılıb özünə təqdim edilməsi ilə, şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs ASC-yə məxsus olmaqla ona eti bar edilmiş cəmi 39.000 (otuz doqquz min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni, qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edib təkrarən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə 2022-ci ilin sentyabr ayında ünvan 14 ünvanında yerləşən ümumi dəyəri 120.000 manat olan mənzilin 60.000 manat hissəsinin Zərərçəkmiş şəxs ASC-dən götürələcək ipoteka krediti hesabına, 60.000 (a ltmış min) manat hissəsinin isə qeyd edilən banka müraciət etmiş Şahid7 tərəfindən ödənilməsi ilə əlaqədar müraciət etmiş sonuncunun adına Zərərçəkmiş şəxs ASC-də açılmış AZ80A1İB410100E**********105 nömrəli hesaba qeyd edilən məbləğ ödənilməli olduğu halda 11 oktyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs ASC-nin “Səbail” filialında Şahid7 kömək etmək görüntüsünü yaradaraq onunla birlikdə qeyd olunan ünvanda yerləşən həmin banka məxsus ödəniş terminalına yaxınlaşıb qəsdən cinayətdən xəbərsiz tanışı Şahid8 AZ23AİİB410100D**********201 nömrəli hesabına dair rekvizitləri daxil edib, Şahid7 tərəfindən təqdim edilmiş 60.000 (altmış min) manat məbləğində pul vəsaitini Şahid8 qeyd edilən hesabına mədaxil etməklə, həmin tarixdə qeyd edilən məbləğin Şahid8 tərəfindən Zərə rçəkmiş şəxs ASC-nin Bakı şəhəri, ünvan 16 ünvanında yerləşən “28 May” filialında nağdlaşdırıb özünə təqdim etməsindən sonra həmin tarixdə 39.000 (otuz doqquz min) manatını Bankın “Səbail” filialında əvvəlcədən törətdiyi mənimsəmə cinayət əməlinin aşkar olunmasının qarşısını almaqla yenidən eyni xarakterli cinayət törətmək məqsədilə cinayətdən xəbərsiz Şahid4 AZ18AİİB410100D**********105 saylı hesabına mədaxil edib, qalan 21.000 (iyirmi bir min) manat məbləğində pul vəsaitini də şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs ASC-yə məxsus olmaqla ona etibar edilmiş 60.000 (altmış min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkra rən, qeyd edilən səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edib təkrarən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə 2022-ci ilin sentyabr ayında ünvan 17 ünvanında yerləşən ümumi dəyəri 67.790 manat olan mənzilin 20.500 manat hissəsinin “Kapital Bank" ASC-dən götürələcək ipoteka krediti hesabına, 47.290 manat hissəsinin isə qeyd edilən banka müraciət etmiş Şahid5 tərəfindən ödənilməsi ilə əlaqədar müraciət etmiş sonuncunun adına Zərərçəkmiş şəxs ASC-də açılmış AZ70AİİB410100E**********105 nömrəli h esaba qeyd edilən məbləğ ödənilməli olduğu halda 24 oktyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs ASC-nin “Səbail” filialında Şahid5 kömək etmək görüntüsünü yaradaraq onunla birlikdə qeyd olunan ünvanda yerləşən həmin banka məxsus ödəniş terminalına yaxınlaşıb qəsdən Bankın “Səbail” filialında əvvəlcədən törətdiyi mənimsəmə cinayət əməlinin aşkar olunmasının qarşısını almaqla yenidən eyni xarakterli cinayət törətmək məqsədilə cinayətdən xəbərsiz müştəri Şahid7 AZ80AİİB410100E**********105 nömrəli hesabına dair rekvizitləri daxil edib, Şahid5 tərəfindən təqdim edilmiş 47.290 (qırx yeddi min iki yüz doxsan) manat məbləğində pul vəsaitini Şahid7 qeyd edilən hesabına mədaxil etməklə, həmçinin eyni məqsədlə 2022-ci ilin oktyabr ayında ünvan 19 ünvanında yerləşən ümumi d əyəri 148.000 manat olan mənzilin 48.000 manat hissəsinin Zərərçəkmiş şəxs ASC-dən götürələcək ipoteka krediti hesabına, 100.000 manat hissəsinin isə qeyd edilən banka müraciət etmiş Şahid9 tərəfindən ödənilməsi ilə əlaqədar müraciət etmiş sonuncunun adına Zərərçəkmiş şəxs ASC-də açılmış AZ80AİİB410100E**********105 nömrəli hesaba qeyd edilən məbləğ ödənilməli olduğu halda 24 oktyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs ASC-nin “Səbail” filialında Şahid9 kömək etmək görüntüsünü yaradaraq onunla birlikdə qeyd olunan ünvanda yerləşən həmin banka məxsus ödəniş terminalına yaxınlaşıb qəsdən Bankın “Səbail” filialında əvvəlcədən törətdiyi mənimsəmə cinayət əməlinin aşkar olunmasının qarşısını almaqla yenidən eyni xarakterli cinayət törətmək məqsədilə müştəri Şahid7 AZ8 0AİİB410100E**********105 nömrəli hesabına dair rekvizitləri daxil edib, Şahid9 tərəfindən təqdim edilmiş 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Şahid7 qeyd edilən hesabına mədaxil etməklə, müştəri Şahid7 AZ80AİİB410100E**********105 nömrəli hesabında qalmış 87.290 (səksən yeddi min iki yüz doxsan) manat pul vəsaitinin özünə təqdim edilməsinə dair xahişinə əsasən sonuncunun qeyd ediiən pul vəsatini nağdlaşdırıb özünə təqdim etməsindən imtina etməsi ilə əlaqədar bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək həmin pul vəsaitini ondan ala bilməyib, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs ASC-yə məxsus olmaqla ona etibar edilmiş 147.290 (bir yüz qırx yeddi min iki yüz doxsan) manat məb ləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamağa cəhd etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-996/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,179.3.2 və 179.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 29,179.3.2 və 179.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə bank sektorunda rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM ”) 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 iyun 2023-cü il tarixdən hesablanması hökm edilmiş, mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Zərərçəkmiş şəxs ASC apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1757/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-996/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyas iya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi onları olduğu kimi təkrarlamaqla, məhkum edilmiş şəxsə qanunvericiliyin tələbləri nəzərə alınmadan yüngül cəza təyin edildiyini iddia edib, bu əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1757/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiya sı qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassas iya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1757/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilmə si və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

19. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, bu dəlillər bütövlükdə həmin şikayətin araşdırması nəticəsində qəbul etdiyi apellyasiya instansiyası məhkəməsinin qərar ında müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır.

20. Kassasiya şikayətinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.

21. Hazırki kassasiya şikayətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kolle giyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.

22. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

23. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosess ual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

24. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

25. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1757/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlə rə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1757/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar