Məhkəmə qərarları › İş №1(102)-662/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-662/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-662/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum Təqsirləndirilən şəxs və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2023-cü il tarixli 1(103)-775/2023 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Samir Əliyev (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Eldar İsmayılov) 25 yanvar 2023-cü il tarixli, 1(101)208/2023 nömrəli hökmü ilə xx xxxxxx 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 19 may 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X5 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları X5 və şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Ağa” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Ağa» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 10150 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Əsgər Məmmədova məlumat verdikdən sonra sonuncu tanışı Təqsirləndirilən şəxsla birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən «Ağa» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitəni Əsgər Məmmədov rol bölgüsünə əsasən öz üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Ələt yolunun 40-cı kilometriliyi yaxınlığına daşımış, Əsgər Məmmədov və Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 may 2022-ci il tarixdə həyata keçirilmiş əməliy yat-axtarış tədbiri nəticəsində Əsgər Məmmədov və Təqsirləndirilən şəxs həmin gün saat 23.50-də qeyd olunan ünvanda saxlanılaraq üzərilərinə baxış keçirilərkən Əsgər Məmmədovun sağ əlində saxladığı bir ədəd qara rəngli idman çantasından Təqsirləndirilən şəxsla birlikdə əldə etdikləri beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2250 qram, 2000 qram, 1800 qram, 1900 qram və 2200 qram olmaqla ümumilikdə külli miqdarda 10150 qram çəkidə komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Anar Tanrıverdiyev) 04 oktyabr 2023-cü il tarixli 1(103)-775/2023 nömrəli qərarı ilə Ba kı Ağır Cinayət Məhkəməsinin 25 yanvar 2023cü il tarixli, 1(101)-208/2023 nömrəli hökmü məhkum Təqsirləndirilən şəxs münasibətdə cəza hissəsində dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ilə endirilmiş, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2023-cu il tarixli 1(103)-775/2023 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. K assasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum Təqsirləndirilən şəxs əməliyyat məlumatları əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək 18 may 2022-ci il tarixdə saat 23:50 radələrində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs kimi tutulsa da, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.7, 90.7.2 və 90.7.6-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməmiş, hətta 3 gün ərzində onun harada saxlanılması barədə ailə üzvlərinə və yaxud digər qohumlarına məlumat verilməmiş, bundan əlavə c inayət işinin materiallarına anasına telefon vasitəsi ilə məlumat verildiyinə dair yalan qeydlər edilmişdir. Təqsirləndirilən şəxs Bakı apellyasiya məhkəməsində verdiyi ifadəyə görə, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəməyə verilmiş təqdimata baxılana qədər müdafiəçi ilə təmin edilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər "səni evə buraxırıq" adı altında oxutmadan, müdafiəçinin iştirakı olmadan imzalatdırılmışdır. Müdafiəçisi qismində təyin edilmiş Cavid Abbasov adlı vəkilin tərtib edilmiş protokollarda (c.i.vərəqlər 40 və 51) imzalarının olmaması müdafiəçinin ümumiyyətlə Təqsirləndirilən şəxs iştirakı ilə keçirildiyi qeyd edilən istintaq hərəkətlərində iştirak etməməsi, protokollara sonradan imza atması anlamına gəlir. İbtidai istintaqın və məhkəmələrin istinad etdikləri baxış və götürmə protokolu və həmin vaxtlar şübhəli şəxs statusunda olmuş, daha sonra isə təqsirləndirilən şəxs statusunda olarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair tərtib edilmiş sənədlər formal xarakter daşımış, onun müdafiə hüququnu təmin etməyərək, real vəziyyəti əks etdirməmişdir. Cinayət işinin 5-6-cı vərəqlərindən görünür ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşı polis polkovnik-leytenantı Şahid1 Təqsirləndirilən şəxs və digərlərinə münasibətdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında 18 may 2022-ci il tarixli qərarı qəbul edir. Cinayət işinin materiallarından görünür ki, X2 və Təqsirləndirilən şəxs ətrafında keçirildiyi qeyd edilən əməliyyat-axtarış tədbirinin qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. O səbəbdə n, qanunun mahiyyətinə görə, yoxlanıldığı və qanuni hesab edildiyi halda əldə edilmiş nəticələr sübut əhəmiyyətinə malik ola bilərdi. İşin bu halları birinci və apellyasiya məhkəmələrinin diqqətinə çatdırılsa da, məhkəmələr bu hallara hüquqi qiymət verməmişlər. Bakı Apellyasiya Məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşları bildirmişlər ki, əməliyyat məlumatı əməkdaş Şahid1 məxsus olmuşdur. Şahid qismində dindirilmiş Şahid1 isə əməliyyat məlumatının ona məxsus olmadığını bildirmiş və o, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul etməmişdir. İşin bu halları onu deməyə əsas verir ki, Əsgər Məmmədovun və Təqsirləndirilən şəxs saxlanılması əməliyyat məlumatları yox, əvvəlcədən hazırlanmış və bu əməli törətməyə təhrik edilmiş plan əsasında həyata keçirilmişdir. Odu r ki, əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq mütləq mənada açılmalı olan əməliyyat-qeydiyyat işi məhkəmə nəzarəti qaydasında yoxlanılmalı, daha sonra əməliyyat-axtarış tədbirlərinə hüquqi qiymət verilməli idi ki, məhkəmələr burada da qanunun tələblərinə əməl etməmişlər. Birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində dindirilmiş X4 məhkəməyə bildirmişdir ki, "Polis əməkdaşlarından birinin əlində sellofan torba var idi. Onlar həmin torbanı Əsgərə verdilər və ona "Bu sellofan torba sənindir, kiməsə aparacağını, əvəzində pul alacağını videoçəkilişdə de" dedilər. Birinci instansiya məhkəməsi işin bu hallarını iclas protokolunda qeyd etməklə kifayətlənmiş və şahid X1 iş üçün mühüm əhəmiyyət kəsb edən bu ifadəsinə heç bir hüquqi qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəmə si də şahid X1 dindirilməsində maraqlı olmamış, onun dindirilməsindən müxtəlif bəhanələrlə yayınmışdır. Bununla da, Təqsirləndirilən şəxs xeyrinə ifadə verə biləcək şəxsin ifadə verməsini təmin etməmişdir. İş materialları ilə və birinci instansiya məhkəməsində araşdırmalar zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə olunmasından, daşınmasından, saxlanılmasından və s. heç bir xəbəri olmamışdır. Məmmədov Əsgər telefonunda internet resursları olmadığından Anarın telefonunu ona verməsini xahiş etmiş, lakin Anar telefonunu verməkdən imtina etmiş, bununla belə Əsgərlə xoş münasibətlərdə olduğundan onun xahişini yerə salmamaq üçün telefonu ilə birlikdə Əsgərlə getmişdir. Aralarında qabaqcadan əlbir olan bir qrup şəxslərə məxsus hər hansı əlamətlər aşkar edilməmiş dir. Yəni, törədilən cinayət Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunmasa da, məhkəmə əsassız olaraq onun barəsində ittiham hökmü çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılmasına xidmət edən bir sıra vəsatətlər qaldırsa da, həmin vəsatətlərin əksəriyyəti əsassız olaraq təmin edilmədi. İşin bu halları sonda Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinin tələblərini pozmuşdur. Bu pozuntular isə öz növbəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və "İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat altına alınmış ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Təqsirləndirilən şəxs xaraktercə qanun pozuntusu törətməyə meylli olma yan şəxsdir və müsbət xarakterizə olunur. O, hərbi qulluqçu ailəsində böyümüş, normal tərbiyə almışdır. X8 birinci Qarabağ müharibəsinin veteranıdır. İşin bütün bu halları bir daha onu deməyə əsas verir ki, o cinayəti törətməyə meylli deyil. Cinayət işinin materiallarına və Bakı apellyasiya məhkəməsində işə baxılan zaman müəyyən edilən hallara istinadən belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış ittiham hökmü və Qərarı işin faktiki hallarına uyğun olmamaqla tam qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilm əməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmayan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutu lmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, hazırkı cinayət işi üzrə digər məhkum Əsgər Məmmədovun, şahidlər Şahid1, Şahid3, Şahid4 və Şahid2 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları məhkəmə iclasında tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində hər hansı bir cinayət əməli törətmədiyi ni bildirsə də, onun elan edilmiş ittiham üzrə təqsirli olması yalnız ibtidai istintaq zamanı verdiyi ifadələrlə deyil, eyni zamanda həmin ifadələrlə uyğunluq təşkil edən digər sübutlarla - şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri, onun və digər təqsirləndirilən şəxs Ə.Y.Məmmədovun üzərilərdə şəxsi axtarış və götürmə aparılması barədə və digər istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, habelə bu cinayət işi üzrə digər təqsirləndirilən şəxs Ə.Y.Məmmədovun ibtidai istintaq zamanı verdiyi ifadələrlə də təsdiq olunmuşdur. Həm məhkumun məhkəmə iclasında verdiyi ifadədə, həm onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Təqsirləndirilən şəxs təqsirsizliyi, yəni onun digər təqsirləndirilən şəxs Əsgər Məmmədovun narkotik vasitənin dalınca getməsi barədə xəbəri olm aması barədə irəli sürülmüş dəlillər yuxarıda qeyd edilən sübutların məcmusu ilə təkzib olunur. Eləcə də, istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs öz hüquqlarının pozulması və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya hər hansı bir dövlət qurumuna şikayətlərlə müraciət etməklə, qanunsuz olaraq pozulmuş hüquqlarının bərpasını tələb etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri əsaslı olaraq məhkum A.A. Eyvazovun məhkəmə iclasında verdiyi ifadəni həqiqətə uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmiş, kassasiya şikayətində bu məsələyə dair irəli sürülmüş dəlilləri də əsassızdır. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə həmin sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, məhkum Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasına və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsinə hüquqi əsas vermir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2023-cü il tarixli 1(103)-775/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərb aycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2023-cü il tarixli 1(103)-775/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar