Məhkəmə qərarları › İş №1(102)-663/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-663/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-663/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) və Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Əliyev Nurlan Sahib Oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamçısının müdafiəçisi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi Əliyev Novruz Əfrasiyab oğlunun iştirakları ilə xx xxxxxxx 1980-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublik asının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdam rayonu, Güllücə Ə\N,Tağıbəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2018-ci il tarixli hökmü ilə (hakimlər: F.A.Qəribov (sədrlik edən), R.Ə.Sadıxov və Ə.N.Hacıyev) Məhkum - Аzərbаycаn Respublikаsı CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə təqsirli bilinərək, cəzaçəkmə müddətinin əvvəl inin 25 avqust 2017-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən məhkum olunmuş Məhkum müdafiəçisi Babayev Vüqar İsa oğlu apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-311/2018 saylı, 13 mart 2018-ci il tarixli hökmünün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-667/2018 saylı, 11 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-311/2018 saylı, 13 mart 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-411/2020 saylı, 30 iyun 2020-ci il tar ixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-667/2018 saylı, 11 iyun 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına qaytalımışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), H.H.Əhmədov və İ.M.Murquzov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-311/2018 saylı, 13 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinər ək təyin edilmiş 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 11 (on bir) il 03 (üç) aya endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi N.Ə.Əliyev kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum 23 iyul 2017-ci il tarixdə saat 02-də alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri,Yasamal rayonu, Şərifzadə küçəsi, 221 ilə Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsi,14-ün kəsişməsində yerləşən “Stop Şauruma” adlı obyektin sağ tərəfində səkidə tanışı Muradov Nazim Kamran oğlu ilə aralarında yaranmış sözlə m übahisə zamanı təxminən il yarım bundan əvvəl tanımadığı şəxslə mübahisə edən zaman Nazim Muradovun onu tutub saxladığı üçün həmin şəxsin ona bıçaq xəsarəti yetirməsinə səbəbkar olduğunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə bir qədər əvvəl avtomaşına tökmək adı ilə Yasamal rayonu, Xiyabani küçəsində yerləşən “Qarabağ” kafesində ofisant işləyən Cəfərli Emil İlham oğluna yolun əks tərəfində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsindən aldırdığı bir litrlik plasmas qabda olan benzini Nazim Muradovun üstünə töküb ona xüsusi əzab verdiyini dərk edərək alışqanla yandırıb, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya xarakterik başın ənsə-təpə nahiyələrinin, hər iki qulaq seyvanlarının, boyunun arxa və yan səthlərinin, gövdənin arxa səthinin və sağ yuxarı ətrafın, eləcə də sol əlin İ barmağının ümumi bədən səthinin 28 %-ni əhatə edən İİ-İİİ dərəcəli termiki yanığı ilə müşayət edilən xəsarətlər yetirərək qaçmış, Nazim Muradovun qışqırıq səsini eşidib hadisə yerinə gələn şəxslərin köməkliyi ilə alov söndürülərək Nazim Muradova ilkin tibbi yardım göstərilib həyatı xilas olduğundan bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən etdiyi əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, Nazim Muradovu xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum müdafiəçi si Əliyev Novruz Əfrasiyab oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2,-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normlarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqası nı həyatdan məhrum etmək)...Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlığla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərzrçəkmiş şəxsə əzab, işgəncə verməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu sayda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən i stifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanılması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməklə də ifadə oluna bilər. Onu da qeyd etmişdir ki, məlum olduğu kimi qəsdən adamöldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda həmin cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilir və bu halda əmələ əlavə olaraq faktiki baş vermiş hər hansı nəticəni nəzərdə tutan maddə ilə tövsif etmək tələb olunmur. Lakin bəzən bu kimi cinayətlərdə qəsd qeyri-müəyyən olaraq konkret xarakter daşımaya da bilər. Belə olduğu halda qeyri-müəyyən qəsdlə cinayət törədən şəxsin qəsdi ilə baş vermiş kriminal nətic əyəm ölüm, sağlamlığa ağır və ya az ağır zərər vurma və s. əhatə oluna bilər Yəni ölüm baş verməmişdirsə ictimai təhlükəli əməl sağlamlığa ağır zərər vurma (CM-n 126-cı mad.), sağlamlığa az ağır zərər vurma (CM-in 127-ci mad.) maddələri ilə tövsif edilməlidir. Məhkum əməlində Azərbaycan Respublikası CM-in 29,120.2.2-ci və 29,1202.4-cü maddələrinin tərkibi yoxdur və Məhkum barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-311/2018 saylı, 13 mart 2018-ci il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfində qəbul edilmiş 1 (103)-795/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edəsiniz. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materiallar ı ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Ə.Novruzovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətlili yi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum oğlu məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun ona istinad edilən cinayətin törədilməsində təqsirliliyi mübahisə olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə ş əxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci və 29,120.2.4-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə q anunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirmə yə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən arqument, yəni məhkumun heç bir cinayət törətməməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həm in sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, apellyasiya instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamlar üzrə cinayət əməllərini törətməkdə təqsirli olmasının kifayət qədər sübuta yetirilməsi, təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməllərinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 120.2.4-cü maddələri ilə tövsif olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bildirir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma həmin epizodlar üzrə bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası C M-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apel lyasiya Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar