Məhkəmə qərarları › İş №1(102)-663/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-663/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-663/2023 06.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, barəsində cinayət təqibinə xitam verilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1744/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Barəsində cinayət təqibinə xitam verilmiş Məhkum xx xxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. 2. 05 aprel 2021-ci il tarixli ittiham aktına görə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 213.3-cü maddəsi ilə təqsirlən dirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, Məhkum vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs olmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1,1, 16.1.4, 72, 78.1, 105.1, 130.1, 130.2, 150, 159.1, 159.5, 166.1, 168.1, 177.1.1, 177.1.2, 177.1.3, 177.2, 177.6 və 180.1-ci maddələrinin tələblərini pozaraq, qeyd olunan cəmiyyətin adından vergi orqanına təqdim edilmiş bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, xüsusilə külli miqdar təşkil edən 1747948,46 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum cəmiyyətin adından vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə 2018-ci ilin yanvar ayı üzrə 395800,10 manat ƏDV tutulan dövriyyəsindən, dövlət büdcəsinə ödənilm əli ƏDV-ni 71244,02 manat göstərməli olduğu halda, 358672,19 manat dövriyyədən 64560,99 manat məbləğində ƏDV-ni əvəzləşdirib, həmin dövr üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyənin olmadığını göstərərək, 6683,03 manat, - həmin ilin dekabr ayı üzrə 2005474,31 manat ƏDV tutulan dövriyyəsindən, dövlət büdcəsinə ödənilməli ƏDV-ni 360985,38 manat göstərməli olduğu halda, 1271013,56 manat dövriyyədən 228782,44 manat məbləğində ƏDV-ni əvəzləşdirib, həmin dövr üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyənin olmadığını göstərərək, 132202,94 manat, həmçinin, vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində 2019-cu ilin fevral ayı üzrə 286997,28 manat ƏDV tutulan dövriyyədən hesabladığı, dövlət büdcəsinə ödənilməli ƏDV-ni 51659,51 manat, - həmin ilin noy abr ayı üzrə 7629,50 manat ƏDV tutulan dövriyyədən hesabladığı, dövlət büdcəsinə ödənilməli ƏDV-ni 1373,13 manat, - həmin ilin dekabr ayı üzrə 43743,22 manat ƏDV tutulan dövriyyədən hesabladığı, dövlət büdcəsinə ödənilməli ƏDV-ni 7873,78 manat, bundan başqa 2020-ci ilin yanvar ayı üzrə 1071,30 manat ƏDV tutulan dövriyyəsindən, dövlət büdcəsinə ödənilməli ƏDN-ni 192,83 manat göstərməli olduğu halda, 587,39 manat dövriyyədən 105,73 manat məbləğində ƏDV-ni bəyan edib ödəməyərək, 192,83 manat, - həmin ilin fevral ayı üzrə 91975,78 manat ƏDV tutulan dövriyyəsindən, dövlət büdcəsinə ödənilməli ƏDV-ni 16555,64 manat göstərməli olduğu halda, 91919,44 manat dövriyyədən 16545,50 manat məbləğində ƏDV-ni bəyan edib ödəməyərək, 16555,64 manat, habelə, vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrində 2 020-ci ilin mart ayı üzrə 3969,00 manat ƏDV tutulan dövriyyəsindən hesabladığı ƏDV-ni, 714,42 manat, - həmin ilin aprel ayı üzrə 384,39 manat ƏDV tutulan dövriyyəsindən hesabladığı ƏDV-ni, 69,19 manat, - 2019-cu ilin sentyabr ayı üzrə cəmiyyətin 5590319,89 manat ƏDV tutulan dövriyyəsindən, büdcəyə 1006257,58 manat ƏDV hesablamalı olduğu halda, həmin dövr üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyənin olmadığını göstərərək, 1006257,58 manat olmaqla, cəmi 1223582,23 manat məbləğində ƏDV-ni; bununla yanaşı, Məhkum cəmiyyətin adından vergi orqanına təqdim etdiyi 2019-cu ilin 1-ci rübü üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsində 900,00 manat dövriyyədən 14 faiz dərəcə ilə 126,00 manat hesablayıb ödəməməklə, - həmin ilin 2-ci rübü üzrə vergi orqanına təqdim e tdiyi ödəmə mənbəyində tutulan vergi bəyannaməsində ödənilməli vergini 900.00 manat dövriyyədən 14 faiz dərəcə ilə 126,00 manat hesablamalı olduğu halda, 300,00 manat dövriyyədən 14 faiz dərəcə ilə 42,00 manat vergi hesablayıb ödəməyərək, 126,00 manat, - həmin ilin 3-cü rübü üzrə vergi orqanına təqdim etdiyi ödəmə mənbəyində tutulan vergi bəyannaməsində ödənilməli vergini 570,00 manat dövriyyədən 14 faiz dərəcə ilə 79,80 manat hesablamalı olduğu halda, vergi tutulan dövriyyəsinin olmadığını bəyan edərək, 79,80 manat, cəmi 331,80 manat ödəmə mənbəyində tutulan vergini, bundan əlavə "xxxx" MMC-nin adından 2018-ci il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində gəlirini 13387651,72 manat, çəkilmiş xərclərini 11156376,43 manat, əldə olunan mənfəətini 2231275,29 manat və bu mənfəətdən 20% dərəcə ilə dövlət büdcəsinə hesablanmalı mənfəət vergisini 446255,05 manat göstərməli olduğu halda, gəlirini 12767364,57 manat, çəkilmiş xərclərini 12157340,13 manat, vergiyə cəlb olunan mənfəətini 610024,44 manat, mənfəətinin 122004,79 manat olduğunu göstərməklə, 324250,16 manat az hesablayıb, 17719,86 manat məbləğində mənfəət vergisini büdcəyə ödəyərək, 428535,09 manat, həmçinin müəssisənin adından 2019-cu ii üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində gəlirini 7472429,81 manat, çəkilmiş xərclərini 6994933,10 manat, əldə olunan mənfəətini 477496,71 manat və bu mənfəətdən 20% dərəcə ilə dövlət büdcəsinə hesablanmalı mənfəət vergisini 95499,34 manat göstərməli olduğu halda, gəlirini 7472429,81 manat, çəkilmiş xərclərini 7286723,77 manat, vergiyə cəlb o lunan mənfəətini 185706,04 manat, mənfəətinin 37141,21 manat olduğunu hesablayıb, dövlət büdcəsinə ödəməməklə 95499,34 manat olmaqla, cəmi 524034,43 manat mənfəət vergisini az hesablamış, ümumilikdə isə xüsusilə külli miqdar təşkil edən 1747948,46 manat məbləğində vergiləri vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etmək yolu ilə dövlət büdcəsinə ödəməkdən yayınmışdır. 3. 26 aprel 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-17/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası CM-nin 73-2.1-ci madd əsi tətbiq edilməklə Məhkum cinayət məsuliyyətindən azad edilmiş və Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir.

5. Birinci instansiya məhkəməsinin həmin qərarından mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin rəisinin 1-ci müavini Samir Seyidəhmədli apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək qərarın ləğv edilməsini və tərəflərindən verilmiş mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı əldə edilmiş xx.xx.2021-ci il tarixli, 9/6498 saylı komisyon və xx.xx.2022-ci il tarixli, 9/8424 saylı təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinə əsaslanmaqla qərar qəbul etməsi cinayət-prosessual qanunvericiliyi tələblərinə ziddir, həmin rəylərdən fərqli olaraq ibtidai istintaq dövründə keçirilmiş ekspertiza rəyləri daha mötəbər olmuşlar.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1744/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-17/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından mülki iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, mülki iddiaçı onları təkrarlamaqla ekspertiza rəyləri ilə razı olmadığını bildirib Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1744/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə min miş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tə tbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, a pellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Mülki iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutların qiymətlədirilməsində səhvə yol verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası mülki iddiaçının kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1744/2022 nömrə li, 14 sentyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Həmin tövsiyəyə əsaslanaraq mə hkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

19. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, kassasiya müraciətində istinad etdiyi məsələlər kassastorun əvvələr apellyasiya instansiyası məhkəməsi qarşında qaldırdığı dəlillərlə eynilik təşkil edir, onlar hər iki aşağı instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarlarda artıq ətraflı cavablandılırmış, kassasiya müraciətinin müəllifi həmin qərarlarda müəyyən edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı baxılan kassasiya müraciətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, hazırkı kassasiya müraciətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya insta nsiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya müraciətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

20. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hər iki aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktl arı araşdırıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərarlar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

21. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1744/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən sax lanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1744/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar