Məhkəmə qərarları › İş №1(102)-663/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-663/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-663/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 1(008)-9/2023 nömrəli (hakim: Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi) hökmü ilə xx xxxxxxxx 199 1-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, xxxxdə qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 8 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin hökmlə, həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə xər ci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Şəkərəliyev Amin Qəhrəman oğlu tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxs Məhkum müdafiəçisi, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli 1(103)-53/2024 nömrəli (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlu (sədrliyi və məruzəsi ilə), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya protesti təmin edilmiş, apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü Məhkum aid hissədə ləğv edilmiş, Məhkum CM-in 228.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 8 iyun 2021-ci il tarixdən 8 iyun 2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) il müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 22 may 2024-cü il tarixdən hesablanması, məhkəmə iclas zalından dərhal həbs edilməsi müəyyən edilmiş, hökm Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aid hissələrdə də dəyişdirilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs1 və Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlə rinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli 1(102)-2639/2024 nömrəli (hakimlər: Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayəti təmin edilməmiş, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2024-cü il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum əməli CM-in 228.2.1-ci maddəsindən həmin Məcəllənin 228.1-ci maddəsinə tövsif edilmiş və Məhkum CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsin ə əsasən Məhkum 8 iyun 2021-ci il tarixdən 8 iyun 2023-cü il tarixə kimi həbsdə olduğu 2 (iki) il müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və onun üzərində qəti olaraq 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkum Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamdan onun Məhkum ilə qabaqcadan əlbir olmasına dair müddəalar xaric edilmiş, hökm Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli hökmündən daha sonradan Məhkum tərəfindən də kassasiya şikayəti verilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin in 11 saylı Cəzaçəkmə Müəssisəsindən 6 fevral 2025-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş ərizə ilə Məhkum məhkəməyə müraciət edərək, verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Kassasiya kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 412.6-cı maddəsinə görə kassasiya şikayətinin və ya kassasiya protestinin geri götürülməsi haqqında müraciət bu Məcəllənin 410.1-ci maddəsi ilə kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində təkrar kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi hüququnun həyata keçirilməsinə mane olmur. Cinayət-Prosessual Məcəlləsinin 414.8-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğ un götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalı və onun baxılmasına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayətinə baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar