Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-664/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəx s Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Nemətov Məhəmməd Nəsir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 may 2021-ci il tarixli hökmü ilə (hakimlər Cəlilov Oruc Yusif oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs, xx xxxxxx tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Gülşənabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta t əhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə, CM-in 66.3-çü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma barədə iran islam Respublikasının Aslandüz şəhərində şəxsiyyəti məlum olmayan “X” adlı şəxs və q eyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş və əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, 01 noyabr 2020-cu il tarixdə İran İslam Respublikasının Aslandüz şəhərinə gedib orada cinayətkar qrupun üzvündən üç bükümdə-226,347 qram, 176.517 qram, 232,482 qram olmaqla cəmi, külli miqdarda635,346 qram narkotik vasitə olan heroini və bir bükümdə külli miqdarda -195,478 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib onları İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirib Bakı şəhərində cinayətkar qrupun şəxsiyyəti məlum olmayan digər üzvünə 2000 manat müqabilində çatdırması üçün həmin narkotik vasitəni və psixotrop maddəni malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməkl ə, yəni 1 bükümdə 195,478 qram psixotrop maddə olan metamfetamini sağ bud nahiyyəsinə, 1 bükümdə 226,347 qram narkotik vasitə olan heroini sol bud nahiyyəsinə rezin ilə bağlayaraq, habelə ayağına geyindiyi ayaqqabının bir tayının tərliyinin altına 1 bükümdə 176.517 qram narkotik vasitə olan heroini, digər tayının tərliyinin altına 1 bükümdə 232,482 qram narkotik vasitə olan heroini yerləşdirib saxlayıb daşıyaraq 02 noyabr 2020-ci ii tarixdə, saat 11 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük idarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi M.N.Nemətov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğiu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 26 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi M.N.Nemətov kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlini CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi, onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə CM-nin 234.2-ci maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin olunması və CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti tətbiq olunması barədə qərar qəbul edilməsi məqsəd i ilə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edilməsi, cinayət işini isə yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və CM-nin normalarına istinad edən müdafiəçi M.N.Nemətov həmin şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri Təqsirləndirilən şəxs barəsindəki cinayət işinə baxarkən düzgün və ədalətli qərar qəbul etməmiş, onun cinayət əməli CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmiş və ona həddindən artıq ağır cəza təyin olunmuşdur. Müdafiəçi qeyd edir ki, birinci instansiya məhkəməsi işiin faktiki hallarını tamamilə araşdırmadan, təqsirləndirilən şəxsin verdiyi ifadələri sübut kimi nəzərə almadan, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmədən əsassız hökm çıxarmış, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qanunvericiliyin tələblərinin pozmaqla gəldiyi nəticəyə əhəmiyyət vermədən hökmü dəyişdirmədən saxlamış, eyni zamanda məhkum olunmuş şəxsin haqqında CM-nin 62 və 70-ci maddələrinin tətbiq edilməsi mümkünlüyünü müzakirə etməyərək birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır. Buna görə də kassasiya şikayətinin müəllifi göstərilənlərə əsaslanaraq kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edilməsi və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəm əsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, müdafiəçi M.N.Nemətov isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun və müdafiəçinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı Cəzaçəkmə Müəssisəsindən məhkum Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixli ərizəsi daxil olmuşdur. Ərizədə o, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli qərarından müdafiəçsi M.N.Nemətov tərəfindən verilmiş kassasiya şikayətinin baxışdan çıxarılmasını və h əmin şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkumun ərizəsi 02 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 25 aprel 2022-ci il tarixli 17/18-1140 saylı məktubla müşaiyət edilmişdir. Həmçinin məhkumun müdafiəçi M.N.Nemətov məhkəməyə 26 aprel 2022-ci il tarixli ərizəsini təqdim edərək, tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir. CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsinin tələblərində n görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi M.N.Nemətovun ərizələrini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 206.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noya br 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi M.N.Nemətov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Təqsirləndirilən şəxs və müdafiəçi Nemətov Məhəmməd Nəsir oğlunun ərizələri təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi M.N.Nemətov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarıls
Məhkəmə qərarları › İş №1(102)-664/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-664/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver