Məhkəmə qərarları › İş №1(102)-664/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-664/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-664/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə 1 mart 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan2 ünvanda qeydiyyatda olan, faktiki ünvan 1anda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan son ra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), M.H.Əkbərov və İ.A.Mahmudov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətin in əvvəlinin 22 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş və məhkum tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.A.Şirinov (sədrlik edən), İ.A.İbrahimli və Z.B.Babayev) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir оna görə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşım ışdır. Belə ki, o, 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “Kubinka” adlandırılan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 20 manat ödəniş etməklə sonuncudan qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda - bir ədəd bükümdə təmiz çəkisi 2,755 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 aprel 2022-ci il tarixdə saat 17:50-də Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən söküntülü binanın içərisində saxlanılaraq 28-ci Polis Bölməsinə aparılmış, orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynind əki tünd göy rəngli şalvarının sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda - bir ədəd bükümdə təmiz çəkisi 2,755 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM -nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan 2,755 qram çəkidə heroinin şəxsi istehlak miqdarından 22 dəfə çox olması və onun tutulma təhlükəsi olduğu halda, narkotik vasitə üzərində daşıyaraq küçəyə çıxması ona dəlalət edir ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olur. Lakin bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dö vlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələri nin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkum Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edi r. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdar da törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkə tlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respub likası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq məhkum Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə dair gəldiyi nəticə ilə razılaşmış və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş itti ham üzrə təqsirli bilməyərək göstərmişdir ki, son 5-6 il ərzində müntəzəm olaraq narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir, narkomaniya xəstəliyindən əziyyət çəkir. Dəfələrlə müalicə olunmağa cəhd etsə də bunu bacara bilməmişdir. Narkotik istifadəçisi kimi əvvəllər bir neçə dəfə həm də məhkum olunmuşdur. Narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri ərazisində müxtəlif yerlərdən, tanımadığı şəxslərdən çox kiçik miqdarda əldə edərək qəbul etmişdir. Heç vaxt birdən-birə bir neçə qram heroin və ya metamfetamin almağa imkanı olmamışdır. Özü heroin ala bilməyəndə həmişə tanış narkomanlara müraciət etmiş, kimdə varsa, alıb istifadə etmişdir. O cümlədən, Yasamal rayonunun Cavid prospektindəki həyət evləri olan məhəllədəki bir söküntü otaqda – qəlibdə də dəfələrlə qalmışdı r. Sökülmüş binanın həmin uçuq otağı Baxşiyev Böyükağa adlı şəxsə məxsus olmuş, həmin otaqda yığışıb oturmaların əvəzində imkanları olan həddə Böyükağaya yalnız yemək vermişlər. Ağır maddi vəziyyətdə olan Böyükağanın narkotik vasitə istifadə etməsinin şahidi olmamışdır. 22 aprel 2022-ci il tarixdə saat təxminən 18 radələrində Cavid prospekti 47 ünvandakı həmin sökülmüş otaqda bir neçə başqa narkoman tanışları ilə oturub söhbət etdikləri vaxtda oraya çoxsaylı mülki geyimli şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, uçuq otağa baxış keçirilmiş, şəxsən ondan hər hansı narkotik vasitə aşkar olunmamışdır. Başqa kimdənsə də narkotik vasitə aşkar olunduğunu görməmişdir. Protokol da yazılmışdır. Amma otağa baxıb qurtarandan sonra onların hamısını maşına yığıb Polis Bölməsinə aparmışlar. Orada hamını bir-bir sıraya düzüb hərəyə bir bükülüdə narkotik vasitə verilmiş və çəkiliş zamanı çıxarıb təqdim etmələri tapşırılmışdır. O da çarəsiz qalıb razılaşmış və başqa çıxış yolu da olmadığından tabe olmuşdur. Deyilən qaydada da çəkiliş aparılmış, guya ondan bir ədəd bükümdə təmiz çəkisi 2,755 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsi barədə sənədləşmə aparılmışdır. Özü narkoman olduğundan əslində danışmağa dili qısa olmuş və etiraz da etməmişdir. Onlara istifadəçi kimi rəsmiləşdirilib cəzalanacaqları deyilsə də, sonradan başa düşmüşdür ki, müstəntiq onun barəsində açdığı işi onun satışla məşğul olması variantında bitirib. Amma heç bir halda o satışla məşğul olmayıb. Özü üçün heroinin qramının dörddə birini əldə et məyə belə pul tapmaqda həmişə çətinlik çəkib. Saxlanan gün isə ümumiyyətlə üstündə heç nə olmayıb. Bununla belə, müalicəyə ehtiyacı olduğundan, həm də müntəzəm narkotik vasitə qəbul edən narkoman kimi narkotikə aidiyyəti olmamasını iddia etməyə vicdanı yol vermədiyindən istifadəçi kimi sənədləşdirilməsinə etiraz etməmişdir. Bununla belə narkotik vasitə aludəçisi olduğuna və müntəzəm şəkildə narkotik vasitələr qəbul etdiyinə görə özünü istifadəçi kimi günahkar bilmişdir. Çox peşmandır. Ona görə də müalicəyə ehtiyacı olan və müalicə olunmağı arzulayan bir narkotik istifadəçisi kimi heç olmazsa,istifadəçi kimi məhkum olunmasını, məcburi müalicəyə göndərilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, Məhkum ibtidai istintaq zamanı verdiyi və birinci instanisya məhkəməsində iclasda elan edilərə k tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, təxminən bir neçə ildir müxtəlif yerlərdən narkotik vasitələr və psixotrop maddələr əldə edərək qəbul edir. Belə ki, 2022-ci ilin aprel ayının 22-də səhər saat 10:00 radələrində Nəsimi rayonu ərazisindəki “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən heroin almış, həmin heroini şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. 22 aprel 2022-ci il tarixdə saat 17:50-də Yasamal rayonu, H.Cavid prospekti, ev 47 ünvanda olan zaman iki nəfər mülki geyimli şəxslər ona özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, daha sonra onun narkotik vasitələrin əldə olunması və istifadəsində şübhəli olduğunu bildirərək onu Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. Polis Bölməsində olan otaqların birində gözlədikdən sonra təhqiqatçı axtarış və götürmə aparılacağını bildirmiş, dövlət hesabına hüquqlarımı müdafiə edilməsi üçün vəkil çağırmış, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələrinə dair müvafiq bildirişlər vermişdir. Daha sonra təhqiqatçı “İphone” markalı mobil telefon aparatının videokamerasını istifadə etməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyini bildirdikdə etiraz etməmişdir. Təhqiqatçının təklifindən sonra şalvarının sol yan cibindən bükümü çıxarıb təqdim edərək içərisində heroin olduğunu, onu 22 aprel 2022-ci il tarixdə saat 10:00 radələrində Nəsimi rayonu ərazisindəki “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi məqsədi ilə 20 manata aldığını və üzərində sax layıb gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüş, həmin zərfin tamlığını o da öz imzası ilə təsdiq etmişdir. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid4 göstərdi ki, 22 aprel 2022-ci il tarixdə bölməyə Məhkum narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat dərhal rəhbərliyə məruzə edilmiş və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 18:00 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin Yasamal rayonu, H.Cavid prospekti, ev 47 ünvanın qarşısında dayandığı müəyyən edilərək dərhal saxlanılmışdır. Həmin şəxsi saxlayıb onun şəxsiyyəti ilə maraqlandıqda onun Məhkum olduğu müəyyən edilmişdir. Onlar Məhkum özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatın olduğunu bildirərək onu 28-ci Polis Bölməsinə getməsini təklif etmişlər və Məhkum da razılaşmışdır. Əslində həmin vaxt qeyd olunan ünvanda X4 adlı şəxsin tiryəkxana təşkil etməsi barədə şübhələr də olmuş, həmin səbəbdən tədbir zamanı Azadla yanaşı bir neçə başqa şəxslər də saxlanmış və bölməyə aparılmışdır. Bölmədə təhqiqatçı Məhkum üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl ona müdafiəçi seçmək hüququnu izah etmiş, sonra dövlət hesabına vəkillə təmin olunmuşdur. Təhqiqatçı Məhkum şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş və bundan sonra Məhkum üstünə vəkilinin, polis əməkdaşların iştirakı ilə axtarış və götürmə keçirməyə başlanmışdır. Təhqiqatçı Məhkum üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zama nı videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra təhqiqatçı Məhkum axtarış və götürmənin aparılması barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Məhkum əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, bu maddəni 22 aprel 2022-ci il tarixində saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 man ata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Onun təqdim etdiyi bir ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli maddənin olması aşkar edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, o, həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. O, eləcə də xidmət etdiyi bölmənin digər əməkdaşları Məhkum üzərindən aşkar olunmuş narkotik vasitə ilə bağlı əməliyyat-axtarış tədbirlərini davam etdirmişlər. Amma Məhkum aşkar olunmuş heroini satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək hər hansı dəlil əldə etməmişlər. Narkoman olan Məhkum müntəzəm olaraq narkotik vasitələrdən istifadə etməsi, həmçinin yax alandığı ünvanda digər narkomanlarla bir yerə yığışıb vaxt keçirdikləri, orada olarkən həm də narkotik vasitələr qəbul etdikləri müəyyən olunmuşdur. Qeyd olunan yarımçıq sökülmüş tikilidə narkomanların yığışması isə ətrafdakı sakinlərin narazılığına səbəb olmuşdur. Əslində tədbirin keçirilməsinin bir səbəbi də bu olmuşdur. Şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin digər əməkdaşı Şahid3, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları Şahid2, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər. İş materiallarında olan “baxış və götürmə aparılması haqqında” 22 a prel 2022-ci il tarixli protokolun surətindən görünür ki, X1 Yasamal rayonu, H.Cavid prospekti, ev 47 ünvandakı otaqda narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilmişdir. Həmin ünvandakı söküntüyə məruz qalmış binanın otağına daxil olduqda orada Məhkum, X9, X7 və X2 bir masanın ətrafında toplaşmaları müəyyən edilmişdir. Həmin şəxslərdən orada olmalarının səbəbi soruşulduqda onlar mütəmadi olaraq narkotik vasitə istifadə etmək üçün oraya toplaşdıqlarını və həmin otağı Böyükağa Baxşıyevin yemək qarşılığında onlara verdiyini bildirmişlər (cild 1, iş vərəqə 10-11). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Məhkum əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən şəffaf sellofanın içərisində bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Məhkum həmin bükümün içərisindəkinin “kakos” olduğunu və “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 2930,75-77). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 i yun 2021-ci il tarixli 3397 nömrəli rəyindən görünür ki, Məhkum opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 112-113). Məhkum narkotik vasitəni əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 01 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 158-159). Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqa nı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. Məhkum üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş polis əməkdaşları məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə heç bir məlumat əldə olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verən aşağı instansiya məhkəmələri haqlı olaraq məhkum Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmiş, həmin maddədə nəzərdə tutulan cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, M essege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkə məsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxl anılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar