Məhkəmə qərarları › İş №1(102)-664/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-664/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-664/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, xx xxxxx 1991-ci ildə Goranboy rayonu, Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2əşən nömrəsiz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-660/2024 nömrəli, 23 may 2024cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1215/2023 nömrəli 22 dekabr 2023-cü il tarixli hökmü ilə (hakimlər: T.Q.Hüseynov (sədrlik edən), Ə.Q.Quliyev və F.A.Namazov) Məhkum – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etm ə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 29 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-660/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), H.H.Əhmədov və Z.A.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Məhkumnın Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum sat ış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmək məqsədi ilə internet sosial şəbəkələrində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Şahin" adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 2022-ci ilin dekabr ayının axırlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsinin ərazisində gizlədilmiş külli miqdarda 17,561 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsdi ilə qanunsuz olaraq əldə edib, daşımaqla bükümlərə bölüb bir qismini üzərində, qalan hissəsini yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, H.Ağayev küçəsi, dalan 4 ünvanda saxlamış, 29 dekabr 2022-ci il tarixdə saat 15:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu ə razisindən keçən Bakı-Sumqayıt şossesi 1 ünvanda verləşən “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkət edərkən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 4 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,937 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürüldükdən sonra, əməliyyat tədbirlərinin davamı olaraq 29 dekabr 2022-ci il tarixdə saat 18:15-də onun könüllü razılığı əsasında yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, H.Ağayev küçəsi, dalan 4 ünvanda baxış keçirilərkən yataq otağı ndakı divanın üst hissəsində olan döşəyin altından göy rəngli çantanın içərisindən 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri külli miqdarda 6,919 qram və külli miqdarda 7,705 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 17,561 qram xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli qərarının ləğv edilərək, Məhkum əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərmişdir ki, Mə hkum qarşı irəli sürülmüş ittiham işin faktiki hallarına uyğun gəlmir və cinayət işi düzgün araşdırılmamışdır. İş kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azə rbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkumnın kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar