Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-665/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarından Məhkum verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Ə.M.Abasov, hakimlər M.M.Ağalarov və E.Ə.Mikayılovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxx 1990-cı ildə ünvan4ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan4ndə qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.9-cu maddələri ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxxxx 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim V.C.Cəfərov, hakimlər F.G.Zeynallı və E.M.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Cinayət Məcəlləsinin 29,120.2.9-cu maddələrindən 29,120.1-ci maddələrinə tövsif edilmiş, ona Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermiş dir. Zərərçəkmiş şəxs Paşayev X11 Məhkəməyə hazırda cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsinin xx xxx 2020-ci il tarixli xx/xx-1720 saylı məktubu ilə müşayiət edilən kassasiya şikayətinə qarşı etiraz göndərimişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum, xx xxxxxxxx 2016-cı il tarixdə, saat 22 radələrində qardaşı X5 ona zəng edərək anası X6 qan təzyiqi qalxaraq yerə yıxılan vaxt qoluna qaynar su dağılması barədə verdiyi xəbər əsasında yaşadığı ünvan5ndəki evindən qonşuluğunda yaşadığı anasının evinə gəlmiş, anası X6nın qolunun yandığını görüb sonuncunun xahişi ilə onu ünvan6nə xalasıgilə aparmış, orada qardaşı X5dan analarının qolunun qan təzyiqinin qalxaraq yerə yıxılması nəticəsində deyil, həmkəndlisi X80nun onu evlərinin qarşısında həyətdə yerləşən yardımçı otaqda zorlamağa cəhd etməsi, anasının həmin vaxt özünü müdafiə edən zaman qollarına qaynar su tökülməsi nəticəsində yanmasını bilib, qisas almaq məqsədilə X80i qəsdən öldürmək qərarına gələrək, niyyyətini həyata keçirmək üçün ünvan7nə anasının evinə gəlib, həyətdəki mətbəxdən bir ədəd mətbəx bıçağını götürərək gödəkçəsinin sol döş cibində gizlədib qonşuluqda yaşayan X80in evinə gəlmiş, sonuncunun atasından onun rayon mərkəzi xəstəxanasına aparıldığını öyrənərək, taksi ilə ünvan9ndə yerləşən ünvan10nın cərrahiyyə korpusuna gələrək, orada qardaşı X5un anaları X6nı zorlamağa cəhd edərkən X80in baş nahiyəsinə yetirdiyi xəsarətlə əlaqədar sarğı otağında olduğunu öyrənib, xx xxxxxxxx 2016-cı il tarixdə saat 00:10 radələrində sarğı otağına daxil olaraq X80in çarpayıda üzü üstə uzandığını, həkim və tibb bacıları, eləcə də mühafizə xidməti əməkdaşının onun başının üzərində dayanaraq tibbi yardım göstərildiyini görüb, X80in başından aldığı xəsarətlərin təsirindən özündə olmadığını və onu görmədiyindən ona qarşı müqavimət göstərə bilməyəcəyini dərk edərək, yəni onun köməksiz vəziyyətdə olmasından istifadə edərək, gödəkçəsinin sol döş cibində gizlətdiyi ümumi uzunluğu 31,4 sm., dəstəyi 11,8 sm., tiyəsinin uzunluğu 19,6 sm. olan təsərrüfat-məişət təyinatlı, kəsicideşici xassəyə malik bıçağı çıxardaraq X80i qəsdən öldürmək məqsədilə kürəyinin sağ və sol nahiyələrindən iki dəfə ardıcıl zərbə vurmaqla, ona döş qəfəsinin arxa səthində solda onurğayanı xətt ilə kürək xətti arasında Vİİ-Vİİİ qabırğaarası sahədə bir yerdə döş qəfəsi daxilinə keçərək sol ağ ciyərin aşağı payının zədələnməsi ilə nəticələnən, sağda kürək xətti üzrə Vİİİ qabırğaarası sahədə bir yerdə döş qəfəsi daxilinə keçərək sağ ağ ciyərin aşağı payının zədələnməsi və diafraqmanı dəlib keçən qara ciyərin ağ payının üst divarının zədələnməsi ilə nəticələnən ümumilikdə iki yerdə deşilmiş-kəsilmiş yaralardan ibarət sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bıçaq zərbələrini davam etdirən zaman sarğı otağında olan X65nin ünvan10 üzrə mühafizəçisi X9 onun sağ əlini tutaraq ona müqavimət göstərdiyindən və nəticədə bıçaq əlindən yerə düşdüyündən dəhlizdən digər şəxslərin də onlara yaxınlaşdığını görüb hadisə yerindən qaçmış və o, X80in üzərində vaxtında cərrahiyyə əməliyyatı aparılmaqla həyatı xilas edildiyindən, öz iradəsində n asılı olmayan səbəblərə görə cinayətini başa çatdıra bilməyib X80nu qəsdən öldürməyə cəhd etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq Məhkum əməlində Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulmuş “təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə” əlamətinin olmaması haqqında nəticəyə gəlib, onun yuxarıda təsvir olunmuş hərəkətlərinin hüquqi tövsifini Cinayət Məcəlləsinin 29,120.2.9-cu maddələrindən həmin Məcəllənin 29,120.1-ci maddələrinə dəyişmişdir. Kassasiya şikayətinin və etirazın dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin höküm dəyişdirilsə də, onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən cinayətin namus məsələsi ilə əlaqədar törədilməsi, onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi lazımınca nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 9, 41.2, 58.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilməsini, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması nı və yaxud azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X80 kassasiya şikayətinə qarşı etirazında, şikayətin əsassız olduğunu, nəinki onun təmin edilməsi üçün əsasların olmadığını, hətta tövsifin və məhkuma apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəzanın ağırlaşdırılması üçün əsasların olduğunu iddia etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya in stansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən əməlinin hüquqi tövsifin in dəyişdirilməsinə və cəzasının azaldılmasına baxmayaraq məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə azaıldılması və yaxud azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səla hiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilmə si və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngü l cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar qismində - cinayət törətmiş şəxsin “himayəsində azyaşlı uşağın olması” Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində, “könüllü gəlib təqsirini boynuna alması” isə Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuşdur. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsində təsbit olunmuşdur ki, Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa şatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayətə gö rə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinin nəzərdə tutduğu - CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 58.3-cü maddəsində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, ba xılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Məhkum həddindən artıq ağır cəzaya məruz qalması barədə iddiasının əksinə olaraq, birinci instansiya məhkəməsinin hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxarkən apellyasiya məhkəməsi Məhkum əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.9-cu maddələrindən 29,120.1-ci maddələrinə dəyişdirməklə yanaşı, məhz Məhkum əməlinin başa çatmayıb cinayətə cəhd olmasından, şəxsiyyəti ilə bağlı olan məlumatlardan və cəzanı yüngülləşdirən hallardan, o cümlədən Məhkum himayəsində iki azyaşlı uşağının olmasından və könüllü gəlib təqsirini boynuna almasından, habelə baxılan işdə cəzanı ağırlaşdıran hall arın olmamasından çıxış edərək, Məhkum Cinayət Məcəlləsinin 29,120.1ci maddələri ilə Cinayət Məcəlləsinin 63.3 və 60-cı maddələrinin tələb etdikləri həddə, yəni CM-in 120.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi kimi müəyyən edilmiş 14 ilin dördə üçünün dörddə üçünü təşkil edən 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya məhkəməsi cinyətin törədilmə hallarını, eləcə də məhkumun şəxsiyyətinə aid və cəzanı yüngülləşdirən halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, təyin olunan cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) qi ymətləndirdiyindən, kollegiya həmin halları məhkəmənin qiymətləndirməsindən fərqli şəkildə - Məhkum Cinayət Məcəlləsinin 60 və 63.3-cü maddələrinin yol verdiyi həddən də az müddətə azadlıqdan məhrum etmə cəzasının və yaxud CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmayan daha yüngül növə aid cəzanın təyin edilməsini (Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini) tələb edən xüsusatlar kimi səciyyələndirmək üçün əsas görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum yuxarıda qeyd olunan cəzanı təyin etməklə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cinayətə cəhdə görə, habelə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda, cəzanı ağırlaşdıran hallar i sə olmadıqda cəzanın təyin edilməsi qaydalarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3, 63.3, 60 və 41.2-ci maddələrinin tələblərinə əməl etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində təsbit olunmuş pozuntuya yol verilmədiyini, yəni şikayətin təmin, mübahisələndirilən qərarın isə dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxxxx 2018-ci il tarixli qərar ı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-665/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-665/2020
03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver