Məhkəmə qərarları › İş №1(102)-665/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-665/2021

23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-665/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X2, məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarından Azərbaycan Respublika sı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Kürdəmir Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Müseyib Bayramov) Məhkum1 (20.07.1970-ci ildə Kürdəmir rayonu, Muradxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum2 (07.08.1978-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, 2 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 qanunsuz olaraq 409,281 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib Kürdəmir rayonu, Muradxan kəndində yerləşən fərdi yaşayış evində gizlətməklə saxlamış, həmin narkotik vasitə marixuananın 45,984 qramını satış məqsədilə 8 ədəd kibrit qutusunda qablaşdırıb 04 oktyabr 2019-cu il tarixdə günorta saatlarında Kürdəmir şəhəri, Əzizbəyov küçəsində tanışı Məhkum2 400 manat pul müqabilində satmış, həmin narkotik vasitə qurudulmuş marixuananın 5,464 qramını bölüb bir kibrit qutusuna qablaşdıraraq üzərində, 52,833 qramını 10 ədəd kibrit qutusuna qablaşdıraraq yaşadığı, ünvan 3 ünvanında, qalan 305 qramını bir ədəd torbada qablaşdırıb qeydiyyatda olduğu Kürdəmir rayonu, Muradxan kəndində yerləşən fərdi yaşayış evində gizlətməklə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Müba rizə İdarəsinin və Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən 04 oktyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 19:00-da Məhkum2 ünvan 5 ünvanının qarşısında saxlanılıb üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd kağız bükümdə 5,712 qram çəkidə qurudulmuş marixuana, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 19:40-da Məhkum2 yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə özünün icazəsi və iştirakı ilə keçirilən baxış zamanı həyətyanı sahədə quşların saxlanılması üçün nəzərdə tutulmuş tikilidə olan dolabın içərisindən çıxarıb təqdim etdiyi 07 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 4,647 qram, 6,823 qram, 6,078 qram, 5,443 qram, 5,122 qra m, 6,103 qram və 6,056 qram olmaqla, ümumi təmiz çəkisi 40,272 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

3. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Əhmədov, hakimlər K.S.Bəşirov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli 1(041)-53/2020 saylı hökmü dəyişdirilmiş, hökmdən Məhkum2 narkomaniyadan məcburi müalicə təyin edilməsinə dair müddəalar xaric edilmiş, hökm apelyasiya protesti ilə əlaqədar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı k assasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri:

5. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum2 təyin edilmiş yüngül cəza ilə, həmçinin məhkum edilmiş şəxs Məhkum1 təyin edilmiş ən aşağı həddə cəza ilə razılaşarkən, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, Məhkum2 və Məhkum1 şəxsiyyəti, cinayətin törədilməsi zamanı davranışlarını nəzərə almamaqla onlara təyin edilmiş açıq-aydın ədalətsiz cəzanı qüvvədə saxlamış, bu zaman cəza təyin etmə barədə Azərbaycan Respublikası CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamış, cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq edilməmiş, nəticədə də məhkum edilmiş şəxs Məhkum2 münasibətdə yüngül cəza, Məhkum1 münasibətdə isə ən aşağı həddə cəza təyin olunmuşdur.

6. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı ya radan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. III. Kassasiya müraciətinə baxılmasında iştirak etmiş şəxslərin çıxışları

7. Dövlət ittihamçısı X3 çıxışında bildirdi ki, kassasiya protestini müdafiə edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumlar barəsində əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarının ləğv olunub, cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

8. Məhkum1 çıxışında bildirdi ki, kassasi ya protestinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyasından kassasiya protestinin təmin edilməməsini xahiş edir.

9. Məhkum2 çıxışında bildirdi ki, kassasiya protestinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyasından kassasiya protestinin təmin edilməməsini xahiş edir. IV. Hüquqi məsələlər:

10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

13. Dövlət ittihamçısı kassasiya protestində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum2 təyin edilmiş yüngül cəza ilə, həmçinin məhkum edilmiş şəxs Məhkum1 təyin edilmiş ən aşağı həddə cəza ilə razılaşarkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, Məhkum2 və Məhkum1 şəxsiyyəti, cinayətin törədilməsi zamanı davranışlarını nəzərə almamaqla onlara təyin edilmiş açıqaydın ədalətsiz cəzanı qüvvədə saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

14. Odur ki, kollegiya döv lət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

16. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

17. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyə ti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

18. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə da ha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

19. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

20. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

21. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

22. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

23. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

24. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilmə li və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

25. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, müəyyən olunur ki, bu dəlillər Məhkum1 və Məhkum2 təyin olunmuş cəzanın açıq-aydın yüngül olması haqqında nəticə çıxarmaq üçün ə sas vermir.

26. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma; Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli - satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kimi təsbit edilmişdir.

27. Azərbaycan Respublikası CM-nin 234. 1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.

28. Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası yəni sanksiya daxilində cəza təyin edilmişdir.

29. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum2 2-ci qrup əlil olması, himayəsində 2 az yaşlı uşağının olması və könüllü olaraq narkotik vasitəni satan şəxsin ifşa etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzər ə alınmış və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Məhkum1 himayəsində həyat yoldaşının İ qrup əlil olmaqla, 2 uşağının olmasını, onlardan birinin hazırda həqiqi hərbi xidmət çəkməsini, cinayətin predmeti olan narkotik vasitənin tapılmasına köməklik göstərməklə könüllü olaraq qeydiyyatda olduğu Kürdəmir rayonu, Muradxan kəndində yerləşən fərdi yaşayış evinin eyvanının altında yerləşən odun sobasının içərisində saxladığı 01 ədəd torbada narkotik vasitə qurudulmuş marixuananın tapılmasında fəal iştirak etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır.

30. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, şəxsin cin ayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahısına görə marixuana qurudulmuş vəziyyətdə 500 qram və daha çox çəkidə küllü miqdar hesab edilir. Məhkum2 aşkar edilmiş narkotik vasitə marixuana 45,984 qram olmaqla küllü miqdar hesab edilən çəkidən dəfələrlə az olmuşdur. Məhkum2 ilk dəfə məhkum olunduğu vəziyyətdə məhkəmənin ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməsi, protestə göstərildiyi kimi əsassız olaraq yüngül cəza deyil, işin hallarına uyğun cəza olmuşdur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının da olduğu vəziyyətdə, 2 -ci qrup əlilliyi olan, saxladığı narkotik vasitənin növü marixuana, miqdarı 45 qram, olan, narkotik vasitəni əldə etdiyi mənbəni göstərməklə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxsin aşkar edilməsinə ifadəsi ilə kömək edən və ilk məhkumluğu olan şəxsə dövlət ittihamçısı tərəfindən təklif edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, məhkəməni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başqa bir cinayət işinə baxarkən cəza təyin edilməsi zamanı cəza seçilməsində çıxılmaz vəziyyətə salar. Məsələn, üzərində aşkar edilmiş narkotik vasitənin növü Məhkum2 aşkar edilmiş marixuanadan daha ağır növdə olan (məsələn heroin, tiryək və.s.) miqdarı küllü miqdara yaxın və ya ondan dəfələrlə çox olan (Məhkum2 bu küllü miqdardan dəfələrlə azdır), məhkumluğu və ya əməlində cinayətlərin residivi olan şəxsə cəza təyin edilməsi məsələsi həll edilərkən, məhkəmənin sərəncamında cəmi 2 ildən (bu Məhkum2 tələb edilən cəzadır) 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasından ibarət cəza şkalası olar. Bu vəziyyətdə isə ona təyin edilməli olan cəzanı ilk məhkumluğu olan, aşkar edilmiş narkotik vasitəsinin növü daha yüngül narkotik vasitə sayılan marixuana olan, heç bir ağırlaşdırıcı halı olmayan, ikinci qrup əlil olan, ilk izahatında narkotik vasitəni əldə etdiyi şəxs barədə məlumat verən və nəhayət himayəsində iki azyaşlı uşağı olan Məhkum2 təyin edilmiş cəzadan fərqləndirmək çətin olar. Başqa bir tərəfdən cinayət qanununun dekriminallaşması qaydasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdı rılması növündə cəzanın yer alması öz əhəmiyyətini itirər.

31. Yuxarıda qeyd edilən səbəblərə görə apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum2 təyin edilmiş cəza onun şəxsiyyətinə, sağlamlıq vəziyyətinə, işin hallarına, ondan aşkar edilmiş narkotik vasitənin növünə və miqdarına, ailə vəziyyətinə, nəhayət himayəsində 2 azyaşlı uşağının olması halına uyğun olmuşdur.

32. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, kiçik istisna ilə eyni səbəblərə görə Məhkum1 cəza təyin edilməsi zamanı birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi qayda və prinsiplərinə əməl edildiyini, Məhkum1 ilk dəfə məhkum olunmasını, narkotik vasitənin növünün və miqdarının nəzərə alınmış olmasını, törətdiyi əməli, yəni Məhkum2 narkotik vasitə satmış olmasını ilk izahatı nda etiraf etməsini, təyin edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının 3 ildən 7 ilə qədər olması halına uyğun olmasını hesab edir.

33. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.

34. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dair əsinə düşən) heç bir hal müəyyən edilməmişdir.

35. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər.

36. Qeyd olunan halların fonunda Məhkum1 və Məhkum2 birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz.

37. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

38. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının və kassasiya protestinin təmin edilməməsinə dair məhkumların çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barələrində olan 08 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məhkum1 barələrində olan 08 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar