Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-665/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-532/ 2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1990-cı il tarixdə Kürdəmir rayonu Yeni Şıxımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 25 yanvar 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 29,120.2.2 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 09 fevral 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 26 sentyabr 2022-ci il tarixdə, saat 08 radələrində yaşadığı Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısına gəlib sonuncuya bir neçə il bundan əvvəl 200 manat pul verdiyini iddia edərək Zərərçəkmiş şəxs2 əvvəllər bir neçə dəfə onunla cinsi əlaqəyə girmək təklifindən imtina etdiyinə görə sonuncudan qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi bıçağı çıxarmış, həmin bıçağı qəsdən Bibixanıım Alıyevaya göstərib hədənin icra ediləcəyi üçün real əsas yaradaraq “bu bıçağı sənin üçün almışam, bu bıçaqla sənin başını kəsəcəm” sözlərini deməklə sonuncunu öldürməklə hədələmişdir. Bundan başqa o, təkrarən 27 sentyabr 2022-ci il tarixdə, saat 09 radələrində yaşadığı Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısına gəlib sonuncuya bir neçə il bundan əvvəl 200 manat pul verdiyini iddia edərək Zərərçəkmiş şəxs2 əvvəllər bir neçə dəfə onunla cinsi əlaqəyə girmək təklifindən imtina etdiyinə görə sonuncudan qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi bıçağı çıxarmış, həmin bıçağı qəsdən Zərərçəkmiş şəxs2 göstərib hədənin icra ediləcəyi üçün real əsas yaradaraq “qaçma, bura gəl, öldürəcəm səni” sözlərini deyərək sonuncunu təkrarən öldürməklə hədələmişdir. Bundan başqa o, 27 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Kürdəmir rayonu Yeni Şıxımlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs1 yaşadığı evin qarş ısındakı torpaq yolda, mütəmadi olaraq sonuncunun arvadı Zərərçəkmiş şəxs2 onunla cinsi əlaqədə olmağı təklif etməsi və Zərərçəkmiş şəxs2 öldürməklə hədələməsi barədə Zərərçəkmiş şəxs1 ona haqlı iradını bildirdikdən sonra, öz şəxsiyyətini Zərərçəkmiş şəxs1 şəxsiyyətinin fövqündə qoyub insanlar arasında bərqərar olmuş davranış və birgəyaşayış qaydalarına zidd hərəkətlərə yol verərək ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməklə “əcəb etmişəm, yenə edəcəm” deyə bildirərək Zərərçəkmiş şəxs1 əsaslı səbəb olmadan münaqişəyə cəlb etmiş, bundan sonra sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu cinayətkar niyyətini həyata keçirməkdən ötrü üzərində gəzdirdiyi, soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı turist bıçağını şalvarının sağ cibindən çıxartdıqda Zərərçəkmiş şəxs1 onun bıçaq olan qolundan tutub dartdığına görə yerə yıxılmış, həmin vaxt üzərinə yıxılan Zərərçəkmiş şəxs1 həyatı üçün mühüm orqanların yerləşdiyi döş qəfəsinə və qarın nahiyəsinə bıçağın kəsici-deşici hissəsi ilə qəsdən 2 dəfə zərbə vurmaqla ona döş qəfəsinin dəlib keçməyən yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, qarnın ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, qara ciyərin zədələnməsi ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, lakin onun köməyinə gəlmiş ətrafdakı şəxslər tərəfindən Zərərçəkmiş şəxs1 vaxtında xəstəxanaya çatdırılmaqla həkimlərin göstərdiyi zəruri tibbi yardımlar nəticəsində həyatı xilas edildiyinə görə öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmiş, Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-226/2023 nömrəli, 11 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 134-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla 14 (on dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 2 (iki) il 9 (doqquz) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününün Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 4 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasına hesablanıb Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin olunmuş 14 (on dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 15 (on beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verib Məhkum törətdiyi əməlin tövsifini dəyişdirilməklə ona daha yüngül cəza təyin edilməsini xahiş etmişlər.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-532/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-226/2023 nömrəli, 11 may 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci mad dəsinə tövsif edilməsi və həmin maddə ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi,Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təyin olunmuş cəza ilə qismən toplamaqla 10 (on) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 2 (iki) il 9 (doqquz) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününün Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 4 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasına hesablanıb Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin olunmuş 10 (on) il 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən cinayət işi üzrə toplanılmış sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143146-cı maddələrinin tələblərinə uyğun olaraq məcmu qaydada qiymətləndirilməmiş və tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum əməli əsassız olaraq Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsindən eyni Məcəllənin 29,120.1-ci maddəsinə səhv tövsif edilmişdir. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-532/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiy indən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlər inə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini, nəticədə Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-532/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) t örədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü mad dələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla, cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsaslı hesab edir.
22. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları qiymətləndirərək hesab etmişdir ki, Məhkum Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət əməli onlar arasında yaranmış şəxsi münasibətlərin aydınlaşdırılması gedişində baş vermiş, cinayət Məhkum iradəsindən asılı olmayan səbəbdən başa çatmamışdır.
23. Apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxsin əməlinin tövsifi barədə nəticəyə gələrkən onunla zərərçəkmiş şəxs arasında son 3 il ərzində davam edən münasibətlərə istinad edib hesab etmişdir ki, Məhkum Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etməsi barədə ibtidai istintaq orqanının irəli sürdüyü ittiham və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlışdır.
24. Apellyasiya instansiyası məhkəməsi belə qənaətini Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə istinad etməklə əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, qəsdən adam öldürmə o vaxt Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanı n zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz ("Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 3, § 6, 12 dekabr 2002-ci il).
25. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində baş vermiş hadisədən təxminən 6-7 il əvvəl Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olmaq istədiyini, Bibixanımın ondan 200 manat pul istədiyini, 200 manatı sonuncuya versə də, vaxtı uzadaraq hər dəfə onu müxtəlif bəhanələrlə y ola verdiyini bildirmişdir. O da hər dəfə kənddə Bibixanımı gördükdə onunla cinsi əlaqədə olmasını istədiyini demişdir. Sonuncu dəfə 26 sentyabr 2022-ci il və 27 sentyabr 2022-ci il tarixlərində Bibixanımı kənddə gördüyü vaxt ona cinsi əlaqədə olmasını təklif etmiş, Bibixanım isə onunla cinsi əlaqədə olmayacağını demişdir. Bibixanıma verdiyi 200 manata heyfi gəldiyi üçün ondan əl çəkməmişdir. Buna görə Bibixanımı nə vaxt küçədə görsə ona yaxınlaşaraq cinsi əlaqədə olmaq istədiyini demişdir. Bibixanımın əri Tərlanın və qohumlarının bu söhbətdən xəbərləri olduqdan sonra Tərlan hər dəfə onu kənddə görəndə arvadından əl çəkməyini, əks halda onun üçün pis olacağını demişdir. Hətta buna görə Tərlanla bir neçə dəfə mübahisəsi də düşmüşdür. Bibixanım və əri bu barədə polisə də şikayət etmişlər. Də fələrlə aralarında mübahisə olduğu üçün Tərlanın və qohumlarının ona nəsə edəcəklərindən qorxub son günlər üzərində bıçaq gəzdirmişdir.
26. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Məhkum hər dəfə onun arvadı olan Zərərçəkmiş şəxs2 sataşaraq camaat arasında guya bir müddət əvvəl Bibixanımın ondan cinsi əlaqədə olmaq üçün 200 manat pul istəməsi, Novruzun da həmin pulu Bibixanıma verdiyi barədə şaiyə yaymışdır. Hətta Novruz bir dəfə arvadı Bibixanım kənddə olan bulaqdan su doldurarkən mobil telefonla şəklini çəkmişdir. Bu barədə Novruzun arvadı da bilmişdir. Novruz hər dəfə arvadı Bibixanımı küçədə görəndə ona yaxınlaşıb cinsi əlaqədə olmağı təklif etmiş, lakin hər dəfə də rədd cavabı aldıqda nalayiq sözlərlə arvadını təhqir etmişdir. Bununla bağlı dəfələrlə Novruzla söhbəti olmuş, ona belə hərəkətlərə son qoymağı demiş, lakin Novruz onun sözlərinə məhəl qoymamış və arvadına nalayiq təkliflər və təhqir etməyi davam etmişdir. 26 sentyabr 2022-ci il tarixdə Bakıda olarkən Novruz arvadı Bibixanımı bıçaqla öldürməklə hədələmiş, arvadı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bu barədə arvadı Bibixanım telefonla ona məlumat vermişdir. Həmin günün axşamı Bakıdan kəndə qayıtmış, 27 sentyabr 2022-ci il tarixdə səhər saat 4 radələrində Bakı şəhərinə işə getmişdir. Həmin günü səhər saat 10 radələrində arvadı ona zəng edərək Novruzun yenə də evlərinə gəlib onu bıçaqla öldürməklə hədələdiyini demişdir. Həmin gün axşam saatlarında kəndə qayıtmış, saat 19 radələrində Novruzu evlərinin yaxınlığında görüb ona hansı səbəbdən a rvadının şəkillərini çəkdiyini, onu öldürməklə hədələdiyini, nalayiq söyüşlərə təhqir etdiyini soruşmuş, Novruz isə cavabında əcəb elədiyini və yenə də bu hərəkətlərini davam edəcəyini demişdir. Bu sözlərdən sonra Novruz hiddətlənərək cibindən bıçağı çıxarıb onun üstünə gəlmək istədikdə dərhal onun bıçaq olan qolundan tutmuş və əlbəyaxa olmuşlar. Bu zaman Novruz yerə yıxılmış, özü də onun üstünə yıxıldıqda Novruz bıçaqla onun qarnından vurmuş, ikinci zərbəni vurmaq istədikdə özünü arxaya atmış, bu zaman bıçaq onun sinəsindən dəymiş və xəsarət almışdır.
27. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ilə evləndikdən sonra Məhkum onun haqqında söz-söhbət yaymışdır ki, guya bir neçə il əvvəl o, Novruzdan 200 manat pul istəmiş, bunun əvəzində isə Novruzla cinsi əlaqədə olmağa söz vermişdir. Novruzun onun haqqında dedikləri yalandır, aralarında bu barədə söhbət olmamışdır. Lakin buna baxmayaraq Novruz hər dəfə onu görəndə onunla cinsi əlaqəda olmağı təklif etmiş, onun təklifini rədd etdikdə Novruz onu nalayiq sözlərlə söyüb təhqir etmişdir. Hətta bir dəfə kənddəki bulaqdan su doldurarkən Novruz onun şəklini telefona da çəkmişdir. Bu barədə Novruzun arvadına məlumat vermişdir. Novruzun bu əxlaqsız hərəkətlərinə son qoyulması üçün özü və əri tərəfindən dəfələrlə ona deyilmiş, lakin Novruz bu əxlaqsız hərəkətlərini davam etdirmişdir. 26 sentyabr 2022-ci il tarixdə səhər saatlarında evdə olarkən Novruz yaşadığı evin həyətinin giriş qapısına yaxınlaşıb onu uca səslə nalayiq sözlərlə təhqir edərək çölə çağ ırdığını eşidib evdən çıxmış, həmin vaxt qaynanası Təhminə də yanında olmuşdur. Novruz cibindən bıçağı çıxarıb ona “bu bıçaqla sənin başını kəsəcəm, sən mənimlə cinsi əlaqəda olmadın” deyərək onu nalayiq sözlərlə təhqir etmiş və çıxıb getmişdir. Dərhal DİN-102 xidmətinə məlumat vermişdir. Axşam əri Tərlan Bakıdan kəndə qayıtmış, bu hadisəni ona danışmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 04 radələrində əri yenidən Bakı şəhərinə getmişdir. Həmin gün səhər saat 10 radələrində həyətlərində iş görərkən Novruzun hasardan ona baxdığını görmüş, Novruzun onu öldürəcəyindən qorxub qaçmağa başlamış, Novruz isə “qaçma, bura gəl, öldürəcəm səni” deyərək nalayiq sözlərlə onu təhqir etmişdir. Qaynanası Təhminə DİN-102 xidmətinə zəng edərək məlumat vermiş və polislərin gəldiyini demişdir. Novruz isə bunu eşitdikdə oradan qaçıb getmişdir. Bu hadisə barədə ərinə zəng edərək məlumat vermişdir. Həmin gün axşam saatlarında əri Tərlan Bakıdan qayıtmışdır. Saat 19 radələrində əri Tərlan Novruzu çöldə görmüş və çölə çıxmışdır. Bir müddət sonra evdə olarkən çöldə səs-küy eşitmiş və qayınanası Təhminə ilə çölə çıxmışlar. Onlar çölə çıxdıqda Tərlanı yerdə uzanmış və bıçaqlanmış vəziyyətdə görmüşlər. Tərlan qışqıraraq Novruzun onu bıçaqla vurduğunu demişdir. Həmin vaxt Novruzun əlində bıçaq görmüşdür.
28. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid7 bildirmişdir ki, Məhkum onun əridir. xx.xx.2022-ci il tarixdə kənddə Zərərçəkmiş şəxs1 ilə rastlaşmış, Tərlan ona əri Novruzun onun arvadına qarşı etdiyi əxlaqsız və nalayiq hərəkətlərə son qoymasını demiş və nə üçün Novruzun hərəkətlərinə nəzarət etmədiyini soruşmuşdur. Həmçinin Tərlan ona demişdir ki, Novruz Bibixanımın şəklini telefonuna çəkmiş, həmin şəkilləri silsin. Bundan sonra evə gəlib əri Novruza Bibixanımın şəkillərini telefonundan silməsini demiş, lakin Novruz onun şəkillərini silməmişdir. xx.xx.2022-ci il tarixdə axşam vaxtı evdə olarkən əri Novruz oğlu Səlimlə birlikdə çörək almaq üçün evdən çıxmış, bir neçə dəqiqədən sonra oğlu evə gələrək Novruzun Tərlanı bıçaqladığını demişdir. Dərhal çölə çıxmış və Novruzu gördükdə nə baş verdiyini soruşmuş, Novruz ona Tərlanın qohumları onu boğduqları üçün Tərlanı bıçaqla vurduğunu demişdir. Sonra polislər gəlib ərini şöbəyə aparmışlar. Əvvəllər də bir neçə dəfə ərinin Bibixanıma sataşdığını eşitmişdir. Novruzun Bibixanımı öldürməklə hədələməsindən məlumatı y oxdur.
29. Göründüyü kimi, Məhkum ibtidai istintaq dövründə verdiyi ifadəsindən, bu ifadələrlə uzlaşan digər şəxslərin həm məhkəməyədək icraat zamanı, həm də ki, məhkəmədə verdiyi ifadələrindən, eləcə də toplanmış digər sübutların məcmusundan müəyyən edilir ki, Məhkum hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq-aşkar etinasızlıq göstərməklə uzun müddət ərzində dəfələrlə Zərərçəkmiş şəxs1 arvadı olan Zərərçəkmiş şəxs2 əxlaqsız təkliflər etmiş, daha sonra ictimai qaydaların ziddinə Zərərçəkmiş şəxs2 öldürməklə hədələmiş, bundan sonra isə əxlaqa və hüquqa zidd davranışına son qoymaq istəyən Zərərçəkmiş şəxs1 ona haqlı iradını bildirdikdə, özünü cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarından nümayişkarcasına üstün tutmaqla cavabında “əcəb etmişəm, y enə edəcəm” deyib, faktiki olaraq Zərərçəkmiş şəxs1 əsaslı səbəb olmadan təşəbbüskarı olduğu münaqişəyə cəlb etməklə sonuncuya qarşı adam öldürmək cinayətinin törədilməsinə cəhd etmişdir.
30. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi cinayəthüquqi normanın tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahına zidd olsa da, məhkəmə həmin izahda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmasının tətbiqi zərurətini yetərli obyektiv formada əsaslandırmamışdır.
31. Qeyd edilənlər isə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla yanaşı həmçinin Azərbaycan Respublikası CPM-nin 416.2-ci maddəsində nəzərdə tutulan məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntulara yol verdiyini göstərir.
32. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, qeyd edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-532/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 1(106)-532/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.