Məhkəmə qərarları › İş №1(102)-666/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-666/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-666/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxx 1992-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, halhazırda həbsdə olan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1- ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər: E.X.Süleymanov (sədrlik edən), İ.Q.Abdullayev və M.V.Məmmədov) X8 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi ş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın çəkilməsinin əvvəli 20 may 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), E.İ.Əliyev və K.S.Bəşirov) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X6 qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miq darda - bir ədəd bükümdə təmiz çəkisi 32,625 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, o, Cəlilabad rayonu Əhməd Cavad küçəsində olarkən, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 20 may 2020-ci ildə saat 12.30da keçirilən əməliyyat tədbiri zamanı şöbənin inzibati binasına gətirilmiş və orada tutulub şəxsi axtarışa məruz qalarkən, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən qeyd olunan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, nəticədə təqsirləndirilən şəxs Məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin işin materiallarına deyil, məhkəmənin mülahizələrinə əsaslanan gəldiyi nəticə ilə razılaşmışdır. Protest müəllifinin fikrincə, Məhkumun üzərində aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından 217 dəfə çox olması onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Lakin bu hal məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələ rinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkum Məhkumun əməlinin tövsifi mübahisə edilir. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictima i təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, bir inci instansiya məhkəməsi haqlı olaraq məhkum Məhkumun əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilərək məhkum etmiş, apellyasiya instansiya məhkəməsi isə əsaslı olaraq gəlinən nəticəni qüvvəsində saxlamışdır. Belə ki, cinayət işinin materiallarını təhlil edən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, Məhkuma CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında u yğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarında olan 20 may 2020-ci il tarixli 19/143 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, «... 1 ədəd b ükümdə təmiz çəkisi - 32,625 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan - heroindir». Həmin rəyin təsviri əsaslandırıcı hissəsinin sonuncu abzasına əlavə olunmuş qeydə əsasən «heroinin ümumi təmiz çəkisi - 32,625 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 32,575 qram». “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddə ləri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı şahid qi smində dindirilmiş Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X3 ifadəsində göstərmişdir ki, hadisədən əvvəl təqsirləndirilən şəxsin atası bir neçə dəfə polis şöbəsinə müraciət edərək “Opioidlərin qəbulu nəticəsində yararan psixi və davranış pozğunluğu” xəstəliyindən əziyyət çəkən Məhkumun ağrılarını kəsmək üçün uyuşdurucu maddələrdən mütəmadi istifadə etdiyini və onlardan aldığı pulun hamısını məhz qeyd olunan maddələrə sərf etdiyini bildirmiş, hətta onu həmin zərərli vərdişdən xilas etmək üçün müxtəlif tibb müəssisələrində, eləcə də, Lənkəran Şəhər Narkoloji Xəstəxanasında stasionar qaydada müalicə etdirmələrinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmadığını qeyd etmişdir. Buna görə də, Məhkumun valideynləri onu həmin bəladan xilas etmək üçün barəs ində qanuna müvafiq tədbir görülməsini xahiş etmişlər. Belə olan halda həmin vaxtdan sonra Məhkum əməliyyat müşahidəsinə götürülmüşdür. 20 may 2020-ci ildə günün birinci yarısında Məhkumun üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və istifadə etməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında təxirəsalınmadan əməliyyataxtarış tədbirləri keçirilməsi barədə qəbul etdiyi qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Bundan sonra özü də daxil olmaqla digər polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Məhkum həmin gün saat 13 radələrində Cəlilabad şəhəri Əhməd Cavad küçəsi ilə piyada hərəkət edərkən saxlanılaraq şöbənin inzibati binasına dəvət edilmişdir. Məhkum orada müdafiə hüququ təmin edilməklə tutulub şəxsi axtarışa məruz qalarkən video çəkilişlə əynindəki cins şalvarın sağ yan cibində olan bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkum qeyd olunan maddəni taparaq şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Məhkumun narkotik vasitələrin satışı ilə məşğul olmasının müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər icra olunsa da, eləcə də, onun istifadəsində olan mobil telefon nömrəsi ilə ətrafındakı şəxslərin dairəsi müəyyən edilsə də, heç bir nəticə əldə olunmamışdır. Polis əməkdaşı olan şahid X7 da, X8la eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan Lənkəran Şəhər Narkoloji Xəstəxanasının 08 iyun 2020-ci il tarixli 203 nömrəli məktubundan görünür ki, X8 14.02.2019-cu ildə müayinə və müalicə üçün həmin xəstəxananın stasionar şöbəsinə daxil olmuş, tam müalicə kursu alaraq 23.02.2019-cu ildə evə buraxılmışdır. X8 2019-cu ildən «Opioidlərin qəbulu nəticəsində yararan psixi və davranış pozğunluğu» diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan məhkəmə - narkoloji ekspertizası ilə bağlı tərtib olunmuş 16 iyul 2020-ci il tarixli 507 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, «Müayinə zamanı X5 tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. İbtidai istintaq orqanı Məhkumun satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə nəticəyə gələrkən onun üzərində aşkar edilmiş 1 (bir) bükümdə narkotik vasitə heroinin külli miqdarda, yəni 32,625 qram olmasına istinad etməklə kifayətlənmiş, Məhkumun satış məqsəd i ilə narkotik vasitə və psixotrop maddə əldə etməsini saxlamasını və daşımasını təsdiq edən başqa sübutlar əldə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitənin çəkisinin külli miqdarda olması, digər sübutlar olmadan özlüyündə şəxsin narkotik vasitəni satış məqsədi ilə üzərində gəzdirməsi anlamına gələ bilməz. Belə ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılığın əldə edilməsi də zəruridir. Lakin ittiham tərəfi qeyd edilən xüsusatı təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, Məhkumda narkomaniya xəstəliyinin olması ona dəlalət edir ki, Məhkum satış məqsədi ilə deyil, istifadə etmək üçün narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası Məhkumda aşkar edilmiş narkotik vasitələrin külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış məqsədi ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum X4 üzərində aşkar edilmiş narkotik vasitələri məhz satmaq məqsədi ilə əldə etmiş olduğu barədə heç bir mötəbər sübut əldə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin məhkum Məhkumun əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yet ərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq,yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyab r 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. X8 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar