Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-666/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X7 ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X8 Bəraət almış şəxsin müdafiəçisi-X3 Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan R espublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-621/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli (X1 (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə) hökmü ilə xx xxxx 1974-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayo nu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, «Union park» yaşayış kompleksində yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 17 aprel 2020-ci il tarixdən 19 aprel 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin başlanğıcı 10 oktyabr 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qa nuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş 70.271 manat pulun ödənilməsinə dair mülki iddiası qismən təmin edilərək 62.240,50 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs və mülki cavabdeh Məhkum tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, Şahid1 tərəfindən verilmiş 13.500 manat pulun ödənilməsinə dair mülki iddianın isə təmin edilməməsi hökm edilmişdir. Hökmlə məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum-mülki cavabdeh Məhkum və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1842/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli (hakimlər X 9 (sədrlik edən və məruzəçi), X19 və X4 ibarət tərkibdə) hökm ilə məhkum edilmiş şəxs-mülki cavabdeh Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(101)-621/2022 saylı hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə və əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, Məhkum pozulmuş hesab etdiyi hüquq larının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Ona Məhkum qarşı mülki iddia ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Şahid1 tərəfindən verilmiş 13.500 manat pulun ödənilməsinə dair mülki iddia təmin edilməmişdir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən kassasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına və hökmə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə et mə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs tanışı X6 vasitəsi ilə etibarından sui-istifadə edərək satıb bir ay müddətində pulunu ödəyəcəyinə dair yalandan vəd verib onu aldadaraq 2017-ci il dekabr ayının sonlarından 15 mart 2018-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ünvan 3 ünvanında yerləşən “Gənclik” və ünvan 4şən “Nəriman Nərimanov” stansiyalarının yaxınlığında, Ziya Bünyadov prospektində, Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi 14 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs məxsus ümumilikdə 24000 manat dəyərində qızıl-zinət əşyalarını Heyran Sofıyeva vasitəsi ilə alıb ələ keçirdikdən sonra Məhkum tanışı X15 ilə qabaqcadan əlbir olan bir qr up şəxs halında Zərərçəkmiş şəxs etibardan sui- istifadə etmə və aldatma yolu ilə onun əmlakını ələ keçirmək məqsədi ilə ondan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2A ünvanında yerləşən “Gənclik” univermağında əvvəlcə 14 mart 2018ci il tarixdə bir ədəd 90 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 1,8 qram kütləli boyunbağı və kulon bir ədəd 110 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Chopard” markalı 2,2 qram kütləli boyunbağı, bir ədəd 190 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 3,8 qram kütləli boyunbağı və kulon, bir ədəd 145 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 2,9 qram kütləli boyunbağı və kulon, 15 mart 2018-ci il tarixdə bir ədəd 500 manat dəyəri ndə Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 10 qram kütləli boyunbağı, bir ədəd 200 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 4 qram kütləli kulon, bir ədəd 315 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 6,3 qram kütləli kulon, bir ədəd 470 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 9,4 qram kütləli sırğa cütü, bir ədəd 861 manat dəyərində Türkiyə istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış 12,3 qram kütləli sırğa cütü-üzük dəsti, bir ədəd 665 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Van Cleef & Arpels” markalı 13,3 qram kütləli boyunbağı-kulon dəsti, 16 mart 2018-ci il tarixdə bir ədəd 305 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanm ış 6,1 qram kütləli boyunbağı, bir ədəd 485 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 9,7 qram kütləli boyunbağı, bir ədəd 1.710 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 34,2 qram kütləli sırğa cütü-üzük-qolbaq dəsti, bir ədəd 470 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 9,4 qram kütləli qolbaq, bir ədəd 225 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Chopard” markalı 4,5 qram kütləli boyunbağı, bir ədəd 690 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 13,8 qram kütləli sırğa cütü-üzük dəsti, 17 mart 2018-ci il tarixdə bir ədəd 460 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 9,2 qram kütləli üzük, bir ədəd 400 manat dəyəri ndə Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 8 qram kütləli sırğa cütü, bir ədəd 710 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 14,2 qram kütləli sırğa cütü-üzük dəsti, bir ədəd 630 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 12,6 qram kütləli sırğa cütü- üzük dəsti, 19 mart 2018-ci il tarixdə bir ədəd 430 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Messika” markalı 8,6 qram kütləli qolbaq, bir ədəd 130 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 2,6 qram kütləli kulon, bir ədəd 340 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 6,8 qram kütləli boyunbağı, bir ədəd 135 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 2,7 q ram kütləli qolbaq, bir ədəd 295 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 5,9 qram kütləli sırğa cütü, bir ədəd 150 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 3 qram kütləli üzük, bir ədəd 105 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 2,1 qram kütləli sırğa cütü, bir ədəd 150 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 3 qram kütləli üzük, bir ədəd 250 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 5 qram kütləli sırğa cütü, bir ədəd 1440 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 28,8 qram kütləli sırğa cütü-üzükqolbaq dəsti, bir ədəd 185 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 3,7 qram kütləli qolbaq, bir ədəd 400 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 8 qram kütləli boyunbağı, bir ədəd 445 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 8,9 qram kütləli kulon, bir ədəd 565 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 11,3 qram kütləli boyunbağı, bir ədəd 255 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 5,1 qram kütləli kulonu, cəmi 14.906 manat məbləğində əmlakı alıb ələ keçirdikdən sonra Bakı şəhəri, Nərimanov rayonu. Atatürk prospekti 2A ünvanında yerləşən “Gənclik” univermağında yalnız özü Zərərçəkmiş şəxs 20 mart 2018-ci il tarixdə bir ədəd 510 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Pandora” markalı 10,2 qram kütləli boyunbağı, bir əd əd 420 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 8,4 qram kütləli boyunbağı, bir ədəd 240 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Versace” markalı 4,8 qram kütləli qolbaq, bir ədəd 445 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 8,9 qram kütləli boyunbağı, bir ədəd 945 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Pandora” markalı 18,9 qram kütləli boyunbağı-kulon dəsti, bir ədəd 400 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 8 qram kütləli boyunbağı, bir ədəd 470 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Pandora” markalı 9,4 qram kütləli boyunbağı, bir ədəd 885 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Koçak Gold” markalı 7,7 qram kütləli qolbaq, bir ədəd 645 manat dəyərnidə Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 12,9 qram kütləli “Koçak Gold” markalı boyunbağı-kulon dəsti, bir ədəd 315 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Pandora” markalı qram kütləli boyunbağı, bir ədəd 215 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Pandora” markalı 4,3 qram kütləli qolbaq, bir ədəd 725 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Alexander McQueen” markalı 14,5 qram kütləli sırğa cütü-üzük dəsti, bir ədəd 665 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 13,3 qram kütləli sırğa cütü-üzük dəsti, bir ədəd 485 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qı zıldan hazırlanmış 9,7 qram kütləli sırğa cütü, bir ədəd 320 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 6,4 qram kütləli üzük, bir ədəd 360 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 7,2 qram kütləli qolbaq, bir ədəd 325 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Koçak Gold” markalı 6,5 qram kütləli qolbağın 22 mart 2018-ci il tarixdə bir ədəd 280 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 5,6 qram kütləli üzük, bir ədəd 185 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Ergül” markalı 3,7 qram kütləli kulon, bir ədəd 110 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 2,2 qram kütləli boyunbağı, bir ədəd 465 manat dəyərində Türkiy ə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Versace” markalı 9,3 qram kütləli boyunbağı, bir ədəd 440 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış «Koçak Gold» markalı 8,8 qram kütləli kulon, bir ədəd 350 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 7 qram kütləli boyunbağı, bir ədəd 605 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış «Koçak Gold» markalı 12,1 qram kütləli qolbaq, bir ədəd 145 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Koçak Gold” markalı 2,9 qram kütləli kulon, bir ədəd 350 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Midaş” markalı 7 qram kütləli boyunbağı, bir ədəd 160 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlan mış “Midaş” markalı 3,2 qram kütləli qolbaq, bir ədəd 295 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Pandora” markalı 5,9 qram kütləli sırğa cütü, bir ədəd 145 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Kardinal” markalı 2,9 qram kütləli qolbaq, bir ədəd 170 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 3,4 qram kütləli üzük, bir ədəd 330 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Koçak Gold” markalı 6,6 qram kütləli sırğa cütü, bir ədəd 215 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 4,3 qram kütləli sırğa cütü, bir ədəd 135 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 2,7 qram kütləli kulon, bir ədəd 275 manat dəyərində Türki yə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Midaş” markalı 5,5 qram kütləli boyunbağı bir ədəd 265 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Ergül” markalı 5,3 qram kütləli qolbaq, bir ədəd 315 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Midaş” markalı 6,3 qram kütləli boyunbağı, bir ədəd 615 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 12,3 qram kütləli boyunbağı-kulon dəsti, bir ədəd 300 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Koçak Gold” markalı 6 qram kütləli üzük, bir ədəd 285 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Koçak Gold” markalı 5,7 qram kütləli üzük, bir ədəd 305 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan h azırlanmış “Koçak Gold” markalı 6,1 qram kütləli üzük, 23 mart 2020-ci il tarixdə bir ədəd 110 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 2,2 qram kütləli sırğa cütü, 24 mart 2018-ci il tarixdə bir ədəd 585 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Pandora” markalı 11,7 qram kütləli sırğa cütü-üzük dəsti, bir ədəd 620 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Pandora” markalı 12,4 qram kütləli qolbaq, bir ədəd 595 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 11,9 qram kütləli sırğa cütü-üzük-qolbaq-boyunbağı-kulon dəsti, bir ədəd 675 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Koçak Gold” markalı 13,5 qram kütləli qolbaq, bir ədəd 325 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Pandora” markalı 6,5 qram kütləli sırğa cütü, bir ədəd 265 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Van Cleef & Arpels” markalı 5,3 qram kütləli sırğa cütü, bir ədəd 405 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Midaş” markalı 8,1 qram kütləli boyunbağı, bir ədəd 545 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Pandora” markalı 10,9 qram kütləli sırğa cütü-üzük dəsti, bir ədəd 510 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Koçak Gold” markalı 10,2 qram kütləli sırğa cütü-üzük dəsti, bir ədəd 245 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Ergül” markalı 4,9 qram kütləli üzük, bir ədəd 255 ma nat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 5,1 qram kütləli sırğa cütü, bir ədəd 240 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 4,8 qram kütləli üzük, bir ədəd 245 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Pandora” markalı 4,9 qram kütləli üzük, bir ədəd 290 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 13,9 qram kütləli boyunbağı, bir ədəd 155 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 5,8 qram kütləli qolbaq, bir ədəd 350 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Midaş” markalı 3,1 qram kütləli qolbaq, bir ədəd 350 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Midaş” markalı 7 qram kütləli boyunbağ ı, bir ədəd 245 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Ergül” markalı 4,9 qram kütləli boyunbağı-kulon dəsti, 25 mart 2018-ci il tarixdə bir ədəd 65 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 1,3 qram kütləli qolbaq, bir ədəd 70 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 1,4 qram kütləli qolbaq, bir ədəd 75 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 1,5 qram kütləli qolbaq, bir ədəd 125 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 2,5 qram kütləli qolbaq, bir ədəd 75 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 1,5 qram kütləli boyunbağı, bir ədəd 135 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 2, 7 qram kütləli sırğa cütü, 65 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 1.3 qram kütləli üzüyü, sonuncu dəfə 26 mart 2018-ci il tarixdə isə bir ədəd 335 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış 6,7 qram kütləli qolbaq, bir ədəd 121 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Tiffany & CO” markalı 2,2 qram kütləli üzük, bir ədəd 148,50 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı qızıldan hazırlanmış “Tıffany & CO” markalı 2,7 qram kütləli sırğa cütün, cəmi 38.240,50 manat dəyərində qızıl-zinət əşyalarını 15 gün müddətinə satıb pulunu verəcəyinə dair yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 62.240 manat 50 qəpik məbləğində əmlakını alıb ələ keçirməklə zərə rçəkmiş səxs Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protesti və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində göstərilir ki, cinayət işinin materiallarını tədqiq etdikdə məlum olur ki, Məhkum Zərərçəkmiş şəxs nisyə qızıl-ziynət əşyaları götürərkən əsil niyyəti aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirməyə yönəlmişdir. Təqsirləndirilən şəxs Məhkum ilk əvvəllər ələ keçirmiş olduğu qızıl-zinət əşyalarının pulunun bir hissəsini Zərərçəkmiş şəxs qaytarmaqla sonuncunun etibarını qazanmaq rnəqsədi güdmüşdür. Belə ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs ilə aralarından qızıl-zinət əşyalarının alqı-satqısı müqaviləsi bağlayarakən əsas niyyəti hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, Y.Səiimovanın əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 22 fevral 2020-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Məhkum Bakı Ağır Cınayətiər Məhkəməsinin 10 aprel 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xətai rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qərarı ilə 9 (doqquz) ay 21 (iyirmi bir) gün vaxtından əvvəl şərti azad olunmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməs i Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə deaikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güoən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən bırı kimi çıxış edən yalançı müəssisəl ər yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlaıət edən hallar kimi çıxış edə bilər (5-cı bənd). Cinayət işinin materiallarından da göründüyü kimi Məhkum Zərərçəkmiş şəxsm aldadadaraq və etibarından sui-istifadə edərək əmlakım əvəzsiz olaraq ələ keçirdiyi dövrdə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq əməlinə görə cinayət işinin araşdırılması aparılmış, bu barədə Yegənə Səlimovaya heç bır məlumat verməmiş, əvvəlcədən güman edilən öhdəliyinin icra olmayacağını bilmişdir. Bununla da, Məhkum öz dələduzluq niyyətini nisyə alqı-satqı müqaviləsi ilə pərdələmiş olmuşdur. Beləliklə, cinayət işinin yuxarıda müqayisəli təhlil edilən halları ümumişdirilməklə belə nəticəyə gəlinir ki, Məhkum Zərərçəkmiş şəxs ilə nisyə alqı-satqı müqaviləsi bağlayarkən niyy əti sonuncu ilə işgüzar münasibətlər qurmaq deyil, öz dələduzluq niyyətini qeyd olunan müqavilə altında gizlətmək olmuşdur. Bundan başqa, xüsusiıə vurğulamalıyam ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2018-ci il tarixli hökmü ilə məhkum olunduğu cinayət işində də oxşar üsullarlardan istifadə edərək digər vətəndaşlara qarşı dələduzluq cinayətini törətmişdir. Bundan əlavə, Məhkum öz dələduzuq əməlini pərdələmək üçün guya Yeganə Səlimovdan əldə etdiyi qızıl-zinət əşyalarını nisyə satdığını, nisyə satdığı şəxslərdən pulunu ala bilmədiyindən Zərərçəkmiş şəxs qarşısında öz öhdəliklərini icra edə bilmədiyini qeyd etmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası sübutları tətqiq etmədən özü subyektiv və qanunsuz mülahizələrə əsaslanaraq şəxs barəsində tamamilə əsassız və qanunsuz bəraə t hökmü çıxarmışdır. Dövlət ittihamçısı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini xahiş edir. Kassasiya şikayətində iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən təqsirləndirilən şəxs Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sankisyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq o lmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya məhkəməsində yenidən baxılması xahiş edilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması barədə dövlət ittihamçısının, V.A.Səlimovanın və nümayəndə Müdafiəçi4, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmaması barədə bəraət almış şəxsin müdafiəçisinin çıxışlar ını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti o lmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müə yyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində və kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair qaydalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla, yekun nəticəni yolverilməz sübutlarla əsaslandırmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan qanuni və əsaslı hökmü haqqında düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və kassasiya şikayətinin CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiy yətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestində və kassasiya şikayətində Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə əsassız olaraq bəraət verilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübut lara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixl i qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə Kolegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gələrək haqlı olaraq ədalətli və qanuna uyğun hökm çıxarmışdır. Bununla bağlı apellyasiya məhkəməsi öz hökmündə mövqeyini əsaslandırarkən müəyyən etmişdir ki,... Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(101)621/2022 saylı hökmündən göründüyü kimi, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmədə tədqiq olunmuş sübutları təsvir etdikdən sonra onların məcmusunun Məhkum ittiham aktında göstərilən əməllərdə Azırbaycan Respublikası Cinayət Məcəlləsinin 178. 3.2-ci maddəsi ilə təqsirli bilmək üçün əsas verməsi, eləcə də onun əməllərində həmin maddənin nəzərdə tutduğu cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmişdir. Halbuki, Məhkum, zərərçəkmiş şəxs-mülki iddiaçıdan, şahidlərdən alınmış ifadələri, digər sübutları ittihamda göstərilən dələduzluq əməli üzrə müəyyən edilmiş sayılan hallar və talama cinayətlərini xarakterizə edən obyektiv və subyektiv əlamətlər, Məhkum təqsirli bilindiyi Azırbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiyası ilə müqayisə etdikdə, həmin sübutların və işin faktik hallarının sözügedən ittiham üzrə dələduzluq cinayətinin zəruri əlamətlərinin mövcud olması haqqında nəticə ilə uzlaşmadığı aydın olur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə Məhkum istinad edilən Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə obyektiv nəticəyə gəlmək aşağıdakı istiqamətlər üzrə hüquqi dəyərləndirmə aparılmalıdır:
1. Məhkum Zərərçəkmiş şəxs nisyə qızıl-ziynət əşyaları götürərkən əsil niyyəti nədən ibarət olmuş, bunun qarşılığında zərərçəkmiş tərəfə hər hansı yalan vəd vermişdimi? 2.Tərəflər arasındakı münasibətlərin həqiqiliyi, xarakteri və mahiyyəti necə və nədən ibarət olmuşdur? Zərərçəkmiş şəxs özü də təsdiq edir ki, Məhkum ilə onun arasında işgüzar münasibətlər olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs ifadəsində göstərir ki, “Səyalı ondan nisyə olaraq götürdüyü qızılları ozünün əvvəldən Şahinə olan borcun əvəzində vermişdir”. Zərərçəkmiş şəxs belə qənaətə Şahin adlı şəxsin sözlərinə əsasən gəlmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs başqasının sözlərinə ə sasən ifadə vermişdir və belə olan halda onun sözlərinə istinad etməsi əsassız olmuşdur. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 126.3cü maddəsinin tələbinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin yuxarıda müqayisəli təhlil edilən halları ümumişdirilməklə belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs ilə Məhkum arasında qızılzinət əşyalarının nisyə alqı-satqısı ilə bağlı işgüzar münasibətlər mövcüd olmuşdur və uğursuz sahibkarlıq fəaliyyəti nəticəsində Məhkum Zərərçəkmiş şəxs maddi tələblərini təmin edə bilməmişdir. Belə işgüzar münasibətlər zamanı Məhkum Zərərçəkmiş şəxs aldatmaq və ya onun etibarında n sui-istifadə etmək niyyətində olmamışdır. Xüsusilə qeyd etmək lazımdır ki, Zərərçəkmiş şəxs qızıl-zinət əşyalarını Məhkum nisyə verərkən məqsədi özünün qazanc əldə etmək istəməsi olmuşdur. Göründüyü kimi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə onu zərərçəkmiş şəxsi aldtaması barədə xususatlar yalnız zərəçəkmiş şəxslərin ifadələri üzərində qurulmuşdur, həmin ittiham çoxsaylı ziddiyyətlərlə və ehtimallarla müşaiyət olunmaqla ittiham üzrə təqdim olunmuş “sübutlar” Məhkum təqsirli bilinməsi üçün kifayət etmir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, başqa talama cinayətlərindən fərqli o laraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Həmin Plenum qərarında həmçinin qeyd edilir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkəmə kol legiyası qeyd edir ki, cinayət-hüquq ədəbiyyatında talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər cinayətlərdən ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir......” Məhkəmə kollegiyası bundan əlavə qeyd etmək istəyir ki, ''Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət- prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunm alıdır. Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulma sı yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsin ə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli hökmündə müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək cinayət hadisəsinin olmaması barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini ş übhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə çıxarılmış hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2022-ci il tarixli hökmü kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.