Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-667/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, müdafiəçi-vəkil Məhərrəmova Sevda Mərdan qızının iştirakları ilə, Bakı Şəhəri Q aradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Məhərrəmova Sevda Mərdan qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim R.K.Mürsəlov) Məhkum - xx xxxxx 1982-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, fərdi qaydada sürücü işləmiş, məhkum olunmamış, Cəlilabad rayonu Eçara kəndində qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-in 26 3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum xx xxxx 2018-ci ildə, saat 08-00 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz 1217 yük” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Bakı şəhəri istiqamətində 70 km\saat sürətlə hərəkət etdirərkən həmin yolun Qaradağ rayonu ərazisindən keçən 21-ci kilometrliyində «Yol hərəkəti h aqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı öz hərəkət və ya hərəkətsizliyi ilə digər hərəkət iştrakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və sükan arxasında yuxulayaraq həmin vaxt ondan qabaqda eyni istiqamətdə düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs30 idarə etdiyi “Daıhatsu Deltabus” markalı, ** TF *** dövlət nömrə nişanlı avtobusu arxadan vurmuşdur. Məhkum hərəkət təhlükəsizliyi qaydalarını pozaraq ehtiyasızlıqla törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində “Daıhatsu Deltabus” markalı, ** TF *** dövlət nömrə nişanlı avtobusda olan sərnişinlərdən Zərərçəkmiş ş əxs1 sağ alın-təpə sümüklərinin kəllə əsasına keçən sınıqları, beyin toxumasına, beyin mədəciklərinə, beyinin yumuşaq qişasına subaroxnoidal qansızmalar, sağ gözaltı, alt çənə nahiyyələrinin və sağ əlin əzilmiş yaraları, sifətin sağ yarsının geniş ölçüdə sıyrığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər dəyməklə hadisə yerində ölmüş, Zərərçəkmiş şəxs12 sağ tərəfli İVV-Vİ qabırğaların yerdəyişməyən sınıqları, döş qəfəsinin qançırı ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, Zərərçəkmiş şəxs13 baş beyin silkələnməsi, sol qaş nahiyyəsinin, sol əlin əzilmiş yaraları, sağ əlin İİİ daraq sümüyünün qapalı sınığı ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, Zərərçəkmiş şəx s4 sol tərəfli Vİİ qabırğanın yerdəyişməyən sınığı, sol dirsək oynağının əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs9 baş beyin silkələnməsi, başın alın və çənəaltı nahiyyələrinin əzilmiş yaraları, başın sol təpə-ənsə nahiyyəsinin, sol yanağın, sağ əlin üst səthinin, hər iki bazunun sıyrıqları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs14 sol bazunun hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs8 sol kürək sümüyünün boynunun sınığı, kürək nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, Zərərçəkm iş şəxs20 sol gözün ağlı qişasına qansızma, gözaltı nahiyyənin və başın sol alın-təpə nahiyyəsinin qançırları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, x6 sağ gözün ağlı qişasına qansızma, sağ gözün üst qapağının və sol baldırın qançırları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs19 sağ diz oynağının şişkinlik halında qançırı və sol diz oynağının sıyrığı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs6 baş beyin silkələnməsi, başın sağ təpə, sol alın-təpə nahiyyələrinin, hər iki dirsək oynağının, sol diz oynağının sıyrıqları və Vİ-Vİİ boyun fəqərələrinin sol yan çıxıntılarının yerdəyişməyən sınıqları ilə müşa yiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, Zərərçəkmiş şəxs11 başın alın, sağ yanaq, çənəaltı nahiyyələrinin əzilmiş yaraları, sağ gicgah və sol çiyin nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs10 başın sol alın-gicgah nahiyəsinin hematoması, sol gicgah nahiyyəsinin, sağ bazunun, sağ saidin sıyrıqları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs15 Hüseyn qızının sağ saidin, sağ diz oynağının sıyrıqları, sol bazunun və sol diz oynağının əzilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs16 sağ aşıq-baldır oynağının h ematoması, sağ diz oynağının sıyrığı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs17 sol mil bilək oynağının hematoması, sol saidin və sol əlin üst səthinin sıyrıqları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs3 beyin silkələnməsi, başın alın nahiyyəsinin əzilmiş yaraları, burunun, sol saidin sıyrıqları, sol tərəfli İX qabırğanın yerdəyişməyən, 1 bel fəqərəsinin cisminin kompression sınıqları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, Zərərçəkmiş şəxs22 sol dirsək oynağı nahiyyəsinin əzilmiş yarası, sağ əlin sıyrıqları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül z ərər, Zərərçəkmiş şəxs23 başın sol təpə-ənsə nahiyyəsinin əzilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs21 sağ aşıq baldır oynağının hemartrozu və hər iki baldırın sıyrıqları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, Zərərçəkmiş şəxs25 qızının hər iki bazunun əzilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, x7 sol əlin V barmağının və sağ baldırın əzilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs29 sol orbital nahiyyənin hematoması və sol dirsək oynağında hərəkət məhdudluğu, sol bazunun aşağı 1\3-nin infeksiyalaşmış biti şməmiş əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, Zərərçəkmiş şəxs28 döş qəfəsinin yumuşaq toxumalarının əzilməsi, sol diz oynağının əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, x8 başın alın burun, sol almacıq nahiyyələrinin və sağ əlin üst səthinin əzilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, X3 baş-beyin silkələnməsi, alının dərialtı hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs30 sol əlin İİİ barmağının əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi, sağ tərəfli İ, sol tərəfli V qabırğaların yerdəyişməyən, sol tərəfli Vİİ, Vİİİ, İX, X qabırğaların, sol körpücük sümüyünün akromeal ucunun yerdəyişən sınıqları, sol qaş və sol dirsək nahiyyələrinin əzilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, Zərərçəkmiş şəxs26 sol bazunun əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs7 sol tərəfli qasıq, oturaq və oma sümüklərinin qapalı yerdəyişmiş sınıqları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər dəymiş, X2 başın və hər iki dirsəyin sıyrıqları ilə müşayiət olunan, sağlamlığa zərərvurmayan xəsarət yetirilmiş, Zərər çəkmiş şəxs31 məxsus “Mersedes Benz 1217 yük” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olaraq 4500 manat məbləğində və Zərərçəkmiş şəxs32 məxsus “Daıhatsu Deltabus” markalı, ** TF *** dövlət nömrə nişanlı avtobusun zədələnməsinə səbəb olan24000 manat məbləğində ziyan dəymişdir. Hökmdən Məhkum müdafiəçisi-vəkil Cəbrayılov Rəşad Vəkil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və E.E.Rəhimovdan ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət K ollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Məhərrəmova Sevda Mərdan qızı kassasiya şikayəti verərmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Məhərrəmova Sevda Mərdan qızı kassasiya şikayətində göstərmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən qanun normalarında göstərilən müddəaları kifayət qədər nəzərə almadan təqsirləndirilən şəxs barəsində ağır cəza təyin etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 öz ifadəsində istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək təqsirləndirilən şəxslə barışmadığını və onun barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, təqsirləndirlən şəxs və onun ailə üzvləri dəfələrlə zərərçəkmiş şəxsin hüquqi va risi ilə barışıq əldə etməyə çalışmışlar, bu məqsədlə onun evinə dəfələrlə ağsaqqallarla birlikdə gedib üzürxahlıq etmiş, vurulan zərərə görə maddi imkanlarının yol verdiyi həddə dostdan tanışdan borc edib kompensasiya ödəməyə hazır olduqlarını bildirmişlər. Zərərçəkənin hüquqi varsi isə bunu qəbul etməyərək, yüksək məbləğdə pul tələb etmiş və barışmamışlar. Hesab edirik ki, təqsirləndirilən şəxsin bu hərəkəti barışığa cəhd kimi məhkəmə tərəfindən qiymətləndirlməli və məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı idi. Həmçinin bildirmək istəyirəm ki, Məhkum hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətmiş, əməlini səmimi olaraq etiraf etməklə peşiman olmuş, zərərçəkmiş şəxslərin əksəriyyətinin ona qarşı heç bir şikayət və tələbləri olmamış, bununla yanaşı təqsirləndirlən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkum ailəlidir, himayəsində azyaşlı uşaqları vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Ailənin yeganə dolanışığı da X9 avtomobil idarə etməklə əldə etdiyi qazanc idi. Ailə hal-hazırda maddi çətinlik çəkir. Belə olan vəziyyətdə Məhkum 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi onun ailəsinin həyat şəraitinə də çox ağır zərbədir. Həmçinin 5 saylı cəzaçəkmə müəssisəsindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnaməyə əsasən Məhkum müsbət xarakterizə olunur. Hətta Bakı İstintaq Təcridxanasında saxlanılarkən xx.xx.2018-ci il tarixli 6 saylı Əmrlə ona "Təşəkkür" elan edilməklə barəsində həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Məhkəmə cəza təyin edərkən Məhkum hadisə yerindən qaç madığını, zərərçəkmiş şəxsə ilk tibbi yardımın etmək istəməsini, ilk məhkumluğunu, himayəsində 2 azyaşlı uşağın olması, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmaq istəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə aldığını öz hökmündə qeyd etsə də, faktiki onları nəzərə almamış, yalnız onları sadalamaqla kifayətlənmişdir. Nəticədə Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəza ədalətsiz, qanunsuz və ağır olmuşdur. Qeyd olunanları nəzərə alaraq Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökümünün cəza hissəsinin Məhkum münasibətdə dəyişdirərək təqsirləndirilən şəxsə daha yüngül cəza təyin olunmaqla cəzasının şərti olaraq tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, k assasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci madd əsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 öz ifadəsində təqsirləndirilən şəxslə barışmadığını və onun barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, təqsirləndirlən şəxs və onun ailə üzvləri dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə çalışmışlar, bu məqsədlə onun evinə dəfələrlə ağsaqqallarla birlikdə gedib üzürxahlıq etmiş, vurulan zərərə görə maddi imkanlarının yol verdiyi həddə dostdan tanışdan borc edib kompensasiya ödəməyə hazır olduqlarını bildirmişlər. Zərərçəkənin hüquqi varisi isə bunu qəbul etməyərək, yüksək məbləğdə pul tələb etmiş və barışmamışlar. Hesab edirik ki, təqsirləndirilən şəxsin bu hərəkəti barışığa cəhd kimi məhkəmə tərəfindən qiymətləndirlməli və məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı idi. Azərbaycan Respublikası CM-nin 59.1.12-59.1.14-cü maddələrində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nə ticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin hərkətlərində bu hallardan hər hansı birinə dəlalət edən halların mövcudluğu müəyyən edilməmişdir. Bundn başqa cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi hökmdə Məhkum hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini səmimi olaraq etiraf etməklə peşiman olmasını, zərərçəkmiş şəxslərin əksəriyyətinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, Məhkum əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Daha sonra hökmdə göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edil ir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Məhkum CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən göstərilən hüquq normalarının tələblərinə uyğun nəticələrə gəlmiş və apellyasiya instansiyası məhkəməsinin qərarı ilə də hökm düzgün olaraq dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma cəza təyin edilməsi məsələsi barədə kassasiya şikayətində göstərilən dəlillərlə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinin həqiqiliyini yoxlayaraq hüquqi qiymət verilmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Məhərrəmova Sevda Mərdan qızının kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx xxx 2019-cu il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-667/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-667/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver