Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-667/2021 12.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu (məruzəçi) və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət İttihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, xx xxxx 1996-cı ildə Səlyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, s ubay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, “ETK3” fərdi yaşayış evində yaşamış, Məhkum Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 sentyabr 2020-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 sentyabr 2020-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi əsasən 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlandəğı 3(üç) gün müddət cəza müddətinə hesablanara üzərində qəti olaraq 11(on bir) ay 27 (iyirmi yeddi) gün nüddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli: 06.07.2020-ci il, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 noyabr 2020-ci il tarixli qərarı (Ə.N.Bayramov (sədrliyi və məruzəsi) H.H.Əhmədov və H.Ç.Məmmədo v) ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum 22 yanvar 2020-ci il tarixdə axşam saatlarında Nəsimi Rayonu, «Papanin» adlanan yerdə şəxsiyyəti naməlum olan şəxsdən 30 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,025 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitə əldə edib üstündə saxlayaraq daşımış və bu bərədə daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi RPİ- ın 5-ci PB-in əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı 23.01.2020-ci il tarixdə, saat 05:30-da Binəqədi rayonu, Ə.ünvan 1 ünvanın qarşısında saxlanılaraq polis bölməs inə gətirilib üstünə baxış keçirilərkən əynində olan qəra rəngli dəri gödəkçənin sağ yan cibində gümüşü rəngli siqaret kağızı bükülüsünün içərisində olan həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Bundan əlavə o, 20 fevral 2020-ci il tarixdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 20 manata şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 1.103 qram olan ağ rəngli kristal formada psixotrop maddə metamfetamini alıb üzərində saxlamaqda daşımış, 21.02.2020-ci il tarixdə saat 06:30 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 37 saylı Binəqədi RPİ-nin 5-ci PB-in əməkdaşlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-in 5-ci PB- in inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış və götür mə zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən “Winston” siqaret qutusunun içərisində gümüşü rəngli kağız parçasına bükülmüş vəziyyətdə təmiz çəkisi 1,103 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxışının təyin edilməsi xahiş olunur. Protest müəllifi bildirir ki, Məhkum barəsində qeyd olunan cinayət işi üzrə ibtidai istintaqın aparılmasına baxmayaraq, öz ictimai təhlükəli əməllərini törətməyə davam edərək təkrarən 20 fevral 2020-ci il tarixdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olara q 20 manata şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 1,103 qram olan ağ rəngli kristal formada psixotrop maddə metamfetamini alıb üzərində saxlamaqda daşımış, 21.02.2020-ci il tarixdə saxlanılaraq üzərində həmin maddə aşkar edilib götürülmüşdür. Bundan başqa, məhkəmə istintaq zamanı Məhkum dəfələrlə üzrlü səbəblər olmadan məhkəməyə gəlmədiyi üçün Binəqədi rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərarı ilə axtarış elan edilməklə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 06 iyul 2020-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bundan başqa, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevr ilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Bundan əlavə, məhkəmə qanunda nəzərdə tutulmamış halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin səmimi peşmançılıq çəkməsini, gəncliyini və öz əməlinə mənfi münasibətini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, həmin halların nədə ifadə olunması və nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində açıqlamamışdır. Halbuki, Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə görə səmimi peşmançılığın mənası ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cina yətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi başa düşülməlidir. Lakin Məhkum hərəkətlərində isə könüllü gəlib təqsirini boynuna alma və cinayətin üstünün açılmasına fəal kömək etmə halı olmamışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxs barəsində “əməlindən peşman olmasını” yalnız onun formal ifadəsi əsasında cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda tam haqsız olmuşdur. Eyni zamanda, məhkəmə Məhkum “öz əməlinə mənfi münasibətini” yüngülləşdirici hal kimi göstərsə də, həmin mənfi münasibətin nədə ifadə olunduğunu əsaslandırmamışdır. Göründüyü kimi, hökmdə “yüngülləşdirici hallar” sadalansa da, əslində həmin halların heç biri mövcud olmamış və məhkəmə təyin edəcəyi yüngül cəzaya hansıs a formada hüquqi qiymət verməyə çalışmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısı Y.B.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Əliyev Ziya Arif oğlu məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş ü zrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş protestdə məhkumun cəzasının daha yüngül olması, cəzanın məhkumun şəxsiyyətinə uygun olmaması mübahisə edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daş ıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə, və ya psixotrop maddələri satma”ya görə, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində isə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət- hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinay ət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, o nun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümləd ən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkumluğunun olmaması, özünü təqsirli bilərək əməlindən peşiman olduğunu, yüngülləşdirici hal kimi nəzərə alınması barədə kassasiya protestinin dəlilini əsassız hesab edib qeyd edir ki, təqsirkar şəxsin səmimi peşmançılığı yalnız ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli üzrə deyil, istənilən əməl üzrə onun iradəsinin ifadəsidir. Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşiman olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hal lar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində isə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulurMəhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublika sı CPM-nin 410-411-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-667/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-667/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver