Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-668/2019 29.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 668/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "29" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2018-ci il ta rixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi M.M.Abbasov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Səmədov Xəqani Hacı oğlu, hakimlər Ramazanov Camal Cümar oğlu və Hüseynov Rəşid İnqilab oğlundan ibarət tərkibdə) xx xxxxxxxx 1985-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən şəhəri, ünvan 1 ünvanında yaşamış Təqs irləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə, CM-nin 234.4.1-ci maddəsi ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplamaqla qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X5 və X10 da təqsirli bilinib məhkum olunmuşlar. İŞİN HALLARİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tanışı X10 ilə X13 narkotik vasitə olan qurudulmuş marixuana s atmaq barədə razılığa gəldikdən sonra 13 mart 2016-cı il tarixdə saat 17 radələrində Balakən rayonu Qazma kəndi ərazisində X5 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Rüfət Babayevdən 1.500 manat pul aldıqdan sonra sonuncuya məxsus “Mercedes” markalı AZ**-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək tanışı Balakən rayonunun Hənifə kəndində yaşayan X1 yaşadığı evə gəlib, ona 150 manat pul verərək sonuncudan qanunsuz olaraq cəmi 489,88 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana alıb, avtomobildə saxlamaqla, Balakən rayonunun Hənifə kəndindən rayonun Qazma kəndinə daşıyaraq, həmin narkotik vasitəni X13 təqdim edib, özü istifadə etmək üçün 14,51 qram çəkidə həmin narkotik vasitənin üstündən götürüb, “Viceroy” markalı siqaret qutusunun içərisinə qoyaraq əynində olan gödəkçənin sağ yan cibində saxlamışdır. Həmin tarixdə saat 18 radələrində Balakən RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun və X14 satdıqları narkotik vasitə olan qurudulmuş marixuana sonuncuya məxsus “Mercedes” markalı AZ**-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağının alt hissəsindən aşkar edilərək götürüldüyü üçün o, şübhəli şəxs qismində rayon polis şöbəsinə dəvət olunub üst geyim paltarına baxış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibindən “Viceroy” markalı siqaret qutusunun içərisində saxladığı 14,51 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və eyni zamanda X13 ona verdiyi 1.500 manat puldan 100 manat pul əynindəki şalvarının sağ yan cibindən aşkar olunmaqla götürülmüşdür. Hökmdən məhku m Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abbasov Mehman Mais oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Hüseynov Mirbahəddin Mirdamət oğlu, hakimlər X22 oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 23 may 2018-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi M.M.Abbasov kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin yuxarıda qeyd olunan qərarını ləğv etməklə Təqsirləndirilən şəxs CM-n in 234.1 və 234.4.1-ci maddələri ilə bəraət verilməsi və ya onun barəsində cinayətlərin məcmusu üzrə təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını azaldılaraq 05 ilə endirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi M.M.Abbasov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qərarında birinci instansiya məhkəməsinin hökmlə gəldiyi nəticələrə uyğun yekun nəticəyə gəlmiş, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə CM-nin 234.1 və 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən bir daha təsdiqlənmiş, sübutlara düzgün qiymət verilməmişdir. Apellyasiya Məhkəməsi birinci insta nsiya məhkəməsinin hökmünü qüvvədə saxlayarkən qərarında birinci instansiya məhkəməsində tədqiq olunan sübutları, məhkəmədə və ibtidai istintaqda verilən ifadələri bir daha təkrarlıqla qeyd etmiş, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs tutulması, üzərində şəxsi axtarış aparılmasına dair icraat qaydaları qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilmiş, təqsirləndirilən şəxsin müdafiə hüquqları ciddi şəkildə pozulmuşdur. Həmçinin şikayətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin hökmü məhkum Təqsirləndirilən şəxs aid hissədə CM-nin 234.1 və 234.4.1-ci maddələri ilə məhkum olunmasının əsasını təşkil edən ittiham sübutları Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməsi üçün kifayət etmir. Birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfin dən qəbul olunmuş hər bir sübutun ayrı-ayrılıqda mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə məcmu şəkildə qiymətləndirilərkən görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitəni qanunsuz əldə edərək satması və əldə etməsi cinayətini törətməsi sübuta yetirilməmişdir. Ona görə də müdafiə tərəfi apellyasiya məhkəməsinin qeyd olunan qərarını ləğv etməklə Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.4.1-ci maddələri ilə bəraət verilməsi və ya onun barəsində cinayətlərin məcmusu üzrə təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını azaldılaraq 05 ilə endirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayəti nin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin n ormanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından (apellyasiya məhkəməsinin qərarından) görünür ki, yuxarıda göstərilən məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla qərarda göstərilmişdir. Təqsirləndirilən ş əxs əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında aşağıdakılar qeyd olunmuşdur: “...məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslər Təqsirləndi rilən şəxs və X1 törətdikləri əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, cinаyətlərin onlar tərəfindən törədilməsi və təqsirlilikləri kifayət qədər sübutа yetirilmişdir. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.1-ci maddələri, X1 əməli isə Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur... Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin müəyyən olunmuş halları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, həmin şikayət lərin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X4 bəraət verilməsi üçün əsas verəcək dərəcədə əsaslı deyildir. CPM-in 399.3-cü maddəsinə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X1 narkotik vasitələrdən istifadə etmələri, narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəmələri və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olması barədə məhkəmənarkoloji ekspertizasının rəyləri ilə təsdiq ol unur ki, həmin təqsirləndirilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsinin iştirakçılarıdır. Digər tərəfdən, Təqsirləndirilən şəxs üzərindən (“Viceroy” markalı siqaret qutusunun içərisində) aşkar edilmiş 14,51 qram və təqsirləndirilən şəxs X1 üzərindən aşkar edilmiş 9,28 qram çəkidə narkotik vasitələrin X13 avtomobilindən aşkar edilmiş 475,37 qram çəkidə narkotik vasitə ilə eyni tərkibli olması barədə məhkəmə-bioloji ekspertizasının rəyi ilə təsdiq olunur ki, X13 avtomobilindən aşkar edilmiş narkotik vasitəyə həm Təqsirləndirilən şəxs, həm də X1 aidiyyəti olmuşdur. Bundan başqa, Balakən RPŞnin maliyyə hissəsindən şərti alıcı X13 hal şahidlərinin iştirakı ilə kserosurətləri çıxarılaraq protokol əsasında təhvil verilmiş 2000 manat pul əskinaslarının bir qisminin təqsirləndirilən şəx slərdən (hər birinin üzərindən) aşkar edilməsi həmin pulun 500 manatını X7 narkotik vasitə almağa vasitəçilik etdiyinə görə, 1500 manatını isə X1dən narkotik vasitə almaq üçün Təqsirləndirilən şəxs verməsi barədə X13 ifadələrinin həqiqətə uyğunluğunu təsdiqləyir. Bundan başqa, Təqsirləndirilən şəxs ona X13 tərəfindən 300 manat pul verildiyini və bu pulu sonradan X7 qaytarmaq məqsədilə aldığını (guya X13 X7 borcu olmuşdur), eyni zamanda özünün X1 150 manat borcu olduğu üçün X13 götürdüyü pulun 150 manatını X1 verdiyini iddia etsə də, lakin onun belə ifadələri məntiqsiz, qondarma, özünümüdafiə xarakterli olmaqla həqiqətə və işin faktiki hallarına uyğun gəlmir. İşin həqiqi halları isə Təqsirləndirilən şəxs X13 tərəfindən ona verilmiş 1500 manat pulun bir hissəsinə X7 narkotik vasitə aldığın ı, pulun qalan hissəsini isə özünə bu alqı-satqıdan qazanc kimi saxladığını təsdiqləyir. Narkotik vasitənin alqı-satqısına polis tərəfindən təhrik edilmə məsələsinə gəlincə, bu əməliyyata Balakən rayon Polis şöbəsi sonradan, yəni X13 tərəfindən verilən məlumat əsasında qoşulmuş, X13 isə X2 və X1 narkotik vasitə alveri ilə məşğul olmasını Bakı şəhərində tanışı X7 eşitmişdir. Polis orqanı əldə etdiyi məlumata adekvat reaksiya vermiş və müvafiq əməliyyat-axtarış tədbirləri hazırlayıb həyata keçirmişdir. Məhkəmə kollegiyası hal şahidlərinin məhkəmə istintaqında ibtidai istintaq orqanına verdiklərindən fərqli, təqsirləndirilən şəxslərin maraqlarına uyğun ifadə vermələrini isə həmin hal şahidlərinin təqsirləndirilən şəxslərlə həmyerli olmaları və təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrinə “səbəbkar” kimi görünmək istəməmələri ilə əlaqələndirir. Əlbəttə, əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı gizli surətdə videoçəkiliş, yaxud səs-danışıq yazıları aparılmasından istifadə olunması ittihamı sübutetmə işini daha da yaxşılaşdıra və asanlaşdıra, əldə olunmuş sübutları möhkəmləndirə, müdafiə tərəfini isə mövcud sübutların mötəbərliyini mübahisələndirməkdən çəkindirə bilərdi. Qeyd edilən texniki vasitələrdən istifadə olunmaması əməliyyat-axtarış tədbirinin qeyri-peşəkar, qüsurlu keçirilməsi kimi təzahür edir. Lakin buna baxmayaraq, məhkəmə kollegiyası konkret halda keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticələrini əks etdirən sübutların təqsirləndirilən şəxslərə qarşı müvafiq ittihamların irəli sürülməsi üçün yetərli olması qənaətindədir. CPM-in 153- cü maddəsinə müvafiq olaraq, şübhəli şəxs tutulduğu andan müdafiəçi ilə təmin edilməli və dərhal onun şübhəli şəxs qismində tutulması barədə müdafiəçinin iştirakı ilə protokol tərtib olunmalıdır. Bundan sonra şübhəli şəxs müdafiəçisinin və hal şahidlərinin iştirakı ilə baxışa və şəxsi axtarışa məruz qala bilər. Göründüyü kimi, şübhəli şəxsin üzərinə baxış keçirilməsi və ya onun üzərində axtarış aparılması cinayət işi başlanana qədər aparılan hərəkətdir. Habelə, şübhəli şəxsin qaçmasının və ya başqa qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədilə onun qollarına qandal vurulması qanunla yol verilən tədbirdir və müdafiə tərəfinin bunu şübhəli şəxsin hüquqlarının pozulması kimi qiymətləndirməsi əsassızdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər RPŞ-nə gətiriləndən sonra ş übhəli şəxs qismində saxlanmış (tutulmuş), onlara müdafiəçi təqdim olunmuş və daha sonra müdafiəçinin, habelə hal şahidlərinin iştirakı ilə şübhəli şəxslərin üzərinə baxış (şəxsi axtarış) keçirilmişdir. Həmin vaxt şübhəli (sonradan təqsirləndirilən) şəxslər üzərlərindən aşkar olunmuş narkotik vasitələrin, pul əskinaslarının və digər əşyaların onlara məxsus olmasını inkar etməmişlər... Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.4.1-ci maddələri, X5 isə CM-in 234.1, 234.4.1 və 237.2.3-cü maddələri ilə onlara elan edilmiş ittihamlar üzrə özlərini təqsirli bilməsələr də, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlar əsasında bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs və X1 məhkəmə proseslərində verdikləri ifadələr özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan, cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq niyyətilə verilən ifadələr kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X1 qarşı irəli sürülmüş ittihamlar kifayət qədər əsaslıdır, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.4.1-ci maddələri ilə, X1 isə CM-in 234.1, 234.4.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilib onlara cəza təyin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsаsən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyəti nə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təy in olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, işdə CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir... Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X4 cəza təyin edərkən Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onlardan hər birinin törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirməyə imkan verən halları və cəzasını ağırlaşdıran halın olma masını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış, onlara bu halların məcmusuna uyğun olan qanuni və əsaslı cəza təyin etmişdir. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X4 bəraət verilməsi üçün əsaslar, habelə onların cəzalarını daha artıq yüngülləşdirməyə əsas verən başqa hallar müəyyən edilməmişdir... Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs, onun müdafiəçisi Abbasov Mehman Mais oğlu və təqsirləndirilən şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.1-ci maddələri, X1 CM-in 234.1, 234.4.1 və 237.2.3-cü maddələri və X7 CM-in 234.4.1-ci maddəsi ilə məh kum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli hökmünün ondan təqsirləndirilən şəxs X4 narkomaniyadan məcburi müalicə təyin edilməsi barədə müddəa xaric edilməklə dəyişdirilməsini, hökmün qalan hissədə isə dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni şərh etməklə əsaslandırmışdır (Təqsirləndirilən şəxs aid hissədə). Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Tə qsirləndirilən şəxs təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, mə hkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının (Təqsirləndirilən şəxs aid hissədə) ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Az ərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı (Təqsirləndirilən şəxs aid hissədə) əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2018-ci il tarixli qərarı Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: H
Məhkəmə qərarları › İş №1(102)-668/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-668/2019
29.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver